Məhkəmə qərarları › İş №e-2(011)-1619/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1619/2023

06.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1619/2023 06.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi” barədə ərizəsinə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin və ona etirazın dəlilləri: İddia ərizəsinin dəlilləri: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1.610,59 manat məbləğində əsas borcun və ödənilmiş 37 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında 13 iyul 2021-ci il tarixli “Borcun etirafı və ödəniş qaydası haqqında” müqavilə bağlanmış, həmin müqaviləyə əsasən cavabdeh iddiaçıya 1.650,59 manat borcunun olduğunu etiraf etmiş və həmin məbləği 20 avqust 2021-ci il tarixdən hər ay tam olaraq ödəməyi öhdəsinə götürmüşdür. 01 dekabr 2022-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin 01 dekabr 2022-ci il tarixinə iddiaçıya yekun olaraq 1.610,59 manat borcu qalmışdır. Cavabdeh tərəfindən həmin borcdan hazırkı tarixədək heç bir məbləğ ödənilməmişdir. Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri: Cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə məlumatlandırılmışdır. Cavabdehin əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. İşin faktiki halları: İşin mübahisə edilməyən halları ondan ibarətdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında 13 iyul 2021-ci il tarixli “Borcun etirafı və ödəniş qaydası haqqında” müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıya 1.650,59 manat borcunun olduğunu etiraf etmiş və həmin məbləği 20 avqust 2021-ci il tarixdən hər ay tam olaraq ödəməyi öhdəsinə götürmüşdür. 01 dekabr 2022-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin 01 dekabr 2022-ci il tarixinə iddiaçıya yekun olaraq 1.610,59 manat borcu qalmışdır. Cavabdeh tərəfindən həmin borcdan hazırkı tarixədək heç bir məbləğ ödənilməmişdir. Cavabdehə borcla bağlı xəbərdarlıq edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 882.1-ci maddəsinə görə, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə baxan məhkəmənin mövqeyi: İş materialları ilə müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış “borcun etirafı və ödəniş qaydası haqqında” müqavilə ilə cavabdeh İddiaçı MMC-yə 1.650,59 manat borcunun olmasını etiraf etmiş və həmin məbləği 20 avqust 2021-ci il tarixdən hər ay tam olaraq ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh borcunu ödəməkdən boyun qaçırmış, müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Cavabdehin 01 dekabr 2022-ci il tarixinə 1.610,59 manat borcu qalmışdır. Odur ki, iddiaçı həmin pulu tələb etməkdə haqlıdır. Məhkəmə yuxarıda sadalanan normalara qiymət verərək belə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1.610,59 manat pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 37 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Odur ki, məhkəmə hesab edir ki, cavabdehdən 37 manat dövlət rüsumu alınıb iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 1.610,59 (bir min altı yüz on manat əlli doqquz qəpik) manat məbləğində əsas borc və ödənilmiş 37 (otuz yeddi) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar