Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-1812/2025 26.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Novruzova Gülsanə Emin qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı X1 Cavabdeh MMC-yə qarşı əmrin ləğv edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı X2 Cavabdeh MMC-yə qarşı Cavabdeh 08 oktyabr 2024-cü il tarixli 175/24K nömrəli əmrinin ləğv edilmsini, sonuncu çalışdığı vəzifə olan Cavabdeh İnformasiya Departamentinin Xəbər buraxılışları şöbəsində aparıcı müxbir vəzifəsinə bərpa olunmağı, ona məcburi işdən çıxarıldığı xx.xx.2024-cü il tarixindən başlanaraq əmək haqqı və həmin əmək haqqının 1 faizi həcmində ödənc hesablanması və ona vurulan mənəvi ziyana görə 10.000 manat məbləğində vəsaitin və xx.xx.2022-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək işlədiyi dövrdə əlavə iş saatlarına cəlb olunduğu üçün iddiaçıya ödənilməyən əmək haqqının cavabdehdən tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə ərizə müraciət edərək cavabdehlə barışıq sazişi imzaladığını bildirmiş, mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında barışıq sazişinin təsdiq edilməsini və mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, xx.xx.2025-ci il tarixli barışıq sazişi təsdiq edilməlidir. Barışıq sazişindən müəyyən olunur ki, tərəflər razılığa gəlmişlər ki, tərəflər barışıq sazişini aşağıdakı şərtlərlə bağladılar:
2. Tərəflərin təsdiq və bəyanları 2.1. iddiaçı təsdiq və bəyan edir ki, cavabdehin xx.xx.2024-cü il tarixli 175/24K nömrəli əmri və həmin əmrin verilməsinə əsas olan halların cavabdeh tərəfindən araşdırılması, qiymətləndirilməsi və sənədləşdirilməsi əmək qanunvericiliyinin norma və tələbləri çərçivəsində icra edilmiş və qanunidir. 2.2. iddiaçı təsdiq və bəyan edir ki, cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli 175/24K nömrəli əmrin verilməsinə əsas işçi qismində onun əmək müqaviləsi üzrə əmək vəzifə və öhdəliklərini yerinə yetirməməsi, eləcə də onları kobud şəkildə pozması olmuşdur. Bununla belə, iddiaçı xx.xx.2025-ci il tarixli ərizə ilə cavabdehə müraciət edərək həyat və ailə şəraitini nəzərə alaraq humanizm prinsipi çərçivəsində tərəflər arasında mövcud olmuş əmək müqaviləsinin xitam əsasının dəyişdirilməsini xahiş etmişdir. 2.3. cavabdeh iddiaçının Saziş üzrə irəli sürdüyü təsdiq və bəyanları qəbul edir, lakin iddiaçının xx.xx.2025-ci il tarixli ərizəsini nəzərə almaqla, humanizm prinsipi çərçivəsində mübahisənin barışıqla yekunlaşdırılmasına və iddiaçı ilə aralarında mövcud olmuş əmək müqaviləsinin xitam əsasının dəyişdirilməsinə öz razılığını bildirir.
3. Tərəflərin hüquq və vəzifələri 3.1. İddiaçı aşağıdakı vəzifələri öz öhdəsinə götürür; 3.1.1. Bakı şəhəri Xətai rayon Məhkəməsinin icraatında olan e-2(011)-1812/2025 nömrəli mülki iş üzrə cavabdehə qarşı olan bütün iddia və tələblərindən imtina edir; 3.1.2. Aralarında mövcud olmuş əmək münasibətlərindən irəli gələrək gələcəkdə Cavabdehə qarşı hər hansı əsasda maddi, mənəvi və s. tələb(lər)ə dair bilavasitə və dolayısı ilə istənilən iddia və/və ya tələb irəli sürməyəcəyini qəbul edir; 3.1.3. Bu Sazişin qüvvəyə minməsi ilə birlikdə tərəflər arasında mövcud olmuş əmək münasibətlərinin xitam əsasının AR Əmək Məcələsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (işçinin öz təşəbbüsü ilə) dəyişdirilməsi ilə bağlı müvafiq Ərizəni (bundan sonra - “Ərizə”) imzalayaraq Cavabdehə təqdim edir; 3.1.4. Cavabdehlə əmək münasibətlərində olduğu müddət ərzində əmək funksiyalarının icrası zamanı və ya əmək fəaliyyəti ilə əlaqəli ona bəlli olan məlumatların konfidensial olmasını və bu məlumatların açıqlanması halında Cavabdehə 50.000 (əlli min) manat məbləğində cərimə və dəymiş zərərin tam şəkildə qarşılanması üçün məsuliyyət daşıyacağını qəbul edir. 3.1.5. Cavabdehlə əmək münasibətləri və onun xitamı ilə bağlı, eləcə də tərəflər arasında mövcud məhkəmə mübahisəsi və ya onun nəticələrinə dair məlumat(lar)ı istənilən media, sosial media və digər platformalarda bilavasitə və digər şəxslər vasitəsiylə açıqlamayacağmı öhdəsinə götürür və bu bəndin tələblərini pozacağı təqdirdə Cavabdehə 50.000 (əlli min) manat məbləğində cərimə ödəyəcəyini qəbul edir; 3.1.6. Bu Sazişin nəticələrinə uyğun olaraq, tərəflər arasında mövcud olmuş əmək münasibətlərinin xitam əsasının dəyişdirilməsi faktının müvafiq dövlət qurum və təşkilatları tərəfindən qeydə alınmasına və icrasına yönəlik işləri görür. 3.2. İddiaçının aşağıdakı hüquqları vardır; 3.2.1. Bu Sazişin qüvvəyə minməsi və Cavabdehə Ərizəni verdiyi andan 5 iş günü müddətində əmək kitabçasına düzəliş olunmasını tələb etmək; 3.2.2. Bu Sazişin qüvvəyə minməsi və Cavabdehə Ərizəni verdiyi andan 7 iş günü müddətində tərəflər arasında mövcud olmuş əmək münasibətlərinin xitam əsasının dəyişdirilməsi faktının qeydə alınması məqsədi ilə müvafiq dövlət qurumuna müraciət olunmasını Cavabdehdən tələb etmək; 3.2.3. Bu Sazişdən irəli gələrək Cavabdehin öz vəzifələrini icrasızlığı halında qanunvericiliyə müvafiq olaraq aidiyyəti tədbirlər görmək. 3.3. Cavabdeh aşağıdakı vəzifələri öz öhdəsinə götürür; 3.3.1. Bu Sazişin qüvvəyə minməsi və iddiaçının Ərizəni verdiyi andan 5 iş günü müddətində İddiaçının əmək kitabçasına düzəliş edir; 3.3.2. Bu Sazişin qüvvəyə minməsi və iddiaçının Ərizəni verdiyi andan 7 iş günü müddətində tərəflər arasında mövcud olmuş əmək münasibətlərinin xitam əsasının dəyişdirilməsi faktının qeydə alınması məqsədi ilə müvafiq dövlət qurumuna müraciət edir; 3.4. Cavabdehin aşağıdakı hüquqları vardır; 3.4.1. Bu Saziş üzrə iddiaçıdan bütün vəzifələrinin müvafiq qaydada icra edilməsini tələb etmək; 3.4.2. Bu Saziş üzrə İddiaçının öz vəzifələrini müvafiq qaydada icra etməməsi halında qanunvericiliyə uyğun aidiyyəti tədbirlər görmək.
4. Sazişin qüvvədə olma müddəti 4.1. X3 arasında imzalandıqdan, Məhkəmə tərəfindən müvafiq qərardadla təsdiqləndikdən və qeyd edilən qərardad qanuni qüvvəyə mindikdiyi tarixdən qüvvəyə minir və Tərəflərin bu Sazişdə nəzərdə tutulan hüquq və vəzifələrinin icra olunması ilə birgə qeyri-müəyyən müddətə qüvvədə hesab edilir.
5. Digər şərtlər 5.1. Sazişin imzalanması Tərəflərin bundan sonrakı müddət ərzində mübahisəyə və bu mübahisədən irəli gələn iddia, tələb, ittihamlara istinad etməsini istisna edir. 5.2. Sazişin imzalanması heç bir halda tərəflər arasında mövcud olmuş əmək münasibətlərinin yenidən bərpa olunması kimi qəbul edilə bilməz. 5.3. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin (Cavabdehə münasibətdə, həmçinin rəhbərliyinin) nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. 5.4. Tərəflər qanunvericilikdə nəzərdə tutulan məcburedici hallar istisna olmaqla, bu Sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz. 5.5. Bu Saziş 3 (üç) nüsxədə tərtib olunur və bir nüsxəsi İddiaçıda, bir nüsxəsi Cavabdehdə saxlanılır, bir nüsxəsi isə təsdiq üçün Bakı şəhər Xətai rayon məhkəməsinə təqdim olunur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə mülki iş materiallarını tədqiq edib hesab edir ki, tərəflərin tərtib etdikləri barışıq sazişi qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq edilərək mülki iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı X1 Cavabdeh MMC-yə qarşı əmrin ləğv edilməsi tələbi barədə iddiasına dair mülki iş üzrə “Tərəflər” arasında xx.xx.2025-ci il tarixdə imzalanmış barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin:
2. Tərəflərin təsdiq və bəyanları 2.1. iddiaçı təsdiq və bəyan edir ki, cavabdehin xx.xx.2024-cü il tarixli 175/24K nömrəli əmri və həmin əmrin verilməsinə əsas olan halların cavabdeh tərəfindən araşdırılması, qiymətləndirilməsi və sənədləşdirilməsi əmək qanunvericiliyinin norma və tələbləri çərçivəsində icra edilmiş və qanunidir. 2.2. iddiaçı təsdiq və bəyan edir ki, cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli 175/24K nömrəli əmrin verilməsinə əsas işçi qismində onun əmək müqaviləsi üzrə əmək vəzifə və öhdəliklərini yerinə yetirməməsi, eləcə də onları kobud şəkildə pozması olmuşdur. Bununla belə, iddiaçı xx.xx.2025-ci il tarixli ərizə ilə cavabdehə müraciət edərək həyat və ailə şəraitini nəzərə alaraq humanizm prinsipi çərçivəsində tərəflər arasında mövcud olmuş əmək müqaviləsinin xitam əsasının dəyişdirilməsini xahiş etmişdir. 2.3. cavabdeh iddiaçının Saziş üzrə irəli sürdüyü təsdiq və bəyanları qəbul edir, lakin iddiaçının xx.xx.2025-ci il tarixli ərizəsini nəzərə almaqla, humanizm prinsipi çərçivəsində mübahisənin barışıqla yekunlaşdırılmasına və iddiaçı ilə aralarında mövcud olmuş əmək müqaviləsinin xitam əsasının dəyişdirilməsinə öz razılığını bildirir.
3. Tərəflərin hüquq və vəzifələri 3.1. İddiaçı aşağıdakı vəzifələri öz öhdəsinə götürür; 3.1.1. Bakı şəhəri Xətai rayon Məhkəməsinin icraatında olan e-2(011)-1812/2025 nömrəli mülki iş üzrə cavabdehə qarşı olan bütün iddia və tələblərindən imtina edir; 3.1.2. Aralarında mövcud olmuş əmək münasibətlərindən irəli gələrək gələcəkdə Cavabdehə qarşı hər hansı əsasda maddi, mənəvi və s. tələb(lər)ə dair bilavasitə və dolayısı ilə istənilən iddia və/və ya tələb irəli sürməyəcəyini qəbul edir; 3.1.3. Bu Sazişin qüvvəyə minməsi ilə birlikdə tərəflər arasında mövcud olmuş əmək münasibətlərinin xitam əsasının AR Əmək Məcələsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (işçinin öz təşəbbüsü ilə) dəyişdirilməsi ilə bağlı müvafiq Ərizəni (bundan sonra - “Ərizə”) imzalayaraq Cavabdehə təqdim edir; 3.1.4. Cavabdehlə əmək münasibətlərində olduğu müddət ərzində əmək funksiyalarının icrası zamanı və ya əmək fəaliyyəti ilə əlaqəli ona bəlli olan məlumatların konfidensial olmasını və bu məlumatların açıqlanması halında Cavabdehə 50.000 (əlli min) manat məbləğində cərimə və dəymiş zərərin tam şəkildə qarşılanması üçün məsuliyyət daşıyacağını qəbul edir. 3.1.5. Cavabdehlə əmək münasibətləri və onun xitamı ilə bağlı, eləcə də tərəflər arasında mövcud məhkəmə mübahisəsi və ya onun nəticələrinə dair məlumat(lar)ı istənilən media, sosial media və digər platformalarda bilavasitə və digər şəxslər vasitəsiylə açıqlamayacağmı öhdəsinə götürür və bu bəndin tələblərini pozacağı təqdirdə Cavabdehə 50.000 (əlli min) manat məbləğində cərimə ödəyəcəyini qəbul edir; 3.1.6. Bu Sazişin nəticələrinə uyğun olaraq, tərəflər arasında mövcud olmuş əmək münasibətlərinin xitam əsasının dəyişdirilməsi faktının müvafiq dövlət qurum və təşkilatları tərəfindən qeydə alınmasına və icrasına yönəlik işləri görür. 3.2. İddiaçının aşağıdakı hüquqları vardır; 3.2.1. Bu Sazişin qüvvəyə minməsi və Cavabdehə Ərizəni verdiyi andan 5 iş günü müddətində əmək kitabçasına düzəliş olunmasını tələb etmək; 3.2.2. Bu Sazişin qüvvəyə minməsi və Cavabdehə Ərizəni verdiyi andan 7 iş günü müddətində tərəflər arasında mövcud olmuş əmək münasibətlərinin xitam əsasının dəyişdirilməsi faktının qeydə alınması məqsədi ilə müvafiq dövlət qurumuna müraciət olunmasını Cavabdehdən tələb etmək; 3.2.3. Bu Sazişdən irəli gələrək Cavabdehin öz vəzifələrini icrasızlığı halında qanunvericiliyə müvafiq olaraq aidiyyəti tədbirlər görmək. 3.3. Cavabdeh aşağıdakı vəzifələri öz öhdəsinə götürür; 3.3.1. Bu Sazişin qüvvəyə minməsi və iddiaçının Ərizəni verdiyi andan 5 iş günü müddətində İddiaçının əmək kitabçasına düzəliş edir; 3.3.2. Bu Sazişin qüvvəyə minməsi və iddiaçının Ərizəni verdiyi andan 7 iş günü müddətində tərəflər arasında mövcud olmuş əmək münasibətlərinin xitam əsasının dəyişdirilməsi faktının qeydə alınması məqsədi ilə müvafiq dövlət qurumuna müraciət edir; 3.4. Cavabdehin aşağıdakı hüquqları vardır; 3.4.1. Bu Saziş üzrə iddiaçıdan bütün vəzifələrinin müvafiq qaydada icra edilməsini tələb etmək; 3.4.2. Bu Saziş üzrə İddiaçının öz vəzifələrini müvafiq qaydada icra etməməsi halında qanunvericiliyə uyğun aidiyyəti tədbirlər görmək.
4. Sazişin qüvvədə olma müddəti 4.1. X3 arasında imzalandıqdan, Məhkəmə tərəfindən müvafiq qərardadla təsdiqləndikdən və qeyd edilən qərardad qanuni qüvvəyə mindikdiyi tarixdən qüvvəyə minir və Tərəflərin bu Sazişdə nəzərdə tutulan hüquq və vəzifələrinin icra olunması ilə birgə qeyri-müəyyən müddətə qüvvədə hesab edilir.
5. Digər şərtlər 5.1. Sazişin imzalanması Tərəflərin bundan sonrakı müddət ərzində mübahisəyə və bu mübahisədən irəli gələn iddia, tələb, ittihamlara istinad etməsini istisna edir. 5.2. Sazişin imzalanması heç bir halda tərəflər arasında mövcud olmuş əmək münasibətlərinin yenidən bərpa olunması kimi qəbul edilə bilməz. 5.3. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin (Cavabdehə münasibətdə, həmçinin rəhbərliyinin) nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. 5.4. Tərəflər qanunvericilikdə nəzərdə tutulan məcburedici hallar istisna olmaqla, bu Sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz. 5.5. Bu Saziş 3 (üç) nüsxədə tərtib olunur və bir nüsxəsi İddiaçıda, bir nüsxəsi Cavabdehdə saxlanılır, bir nüsxəsi isə təsdiq üçün Mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, barışıq sazişinin təsdiq edilməsi ilə mülki iş üzrə icraata xitam verilir, beləliklə eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Əminə Abbasova