Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1605/2022 05.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi tələbinə dair” qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən vurmuş olduğu maddi ziyana görə 12347 manatın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) qurumları arasında bağlanmış könüllü tibbi sığorta müqavilələrinə uyğun olaraq, həmin müqavilələrin tibbi koordinasiya hissəsini “tibbi sığorta müqavilələri üzrə assistans xidmətlərinin göstərilməsi haqqında müqavilə”lərə əsasən İddiaçı MMC şirkəti icra edir. Yəni sığorta hadisəsi baş verdiyi zaman, sığorta olunanları sığorta hadisəsinin dərəcəsi və növünə uyğun mütəxəssis və köməkçilərinin göndərişi ilə təxirəsalınmadan müxtəlif tibb müəssisələrinə təxliyə edilməsini təşkil edir. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 03.05.2017-ci il tarixli əmək müqaviləsinə əsasən o, assistans xidməti üzrə mütəxəssis köməkçisi vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi bağlanarkən işçinin əmək haqqı 188 manat, əmək haqqının növbəti ayın 15-də ödəniləcəyi müəyyən edilmişdir. Əmək müqaviləsi, müddətli əmək müqaviləsi olaraq 8 ay müddətinə bağlanmışdır. Müqavilə müddətinin bitməsindən 7 gün ərzində tərəflərdən müqavilənin xitam edilməsi tələb edilmədiyindən., müqavilə bir neçə dəfə eyni müddətə uzadılmışdır. 04.01.2018-ci il tarixində işçinin əmək haqqısı artırılaraq 269,97 manat, 03.01.2019-cu il tarixində 274,96 manat müəyyən olunmuşdur. İşçi əmək funksiyasını Cilov adasında, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin TSH-də assistans xidməti üzrə mütəxəssis köməkçisi olaraq icra edirdi. 22.04.2021-ci il tarixində Cavabdeh əmək müqaviləsinə, müqavilə müddəti bitməsi əsəs tutularaq xitam verilmişdir. Cavabdehin bütün instansiyalara əmək hüquqlarının pozulması ilə əlaqədar müraciətləri araşdırılmış, onun əmək hüquqlarının pozulması hallarının aşkarlanmadığı müəyyən edilməklə özünə bu barədə rəsmi cavab məktubları ünvanlanmışdır. Buna baxmayaraq Cavabdeh İddiaçı MMC-yə qarşı Yasamal rayon Məhkəməsində pozulmuş əmək hüquqları ilə bağlı maddi ziyan tələbi ilə iddia qaldırmış, məhkəməsinin 29.04.2021-ci il tarixi 2(004)-1901/2021 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qətnamədən verilmiş apellyasiya şikayəti Baki Apellyasiya Məhkəməsinin 2(103)-6537/202l saylı 28.07.2021-ci il tarixli qətnaməsi ilə təmin olunmamışdır. Apellyasiya icraatı zamanı Cavabdeh nümayəndəsi vəsatətlə çıxış edərək davamiyyət jurnallarının məhkəməyə təqdim edilməsini istəmişdir. Bütün illər üzrə davamiyyət jurnalları Cilov adasında arxivdən təmin edilərək məhkəməyə təqdim edilmişdir. Həmin davamiyyət jurnallarına baxış keçirilərkən məlum olmuşdur ki, Cavabdeh adada işə çıxmadığı halda ezamiyyə pulu və dəniz əmsalı, həmçinin yolda kecən vaxta görə 2017-ci il üzrə 2473 manat, 2018-ci il üzrə 3966 manat, 2019-cu il üzrə 4000 manat, 2020-ci üzrə 1908 manat olmaqla artıq pul almış və toplamda 12.347 manat şirkətə maddi ziyan vurmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Ezamiyyə xərclərinin normaları haqqında 25.01.2008-ci il tarixli 14 saylı qərarının 6-cı bəndinə əsasən daimi iş vaxtı yolda keçən və gediş-gəliş xarakteri daşıyan, növbə (vaxta) metodu ilə işləyən və çöl şəraitində çalışan (gündəlik iş vaxtı başa çatdıqdan sonra öz daimi yaşayış yerinə qayıtmaq imkanı olmayan) müəssisə, idarə və təşkilatların işçilərinə ezamiyyə xərcləri əvəzinə hər gün üçün 15 manat əlavə vəsait verilir. Həmin məbləğ 01.07.2018-ci ilə qədər 10 manat təşkil edirdi. Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının 4-cü bəndinə əsasən Xəzər dənizində yerləşən obyektlərdə çalışan işçilərin tarif (vəzifə) maaşlarına sahillə əlaqə şəraitindən asılı olaraq artımın (əmsalın) minimum miqdarı aşağıdakı kimi müəyyən edilmişdir: 70 km-dən artıq 1,75. Deməli, Cavabdeh ezamiyyə xərcləri əvəzi olan 10 manat, 01.07.2018-ci ildən etibarən 15 manat əlavəni Cilov adasında işə çıxarkən gündəlik iş vaxtı başa çatdıqdan sonra öz daimi yaşayış yerinə qayıtmadıqda almağa haqqı yaranırdı. Həmçinin Cavabdeh dəniz əmsalı olan maaşının 75 faiz əlavəsini Cilov adasında işə çıxarkən almağa haqqı yaranırdı. Lakin yuxarıda da qeyd edildiyi kimi davamiyyət jurnallarına baxıldığı zaman, Cavabdeh işlədiyi müddət ərzində müxtəlif vaxtlarda Cilov adasında işə çıxmadığı halda ezamiyyə xərcləri əvəzi və dəniz əmsalı üzrə maaşının 75 faiz əlavəsini almışdır. Bundan başqa ayrı-ayrı vaxtlarda yolda olmadığı halda, yolda keçən vaxta görə pul almış və ya yolda olsa da, yolda keçən vaxta görə artıq pul almışdır Toplamda 12.347 manat artıq pul alaraq şirkətə maddi ziyan vurmuşdur. Cavabdeh may 2017-ci il tarixindən iyul 2020-ci il tarixləri arasında, yəni 3 il 2 ay ərzində ezamiyyə xərcləri əvəzi, dəniz əmsalı, yolda keçən vaxta görə pullar alsa da, cəmi 49 gün Cilov adasında işdə olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191.1-ci maddəsinə əsasən Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Maddənin məzmunundan da anlaşıldığı kimi maddi ziyanın aşkar edildiyi gün müddətin başlanması anıdır. Qeyd edildiyi kimi, cavabdehin adada işə çıxmadığı halda buna görə əlavə ödənişlər və yolda keçən vaxta görə pul alması davamiyyət jurnallarına Bakı Apellyasiya Məhkəməsi icraatı zamanı həmin jurnallara baxış keçirilərkən aşkar edilmişdir. Cavabdehə artıq ödənilən məbləğlər əmək haqqı olmamışdır, ezamiyyə xərcləri əvəzi, dəniz əmsalı və yolda keçən vaxta görə ödənilən məbləğlər olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 199-cu maddəsinin ç bəndinə əsasən işçi işəgötürənə qəsdən vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Bunun üçün də tərəflər arasında tam maddi məsuliyyət haqqında müqavilə bağlanmasına ehtiyac yoxdur. Qeyd edildiyi kimi, cavabdeh, işəgötürənin işçiyə olan inam və etibanndan sui-istifadə etməklə Cilov adasında işə çıxmalı olduğu halda, Cilov adasında işə çıxmamaqla, işəgötürənin onun Cilov adasında işə çıxdığından əmin olaraq ona hesablanıb verilmiş ezamiyyə xərcləri əvəzi, dəniz əmsalı və yolda keçən vaxta görə ödənilən məbləğləri aldığı zaman susmaqla, bu halın dəfələrlə və mütəmadi təkrarlanmasına şərait yaradaraq hüquqa zidd vəziyyətdən işəgötürənin ziyanı hesabına öz xeyirinə faydalanmaqla qəsdən işəgötürənə maddi ziyan vurmuşdur. Bu səbəbdən də işəgötürən qarşısında vurduğu ziyana görə tam həcmdə məsuliyyət daşıyır. Cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə etiraz edərək, həmçinin iddia tələbinə iddia müddətinin tətbiq edilməsi barədə ərizə verərək göstərmişdir ki, iddiaçı “X3” MMC-nin Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbi iftira və uydurmadır. Cavabdeh tərəfindən rədd edilir. İddia cavabdehi ziyana salmaq, qorxutmaq məqsədi daşıyır. Hələ ötən il Cavabdeh ona qarşı edilmiş haqsızlığa görə, pozulmuş hüquqlarının bərpa edilməsi məqsədilə məhkəməyə müraciət etmiş, iddiaçı da öz növbəsində ona qarşı ziyan tələbi ilə qarşılıqlı iddia vermişdir. MMC qarşılıqlı iddiasında ilkin iddianın ödənilməsinə yox, məhz adının hallandırılması, böhtan məlumatların yayılması və s. bu kimi məsələləri ortaya qoymuşdur. Yəni, MMC heç bir indiki iddiada göstərilən hallarla bağlı yox, adının hallanması, daha dəqiq, dövlət qurumlarına ünvanlanmış şikayətlərinə görə ziyan ödənilməsini tələb etmişdir. Hazırki iddia da Cavabdeh bir növ əvəz çıxmaq məqsədi daşıyır. MMC-yə hazırki iddiadakı mənada ziyan vurulmuş olsaydı, ilk məhkəmədə bu məsələni ortaya qoyardı. Hər bir halda iddia əsassız və qanunsuzdur. Qeyd olunanları və iddiaçının məhkəməyə müraciət edə bilmə müddətini ötürməsini nəzərə alaraq iddia tələbini rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, onun təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş, cavabdehin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə iddia rədd