Məhkəmə qərarları › İş №e-2(011)-200/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-200/2024

19.03.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-200/2024 19.03.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi Behbudov Orxan Elşən oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan mənzillərin naturada bölünərək təhvil verilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı – Cavabdeh ilə İddiaçı ½ paylarda mülkiyyətində olan ünvan 2, 26, 27, 28, 29 saylı (Yeni qaydalarla AZ 1121, Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi, 173, M6, m1, m2, m3, m4) mənzillərdən İddiaçı payının naturada ayrılması, bu mümkün olmadıqda mənzillərin açıq hərracda satılaraq iddiaçıya düşən pulun verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Cavabdeh ilə İddiaçı ½ paylarda mülkiyyətində olan ünvan 2, 26,27,28,29 saylı( Yeni qaydalarla AZ1121, Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi, 173,M6,m1, m2, m3, m4) mənzillərdən İddiaçı payının naturada ayrılması, bu mümkün olmadıqda mənzillərin açıq hərracda satılaraq satışdan əldə edilmiş vəsaitin tərəflər arasında paylarına mütanasib surətdə bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı rəsmi nikahda olmuşdur. Məhkəmə qətnaməsi ilə tərəflər arasında olmuş nikah pozulmuşdur. Daha sonra İddiaçı birgə nikah dövründə əldə edilmiş əmlakların bölünməsinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-519/2021 nömrəli, 27 iyul 2021-ci il tarixli qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, Cavabdeh "xxxx" MMC-yə ünvanladığı və 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisində notariat qaydasında təsdiq olunmuş xx.xx.2020-ci il tarixli, 8İ-5272 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli, 8İ-5270 reyestr nömrəli, xx.xx.2020ci il tarixli, 8İ-5269 reyestr nömrəli və xx.xx.2020-ci il tarixli, 8İ-5271 reyestr nömrəli ərizələr, cavabdehlər Cavabdeh ilə "xxxx" MMC arasında xx.xx.2020-ci il tarixində bağlanmış xx.xx.2014-cü il tarixli, 52 saylı, xx.xx.2013-cü il tarixli, 28 saylı, xx.xx.2013-cü il tarixli, 29 saylı və xx.xx.2014-cü il tarixli, 30 saylı müqavilələrin ləğv olunması haqqında saziş, cavabdehlər "xxxx" MMC və İmanov Əyyub Muğbil oğlunun arasında bağlanmış, ünvan 2, 26 saylı mənzilə dair xx.xx.2020-ci il tarixli, 52 saylı, ünvan 2, 27 saylı mənzilə dair xx.xx.2020-ci il tarixli, 28 nömrəli, ünvan 2, 28 saylı mənzilə dair xx.xx.2020-ci il tarixli, 29 saylı və ünvan 2, 29 saylı mənzilə dair xx.xx.2020-ci il tarixli, 30 nömrəli “Mənzil alqı və satqısı haqqında” müqavilələr, cavabdeh "xxxx" MTK-nın üzvlərinin 09 nömrəli, xx.xx.2020-ci il tarixli Ümumi iclasının qərarlarının (protokolları) etibarsız edilmiş və həmin qərarlar əsasında cavabdeh İmanov Əyyub Muğbil oğlunun adına ünvan 2, 26, 27, 28 və 29 saylı mənzillər üzrə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışların ləğv edilməsi, ünvan 2, 26 saylı mənzilin, ünvan 2, 27 saylı mənzilin, ünvan 2, 28 saylı mənzilin, ünvan 2, 29 saylı mənzilin,Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi, ev 17, 19, 21, 35 saylı mənzilin üzərində 1/2 hissədə iddiaçı X1 və 1/2 hissədə Cavabdeh paylarının müəyyən edilməsi, “Mersedes Benz E220 CDİ” markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı (əvvəlki 90-MM447) avtomobilə dair cavabdehlər Cavabdeh və X5 arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, “Kia Mohave” markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı və “Mersedes Benz E220 CDİ” markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı (əvvəlki 90-MM447) avtomobillərin üzərində 1/2 hissədə iddiaçı X1 və 1/2 hissədə Cavabdeh paylarının müəyyən edilməsi, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilərək, "Ford Focus" markalı **-CC-*** dövlət nömrə nişanlı avtomobilin üzərində 1/2 hissədə iddiaçı Cavabdeh və 1/2 hissədə cavabdeh X1 paylarının müəyyən edilməsi, ilkin iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun iddiaçı X2, qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun iddiaçı Cavabdeh aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 11289/2021 nömrəli, 10 dekabr 2021-ci il tarixli qətnaməsi ilə ilkin iddia üzrə Cavabdeh və X5 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-519/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi qismən,“Mersedes Benz E220 CDİ” markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı (əvvəlki 90- MM447) avtomobilə dair cavabdehlər Cavabdeh və X5 arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və 1/2 hissədə iddiaçı X1 və 1/2 hissədə Cavabdeh paylarının müəyyən edilməsi hissəsində ləğv edilmiş, ilkin iddia həmin hissədə qismən təmin edilmiş,“Mersedes Benz E220 CDİ” markalı, 99- OD790 dövlət qeydiyyat nişanlı (əvvəlki 90- MM447) avtomobilə dair cavabdehlər Cavabdeh və X5 arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsindən əldə edilmiş 40000 manat pulun 1/2 hissəsi, yəni 20000 manatın ilkin iddia üzrə Cavabdeh alınaraq ilkin iddia üzrə iddiaçı X1 xeyrinə tutulması, cavabdeh İmanov Əyyub Muğbil oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2662/2022 saylı mülki iş üzrə xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qeyd edilən qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə Xətai rayon Məhkəməsinin qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra qətnamə icra edilmiş, İddiaçı ünvan 2, 26 saylı mənzilin, ünvan 2, 27 saylı mənzilin, ünvan 2, 28 saylı mənzilin, ünvan 2, 29 saylımənzilin üzərində 1/2 hissədə mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar verilmişdir. Sözügedən mənzillər birgə nikah dövründə əldə edilmiş vəsait hesabına bir mənzilə birləşdirilmiş, faktiki olaraq cavabdeh tərəfindən bir mənzil olaraq istifadə olunur. İddiaçı mənzilə olan mülkiyyət hüquqlarını həyata keçirə bilmir, belə ki,cavabdeh onu həmin mənzilə ümumiyyətlə buraxmır. Tərəflərin izahatları İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək onun iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxıb qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 Məmmədhüseyn oğlu məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə baxışının iştirakları olmadan keçirilərək, iddianın rədd edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışların surətlərindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi, 173,M6,m1, m2, m3, m4 saylı mənzillər üzərində İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdırlar. İş materiallarında olan, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-519/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ilkin iddia qismən, qarşılıqlı iddia təmin edilərək, Cavabdeh "xxxx" MMC-yə ("xxxx" MMC-yə) ünvanladığı və 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisində notariat qaydasında təsdiq olunmuş xx.xx.2020-ci il tarixli, 8İ- 5272 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli, 8İ-5270 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli, 8İ-5269 reyestr nömrəli və xx.xx.2020-ci il tarixli, 8İ-5271 reyestr nömrəli ərizələr, cavabdehlər Cavabdeh ilə "xxxx" MMC arasında xx.xx.2020-ci il tarixində bağlanmış xx.xx.2014-cü il tarixli, 52 saylı, xx.xx.2013-cü il tarixli, 28 saylı, xx.xx.2013-cü il tarixli, 29 saylı və xx.xx.2014-cü il tarixli, 30 saylı müqavilələrin ləğv olunması haqqında saziş, cavabdehlər "xxxx" MMC və İmanov Əyyub Muğbil oğlunun arasında bağlanmış, ünvan 2, 26 saylı mənzilə dair xx.xx.2020-ci il tarixli, 52 saylı, ünvan 2, 27 saylı mənzilə dair xx.xx.2020-ci il tarixli, 28 nömrəli, ünvan 2, 28 saylı mənzilə dair xx.xx.2020-ci il tarixli, 29 saylı və ünvan 2, 29 saylı mənzilə dair xx.xx.2020-ci il tarixli, 30 nömrəli “Mənzil alqı və satqısı haqqında” müqavilələr, cavabdeh "xxxx" MTK-nın üzvlərinin 09 nömrəli, xx.xx.2020-ci il tarixli Ümumi iclasının qərarların (protokolları) etibarsız edilməsi və həmin qərarlar əsasında cavabdeh İmanov Əyyub Muğbil oğlunun adına ünvan 2, 26, 27, 28 və 29 saylı mənzillər üzrə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışların ləğv edilməsi, ünvan 2, 26 saylı mənzilin, ünvan 2, 27 saylı mənzilin, ünvan 2, 28 saylı mənzilin, ünvan 2, 29 saylı mənzilin, Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi, ev 17, 19, 21, 35 saylı mənzilin üzərində 1/2 hissədə iddiaçı X1 və 1/2 hissədə Cavabdeh payları müəyyən edilməsi, “Mersedes Benz E220 CDİ” markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı (əvvəlki 90-MM447) avtomobilə dair cavabdehlər Cavabdeh və X5 arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, “Kia Mohave” markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı və “Mersedes Benz E220 CDİ” markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı (əvvəlki **-MM-***) avtomobillərn üzərində 1/2 hissədə iddiaçı X1 və 1/2 hissədə Cavabdeh paylarının müəyyən edilməsi, "Ford Focus" markalı **-CC-*** dövlət nömrə nişanlı avtomobilin üzərində 1/2 hissədə iddiaçı Cavabdeh və 1/2 hissədə cavabdeh X1 paylarının müəyyən edilməsi qət olunmuşdur. İş materiallarında olan, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11289/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, ilkin iddia üzrə Cavabdeh və X5 tərəfindən ayrı ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, iş üzrə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-519/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi qismən, “Mersedes Benz E220 CDİ” markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı (əvvəlki 90-MM447) avtomobilə dair cavabdehlər Cavabdeh və X5 arasında bağlanmış xx.xx.2020ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və 1/2 hissədə iddiaçı X1 və 1/2 hissədə Cavabdeh paylarının müəyyən edilməsi hissəsində ləğv edilməsi, “Mersedes Benz E220 CDİ” markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı (əvvəlki 90-MM447) avtomobilə dair cavabdehlər Cavabdeh və X5 arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsindən əldə edilmiş 40000 manat pulun 2/1 hissəsi, yəni 20000 (iyirmi min) manatı ilkin iddia üzrə Cavabdeh alınaraq ilkin iddia üzrə iddiaçı X1 xeyrinə tutulması qət olunmuş, cavabdeh İmanov Əyyub Muğbil oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. İş materiallarında olan, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2662/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, cavabdeh İmanov Əyyub Muğbil oğlunun kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-11289/2021 nömrəli, 10 dekabr 2021ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/6785 saylı rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən 26,27,28,29 saylı (Yeni qaydalarla AZ1121 Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi, 173,M6,m1, m2, m3, m4 saylı) mənzillərin faktiki olaraq birləşdirildiyini və bir mənzil kimi istifadə edildiyini nəzərə alaraq, bu suallar üzrə tədqiqat aparılmamış, rəyin tədqiqat hissəsində göstərilənlər əsasən, Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsində yerləşən 81 saylı evin 14 saylı mənzili və həmin ünvanda yerləşən, ümumi sahəsi 66,6 kv. metr olan qeyri-yaşayış sahəsinin mülkiyyətçilərinin paylarına uyğun şəkildə naturada ayrılmasının “İnşaat Norma və Qaydaları 2.08.01.89 – un 1.1, 2.2,2.4 və 2.9 bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. İş materiallarında olan, xx.xx.2024-cü il tarixli təklifdən görünür ki, İddiaçı Cavabdeh tərəflərin birgə mülkiyyətində olan, ünvan 2, 26,27,28,29 saylı ( Yeni qaydalarla AZ1121, Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi, 173,M6,m1, m2, m3, m4) mənzillərin hamısının birlikdə bazar qiymətinin ******* manat olmasını nəzərə alaraq həmin mənzillərin bölgüsünə dair ½ hissədə payını 500000 manat həddində qiymətlədirdiyindən və bu məbləğdə vəsait tərəfindən ona ödənildiyi təqdirdə mənzilə dair ½ hissə payından onun xeyrinə imtina olunacığını təklif etmişdir. İş materiallarında olan, xx.xx.2023-cü il tarixli , ********** saylı qəbzdən görünür ki, iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən, 100 manat məbləğində dövlət rüsumu tərəfindən ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Qeyd edilən Məcəllənin 221-ci maddəsinə əsasən, ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarına əsasən, məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 04 aprel 2014-cü il tarixli qərarı: qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə ağlabatan üsulu pul kompensasiyasının ödənilməsidir. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı: Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinın 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, işin halları ilə müəyyən olunur ki, mübahisəli əmlak ümumi paylı mülkiyyətdədir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə əmlakda paylar müyyən edilmiş və mənzilin paylara uyğun real bölgüsünün həyata keçirilməsinin mümkün olmadığı müəyyən edilmişdir. İşin halları hazırkı halda Mülki Məcəllənin 220-ci maddəsində nəzərdə tutulan 3-cü qaydanın tətbiq olunmasını istisna etmir. Ona görə mənzilin açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin mülkiyyətçilərin payına uyğun olaraq bölünməsi barədə hazırkı iddia ilə çıxış etməkdə iddiaçı haqlı olmuşdur. Ona görə mənzilin açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin mülkiyyətçilərin payına uyğun olaraq bölünməsi barədə yeni qərar qəbul edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 2 ünvanında yerləşən 26,27,28,29 saylı (Yeni qaydalarla AZ1121 Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi, 173,M6,m1, m2, m3, m4 saylı) mənzillər faktiki olaraq birləşdirildiyindən və bir mənzil kimi istifadə edildiyindən mənzillərin real bölgüsü texniki cəhətdən mümkün deyildir. Əmlakların naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Həmçinin iddiaçı ona aid olan payın dəyəri ödənilməklə cavabdeh tərəfindən alınmasını təklif etmişdir. Lakin cavabdeh təklifi qəbul etməmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Qərarında hüquqi mövqe belə olub ki, digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, müxtəlif hissələrdən ibarət olub, vahid mürəkkəb əmlak sayılan ünvan 2, 26,27,28,29 saylı ( Yeni qaydalarla AZ1121, Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi, 173,M6,m1, m2, m3, m4) mənzillər birləşdiyindən, o cümlədən faktiki olaraq birləşdirilmiş mənzillərin yalnız bir giriş-çıxış qapısı olduğunu nəzərə alaraq, mənzilin mülkiyyətçilərinin paylarına uyğun şəkildə naturada ayrılması “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1, 2.2, 2.4 və 2.9 bəndələrinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olmadığından mübahisəli mənzillər açıq hərracdan satılaraq, satışdan əldə edilmiş pul vəsaiti tərəflər arasında paylarına mütənasib surətdə bölünməlidir. Bundan başqa məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iş üzrə verilmiş ekspert rəyindən görünür ki, rəyin nəticə hissəsində Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsində yerləşən 81 saylı evin 14 saylı mənzili və həmin ünvanda yerləşən, ümumi sahəsi 66.6 kv.metr olan qeyri-yaşayış sahəsinin mülkiyyətçilərinin paylarına uyğun şəkildə naturada ayrılmasının “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1, 2.2, 2.4 və 2.9 bəndələrinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olmadığı qeyd edilmiş, həmin rəyin təsviri-əsaslandırıcı hissəsində ünvan 2 ünvanında yerləşən 26,27,28,29 saylı ( Yeni qaydalarla AZ1121, Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi, 173,M6, m1, m2, m3, m4) mülkiyyətçilərinin paylarına uyğun şəkildə naturada ayrılmasının “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1, 2.2, 2.4 və 2.9 bəndələrinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olmadığı qeyd edilmişdir. Odur ki, rəyin nəticə hissəsində Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsində yerləşən 81 saylı evin 14 saylı mənzili və həmin ünvanda yerləşən, ümumi sahəsi 66.6 kv.metr olan qeyri-yaşayış sahəsi texniki səhv kimi məhkəmə tərəfindən qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı və Cavabdeh birgə paylı mülkiyyətində olan ünvan 2, 26,27,28,29 saylı ( Yeni qaydalarla AZ1121, Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi, 173,M6, m1, m2, m3, m4) mənzillər açıq hərracdan satılsın. ünvan 2, 26,27,28,29 saylı ( Yeni qaydalarla AZ1121, Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi, 173,M6,m1, m2, m3, m4) mənzillərin satılmasından əldə edilən vəsait İddiaçı ilə Cavabdeh arasında paylarına mütənasib surətdə bölünsün. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar