Məhkəmə qərarları › İş №e-2(011)-1642/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1642/2025

28.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1642/2025 28.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ X13 İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və digərlərinə qarşı “müqavilənin ləğv edilməsi” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Cavabdeh1 arasında Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi ünvanında yerləşən 1115 saylı bağ evinə dair 29 aprel 2021-ci il tarixdə ünvan 1otariat ofisində bağlanılmış alqı-satqı müqaviləsinin ləğv edilməsi və ondan irəli gələn bütün hüquqi nəticələrin, yəni həmin bağ evinə dair Cavabdeh1 adına DƏDRX-də aparılmış qeydin və verilmiş çıxarışın ləğv edilməsi; cavabdehlər Cavabdeh1 Cavabdeh3 arasında Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi ünvanında yerləşən 1115 saylı bağ evinə dair 16 avqust 2021-ci il tarixdə ünvan 1otariat ofisində bağlanılmış alqı-satqı müqaviləsinin ləğv edilməsi və ondan irəli gələn hüquqi nəticələrin, yəni həmin bağ evinə dair Cavabdeh3 adına DƏDRX-də aparılmış qeydin və verilmiş çıxarışın ləğv edilməsi; cavabdehlər Cavabdeh3 ilə Cavabdeh4 arasında Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi ünvanında yerləşən 1115 saylı bağ evinə dair 11 yanvar 2022-ci il tarixdə Bakı şəhəri 51 saylı notariat ofisində bağlanılmış alqı-satqı müqaviləsinin ləğv edilməsi və ondan irəli gələn bütün hüquqi nəticələrin, yəni həmin bağ evinə dair Cavabdeh4 adına DƏDRX-də aparılmış qeydin və verilmiş çıxarışın ləğv edilməsi; Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi ünvanında yerləşən 1115 saylı bağ evinə dair mülkiyyət hüquqlarının bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, izahatında bildirdi ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi ünvanında yerləşən 1115 saylı bağ evi mənim (iddiaçının) mülkiyyətimdə olmuş və bununla bağlı 24 oktyabr 2009-cu il tarixdə adıma çıxarış verilmişdir. Həmin tarixdən adıma olan bağ evi daimi olaraq mənim və ailə üzvlərimin istifadəsində olmuş, orada abadlıq və təmir işləri aparılmış, bağ evinə aid olan bütün avadanlıq və məişət əşyaları alınmışdır. Qeyd edirəm ki, 2021-ci ilin yaz aylarında qızımın əri Şahid mənə və həyat yoldaşıma bildirdi ki, biznes işlərini birlikdə aparan şəxslərdən müəyyən qədər borc pul götürəcək və buna görə də adıma olan bağ evini girov qoymağı xahiş etmiş, borcu qaytardıqdan sonra bağ evini girovdan çıxaracaq. Bu səbəbdən 2021-ci ilin aprel ayında mülkiyyətimdə olan bağ evimi girov qoymaq məqsədi ilə qızımın əri Şahid ilə birlikdə notariusa getmiş və orada sənədlərə imza etmişəm. Bundan sonra mən və ailə üzvlərim olduğu kimi mülkiyyətimdə olan bağ evindən istifadə etmişik və bağa aid olan vergi pulunu ödəmişəm. 2022-ci ilin yaz-yay vaxtlarında mən və ailə üzvlərim bağda olduğumuz zaman tanımadığımız şəxs polis əməkdaşları ilə birlikdə bağ evinə gəlmiş, bağ evini boşaltmağı tələb etmiş, heç imkan verməmişdirlər ki, bağda olan əşyalarımızı götürə bilək. Bu hadisədən sonra qızımın əri Şahid bildirmişdir ki, bütün işləri yoluna qoyacaq, qalıq borcunu qaytaran kimi bağ evini qaytaracaqlar. Bu müddət ərzində qızımın əri Şahid bağımıza gələn şəxslə bağımın qaytarılması barədə dəfələrlə söhbət etmiş, həmin şəxs borcu tam şəkildə qaytardıqdan sonra, bağ evimin qaytarılmasına söz vermişdir. Nəticədə qızımın əri Şahid borcunun qalığı 40.000 manat təşkil edəndən sonra bağımın qaytarılmasına söz verilmiş, lakin sonra həmin şəxs bağı qaytarmaqdan imtina etmişdir. Xüsusən qeyd edirəm ki, qızımın əri ilə birlikdə notariausa getdiyim zaman onunla birlikdə biznes aparan şəxslər ona borc pul verdiyi üçün mülkiyyətimdə olan bağ evimin girov qoyulmasını son günə kimi bilirdim. Yalnız 2024-cü ilin noyabr ayında vəkil sorğusuna əsasən mənə məlum olmuşdur ki, 2021-ci ilin aprel ayında bağ evimə dair girov müqaviləsi əvəzində mənim Cavabdeh1 ilə 150.000 manat dəyərində alqı-satqı müqaviləsi bağlanılmışdır. Onu da qeyd edirəm ki, mülkiyyətimdə olan bağ evimin dəyəri alqı-satqı müqaviləsində göstərilən dəyərindən qat-qat bahadır. Bundan əlavə 29 aprel 2021-ci il tarixli alqı-satqı müqaviləsində göstərilən alıcı (iş üzrə cavabdeh) – Cavabdeh1 bağ evimə ümumiyyətlə gəlməmiş və görməmişdir. Belə olan halda istər-istəməz sual yaranır: «Əgər Cavabdeh1 bağ evimi almağa niyyəti olmuş olsa idi, nəyə görə aldığı əmlaka ümumiyyətlə gəlib, baxmamışdır?» Bundan başqa mübahisələndirilən alqı-satqı müqaviləsində göstərilən pul məbləği tərəfimdən alınmamış, notariat işində olan ödəniş qəbzində imzam mövcud deyil. Daha sonra sorğuya əsasən mənə məlum olmuşdur ki, mülkiyyətimdə olan bağ evimə dair cavabdehlər Cavabdeh1 və Cavabdeh3 arasında 16 avqust 2021-ci il tarixdə həmin məbləğə alqı-satqı müqaviləsi bağlanılmışdır. Bundan sonra bağ evimə dair cavabdehlər Cavabdeh3 və Cavabdeh4 arasında 11 yanvar 2022-ci il tarixdə 153.000 manat alqı-satqı müqaviləsi bağlanılmışdır. Qeyd edirəm ki, həmin alqı-satqı müqavilələr bağlandığı müddət ərzində cavabdehlərdən heç birisi, yəni nə Cavabdeh3, nə də ki, Cavabdeh4 ümumiyyətlə bağa gəlməmiş və bağ evini görməmişdirlər. Bu halda da eyni sual yaranır: «Əgər cavabdehlər Cavabdeh3 və Cavabdeh4 bağ evimi almağa niyyəti olmuş olsa idi, nəyə görə aldığı əmlaka ümumiyyətlə gəlib, baxmamışdırlar?» Bundan başqa da həmin alqı-satqılar bağlanılarkən bağ evi mənim və ailə üzvlərimin istifadəsində olmuşdur. Bundan əlavə də mülkiyyətimdə olan bağ evinə dair qiymətləndirmə aparılmış və ekspert tərəfindən bağ evimin dəyəri 684.200 manat təşkil etdiyi müəyyən olunmuşdur. Beləliklə, qeyd etdyim bütün hallar təsdiq edir ki, bağ evimə dair bağlanılmış əqdlər yalançı xarakter daşıyır, başqa əqdi pərdələmək məqsədi ilə bağlanılmışdır. Sonda iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında Cavabdeh4 izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1115 ünvanında yerləşən bağ evini qanuni əsaslarla Cavabdeh3 almışdır və bunun müqabilində 153000 manat pul vəsaitini sonuncunun depozit hesabına köçürmüşdür. Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi ünvanında yerləşən 1115 saylı bağ evinin qanuna uyğun olaraq notarial qaydada yazılı alqı-satqı müqaviləsi təsdiq olunmaqla tam qanunvericiliyin tələbinə uyğun olaraq bağlanılmışdır. Sonda Cavabdeh4 qeyd olunanların məhkəmə tərəfindən nəzərə alınmasını, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, mənimlə iddiaçı arasında heç bir girov münasibətləri mövcüd olmamışdır. Alqı-satqı müqaviləsinin yuxarı hissəsinə vizual baxışla nəzər yetirdikdə iri hərflərlə "ALQİ-SATQİ" yazıldığı açıq-aydın görünür. İddiaçı özü əqli cəhətdən sağlam olmaqla imza etdiyi sənədin məzmununu çox yaxşı bilmişdir. Hətta alqı-satqının həyata keçirilməsi üçün iddiaçının ərinin razılığı tələb olunduğundan onun razılığı alınmış və bu barədə ərizəsi alqı-satqı işinə əlavə olunmuşdur. Daşınmaz əmlakın alqı-satqısı ilə bağlı bütün mərhələlər və hərəkətlər notariusun iştirakı ilə sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlanmış və notariat qaydada təsdiqlənmişdir. Daşınmaz əmlakla bağlı hər hansı girov müqaviləsi müzakirə predmeti olmamış və bununla bağlı heç bir notarial hərəkətlər olmamış və mövcud deyildir. Məlum olduğu kimi isə, notariat - mübahisəsiz faktları və hüquqları təsdiq etməklə vətəndaşların hüquqlarını məhkəmədənkənar qaydada müdafiə edir, fiziki və hüquqi şəxslərin mülki hüquq və mənafelərinin mübahisəsizliyini təmin edir. Həmçinin iddia ərizəsinin özündən göründüyü kimi şəxsən mənimlə iddiaçı arasında hər hansı girov məsələsinə söhbətləri olmamış və iddiaçı ilə onun kürəkəni arasında hansı münasibətlərin olmasından asılı olmayaraq mən qanunla nəzərdə tutulmuş qaydada vicdanla əmlak əldə etmişəm. Ümumiyyətlə iddiaçı alqı-satqı predmetinin dəyərini, müqavilənin bağlanılması qaydalarını, mənim tərəfindən hər hansı şərti yerinə yetirilməməsi əsası ilə deyil, məhz guya müqavilənin real məzmunundan və mahiyyətindən xəbərsiz olması əsası ilə mübahisələndirmişdir. İddia ərizəsi tamamilə uydurmadır, real faktlara əsaslanmır. Alqı-satqı müqaviləsi tam qanunvericliyin tələblərinə uyğun bağlanılmış, Mülki Məcəllə ilə müəyyənləşdirilmiş hər hansı şərtlər pozulmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı alqı-satqı müqaviləsinin etibarzılığını xahiş etsə də, buna dair hər hansı sübut təqdim etməmişdir. Qeyd olaraq bildiriəm ki, mən 20 yanvar 2025-cü il tarixdə ölkə hüdudlarından kənarda olacam, üzrlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilməyəcəm və məhkəmə baxışının mənim iştirakım olmadan keçirilməsini xahiş edirəm. Hazırki müraciətimi mülki iş üzrə izahatım kimi qəbul olunmasını xahiş edirəm. Cavabdeh3 xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək iddianı qəbil etmədiyini və rədd olunmasını, məhkəmə prosesinin onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh 21 saylı Notariat ofisinin notariusu Daxil Kərimov xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək və işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, məhkəmə iclasında Şahid Fizuli oğlu şahid qismində izahat verərək bildirdi ki, “İddiaçı mənim qaynanamdır, qeyd olunan bağ evi üç dəfə addan-ada keçirilibdir, birinci dəfə Cavidin adına keçib, Cavidin rəhbəri var idi, türk vətəndaşı Müzəffər Başak, onunla uzun müddət ticarət işləri görmüşük, pandemiya dövrü idi, Müzəffər mənə dedi ki, bizim görəcəyimiz ticarətin qarşılığında girov lazımdır ki, biz bu pulu işə buraxaq, 200000 dollar, yəni 340000 manat lazımdır, özü Türkiyədə olurdu deyə mənə dedi ki, girovu Cavidin adına keçirt, 200000 dollar müqabilində Cavidin adına girov qoyuldu, 340000 müqabilində alqı-satqı kimi deyil, girov kimi qoyuldu, mən, qaynanam və Cavid getdik notariusa, notariusda sənədləri rəsmiləşdirəndə mən içəridə olmamışam, bayırda idim, ali təhsilliyəm, Sahibə xanım notariusun ona verdiyi kağızları sadəcə imzalayıb, mən Sahibə xanımı notariusa gətirmişəm, Cavid də ora gəlib, sənədləri də gətirmişik ki, girov müqabilində Cavidin adına keçsin. 340000 manatın 170000 manatını mən Müzəffərə qaytarmışam. 100000 borcum qalmışdı ona. Cavid Müzəffərin adamı idi. Cavid mənə dedi ki, mən sənə 100000 verim, sən apar ver Müzəffərə, borcu bağla, bağı keçirt mənim adıma, Müzəffərin borcu bağlanmalı idi. Məhkəmə iclasında X6 şahid qismində izahat verərək bildirdi ki, “iddiaçı mənim həyat yoldaşımdır, 2021-ci ilin təxminən mart ayında kürəkənim Anar biznes ilə məşğul olurdu, bizə gəldi dedi ki, bir iş var onu görməliyəm, Müzəffər var, türk iş adamı, iş danişmışam, ondan pul götürəcəyəm, o işi yola verəcəyik, Anar biznes ilə məşğul olduğu üçün ondan nə borc olduğunu soruşmadım, dedi 4-5 aya qaytaracaqdır, nə qədər pul olduğunu soruşmadım, təxminən 300000 dollar idi. Bu söhbətdən sonra Anar evin sənədlərini götürdü getdi. Bir neçə gün keçdikdən sonra Anar zəng elədi ki, sənədlər hazırdır, girov müqaviləsi də hazırdır, gəlin qol çəkin. Dedi Metroparkın yanında notariat kontoru var ora gəlin. Anar artıq içəridə idi, mən də həyat yoldaşım ilə elə notariusun girəcəyində Anarın verdiyi sənədlərə qol çəkdim, bizim orada olmağımız 5-10 dəqiqə heç çəkmədi, ayrı-ayrı sənədlərə qol çəkdik, elə bilirdik ki, girovla bağlı sənədlərdir, mən də kürəkənə inandım qol çəkdim, Cavid notariusda yox idi, 2022-ci ildə bildim ki, bağ satılıb, bələdiyyə mənə zəng elədi ki, iki nəfər gəlmişdi bağın sənədləşməsi ilə əlaqədar, dedim nə bağ, tez getdim bələdiyyəyə ki, bu nə məsələdir, onda bildim ki, məsələ nə yerdədir. İş materiallarında olan İddiaçı və Cavabdeh1 arasaında bağlanmış AN-İ № ******* saylı xx.xx.2021-ci il tarixli Alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1115 ünvanında yerləşən, ümumi sahəsi 135,43 kv.m, yaşayış sahəsi 36,24 kv.m, yardımçı sahəsi 99,19 kv.m olan 1 otaqlı bağ evinin tam mülkiyyət üzrə ona məxsus olan tam hissəsini Cavabdeh1 mülkiyyətinə vermişdir. Daşınmaz əmlakın qiyməti 150000 manat qiymətində razılaşdırılmış, həmin məbləğ notariusun depozit hesabına köçürülmüş, satıcı xx.xx.2021-ci il tarixə qədər alıcıya verməyi öhdəsinə götürmüşdür. Müqavilə İddiaçı və Cavabdeh1 tərəfindən imzalanmışdır. İş materiallarında olan İddiaçı xx.xx.2021-ci il tarixli Ərizəsindən görünür ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1115 ünvanında yerləşən bağ evi və 0,017287 ha torpaq sahəsini satmaq istədiyini bildirmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Ərizədən görünür ki, X6, birgə nikah dövründə əldə edilmiş arvadı İddiaçı məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1115 ünvanında yerləşən ümumi sahəsi 135,4 kv.m olan bağ evi və 0,017287 ha torpaq sahəsinin satılmasına etiraz etmədiyni bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyetri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1115 ünvanında yerləşən bağ evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına xx.xx.2009-cu il tarixdə qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyetri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1115 ünvanında yerləşən bağ evi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 adına xx.xx.2021-ci il tarixdə qeydə alınmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşmasına (yüklülüyünə) dair dövlət reyestrindən Arayışdan görünür ki, Cavabdeh1 sorğusuna əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1115 ünvanında yerləşən bağ evi üzərində məhdudiyyət və yüklülük qeydiyyata alınmamışdır. İş materiallarında olan Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatdan Çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1115 ünvanında yerləşən bağ evi ünvanında qeydiyyatda heç bir şəxs aşkar edilməmişdir. İş materiallarında olan 21 saylı Notariat ofisinin xx.xx.2021-ci il tarixli **********346 saylı Ərizəsindən görünür ki, X10 əri Cavabdeh1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1115 ünvanında yerləşən bağ evinin satılmasına etiraz etmir. İş materiallarında olan satıcı Cavabdeh1 və alıcı Cavabdeh3 arasında xx.xx.2021-ci il tarixdə ünvan 1otariat ofisində imzalanmış ərizədən görünür ki, tərəflər Cavabdeh1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1115 ünvanında yerləşən bağ evinin 150000 manat qiymətə satılması barədə razılığa gəlmişlər. İş materiallarında olan ünvan 1otariat ofisinin "xxxx" ASC-nin Dostluq filialına ünvanlanan 1270 saylı xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, alıcı Cavabdeh3 və satıcı Cavabdeh1 arasında təsdiq ediləcək alqı-satqı müqaviləsi üzrə ödənilməli olan 150000 manat pulun Cavabdeh1 verilməsi üçün bankın depozit hesabına qəbul olunmasını və həmin puldan 1897,74 manatın sadələşdirilmiş vergi öhdəliyinin Milli Gəlirlər Departamenti üzrə X1 hesabına köçürülməsi, qalan 148102,26 manatın isə məxaric çeki əsasında satıcıya verilməsi xahiş edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Xəzinə mədaxil orderinin surətindən görünür ki, Cavabdeh3 150000 manat vəsait köçürmüşdür. İş materiallarında olan MuğanBank ASC-nin 593425 saylı Çekdən görünür ki, Cavabdeh1 148102,26 manat məbləğində pul vəsaitini almışdır. İş materiallarından görünür ki, Cavabdeh1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1115 ünvanında yerləşən bağ evi Paşa Sığorta ASC tərəfindən xx.xx.2021-xx.xx.2022-ci il tarixə kimi sığortalanmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Mədaxil qəbzindən görünür ki, İddiaçı Bilgəh Bələdiyyəsinə 14,97 manat pul köçürmüşdür. İş materiallarında olan ünvan 4 ünvanlanan B-67 saylı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, alıcı Cavabdeh4 və satıcı Cavabdeh3 arasında təsdiq ediləcək alqı-satqı müqaviləsi üzrə ödənilməli olan 386750 manat pulun Cavabdeh3 verilməsi üçün bankın depozit hesabına qəbul olunmasını və həmin puldan 1897,74 manatın sadələşdirilmiş vergi öhdəliyinin X1 hesabına köçürülməsi, qalan 384852,26 manatın isə məxaric çeki əsasında Cavabdeh3 verilməsi xahiş edilmişdir. İş materiallarında olan satıcı Cavabdeh3 və alıcı Cavabdeh4 arasında xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 51 saylı notariat ofisində imzalanmış ərizədən görünür ki, tərəflər Cavabdeh3 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1115 ünvanında yerləşən bağ evinin 386750 manat qiymətə satılması barədə razılığa gəlmişlər. İş materiallarında olan 51 saylı Notariat ofisinin xx.xx.2022-ci il tarixli **********199 saylı Ərizəsindən görünür ki, X7 Cavabdeh3 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1115 ünvanında yerləşən bağ evinin satılmasına etiraz etmir. İş materiallarında olan satıcı İddiaçı və alıcı Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixdə ünvan 1otariat ofisində imzalanmış ərizədən görünür ki, tərəflər İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1115 ünvanında yerləşən bağ evinin 150000 manat qiymətə satılması barədə razılığa gəlmişlər. İş materiallarında olan ünvan 1otariat ofisinin "xxxx" ASC-nin Dostluq filialına ünvanlanan 664/2021 saylı xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, alıcı Cavabdeh1 və satıcı İddiaçı arasında təsdiq ediləcək alqı-satqı müqaviləsi üzrə ödənilməli olan 150000 manat pulun İddiaçı verilməsi üçün bankın depozit hesabına qəbul olunmasını və həmin puldan 2001,46 manatın sadələşdirilmiş vergi öhdəliyinin Milli Gəlirlər Departamenti üzrə X1 hesabına köçürülməsi, qalan 147998,54 manatın isə məxaric çeki əsasında satıcıya verilməsi xahiş edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Xəzinə mədaxil orderindən görünür ki, Cavabdeh1 tərəfindən xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 150000 manat ödəniş həyata keçmişdir. İş materiallarında olan Cavabdeh1 və Cavabdeh3 arasaında bağlanmış AN-İ № ******* saylı xx.xx.2021-ci il tarixli Alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1115 ünvanında yerləşən, ümumi sahəsi 135,43 kv.m olan bağ evinin tam mülkiyyət üzrə ona məxsus olan tam hissəsini Cavabdeh3 mülkiyyətinə vermişdir. Daşınmaz əmlakın qiyməti 150000 manat qiymətində razılaşdırılmış, həmin məbləğ notariusun depozit hesabına köçürülmüş, satıcı xx.xx.2021ci il tarixə qədər alıcıya verməyi öhdəsinə götürmüşdür. Müqavilə Cavabdeh1 və Cavabdeh3 tərəfindən imzalanmışdır. İş materiallarında olan Cavabdeh3 və Cavabdeh4 arasaında bağlanmış AN-İ № ******* saylı xx.xx.2022-ci il tarixli Alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh4 Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1115 ünvanında yerləşən, ümumi sahəsi 135,43 kv.m olan bağ evinin tam mülkiyyət üzrə ona məxsus olan tam hissəsini Cavabdeh4 mülkiyyətinə vermişdir. Daşınmaz əmlakın qiyməti 386750 manat qiymətində razılaşdırılmış, həmin məbləğ notariusun depozit hesabına köçürülmüş, satıcı xx.xx.2022ci il tarixə qədər alıcıya verməyi öhdəsinə götürmüşdür. Müqavilə Cavabdeh3 və Cavabdeh4 tərəfindən imzalanmışdır. İş materiallarında olan Nikah haqqında Şəhadətnamənin surətindən görünür ki, X6 və İddiaçı xx.xx.2008-ci il tarixdə nikah bağlamışlar. Bu barədə Bakı Nikah evində nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2008-ci ildə 1156 saylı qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra ərə İsmayılov, arvada İsmayılova soyadı verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Xəzinə mədaxil orderinin surətindən görünür ki, Cavabdeh4 386750,0 manat vəsait köçürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyetri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1115 ünvanında yerləşən bağ evi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh3 adına xx.xx.2021-ci il tarixdə qeydə alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Müqaviləyə düzəlişə dair müqavilədən görünür ki, Cavabdeh3 və Cavabdeh4 arasında Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1115 ünvanında yerləşən bağ evinə dair alqı-satqı müqaviləsində əmlakın dəyəri kimi qeyd olunmuş 386750,0 manat pul məbləği 153000 manat pul məbləği ilə dəyişdirilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Xəzinə mədaxil orderinin surətindən görünür ki, Cavabdeh3 233750,0 manat vəsait köçürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşmasına (yüklülüyünə) dair dövlət reyestrindən Arayışdan görünür ki, Cavabdeh3 sorğusuna əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1115 ünvanında yerləşən bağ evi üzərində məhdudiyyət və yüklülük qeydiyyata alınmamışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşmasına (yüklülüyünə) dair dövlət reyestrindən Arayışdan görünür ki, İddiaçı sorğusuna əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1115 ünvanında yerləşən bağ evi üzərində məhdudiyyət və yüklülük qeydiyyata alınmamışdır. İş materiallarında olan “AECS” Azərbaycan Qiymətləndirmə və Konsaltinq Xidmətinin “Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, bağ evi №1115 ünvanında 0,12 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin bazar dəyəri haqqında” 14 noyabr 2024-cü il tarixli MA 11-025/24 nömrəli hesabatından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, bağ evi №1115 ünvanında 0,12 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin 14 noyabr 2024-cü il tarixinə bazar dəyəri 684,200 manat təşkil etmişdir. İş materiallarında olan DƏDRX-in xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, arxiv qovluğunda mövcud olan sənədlərə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1115 saylı bağ evi keçmiş X3 və İstismarı Birliyinin xx.xx.1992-ci il tarixli 13983 nömrəli icarə müqaviləsi əsasında xx.xx.1999-cu il tarixdə X8 adına qeydiyyata alınmışdır.Bakı şəhəri 46 saylı notariat kontorunda təsdiq edilmiş 40-515 reyestr xx.xx.2009-cu il tarixli alqı-satqı müqaviləsi əsasında sözügedən bağ evi xx.xx.2009-cu il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır.ünvan 1otariat ofisində təsdiq edilmiş 40-511 reyestr nömrəli xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında həmin bağ evi xx.xx.2021-ci il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmışdır, daha sonra həmin notariat kontorunda qeydə alınmış 40-975 reyestr nömrəli xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında isə xx.xx.2021-ci il tarixdə Cavabdeh3 adına qeydiyyata alınmışdır. Bakı şəhəri 51 saylı notariat ofisində təsdiq edilmiş 40-41 reyestr nömrəli xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Bilgəh qəsəbəsi, 1115 saylı bağ evi xx.xx.2022-ci il tarixdə Cavabdeh4 adına qeydiyyata alınmışdır. Daha sonra X4 Bilgəh qəsəbəsi, 1115 ünvanında yerləşən bağ evi söküldüyü üçün üzərindəki hüquqların dövlət qeydiyyatının ləğv edilməsi və yalnız torpaq sahəsinin qeydiyyata alınmasına dair Əmlak Xidmətləri Məkanında 12 saylı notariat ofisində təsdiq edilmiş ərizəsi əsasında Bilgəh qəsəbəsi, 1115 Yeni qaydalarla: AZ 1094, ünvan 9 ünvanında yerləşən 0.12 hektar torpaq sahəsi xx.xx.2023-cü il tarixdə onun adına qeydiyyata alınmışdır. xx.xx.2023-cü il tarixdə isə sözügedən bağ evi vahid əmlak Cavabdeh4 adına qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən tərəfindən xx.xx.2024-cü il tarixdə 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1115 saylı bağ evi xx.xx.2009-cu il tarixdən İddiaçı adına qeydiyyata alınmışdır, onun tərəfindən həmin bağ evi xx.xx.2021-ci il tarixli Alqısatqı müqaviləsi əsasında 150000 manat qiymətə Cavabdeh1 satılmışdır, alqı-satqı müqaviləsi İddiaçı tərəfindən imzalanmış, iddiaçının həyat yoldaşı Qiyas İsmayılov da notarial qaydada təsdiq olunmuş razılıq ərizəsi ilə bağ evinin satılmasına etiraz etmədiyini bildirmiş, müqavilə tərəfləri həmin əmlakın 150000 manat müqabilində alqı-satqısı barədə razılaşmış, həmin məbləğ notariusun "xxxx" ASC-dəki hesabına ödənilmişdir, mübahisəli əmlak Cavabdeh1 adına xüsusi mülkiyyət kimi xx.xx.2021-ci il tarixində dövlət reyestrində rəsmi qeydə alınmışdır, Cavabdeh1 həmin bağ sahəsini xx.xx.2021-ci il tarixli Alqı-satqı müqaviləsi əsasında 150000 manat qiymətə Cavabdeh3 satmış, sonuncu da öz növbəsində adıçəkilən bağ evini xx.xx.2022-ci il tarixli Alqı-satqı müqaviləsi əsasında Cavabdeh4 satmışdır və əmlak hazırda sonuncunun mülkiyyətindədir. İddiaçı cavabdehlərdən Cavabdeh1 ilə daşınmaz əmlakın alqı-satqı müqaviləsi deyil, girov müqaviləsi bağlandığını hesab etdiyini, girovu isə kürəkənin biznes fəaliyəti ilə bağlı borc alması məqsədilə imzaladığını, Cavabdeh1lə arasında ancaq girov münasibətlərinin rəsmiləşdirildiyini, evin rəsmi olaraq satıldığı tarixdən sonra da bir müddət həmin bağ evində ailəsi ilə birlikdə yaşamağa davam etdiyini, ona qarşı qanunsuzluq edildiyini, onun evindən əsassız olaraq məhrum olduğunu bildirir və bu hallara əsasən alqı-satqı müqavilələrinin ləğv edilməsini və bağ evinin ona qaytarılmasını tələb edir, Cavabdeh4 mübahisəli bağ evini almaq niyyətlərinin olmasını, bu məqsədlə də notarial qaydada yazılı alqı-satqı müqaviləsi bağlanıldığını bildirir. Bununla belə, mübahisəli əmlakın satışına dair alqı-satqı müqavilələrinin ləğv edilməsinə əsas verən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, iddia tələbinin “iddiaçı ilə Cavabdeh1 arasında 29 aprel 2021-ci il tarixdə ünvan 1otariat ofisində bağlanılmış alqı-satqı müqaviləsinin ləğv edilməsi” hissəsinə münasibətdə qeyd edir ki, həmin müqavilə üzrə tərəflərdən birinin müqaviləni əhəmiyyətli dərəcədə pozması halları və ya Mülki Məcəllədə və ya müqavilədə müqavilənin ləğv edilməsi üçün nəzərdə tutulan digər hallar müəyyən edilməmişdir, ikincisi, iddiaçı tərəfindən müqavilənin ləğvi əsası kimi irəli sürülmüş “onun alqı-satqı niyyətinin olmaması” kimi dəlillər öz təsdiqini tapmamışdır. Əksinə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı bağ evini satmaq niyyəti ilə əlaqədar əmlak üzərində yüklülüyün olub-olmamasının müəyyən edilməsi barədə notarial qaydada təsdiq olunmuş ərizə, onunla Cavabdeh1 arasında əmlakın 150000 manata satılması barədə razılıq ərizəsi, iddiaçının həyat yoldaşı Qiyas İsmayılovun arvadının mülkiyyətində olan bağ evinin satılmasına etiraz etməməsi barədə notarial qaydada təsdiq olunmuş ərizə vermiş, həmçinin tərəflər arasında bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsində və əmlakın razılaşdırılmış məbləğdə satılması barədə razılıq ərizəsində iddiaçı “izah olundu” barədə qeydlər etmişdir ki, bu da tərəflərin alğı-satqı müqaviləsi üzrə yaranacaq nəticə ilə bağlı hüquqi niyyətlərinin və iradə ifadələrinin mövcudluğunu göstərir. Belə olan halda məhkəmə iddiaçının bu barədə dəlillərini əsaslı hesab etmir. Məhkəmə, iddiaçının “bağ evinin dəyərinin alqı-satqı müqaviləsində göstərilən dəyərindən qat-qat baha olması” barədə dəlillərinə münasibətdə qeyd edir ki, alqı-satqı müqaviləsində əmlakın qiyməti Mülki Məcəllənin 398-ci maddəsinin tələbinə müvafiq olaraq tərəflərin razılaşması ilə müəyyən edilir ki, bu da əmlakın dəyərinin az və ya çox göstərilməsinin qanunazidd hərəkət kimi qəbul edilməsini istisna edir. Məhkəmə, iddiaçının “mənzilin satılmasına görə pul almaması” barədə dəlillərinə münasibətdə qeyd edir ki, əvvəla, işin müəyyən edilmiş hallarından görünür ki, alqı-satqı müqaviləsində mənzilin dəyəri kimi razılaşdırılmış 150000 manat məbləğ alıcı Cavabdeh1 tərəfindən notariusun "xxxx" ASC-dəki hesabına ödənilmişdir ki, bu da alıcının tərəfindən müqavilə öhdəliyinin yerinə yetirilməsi deməkdir. İkincisi, iddiaçıya kürəkəni Şahid biznes fəaliyyətindən irəli gələn 300000 ABŞ dolları məbləğində borcun müqabilində evə dair müəyyən sənədləşdirmə işlərinin aparılacağı əvvəlcədən məlum olmuş, belə sənədləşmə sonuncunun xahişi və iştirakı ilə aparılmışdır ki, bu borc məbləğinin miqdarı da elə mənzilin dəyərinə yaxındır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının qeyd olunan dəlilləri əsassızdır və buna görə də məhkəmə tərəfindən nəzərə alına bilməz. Məhkəmə, iddia tələbinin “cavabdehlər Cavabdeh1 və Cavabdeh3 arasında Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi ünvanında yerləşən 1115 saylı bağ evinə dair 16 avqust 2021-ci il tarixdə ünvan 1otariat ofisində bağlanılmış alqı-satqı müqaviləsinin, cavabdehlər Cavabdeh3 ilə Cavabdeh4 arasında Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi ünvanında yerləşən 1115 saylı bağ evinə dair 11 yanvar 2022-ci il tarixdə Bakı şəhəri 51 saylı notariat ofisində bağlanılmış alqı-satqı müqaviləsinin ləğv edilməsi” hissəsinə münasibətdə qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər, iddiaçının ləğv edilməsini tələb etdiyi həmin müqavilələr isə cavabdehlər Cavabdeh1 ilə Cavabdeh3 arasında və Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlandığından, iddiaçı həmin müqavilənin tərəfi kimi çıxış etmədiyindən iddiaçı subyektiv hüquqa malik deyildir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə subyektiv hüququ olmayan şəxs tərəfindən qaldırıldığından təmin edilə bilməz. Məhkəmə, iddia tələbinin “əmlakın geri qaytarılması” barədə hissəsinə münasibətdə qeyd edir ki, əvvəla, mübahisəli əmlakın alqı-satqısına dair müqavilələrin ləğv edilməsi və etibarsızlığı üçün əsaslar olmadığından, ikincisi, mübahisəli əmlakın hazırkı mülkiyyətçisi Cavabdeh4 əmlakın əldə edilməsi ilə bağlı vicdanlı əldə edən olmasını istisna edən hallar müəyyən edilmədiyindən iddia tələbi həmin hissədə də əsaslı deyil və təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1.3-cü maddəsinə əsasən, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 149.2-ci maddəsinə görə, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.1-cü maddəsinə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. “Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərarı ilə Konstitusiya Məhkəməsi Plenumu”nun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun dair 29 mart 2023cü il tarixli Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, ...müqavilənin birtərəfli qaydada aradan qaldırılması (ləğv edilməsi) aşağıda göstərilən əsaslardan birinin mövcud olduğu halda mümkündür: – digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda (məsələn, Mülki Məcəllənin 719.7-ci maddəsində müəyyən edildiyi kimi); – Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda (məsələn, Mülki Məcəllənin 786.1-ci maddəsində göstərilən hal). Müqavilə öhdəliklərinin əhəmiyyətli dərəcədə pozulması baş vermədiyi bir sıra hallarda, əgər bu hallar Mülki Məcəllə və ya tərəflərin əvvəlcədən qarşılıqlı razılaşması ilə müəyyən edilərsə, müqavilə birtərəfli qaydada ləğv oluna bilər. Belə ki, Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. "X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarında qeyd edilir ki, “vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan hüquqi qeyri-müəyyənlik mülki dövriyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin bir-birinə olan inamının da azalmasına gətirib çıxarardı” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddiaçının “İddiaçı Cavabdeh1 arasında Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi ünvanında yerləşən 1115 saylı bağ evinə dair 29 aprel 2021-ci il tarixdə ünvan 1otariat ofisində bağlanılmış alqı-satqı müqaviləsinin ləğv edilməsi və ondan irəli gələn bütün hüquqi nəticələrin, yəni həmin bağ evinə dair Cavabdeh1 adına DƏDRX-də aparılmış qeydin və verilmiş çıxarışın ləğv edilməsi; cavabdehlər Cavabdeh1 Cavabdeh3 arasında Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi ünvanında yerləşən 1115 saylı bağ evinə dair 16 avqust 2021-ci il tarixdə ünvan 1otariat ofisində bağlanılmış alqı-satqı müqaviləsinin ləğv edilməsi və ondan irəli gələn hüquqi nəticələrin, yəni həmin bağ evinə dair Cavabdeh3 adına DƏDRX-də aparılmış qeydin və verilmiş çıxarışın ləğv edilməsi; cavabdehlər Cavabdeh3 ilə Cavabdeh4 arasında Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi ünvanında yerləşən 1115 saylı bağ evinə dair 11 yanvar 2022-ci il tarixdə Bakı şəhəri 51 saylı notariat ofisində bağlanılmış alqı-satqı müqaviləsinin ləğv edilməsi və ondan irəli gələn bütün hüquqi nəticələrin, yəni həmin bağ evinə dair Cavabdeh4 adına DƏDRX-də aparılmış qeydin və verilmiş çıxarışın ləğv edilməsi; Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi ünvanında yerləşən 1115 saylı bağ evinə dair mülkiyyət hüquqlarının bərpa edilməsi” barədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumuna münasibətdə isə hesab edir ki, hazırki iddia tələbi rədd edildiyindən, ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimiistinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-di maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və digərlərinə qarşı “İddiaçı Cavabdeh1 arasında Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi ünvanında yerləşən 1115 saylı bağ evinə dair 29 aprel 2021-ci il tarixdə ünvan 1otariat ofisində bağlanılmış alqı-satqı müqaviləsinin ləğv edilməsi və ondan irəli gələn bütün hüquqi nəticələrin, yəni həmin bağ evinə dair Cavabdeh1 adına DƏDRX-də aparılmış qeydin və verilmiş çıxarışın ləğv edilməsi; cavabdehlər Cavabdeh1 Cavabdeh3 arasında Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi ünvanında yerləşən 1115 saylı bağ evinə dair 16 avqust 2021-ci il tarixdə ünvan 1otariat ofisində bağlanılmış alqı-satqı müqaviləsinin ləğv edilməsi və ondan irəli gələn hüquqi nəticələrin, yəni həmin bağ evinə dair Cavabdeh3 adına DƏDRX-də aparılmış qeydin və verilmiş çıxarışın ləğv edilməsi; cavabdehlər Cavabdeh3 ilə Cavabdeh4 arasında Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi ünvanında yerləşən 1115 saylı bağ evinə dair 11 yanvar 2022-ci il tarixdə Bakı şəhəri 51 saylı notariat ofisində bağlanılmış alqı-satqı müqaviləsinin ləğv edilməsi və ondan irəli gələn bütün hüquqi nəticələrin, yəni həmin bağ evinə dair Cavabdeh4 adına DƏDRX-də aparılmış qeydin və verilmiş çıxarışın ləğv edilməsi; Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi ünvanında yerləşən 1115 saylı bağ evinə dair mülkiyyət hüquqlarının bərpa edilməsi” barədə barədə iddia tələbi təmin edilməsin. Ödənilmiş 100 (yüz) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar