Məhkəmə qərarları › İş №e-2(011)-1962/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1962/2022

28.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1962/2022 28.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi ilə İddiaçı MMC-nin cavabdeh Yılmaz Tolgaya qarşı borcun məcburi qaydada alınması barədə kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxaraq müəyyənetdi: İddiaçı MMC-si cavabdeh Yılmaz Tolgaya qarşı borcun məcburi qaydada alınması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Türkiyə Respublikasının vətəndaşı Yılmaz Tolga İddiaçı MMC-si ilə arasında bağlanmış 31 avqust 2012-ci il tarixli, 02346438 saylı abunə müqaviləsinə əsasən ********** №-li mobil nömrə ilə və 13 avqust 2014-cü il tarixli, 02713105 saylı abunə müqaviləsinə əsasən, ********** №li mobil nömrə ilə "xxxx" Telekom MMC-nin rabitə xidmətlərindən istifadə etmiş və nəticədə onun 56 manat 14 qəpik məbləğində abunə və xidmət haqqı borcu yaranmışdır. Abunə Müqaviləsinin 4.1-ci bəndinə əsasən, Abunəçi xidmət haqqını, Müqavilə ilə müəyyənləşdirilən digər ödənişləri və ya hər hansı borc məbləğlərini hər faktura dövrünün sonunda müvafiq hesab-fakturada nəzərdə tutulan son ödəmə tarixinə qədər (həmin gün də daxil olmaqla) ödəməlidir. Həmin Müqavilənin 4.2-ci bəndinə əsasən, Hesab-fakturada göstərilən ödəniş müddətləri Abunəçi tərəfindən pozularsa, "xxxx" Abunəçiyə faktura kəsildiyi tarixdən 45 (qırx beş) təqvim günü sonra növbəti təqvim günündən başlayaraq gecikmə faizi tətbiq edir ki, bu da ödənişin gecikdirildiyi hər təqvim günü üçün həmin günə olan borc məbləğinə 0,1% miqdarında hesablanır. Gecikmə faizinin hesablanması, gecikmə faizi borc məbləğinin 20%-dən artıq olmamaq şərti ilə, borc(lar) tam ödənilənə qədər "xxxx" tərəfindən davam etdirilir. Cavabdehin öz borcunu ödəməsinin son tarixləri xx.xx.2020-ci il və xx.xx.2020 ci il müəyyən olunsa da o, müqavilənin qeyd olunan şərtlərini pozaraq borcunun ödənilməsini təmin etməmişdir. Göstərilənəri nəzərə alaraq, iddiaçı cavabdehdən 56 manat 14 qəpik abunə və xidmət haqqı və 30 manat dövlət rüsumu olmaqla, cəmi 86 manat 14 qəpik vəsaitin İddiaçı MMC-nin xeyrinə məcburi tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC-si ilə Yılmaz Tolga arasında bağlanmış Abunə müqavilələrinin təsdiq edilmiş surətlərindən görünür ki, İddiaçı MMC-si ilə Yılmaz Tolga arasında müqavilələr bağlanmış, müqavilələrin şərtlərinə görə 050 ******* və ********** mobil nömrələr abunəçinin istifadəsinə verilmişdir. İş materiallarında olan İddiaçı MMC-si tərəfindən verilmiş cari hesab arayışından görünür ki, Yılmaz Tolganın ödənilməmiş faktura məbləği 51 manat 95 qəpik və 4 manat 19 qəpik təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Adı çəkilən Məcəllənin 448-ci maddəsinə uyğun olaraq Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara qiymət verərək məhkəmə hesab edir ki, cavabdeh abunə müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi üçün həmin öhdəliyin icrasını təmin etmək məqsədilə iddiaçının xidmətlərindən istifadəyə görə yaranmış borc məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə isə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh Yılmaz Tolgadan 31 avqust 2012-ci il tarixli, 02346438 saylı abunə müqaviləsinə əsasən 51 manat 95 qəpik və 13 avqust 2014-cü il tarixli, 02713105 saylı abunə müqaviləsinə əsasən 4 manat 19 qəpik xidmət haqqı olmaqla, ümumilikdə hər iki müqavilə üzrə 56 manat 14 qəpik və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 86 manat 14 qəpik məbləğində pul vəsaiti İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar