Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-1608/2024 04.03.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi cəlb edilməklə) “pul tələbi” barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı – Zaqatala şəhər neft bazasının 14 saylı yanacaq doldurma məntəqəsiniin əmlakının özəlləşdirilməsi üçün ödənilmiş 179.420.000 manat məbləğinin məhkəmə qətnaməsi qəbul olunan tarixə ekvivalentinin cavabdeh tərəfindən ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Cavabdehin nümayəndəsi X2 iddia tələblərinə etiraz etmişdir. Bundan başqa o bildirmişdir ki, hazırki mübahisəyə inzibati məhkəmədə baxılmalıdır. Bundan başqa o bildirmişdir ki, mübahisəyə ümumi (rayon) məhkəməsi tərəfindən baxılarsa belə cavabdehin ünvanı Nizami rayonunun ərazisində olduğundan işə ünvan 4i Rayon Məhkəməsi baxmalıdır. Məhkəmə mülki işi araşdıraraq hesab edir ki, mülki iş aidiyyət qaydaları pozulmaqla icraata götürülmüşdür. Belə ki, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin hüquqi ünvanı ünvan 2espublikası MPM-nin 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Göründüyü kimi, hüquqi şəxsə və onun törəmə müəssisəsinə qarşı yönəldilən iddialar aidiyyəti üzrə hüquqi şəxsin olduğu yer üzrə məhkəməyə verilməlidir. Beləliklə, iş üzrə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu ərazisində olmadığından, mövcud iddia tələbi Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılmalı olan iddia tələbi deyildir. Buna görə də məhkəmə hesab edir ki, mülki iş baxılması üçün aidiyyəti üzrə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin hüquqi ünvanı üzrə ünvan 4i Rayon Məhkəməsinə göndərilməlidir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 35, 44-45, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi cəlb edilməklə) – Zaqatala şəhər neft bazasının 14 saylı yanacaq doldurma məntəqəsiniin əmlakının özəlləşdirilməsi üçün ödənilmiş 179.420.000 manat məbləğinin məhkəmə qətnaməsi qəbul olunan tarixə ekvivalentinin cavabdeh tərəfindən ona ödənilməsi barədə iddia tələbi üzrə mülki iş baxılması üçün aidiyyəti üzrə ünvan 4i Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) şikayət verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №e-2(011)-1608/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-1608/2024
04.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver