Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-191/2025 25.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Fərhadzadə Mehri Polad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa və sair” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, Cavabdeh MMC-də (VÖEN: **********) ehtiyat hissələr üzrə menecer olaraq xx.xx.2023-cü ildən xx.xx.2024-cü il tarixinə kimi işləmişdir. İşlədiyi müddət ərzində İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsi və digər qanunvericilik aktları ilə qorunan hüquqları işəgötürən Cavabdeh MMC tərəfindən dəfələrlə kobudcasına pozulmuşdur. Belə ki, İddiaçı Cavabdeh MMC-də faktiki olaraq 2023-cü ilin mart ayından işləyərək, həftənin 5 günü saat 09:00-18:00 aralığında ofisdə olaraq əmək funksiyalarını yerinə yetirmiş, rəhbərlikdən tapşırıqlar alaraq onları icra etmiş, adına rəsmi korporativ elektron poçt ünvanı mövcud olmuş, amma əməkdaş rəsmi olaraq işə yalnız 3 ay sonra, 16 iyun 2023-cü il tarixdə qəbul edilmişdir. Əmək müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixədək müəyyən edilmişdir. Nəticə etibarilə İddiaçı 2023-cü ilin mart-iyun aylarında Cavabdeh MMC-də rəsmi əmək müqaviləsi olmadan əmək münasibətlərinə cəlb edilmişdir. Bu faktı təsdiq edən sübut kimi əməkdaşın adına xx.xx.2023-cü il tarixdə açılmış Elektron ünvan elektron poçt ünvanına dair çıxarış iddia ərizəsinə əlavə olunmuşdur. Göründüyü kimi, işəgötürən tərəfindən işçinin əmək müqaviləsi bağlanmadan işə cəlb edilməsi iddiaçı tərəfindən sübut olunur və bununla da cavabdeh təşkilat tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələbləri pozulmaqla, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İddiaçı Cavabdeh MMC-nin rəhbərliyi tərəfindən dəfələrlə müxtəlif aqrotexniki sərgilərdə iştirak məqsədilə ezamiyyətlərə göndərilsə də, ezamiyyə xərcləri vaxtında və qanunauyğun şəkildə hesablanmamış və işçiyə ödənilməmişdir. Belə ki, İddiaçı 2023-cü ilin noyabr ayında Almaniyanın Hannover şəhərinə “Agritechnica 2023” adlı sərgiyə getdiyi ezamla bağlı ona viza rüsümu geri qaytarılmamış, dekabr ayında Çinə ezam vaxtı ezam əmri verilməmiş və ezam xərcləri yarımçıq və qeyri–rəsmi ödənilmişdir, bu səbəbdən də əməkdaş xarici ölkədə çıxılmaz vəziyyətdə qalmış və xərcləri öz şəxsi vəsaiti hesabına verməli olmuşdur. 2024-cü ilin mart ayında isə Türkiyənin Konya şəhərinə heç bir ezamiyyə əmri olmadan və ümumiyyətlə ezam xərcləri ödənilmədən göndərilmiş, təkcə aviabilet şirkət tərəfindən alınmışdır. Bununla bağlı əməkdaş rəhbərliyə bir neçə dəfə müraciət etsə də, cavab verilməmiş və İddiaçı sərgidə iştirak haqqını və qidalanma xərclərini öz cibindən ödəməli olmuşdur. Şirkətin icraçı direktoru X2 bu məsələlərlə bağlı müraciət edildiyi zaman isə bildirilib ki, şirkətdə pul yoxdur və bu səbəbdən ezamiyyə xərcləri növbəti maaşla və ya qeyri-rəsmi xərclər kimi veriləcək. Buna baxmayaraq qeyd olunan ödənişlər, həmçinin qanunvericiliklə ezamiyyəyə göndərilən işçiyə ödənilməli olan ezamiyyə xərcləri bu günə kimi əməkdaşa tam şəkildə ödənilməmişdir. Bununla da, AR Əmək Məcəlləsinin tələbləri cavabdeh təşkilat tərəfindən təkrarən pozulmaqla, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Cavabdeh MMC-nin İddiaçı vaxtında ödəməli olduğu, lakin ödəmədiyi ezam xərcləri ümumilikdə 716 manat təşkil edir (ezamiyyət vaxtlarını təsdiq edən elektron poçt yazışmaları, pasport qeydləri və digər sənədlərin bəziləri iddia ərizəsinə əlavə olunur). ) İddiaçı 2024-cü ilin mart ayında ilk iş ilinin bitməsi səbəbindən onun məzuniyyətə göndərəcəklərini güman edərək öncədən xarici ölkəyə bilet almışdır. Lakin məzuniyyət almaq üçün rəhbərliyə müraciət edəndə iddiaçıya “sonra danışarıq, vaxtım yoxdur, get kompensasiyanı mühasibatlıqdan istə” deyilmişdir, mühasibatlıq şöbəsi isə bildirmişdir ki, rəhbərlik icazə vermir. Bu səbəblərə görə əməkdaş öz hesabına 2 günlük ödənişsiz məzuniyyət istəmiş, biletlərini həmin tarixlərə təxirə salmış və rəhbərlikdən şifahi təsdiq almışdır. Əməkdaş məzuniyyət ərizəsini yazmış, lakin İcraçı direktorun həmin gün ofisdə olmaması səbəbindən ərizə İR üzrə mütəxəssisə təqdim edilmişdir. Eyni zamanda icraçı direktora whatsapp sosial şəbəkəsi vasitəsilə məlumat verilmiş, mətn qarşı tərəfdən oxunmuş, lakin geri dönüş edilməmişdir. Əməkdaş da əvvəldən məzuniyyətlə bağlı şifahi təsdiq verildiyinə görə, susmağın razılıq əlaməti olduğunu rəhbər tutaraq məzuniyyətə çıxmışdır. İddiaçı ölkə xaricində olduğu zaman isə, ona şirkətin İR üzrə mütəxəssisi bildirmişdir ki, onu maddə ilə işdən çıxarırlar. Həmin gün əməkdaş icraçı direktordan bunun səbəblərini soruşsa da, cavab ala bilməmişdir (yazışmalar və digər sübutlar əlavə olunur). İddiaçı xaricdən döndükdən sonra ondan öz istəyi ilə işdən çıxması ilə bağlı ərizə yazması tələb edilmiş, lakin İddiaçı öz xahişi ilə işdən çıxmağa razı olmadığına görə, ünvanına rəsmi heç bir xəbərdarlıq məktubu göndərilmədən onunla bağlanmış əmək müqaviləsinə 28 mart 2024-cü il tarixdə, X-04/2024 nömrəli əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsinin əsası kimi isə, “70.ç. işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda” qeydi verilmişdir. Halbuki, qanunvericiliyin tələbinə əsasən, işçinin bir gündən artıq üzrsüz səbəbdən işə gəlməməsi halında, onunla bağlanmış əmək müqaviləsinə yalnız ona rəsmi xəbərdarlıq məktubu təqdim edildikdən xitam verilə bilər. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsi müddətli olmaqla, 16 mart 2024-cü il tarixdə müddət bitmişdir. Bundan sonra isə İddiaçı Cavabdeh MMC-yə işə gəlməmişdir, dolayısı ilə də əmək müqaviləsinin növbəti dövr üçün uzanmasına əsas yaranmamışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73.1-ci maddəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Göründüyü kimi, qanunvericilik müddətli əmək müqaviləsinin müddətinin uzanmasının imperativ göstərişi kimi, “müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə” ifadəsini göstərmişdir. Halbuki, hazırki əmək mübahisəsində İddiaçı tərəfindən əmək müqaviləsinin müddəti qurtardıqdan sonra əmək münasibətləri davam etdirilməmişdir. Cavabdehin əmək müqaviləsinə xitam verilməsi əmri Əmək Məcəlləsinin 71-ci maddəsinin mahiyyətinə ziddir. Belə ki, Məcəllənin 71.2-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Ona görə də xx.xx.2024-cü il tarixdən məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə, işçi əvvəlki işinə bərpa edilməlidir. İddiaçı birinci instansiya məhkəməsində hüquqlarının müdafiəsi üçün bağlanmış xx.xx.2024-cü il tarixli, 438 nömrəli “Hüquqi yardımın göstərilməsi haqqında” Müqaviləyə əsasən xidmət haqqı kimi 1,500.00 (bir min beş yüz) manat ödənilmişdir. İddiaçı göstərilənləri nəzərə alaraq, Cavabdeh 28 mart 2024-cü il tarixli, X-04/2024 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı Cavabdehnə işə bərpa edilməsi, əmək kitabçasında və ƏMAS-da müvafiq düzəlişlərin aparılması, Cavabdeh tərəfindən İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi, Cavabdeh tərəfindən İddiaçı ödənilməmiş 716.00 manat ezamiyyə xərclərinin ödənilməsi, İddiaçı tərəfindən ödənilmiş 60.00 manat mediasiya xərclərinin və 1,500.00 manat hüquqi yardımın göstərilməsinə görə xərclərin Cavabdehndən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Nümayəndə həmçinin qeyd etmişdir ki, iddia ərzəsində qeyd edilmiş ezamiyyə xərci cavabdeh təşkilatın adətən apardığı hesablamalarına uyğun olaraq təxmini göstərilmişdir. Ekspert tərəfindən ezamiyyə xərcləri dəqiq hesablanmışdır. Odur ki, xahiş edirlər ezamiyyə xərcləri rəyə uyğun olaraq tutulsun. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə etiraz etməklə yanaşı, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin nümayəndələrinin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Cavabdeh MMC-yə ünvanladığı 16 iyun 2023-cü il tarixli ərizənin surətindən görünür ki, İddiaçı 16 iyun 2023-cü il tarixdən etibarən Cavabdeh MMC-yə ehtiyat hissələri üzrə menecer vəzifəsinə işə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin 16 iyun 2023-cü il tarixli, K 005/23 nömrəli əmrin surətindən görünür ki, İddiaçı 16 iyun 2023-cü il tarixdən əmək haqqı əmək müqaviləsinə uyğun ödənilməklə cəmiyyətə ehtiyat hissələri üzrə menecer vəzifəsinə işə qəbul edilmiş, işçi ilə tam maddi məsuliyyət haqqında müqavilə bağlanılmışdır. İş materiallarında olan Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 16 iyun 2023-cü il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı MMC-də ehtiyat hissələri üzrə menecer vəzifəsinə işə qəbul edilmiş, müqavilə 3 ay 1 gün müddətinə bağlanmış, əmək haqqı 2041,15 manat müəyyən edilmişdir. İş materiallarında olan Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 16 iyun 2023-cü il tarixli əmək müqaviləsinə 2 nömrəli Əlavədən görünür ki, işçinin əmək haqqı 2270 manat müəyyən edilmişdir. İş materiallarında olan xxxxxxx000905 nömrəli əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, İddiaçı 16 iyun 2023-cü il tarixdən Cavabdeh MMC-də ehtiyat hissələri üzrə menecer vəzifəsində işləyir, aylıq əmək haqqı 2270 manat təşkil edir, müqavilənin müddətinin qurtardığı tarix 16 mart 2024-cü il tarixdir. İş materiallarında olan Cavabdeh MMC-nin 17 iyul 2023-cü il tarixli E-015/2023 nömrəli əmrin surətindən görünür ki, Cavabdeh MMC-də ehtiyat hissələri üzrə menecer vəzifəsində çalışan İddiaçı 17 iyul 2023-cü il tarixdən 19 iyul 2023-cü il tarixədək 3 gün müddətinə (2 gecə, 3 gün) işlə əlaqəli görüşmələrin keçirilməsi, yeni əməkdaşlıqların təşkili məqsədilə Bakı şəhərindən Türkiyə Respublikası, İstanbul şəhərinə ezam edilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin 14 noyabr 2023-cü il tarixli 039/2023 nömrəli əmrin surətindən görünür ki, Cavabdeh MMC-də ehtiyat hissələri üzrə menecer vəzifəsində çalışan İddiaçı 17 iyul 2023-cü il tarixdən 14 noyabr 2023-cü il tarixədək 4 gün müddətinə Bakı şəhərindən Kənd təsərrüfatı sərgisində iştirak etmək məsqədilə Almaniya Federativ Respublikasının Hannovr şəhərinə ezam edilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin icraçı direktoru P.İ.Həsənov, baş mühasib L.C.Kərimova və kadrlar üzrə mütəxəssis X.İ.Əliyeva tərəfindən işçinin işə gəlməməsi haqqında tərtib edilmiş 18 mart 2024-cü il tarixli aktın surətindən görünür ki, 18 mart 2024cü il tarixində, saat 09:00-da işçilər tərəfindən daxili nizam-intizam qaydalarına əməl olunmasına nəzarət məqsədilə aparılmış yoxlama nəticəsində ehtiyat hissələri üzrə menecer İddiaçı iş yerində olmaması müəyyən edilmişdir. Həmin gün saat 11:00, 14:00 və 16:45-də aparılmış təkrar nəzarət yoxlamaları vasitəsilə işçinin iş günün sonuna kimi iş yerində olmaması müəyyən edilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin icraçı direktoru P.İ.Həsənov, baş mühasib L.C.Kərimova və kadrlar üzrə mütəxəssis X.İ.Əliyeva tərəfindən işçinin işə gəlməməsi haqqında tərtib edilmiş 19 mart 2024-cü il tarixli aktın surətindən görünür ki, 19 mart 2024cü il tarixində, saat 09:00-da işçilər tərəfindən daxili nizam-intizam qaydalarına əməl olunmasına nəzarət məqsədilə aparılmış yoxlama nəticəsində ehtiyat hissələri üzrə menecer İddiaçı iş yerində olmaması müəyyən edilmişdir. Həmin gün saat 11:00, 14:00 və 16:45-də aparılmış təkrar nəzarət yoxlamaları vasitəsilə işçinin iş günün sonuna kimi iş yerində olmaması müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh MMC-nin icraçı direktoru Pərviz Həsənov arasında “WhatsApp” sosial şəbəkəsindən olan yazışmalarda aşağıdakılar qeyd edilmişdir: 15 mart 2024-cü il tarixdə: İddiaçı – “Pərviz müəllim, mən sizdən çox çox üzr istəyirəm, sizi gözləyirdim, amma Aytac dedi hələ də gəlməmisiniz. Mənə bu 2 gün çox vacibdir. Mən ödənişsiz götürmək istəyirəm, yəni şirkətdən pul getməyəcək, 24/7 onsuz da buradayam, mailim işləyir, nəsə lazım olsa həmişə taparam. Sadəcə həm sertifikatlarımı yeniləmək vaxtıdır, həm bu İLETS imtahanı burada çox bahadır, orada isə 200 azn daha ucuz. Həm də anamı başqa həkimlərə göstərmək istəyirəm, yəni tək dincəlməyə getmirəm. Çox xahiş edirəm, mən icazəmi ödənişsiz məzuniyyətə götürüm, Biletləri artıq təxirə salmışam 500 azn ziyanla, bu 2 gündən sonra heç yerə gedə bilməyəcəm. 18 mart 2024-cü il tarixdə: İddiaçı –“Pərviz müəllim salam Məni çıxardırsınız? Açığı gözləmirdim. Mən fikirləşirdim ki, bütün tapşırıqlarınızı yerinə yetirirəm. Səbəb 2 gün öz hesabıma almağımdır? Tamam Perviz m. Zəhmət olmasa, mənim maaşımı və son haqq hesabımı + məzuniyyət ödənişimi və öz hesabıma aldığım biletləri + ezam xərclərini ödəsinlər. İş materiallarında olan İddiaçı ilə Cavabdeh MMC-nin kadrlar üzrə mütəxəssisi Xədicə Əliyeva arasında “WhatsApp” sosial şəbəkəsindən olan yazışmalarda aşağıdakılar qeyd edilmişdir: Xədicə Əliyeva: “Mariya xanım, Pərviz m çıxarır sizi, mənə əmr verdi” İddiaçı: “Ok, No problem.” İddiaçı: Səs yazısı Xədicə Əliyeva: “Oldu Mariya xanım, Siz çeklərlə Lala xanıma göndərərsiz həm də təmin edərlər” İddiaçı: “Hamisini gonderdim” Xədicə Əliyeva: “Tamam”. İş materiallarında olan Cavabdeh MMC-nin 28 mart 2024-cü il tarixli, X-04/24 nömrəli əmrin surətindən görünür ki, İddiaçı 28 mart 2024-cü il tarixdən cəmiyyətin ehtiyat hissələri üzrə meneceri, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) tutduğu vəzifədən/peşədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsi ləğv edilmiş, istifadə edilməmiş əmək məzuniyyətinə görə 26 gün pul əvəzi ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10 yanvar 2025-ci il tarixli, 9/6254 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə və iş materiallarında olan sənədlərə əsasən İddiaçı ödənilməmiş ezamiyyə xərci 1254,22 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan Ekspertiza Xərclərinə dair bildirişdən görünür ki, məhkəməmühasibatlıq ekspertizası üzrə aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti ünvan 1 ünvanlanmış 02 iyul 2024-cü il tarixli məktubun surətindən görünür ki, İddiaçı Cavabdeh MMC-də əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinə ünvanlanan müraciətə Nazirlik yanında X3 Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır. Müraciətdə qeyd olunan müraciət müəllifinə araşdırmanın nəticəsi barədə məlumat verilməməsi ilə bağlı olaraq İddiaçı müraciətinə baxılmış və yaşayış ünvanına (ünvan 3ömrəli 10 may 2024-cü il tarixli və 3-17-5/2-R-38741/2024 nömrəli 20 iyun 2024-cü il tarixli cavab məktubları ünvanlanmışdır. Eyni zamanda bildirilmişdir ki, İddiaçı Cavabdeh MMC-də əmək hüquqlarının pozulması ilə bağlı olaraq müvafiq sənədlərin təqdim edilməsi məqsədilə müəssisənin ünvanına 3-17-5/2-19055/2024 nömrəli, 04 aprel 2024-cü il tarixli məktubla vətəndaşa aid olan sənədlərin, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinə müvafiq olaraq təqdim edilməsi xahiş olunmuş, məktublar 15 aprel 2024-cü il və 29 aprel 2024-cü il tarixində çatdırılsa da, lakin bu günədək heç bir sənəd təqdim edilməmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 01 may 2025-ci il tarixinədək dayandırıldığından müraciətdə göstərilən halların yenidən araşdırılması və müvafiq tədbirlərin görülməsi mümkün olmamışdır. Müəssisə rəhbərliyi tərəfindən sənədlər təqdim edilmədiyindən İddiaçı Cavabdeh MMC-də əmək hüquqlarının pozulmasını sübuta yetirmək və inzibati icraata başlamaq mümkün olmamışdır. Müraciətdə qeyd olunan məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İş materiallarında olan İddiaçı ilə Bakı şəhəri 6 saylı Vəkil bürosunun vəkili Vəkil1 arasında bağlanmış 438 saylı, 02 aprel 2024-cü il tarixli müqavilədən görünür ki, vəkil ona həvalə edilmiş tapşırıq əsasında hüquqi yardım göstərməyi, iddiaçı isə hüquqi yardıma görə 1500 manat haqq ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 16-cı maddəsi). Azərbaycan Respublikasının Əmək Məcəlləsinin vəzifələri və prinsipləri arasında (bundan sonra ismin müvafiq hallarında «Əmək Məcəlləsi») əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipi müəyyən edilmişdir. Əmək münasibətləri yazılı formada əmək müqaviləsi bağlandıqda yaranır. (7-ci maddə). Məcəllənin işəgötürənin əsas hüquqlarının arasında Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək və Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüququ təsbit olunmuşdur. (11-ci maddə) Əmək Məcəlləsinin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır. (46-cı maddə) Əmək Məcəlləsinin 45-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. 2. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə bu maddənin 1-ci hissəsində nəzərdə tutulmuş qaydada xəbərdar edilmişdirsə, işçi işə çıxdığı gün işəgötürən tərəfindən xitam verilə bilər Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 72-ci maddəsinə əsasən aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Həmin Məcəllənin 71.2-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Əmək Məcəlləsinin 290.2-ci maddəsinə görə İşçinin hüquqlarını və qanuni mənafelərini pozmuş işəgötürən fərdi əmək mübahisəsinin həlli nəticəsində məhkəmə tərəfindən müəyyən edilmiş işçiyə dəyən maddi ziyanı tam məbləğdə ödəməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh MMC ilə bağladığı 16 iyun 2023-cü il tarixli əmək müqaviləsinə əsasən MMC-də ehtiyat hissələri üzrə menecer vəzifəsinə işə qəbul edilmişdir. xxxxxxx000905 nömrəli əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, İddiaçı 16 iyun 2023-cü il tarixdən Cavabdeh MMC-də ehtiyat hissələri üzrə menecer vəzifəsində işləmiş, aylıq əmək haqqı 2270 manat təşkil etmiş, müqavilənin müddətinin qurtardığı tarix 16 mart 2024-cü il kimi qeyd edilmişdir. Cavabdeh MMC-nin 28 mart 2024-cü il tarixli, X- 04/24 nömrəli əmri ilə, İddiaçı 28 mart 2024-cü il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsi ləğv edilmiş, istifadə edilməmiş əmək məzuniyyətinə görə 26 gün pul əvəzi ödənilmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, cavabdeh iddiaçının işdən çıxarılması əsası kimi iddiaçının 18 mart 2024-cü il və 19 mart 2024-cü il tarixlərdə bütün gün ərzində iddiaçının işə gəlməməsini nəzərə almışdır. İddiaçı hazırda qeyd olunan əmrin ləğv edilməsi, işə bərpa edilməsi və digər tələblərlə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan, aşağıdakı qeyd olunacaq hissələrdə qismən təmin edilməlidir. Belə ki, iş materiallarından da göründüyü kimi tərəflər arasında bağlanmış əmək müqaviləsi müddətli əmək müqaviləsi olmaqla 16 iyun 2023-cü il tarixdən 16 mart 2024-cü il tarixədək bağlanmışdır. İddiaçı 15 mart 2024-cü il tarixdə cavabdeh MMC-nin icra direktoru Pərviz Həsənova mesaj yazaraq 2 gün ödənişsiz məzuniyyət götürmək istədiyini bildirmiş, lakin ona heç bir cavab verilməmişdir. Daha sonra MMC-nin kadrlar üzrə mütəxəssisi Xədicə Əliyeva iddiaçıya mesaj yazaraq iddiaçının işdən çıxarılacağını bildirmiş, bundan sonra 18 mart 2024-cü il tarixdə iddiaçı yenidən MMC-nin icra direktoru Pərviz Həsənova mesaj yazaraq maaşı, son haqq hesabı, ezam xərci və digər xərclərinin ona ödənilməsini xahiş etmişdir. Göründüyü kimi tərəflər arasında əmək müqaviləsinin müddəti bitdikdən sonra müqavilənin müddətinin davam etdirilməməsi ilə bağlı iradə ifadəsi mövcud olmuşdur. Lakin cavabdeh işin bu faktiki halını nəzərə almayaraq, əmək müqaviləsinə xitam verərkən əmək müqaviləsinin müddətinin bitməsini deyil, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndini (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsas götürmüşdür. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə Cavabdeh MMC-nin 28 mart 2024-cü il tarixli, X- 04/24 nömrəli əmri qanunsuz olduğundan ləğv edilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, tərəflər arasında mövcud olan əmək müqaviləsinə həmin müqavilənin müddətinin bitməsi əsası ilə xitam verilməli olduğundan, tərəflər müqavilənin müddətinin davam etdirilməməsi ilə bağlı iradə ifadəsini nümayiş etdirdiyindən iddiaçının işə bərpa edilməsi və Cavabdeh tərəfindən İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi hissəsində iddia tələbi əsaslı hesab edilə bilməz. Məhkəmə eyni zamanda iddia tələblərini Cavabdeh tərəfindən İddiaçı ödənilməmiş 716,00 manat ezamiyyə xərclərinin ödənilməsi hissəsində araşdıraraq qeyd edir ki, iddiaçı tərəfindən tələb edilən ezamiyyə xərcinin cavabdehin adətən apardığı hesablamalarına əsasən hesablandığı, eyni zamanda cavabdeh tərəfindən ezamiyyə xərcinin 430 manat olduğu bildirildiyindən, məhkəmə tərəfindən mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10 yanvar 2025-ci il tarixli, 9/6254 nömrəli ekspert rəyi ilə təsdiq edimişdir ki, İddiaçı ödənilməmiş ezamiyyə xərci 1254,22 manat təşkil edir. İddiaçının nümayəndəsi iddia ərzəsində qeyd edilmiş ezamiyyə xərcinin cavabdeh təşkilatın adətən apardığı hesablamalarına uyğun olaraq təxmini göstərildiyini bildirərək, ezamiyyə xərclərinin rəyə uyğun olaraq tutulmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, ezamiyyə xərcinin hesablanması işçinin deyil, işəgötürənin öhdəliyi olduğndan, iddiaçının iddia ərizəsində qeyd etdiyi məbləğ səhv hesablandığından, məhkəmə tərəfindən keçirilmiş ekspertiza nəticəsində iddiaçıya ödənilməli olan məbləğ dəqiq müəyyən edildiyindən, iddiaçının əməyinə görə adekvat kompensasiya almaq hüququ pozulmamalı, Məhkəmə Ekspertiza Mərkəzinin rəyi nəzərə alınaraq, 1254,22 manat ezamiyyə xərci Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulmalıdır. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Beləliklə, məhkəmə İddiaçı tərəfindən ödənilmiş 60.00 manat mediasiya xərclərinin və 1,500.00 manat hüquqi yardımın göstərilməsinə görə xərclərin Cavabdehndən tutulması hissəsində hesab edir ki, iddiaçı hüquqi xidmətin göstərilməsi ilə bağlı 1500 manat ödəniş etsə də, hüquqi yardıma görə vəsait ağlabatan məbləğdə tutulmalıdır. Məhkəmə iddiaçı tərəfindən hüquqi yardımla bağlı ödənilmiş vəsaitə görə 200 manat pul vəsaitinin və 30 manat mediasiya xərcinin Cavabdeh MMC-dən iddiaçının xeyrinə tutulmasını ədalətli olmaqla yanaşı tərəflərin mənafeyinə uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q ə t e t d i:
İddia qismən təmin olunsun. İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə Cavabdeh MMC-nin 28 mart 2024-cü il tarixli, X-04/24 nömrəli əmri ləğv edilsin. Cavabdeh MMC-dən 1254,22 manat ezamiyyə xərci, hüquqi yardıma görə iddiaçı tərəfindən ödənilmiş vəsaitə görə 200 manat pul vəsaiti və 30 manat məbləğində mediasiya xərci İddiaçı xeyrinə tutulsun. Eyni zamanda iddia qismən təmin edildiyindən, 100 manat ekspertiza xərcinin 50%-i, yəni 50 manat cavabdehdən, qalan 50%-i, yəni 50 manat İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin X1 hesabına ödənilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: İlahə Abbasova