olunmalıdır. Belə ki, iddia ərizəsinə əlavə olunmuş sənədlərdən göründüyü kimi, işəgötürən İddiaçı MMC ilə işçi Cavabdeh arasında bağlanmış 03.05.2017-ci il tarixli əmək müqaviləsinə əsasən işçi, assistans xidməti üzrə mütəxəssis köməkçisi vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi bağlanarkən işçinin əmək haqqı 188 manat, əmək haqqının növbəti ayın 15-də ödəniləcəyi müəyyən edilmişdir. Əmək müqaviləsi, müddətli əmək müqaviləsi olaraq 8 ay müddətinə bağlanmışdır. Müqavilə müddətinin bitməsindən 7 gün ərzində tərəflərdən müqavilənin xitam edilməsi tələb edilmədiyindən, müqavilə bir neçə dəfə eyni müddətə uzadılmışdır. 04.01.2018-ci il tarixində işçinin əmək haqqısı artırılaraq 269,97 manat, 03.01.2019-cu il tarixində 274,96 manat müəyyən olunmuşdur. İşçi əmək funksiyasını Cilov adasında, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin TSH-də assistans xidməti üzrə mütəxəssis köməkçisi olaraq icra etmişdir. 22.04.2021-ci il tarixində Cavabdeh əmək müqaviləsinə, müqavilə müddəti bitməsi əsas tutularaq xitam verilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1901/2021 saylı, 29.04.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” ilkin və İddiaçı MMC-nin Cavabdeh qarşı “maddi zərərin ödənilməsi tələbinə dair” qarşılıqlı iddialarının təmin olunmaması qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6537/202l saylı 28.07.2021-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1901/2021 saylı, 29.04.2021-ci il tarixli qətnaməsindən Cavabdeh və İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Hazırda İddiaçı MMC bu barədə Bakı Apellyasiya Məhkəməsində olan icraat zamanı məlumatı olduğunu əsas gətirərək, Cavabdeh Cilov adasında işə çıxmadığı halda ezamiyyə pulu və dəniz əmsalı, həmçinin yolda kecən vaxta görə 2017-ci il üzrə 2473 manat, 2018-ci il üzrə 3966 manat, 2019-cu il üzrə 4000 manat, 2020-ci üzrə 1908 manat olmaqla artıq pul aldığını və toplamda 12.347 manat maddi ziyan vurduğunu göstərmiş və vurulmuş maddi ziyanın cavabadehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsinə görə əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.. Həmin Məcəllənin 157-ci maddəsinin 5-ci hissəsinə əsasən əmək haqqına əlavə — əmək şəraiti ilə əlaqədar əvəzödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir. Qeyd olunan Məcəllənin 159-cu maddəsinin 1-ci hissəsinə əsasən əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımlar (əmsallar) müəyyən edilir. Əmək haqqına belə artımların (əmsalların) məbləğinin minimum miqdarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Məcəllənin 175-ci maddəsinin 5-ci hissəsinə əsasən hesabda səhvə yol verilməsi halları istisna olmaqla, işəgötürən tərəfindən işçiyə artıq verilmiş əmək haqqı, o cümlədən müvafiq qanun və digər normativ hüquqi aktların düzgün tətbiq edilməməsi nəticəsində verilən məbləğlər işçidən tutula bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14-cü maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər, dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları, mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları, qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi, elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması, başqa şəxsə zərər vurulması, əsassız varlanma, fiziki və hüquqi şəxslərin digər hərəkətləri, qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarıdır. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfındən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad edilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə görə isə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı 26.07.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affırmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06.03.2008-ci il tarixli qərannda İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, mahkəmə siibutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarına görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı MMC Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin işə çıxmadığı halda ezamiyyə pulu və dəniz əmsalı, həmçinin yolda kecən vaxta görə 2017-2020-ci illər üzrə toplamda 12.347 manat artıq pul aldığını və bununlada iddiaçıya maddi ziyan vurduğunu iddia etsə də, tələbini təsdiqi üçün heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçı MMC-nin mübahisələndirdiyi hal Cavabdeh Cəmiyyətdə işlədiyi müddətdə ərzində işə çıxmamasına baxmayaraq, ezamiyyə pulu və dəniz əmsalı, həmçinin yolda kecən vaxta görə artıq pul almaqla, MMC-yə maddi ziyan vurması və hüquqlarının pozulması ilə bağlıdır. Göstərdiyi halları iddiaçı sübut etməlidir. Çünki, bu halları sübut etmək yükü onun üzərinə düşür. Lakin iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi bu halları sübut edə bilmir. Bu barədə yalnız onun iddia ərizəsində qeyd etdikləri mövcuddur. Bu isə işdə olan digər sübutlarla yanaşı qiymətləndirilməlidir. İşdə isə onun istinad etdiyi halları təsdiq edən başqa mötəbər sübutlar yoxdur. Əksinə, işdə olan sübutlarla, o cümlədən haqq-hesab cədvəli ilə cavabdehə əsas və əlavə saatlara görə əmək haqqı, dəniz əmsalı, ezamiyyə pulu və yol xərcinin ödənilməsi öz əksini tapmış, cavabdehin göstərilən müddətlərdə işə çıxmamasını təsdiq edən sübutlar təqdim olunmamışdır. Bundan başqa, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 175-ci maddəsinin 5-ci hissəsi ilə hesabda səhvə yol verilməsi halları istisna olmaqla, işəgötürən tərəfindən işçiyə artıq verilmiş əmək haqqının, o cümlədən müvafiq qanun və digər normativ hüquqi aktların düzgün tətbiq edilməməsi nəticəsində verilən məbləğlərin işçidən tutula bilməməsi imperativ qaydada təsbit olunmuşdur. Eyni zamanda, məhkəmə hesab edir ki, cavabdehin 2017-2020-ci illər ərzində göstərilən aylar üzrə işə çıxmaması barədə məlumatının olmamasına dair iddiaçının mülahizələri də məhkəməyə inandırıcı gəlmir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 153-cü maddəsinin 1-ci hissəsinə görə işəgötürən əmək haqqının hesablanması, ödənilməsi və ondan tutulmaların aparılması barədə bütün mühasibat hesablamaları əks etdirilən işçilərin haqq-hesab sənədlərini (kitabçalarını, vərəqələrini, çeklərini) tərtib edir. Belə olduğu halda, məhkəmə hesab edir ki, cavabdehin işə çıxmaması barədə iddiaçının həmin sənədlərin tərtibi zamanı məlumatı olmalı idi. Bu isə onu göstərir ki, iddiaçı həm də iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-ci hissəsinə görə işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbləri əsassız və qanunsuz olduğundan, həmçinin, iddiaçı iddia müddətini ötürülməklə məhkəməyə müraciət etdiyinə və cavabdeh tərəfindən iddia müddətinin tətbiqinə dair ərizə verildiyinə görə İddiaçı MMC-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi tələbinə dair” iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. X1 tərəfindən tərtib olunmuş 10.10.2021-ci il tarixli MŞİH-2021-00667 saylı ilkin mediasiya sessiyasinda iştirak edilməməsi barədə arayışdan görünür ki, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərc iddiaçı tərəfindən ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Qanunun 8.1.3-cü maddəsinə əsasən, məhkəməyə iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən, iddia ərizəsinin verilməsinə görə ödənilməli 127 manat dövlət rüsumunun 77 manat hissəsi İddiaçı MMCdən turularaq, dövlət büdcəsinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi tələbinə dair” iddiası təmin edilməsin. İddia tələbi təmin edilmədiyindən, iddia ərizəsinin verilməsinə görə ödənilməli 127 (bir yüz iyirmi yeddi) manat dövlət rüsumunun 77 (yetmiş yeddi) manat hissəsi İddiaçı MMCdən rurularaq, dövlət büdcəsinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №e-2(011)-1605/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1605/2022
05.04.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver