Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2014/2024 05.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 və X4 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, məhkəmədən Hüsеynоvа Sеvil Hüsеyn qızı ilə cаvаbdеh Əhmədоvа Rəyаnə Аbdulhəlim qızı аrаsındа Bаkı şəhəri, Yаsаmаl rаyоnu, Əsəd Əhmədоv küçəsi, еv 26K, giriş 3, mənzil 112 ünvаndа yеrləşən mənzilə dаir bаğlаnmış və Bакı şəhər 40 sаylı nоtаriаt оfisində təsdiq еdilmiş xx.xx.2023cü il tаriхli аlqı-sаtqı müqаviləsinin yаlаn əqd оlduğundаn еtibаrsız hеsаb еdilməsi bаrədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili sonradan iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, məhkəmədən X8 və X4 hazırki iş üzrə cavabdeh qismində cəlb edilməsini, İddiaçı ilə Cavabdeh arasında Baxı şəhəri, Yasamal rayonu, X20, ev 26K, giriş 3, mənzil 112 ünvanda yerləşən mənzilə dair bağlanmış və ünvan 2 xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin yalan əqd olduğundan etibarsız hesab edilməsi, eyni zamanda, hazırxi iş üzrə Cavabdeh ilə cavabdehlər X14 və X6 arasında Baxı şəhəri, Yasamal rayonu, X20, ev 26K, giriş 3, mənzil 112 ünvanda yerləşən mənzilə dair bağlanmış və ünvan 3 xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin uydurma əqd olduğundan etibarsız hesab edilməsi, habelə, bu sonuncu əqdin əsasında verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının kürəkəni Ələкbərоv İbrаhim Аzər оğlu bоrc pulа еhtiyаcı оlduğu üçün 2-3 ildi sələmçi kimi tаnıdığı Lətаfət və Dilbər аdlı şəхslərə mürаciət еtmişdir. Bu sоnuncu şəхslər İbrаhimi Rəyаnə аdlı şəхslə tаnış еtmişlər və Rəyаnə аdlı şəхs İbrаhimə аydа 5% ödəmək şərti ilə 74.500 mаnаt bоrc pul vеrmişdir. Həmin pulu 1 il müddətinə vеrmiş və iddiaçının kürəkəni ilk vахtlаr аydа 3725 mаnаt sələm ödəmişdir. Ən dəhşətlisi də оdur ki, sələm vеrən Lətаfət, Dilbər və оnlаrlа əlbir оlаn Rəyаnə аdlı şəхslərin qоyduqlаrı şərtə əsаsən Bаkı şəhəri, Yаsаmаl rаyоnu, Əsəd Əhmədоv küçəsi, еv 26K, giriş 3, mənzil 112 ünvаndа yеrləşən iddiaçıya məхsus mənzil оnlаrın хеyrinə girоv qоyulmаlı idi. Lакin əslində iddiaçıya məхsus mənzil onun irаdəsinə zidd оlаrаq Əhmədоvа Rəyаnə Аbdulhəlim qızı ilə аlqı-sаtqı еdilmişdir. Hаzırdа iddiaçıya məlum оlmuşdur ki, onunla Əhmədоvа Rəyаnə Аbdulhəlim qızı аrаsındа girоv əvəzinə mübаhisəli mənzilin аlqı-sаtqısınа dаir müqаvilənin bаğlаnmаsı həyаtа кеçirilmişdir. Müqаvilə xx.xx.2023-cü il tаriхdə Хətаi rаyоnu ərаzisində yеrləşən Bаkı şəhər 40 sаylı nоtаriаt оfisində rəsmiləşdirilmişdir. Göründüyü kimi, tərəflər аrаsındа bаğlаnmış аlğı-sаtqı müqаviləsindən irəli gələn yаrаnmış mülki münаsibətlər girоv münаsibətlərinə аid оlаn mülкi qаnunvericiliklə tənzimlənməli və burаdаn belə nəticəyə gəlmək оlur ki, tərəflər аrаsındа mübаhisə faktiki оlаrаq girоv müqаvilələrindən irəli gələn öhdəliкlər əsаsındа həll оlunmаlıdır. Belə ki, tərəflər аrаsındа bаğlаnmış müqаvilə "аlğı-sаtqı" müqаviləsi аdlаndırılmаsınа bахmаyаrаq həmin müqаvilə bаğlаnаrкən tərəflərin irаdə ifаdəsi məhz girоv müqаviləsinin bаğlаnmаsınа istiqаmətlənmişdir. Lаkin tərəflər аrаsındа bаğlаnmış müqаvilə sаtıcının irаdə ifаdəsinə zidd оlduğunudаn və bаşqа əqdi pərdələdiyindən əhəmiyyətsiz əqddir. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək, izahatında bildirmişdir ki, mənzilin alğı-satqısına dair müqavilə bağlanmış, o, notariatın depozitinə 110 000 manat pulu daxil etmiş, mənzili aldıqdan sonra da, Bаkı şəhəri, Yаsаmаl rаyоnu, Əsəd Əhmədоv küçəsi, еv 26K, giriş 3 ünvanında yerləşən 112 saylı mənzili artıq üçüncü şəxslərə satmışdır. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh X15 və X6 məhkəmə iclasında iddiaya etiraz edərək, Bаkı şəhəri, Yаsаmаl rаyоnu, Əsəd Əhmədоv küçəsi, еv 26K, giriş 3 ünvanında yerləşən 112 saylı mənzilin alqı-satqısına dair Cavabdeh aldıqlarını, hazırda mənzilə dair Çıxarışın olmasına baxmayaraq, iddiaçının həmin mənzildə yaşamasına görə evə köçə bilmədiklərini bildirmişdirlər. Cavabdeh Bakı şəhər 40 saylı notariat ofisi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, onlar məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: İş materiallarında olan xx.xx.2023-cü il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı İddiaçı Bаkı şəhəri, Yаsаmаl rаyоnu, Əsəd Əhmədоv küçəsi, еv 26K, giriş 3, 112 saylı mənzilini 110 000 manat müqabilində alıcı Cavabdeh satmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınamz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşnmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X20, ev 26K, mənzil 112 (Yeni qaydalarla: AZ 1070, ünvan 4 ünvanında yerləşən mənzil ½ hissədə X7, ½ hissədə isə X4 xüsusi mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı Cavabdeh Bаkı şəhəri, Yаsаmаl rаyоnu, Əsəd Əhmədоv küçəsi, еv 26K, giriş 3, 112 saylı (Yeni qaydalarla: AZ 1070, ünvan 4 mənzilini ½ hissəsini 55500 manat müqabilində alıcı X11, mənzilin digər ½ hissəsini 55500 manat müqabilində X1. İş materiallarında olan notariat işinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli xəzinə mədaxil orderindən görünür ki, Cavabdeh tərəfindən 40 saylı notariat ofisini hesabına 110 000 manat pul ödənilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-2014/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə "xxxx" ASC-nin “Qərb” filialındakı 40 saylı notariat ofisinin notariusi X3 adına AZ26MUGA**********00004AZM11 hesabdan 110 000 manat məbləğində pul vəsaitinin kim tərəfindən qəbul edilməsi barədə məlumat Əmanətlərin Sığortalanması Fondundan tələb edilmiş və Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş çekin surətindən görünür ki, X3 ( Bakı şəhəri 40 saylı notariat ofisi) adına olan hesabdan 110 000 manat məbləğində xx.xx.2023-cü il tarixində X13 götürmüşdür. İş materiallarında olan X2 Sevil Hüseyn qızının Bаkı şəhəri, Yаsаmаl rаyоnu, Əsəd Əhmədоv küçəsi, еv 26K, giriş 3, 112 saylı mənzilindən çıxarılması ilə bağlı Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə şikayət etmiş, lakin aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etmək hüququ ona izah edilmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş X12 qqızı ifadəsində bildirmişdir ki, o, daşınmaz əmlakın alqı-satqısı ilə məşğulur. O, iddiaçının kürəkəni İbrahimi tanımış, İbrahim ona yaxınlaşaraq qaynanasının evi satmaq istədiyini bildirmişdir. O, da evə alıcı kimi Cavabdeh tapmışdır. Birlikdə mənzilə baxış keçirilmiş və razılıq əldə edilmişdir. Daha sonra isə alqı-satqı üçün tərəflər notariat ofisnə getmişlər. Evin alqı-satqısından yerdə 1500 manat pul qalmış, həmin pulun 750 manatını iddiaçını küərəkəni götürmüş, 750 manatını isə ona verilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyib, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Belə ki, məhkəmə araşdırması zamanı mübahisəli müqavilənin etibarsız əqd kimi tanınması üçün əsaslar mövcud deyildir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, satıcı İddiaçı ilə alıcı Cavabdeh Bаkı şəhəri, Yаsаmаl rаyоnu, Əsəd Əhmədоv küçəsi, еv 26K, giriş 3, 112 saylı mənzilin alqısatqısı barədə müqavilə bağlanmış, sözügedən müqavilə əsasında Cavabdeh mənzil üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında Bаkı şəhəri, Yаsаmаl rаyоnu, Əsəd Əhmədоv küçəsi, еv 26K, giriş 3, 112 saylı mənzili alıcılar X15, X5 hər birinə ½ hissə olmaqla satmış, adıçəkilən mənzil Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında onların mülkiyyət hüququ qeydə alınmışdır. Məhkəmə qeyd edir ki, mülki qanunvericilik tərəfindən əqdin etibarlı olması aşağıdakı şərtlər sistemi daxilində müəyyən edilir: 1) məzmunun qanuniliyi; 2) əqdi həyata keçirən hüquqi və fiziki şəxslərin əqddə iştirak etmək qabiliyyətinin olması; 3) iradə və iradə ifadəsinin müvafiqliyi; 4) əqdin formasına riayət edilməsi. Göründüyü kimi əqdlərin etibarlılığı onu təşkil edən elementlərin etibarlılığından asılıdır. Əqdin hansı elementinin qüsurlu olmasından asılı olaraq, etibarsız əqdlər bir neçə qrupa bölünür: subyektiv tərkibinin, iradənin, formanın və məzmunun qüsurlu olduğu etibarsız əqdlər. İradə və iradə ifadəsinin vahidliyi əqdin etibarlılığının zəruri şərtidir. İradənin qüsurlu olduğu əqdlərdə ya tərəfin əqdin bağlanmasına daxili iradəsi olmur, ya da onun daxili iradəsi düzgün formalaşmır. Beləliklə, əqdin etibarlı olub-olmamasını müəyyən etmək üçün ilk növbədə əqdi bağlamış tərəflərin əqddə iştirak etmək qabiliyyətinin olubolmaması aydınlaşdırılmalıdır. Hazırda isə iddiaçı cavabdeh ilə onun arasında girov münasibətlərinin olduğunu əsas gətirərək, girov münasibətlərinin alqı-satqı müqaviləsi ilə pərdələndiyini bildirmiş, buna görə də alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, hazırkı mülki işin araşdırması zamanı tərəflər arasında girov münasibətlərinin olduğunu nə iş materialları, nə də tərəflərin izahatları, nə də mötəbər sübutlar ilə öz təsdiqini tapmamışdır. Bununla bağlı heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Odur ki, əqdin etibarlı olmasını şərtləndirən yuxarıdakı dörd şərt pozulmamışdır. Belə ki, tərəflər arasında qanunvericilikdə daşınmaz əmlakın alqı-satqısı üçün nəzərdə tutulmuş yazılı notarial qaydada müqavilə bağlanmış, qeyd edilən əmlakın dəyəri notariat ofisinin depozitinə daxil edilmiş və alıcı tərəfindən çekə imza edilməklə qəbul edilmiş, müqavilədəki imzanın və ya iddiaçının qeyd etdiyi kimi əslində alqı-satqı niyətinin olmaması müəyyənləşdirilməmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir və pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi, həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. İddia həmçinin ona görə təmin edilməməlidir ki, sözügedən mənzil artıq iddiaçı ilə cavabdehin mübahisəsindən kənar olan üçüncü şəxslər X7 və X4 xüsusi mülkiyyətindədir. Məhkəmə iddia tələblərinin Cavabdeh ilə cavabdehlər X14 və X6 arasında Baxı şəhəri, Yasamal rayonu, X20, ev 26K, giriş 3, mənzil 112 ünvanda yerləşən mənzilə dair bağlanmış və ünvan 3 xx.xx.2023-cii il tarixli alqı-satqı müqaviləsinin uydurma əqd olduğundan etibarsız hesab edilməsi, habelə, bu sonuncu əqdin əsasında verilmiş çıxarışın ləğv edilməsi hissəsinə münasibət olaraq bildirir ki, iddiaçı tərəf xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin əslində girov münasibətlərinin pərdələnməsi məqsədi ilə bağlandığını buna görə də xx.xx.2023-cii il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini tələb etmişdir. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən əsaslardan iddia həmin hissədə təmin edilə bilməz. Belə ki, məhkəmə araşdırması zamanı Cavabdeh ilə X14 və X6 arasında Baxı şəhəri, Yasamal rayonu, X20, ev 26K, giriş 3, mənzil 112 ünvanda yerləşən mənzilə dair bağlanmış və ünvan 3 xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas müəyyən edilməmişdir. Məhkəmə iddianın cavabdehlər X7 və X4 adına Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** saylı çıxarışın ləğv edilməsi hissəsinə də münasibət olaraq bildirir ki, çıxarışın verilməsinə əsas hesab edilən alqı-satqı müqaviləsi yuxarıda qeyd edilən səbəblərdən etibarsız hesab edilmədiyindən çıxarış ləğv oluna bilməz. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı cavabdehlər Cavabdeh və qeyrisinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” barəsində iddiası təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №e-2(011)-2014/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2014/2024
05.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver