Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-202/2025 03.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi ilə, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 qarşı Maraqlı şəxs müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunduğu “sayğacın ilkin abonnetin adına qaytarılması” tələbinə dair mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 qarşı Maraqlı şəxs müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunduğu “sayğacın ilkin abonnetin adına qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, göstərmişdir ki, Cavabdeh ilə iddiaçı arasında 12 sentyabr 2005-ci il tarixdə rəsmi nikah bağlanmaqla, nikah aktı 153 nömrə ilə “Lerik Rayon VVADQ Şöbəsində” qeydə alınmışdır. xx.xx.2005-ci ildən etibarən rəsmi nikahda olduğu həyat yoldaşı Cavabdeh1 ilə birlikdə Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozu (Binə qəsəbəsi Bakavtomat yolu) sahəsi, ev, bina 0003, mənzil 0A15 ünvanında fərdi ev inşa etmişlər. Həmin evin tikilməsinə iddiaçı tərəfindən 60000 manatdan çox pul xərclənmişdir. Fərdi evə dair qaz sayğacının nömrəsi: 1802AZ**********94, abonent kodu: **********00053 olan qaz sayğacı xx.xx.2018-ci il tarixdən etibarən birgə razılaşma əsasında həyat yoldaşı Cavabdeh1 adına quraşdırılmışdır. Cavabdeh1 iddiaçının xəbəri və məlumatı olmadan, iddiaçıdan gizlin şəkildə notarial ərizə yazaraq **********00053 nömrəli istehlakçı hesabı xx.xx.2024-cü il tarixdə anası Maraqlı şəxs adına dəyişdirmişdir. Birgə nikah dövründə inşa etdiyi fərdi evin tikinti və təmirinin guya Cavabdeh1 tərəfindən aparılmasına formal görüntü yaratmaq məqsədilə, iddiaçının məlumatı olmadan gizlin bu hərəkəti etmişdir. Cavabdeh1 fərdi evdən iddiaçıya heç bir əmlak pay düşməsin deyə və əmlakın birgə nikah dövründə birgə vəsait hesabına inşa edilməsini istisna etmək üçün qaz və işıq sayğacını anasının adına keçirmişdir. Çünki aralarında ciddi fikir ayrılığı olduğundan, əmlakda iddiaçının iştirakını istisna etmək üçün bu hərəkət edilmişdir. Cavabdeh2 İB-nin Bakı X5 Departamentinə xx.xx.2024-cü il tarixdə aşağıdakı məzmunda ərizə təqdim etmişdir: xx.xx.2005-ci ildən etibarən rəsmi nikahda olduğu həyat yoldaşı Cavabdeh1 ilə birlikdə Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxoz (Binə qəsəbəsi Bakavtomat yolu) sahəsi, ev, bina 0003, mənzil 0A15 ünvanında fərdi ev inşa etmişlər. Fərdi evə dair qaz sayğacının nömrəsi: 1802AZ**********94, abonent kodu: **********00053 olan qaz sayğacı həyat yoldaşı Cavabdeh1 adına quraşdırılmışdır. Qeyd olunan ünvanda qaz sayğacın Cavabdeh1 adına xx.xx.2018-ci il tarixdə quraşdırılmışdır. Bu sayğacın nə vaxt həyat yoldaşı Cavabdeh1 adına quraşdırılmasını qeyd etməklə, abonent kodu nə vaxt Maraqlı şəxs (qayınanasının) adına keçirilməsinə dair (Abonent hesabı, abonent kartı, yaxud “GASREP” adlandırılan) arayış, yaxud hesabdan çıxarış verilməsi xahiş edilir (abonent kodunun əvvəl kimin adına açıldığı və nə vaxt kimin adına keçirildiyi aydın şəkildə göstərilsin). Cavabdeh2 İB-nin xx.xx.2024-cü il tarixli 14-2-2-4/2-865/2024 saylı cavab məktubunda aşağıdakılar qeyd olunmuşdur: “**********00053 istehlakçı hesabı barədə informasiya əldə etmək və müvafiq sənədlərin təqdim edilməsi haqqında Cavabdeh2ndən Bakı X5 Departamentinə daxil olmuş (xx.xx.2024-cü il tarixli 14-2-2-4/1-7/2024 nömrəli) müraciətə baxılmışdır. **********00053 nömrəli istehlakçı hesabı xx.xx.2018-ci il tarixdə yaradılmış və Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Sözügedən istehlakçı hesabı xx.xx.2024-cü il tarixdə Cavabdeh1 təqdimetdiyi notarial razılıq əsasında Maraqlı şəxs adına dəyişdirilmişdir”. 2024-cü ilin fevral ayından etibarən rəsmi nikahda olduğu Cavabdeh1 ilə ailə münasibətləri gərginləşərək dözülməz vəziyyətə çatmışdır. İddiaçı 18 aprel 2024-cü il tarixdə Cavabdeh1 rəsmi qeydiyyatda olduğu ünvan üzrə Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi əsasında müraciət edərək, nikahın pozulmasını məhkəmədən xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsində iddia tələbi əsasında e-2(006)-2249/2024 saylı mülki iş icraatdadır. İddiaçı 2005-ci ildən etibarən Cavabdeh1 ilə nikahda olduğu dövrdə öz şəxsi qazancı hesabına Xəzər rayonu, Binə qəsəbəsi, Sovxoz sahəsi, ev bina 0003, mənzil 0A15 (Binə qəsəbəsi, Bakavtomat yolu) ünvanında 2018-ci ildə fərdi həyət evi inşa etmişdir. Bu evin tikinti və təmirinə 60000 manatdan çox pul vəsaiti xərcləmişdir. Fərdi evin girişində qaz sayğacının nömrəsi: 1802AZ**********94, abonent kodu: **********00053 olan qaz sayğacı həyat yoldaşı Cavabdeh1 adına iddiaçının istəməyinə əsasən rəsmiləşdirilmişdir. Cavabdeh1 Azərbaycan Respublikasının Ailə Məcəlləsinin tələblərindən irəli gələn əmlak bölgüsündə iddiaçının özünün inşa etdiyi fərdi evdə heç bir paya sahib ola bilməməyi, tikintiyə xərclədiyi vəsaiti tələb edə bilməməyini reallaşdırmaq üçün, Cavabdeh1 Cavabdeh2 İB-ni faktiki olaraq aldatmağa nail olmuşdur. Çünki nikahda olduğu həyat yoldaşını əmlakdan məhrum etmək niyətini Cavabdeh2dan gizlətmişdir. Nəzərə alınmalıdır ki, fərdi evə dair heç bir rəsmi çıxarış mövcud deyildir. Eyni zamanda tikililərin rəsmiləşdirilməsi haqqında AR Prezidentinin 2023-cü il tarixli fərmanı və sərəncamların tələblərinə uyğun olaraq, rəsmi icazə olmayan fərdi evlərə sayğacların quraşdırılması qadağan edilmişdir. Cavabdeh1 bu halları bildiyindən fərdi evin sayğacın abonent kodunu onun adından çıxarılmasına Notarial qaydada icazə vermişdir. Bu hərəkətləri ilə iddiaçının öz vəsaiti hesabına birgə nikah dövründə inşa edilmiş fərdi evin həm işıq, həm də qazın sayğaclarını anası Maraqlı şəxs adına keçirməklə, iddiaçının inşa etdiyi evdən, yaxud paydan onu məhrum etmiş olur. Çünki nikahda olduğudövrdə inşa edilmiş evə xərclənmiş vəsait birgə vəsaitdir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, Xəzər rayonu Binə qəsəbəsi, Donuzkökəltmə sovxoz (Binə qəsəbəsi Bakavtomat yolu) sahəsi, ev, bina 0003, mənzil 0A15 ünvanında qaz sayğacının nömrəsi: 1802AZ**********94, abonent kodu: **********00053 olan qaz sayğacı Maraqlı şəxs adından çıxarılaraq, ilkin abonent Cavabdeh1 adına rəsmiləşdirilməsi barədə qətnamə qəbul çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozu (Binə qəsəbəsi Bakavtomat yolu) sahəsi, ev, bina 0003, mənzil 0A15 ünvanında qaz sayğacının nömrəsi: 1802AZ**********94, abonent kodu: **********00053 olan qaz sayğacı ilə əlaqədar Maraqlı şəxs Siyav qızı ilə bağlanmış xidmət müqaviləsi ləğv edilərək, abonent kodu Maraqlı şəxs adından çıxarılaraq, ilkin abonent Cavabdeh1 adına rəsmiləşdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə hər biri ayrıayrılıqda iddia tələbini müdafiə etməklə yanaşı, iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs izahatında bildirmişdir ki, iddia ərizəsində qeyd olunan torpaq sahəsini 1990-cı ildən almışdır. Darvazanın bir tərəfində o, digər tərəfindən iddiaçı olmuşdur. O, Ramilgillə qonşu idi. Onda Ramil onun qızı ilə ailə qurmamışdır. Torpaq Maraqlı şəxs adına olmuş, Ramilə pul vermişdir ki, ev tiksin. Ustalar da, Ramilin qohumları olmuşdur. Əvvəllər orada qeydiyyatda olmuşdur, şəhərdə yaşamışdır. 2016-2017-ci ildə ora köçmüşdür, sonradan iddiaçı tərəfindən çoxsaylı göndərilən məktublara görə qeydiyyatdan çıxmalı olmuşlar. Hazırda oğlu qayınanasının mənzilində qeydiyyatda düşmüş, Maraqlı şəxs isə heç bir yerdə qeydiyyatda deyildir. Məhkəmə iclası barədə cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 lazımı qaydada məlumat verilməsinə baxmayaraq, onlar hazırki məhkəmə iclasına gəlməmişdirlər və nümayəndələrinin iştirakını təmin edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Lerik rayon VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 184789 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında 12 sentyabr 2005-ci il tarixdə nikah bağlanmış və 153 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. İş materiallarında olan Cavabdeh2 tərəfindən vəkil Nümayəndə verilmiş 26 aprel 2024-cü il tarixli məktubun surətindən müəyyən edilir ki, **********00053 istehlakçı hesabı 10 dekabr 2018-ci il tarixdə yaradılmış və Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Sözügedən istehlakçı hesabı 02 aprel 2024-cü il tarixdə Cavabdeh1 təqdim etdiyi notarial razılıq əsasında Maraqlı şəxs adına dəyişdirilmişdir. İş materiallarında olan 6 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisinin xüsusi notariusu X4 tərəfindən təsdiq edilmiş Cavabdeh1 **********392 nömrəli ərizəsindən görünür ki, Cavabdeh1 adına olan qaz sayğacının və GPG18082594 azəriqaz sayğac nömrəsinin Maraqlı şəxs adına keçirilməsinə və sənədləşdirilməsinə etiraz etmir. İş materiallarında olan Cavabdeh2 İB tərəfindən verilmiş 09 aprel 2024-cü il tarixli “Gasrep”dən olan çıxarışdan görünür ki, **********00053 nömrəli abonent kodu Maraqlı şəxs aiddir. İş materiallarlnda olan Binə Bələdiyyəsi tərəfindən İddiaçı verilmiş 26 iyul 2024-cü il tarixli arayışın surətindən görünür ki, İddiaçı həyat yoldaşı Cavabdeh1 Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozunda yerləşən 3,5 sot torpaq sahəsini X1 etibarnamə əsasında almış və həmin torpaq sahəsi Binə bələdiyyəsində vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. İş materiallarında olan müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs məhkəməyə təqdim etdiyi etiraz ərizəsində qeyd edilmişdir ki, iddiaçının iddiasının həm fikri, həm də tələbi yanlışdır. Ola bilməz ki, onun bu işdən xəbəri olmasın. Həmin vaxt yəni sayğacı qızının adına dəyişdirilən zaman onları elə ASAN xidmət mərkəzinı, yəni notariat ofisinə İddiaçı özü gətirmişdir. Keçmiş Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1990-cı il tarixli 135 №-li əmrinə əsasən Abşeron rayonu, Donuzçuluq sovxozu ərazisində 0,04 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. 2018-ci ildən isə öz şəxsi vəsaiti hesabına torpaq sahəsinin üzərində fərdi yaşayış evi inşa etmişdir. Düzdür qaz sayğacı müəyyən səbəbə görə müvəqqəti olaraq digər cavabdehin adında olmuşdur. Hazırda həmin mənzilin istifadəçisi Maraqlı şəxs özüdür, eyni zamanda mənzilə aid bütün kommunal xərclər onun tərəfindən ödənilir. İddiaçının iddiasını qəbul etmir, iddia qanunsuz və əsassızdır. O, digər cavabdeh olan qızı ilə aralarında ailə münaqişəsi olduğundan yalan, əsassız eləcə də haqsızlıq edərək hər hansı yolla olursa olsun, mənfəət əldə etmək istəyir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. İş materiallarında olan Abşeron rayon Donuzkökəltmə Sovxozu üzrə 12 iyul 1990-cı il tarixli 135 №-li əmrdən çıxarışdan görünür ki, Azərbaycan SSR Nazirlər Sovetinin 28 oktyabr 1989-cu il tarixli 521 №-li qərarına və bu qərar əsasında sovxoz həmkarlar komitəsi ilə əmək kollektivi şurasının birgə ümumi iclasında qəbul edilmiş 10 iyul 1990-cı il tarixli 23 №-li qərarın tələbinə uyğun Maraqlı şəxs fərdi ev tikmək üçün 0,04 ha torpaq sahəsi ayrılmışdır. Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən, oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). İlk növbədə məhkəmə qeyd edir ki, iddia tələbi dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə hüquqi statusu etibarilə özbaşına tikili hesab edilən daşınmaz əmlakla bağlı olduğundan və həmin məsələləri birbaşa tənzimləyən maddi hüquq normaları mövcud olmadığından, analoji mübahisələrlə bağlı Avropa Məhkəməsinin presedentlərində nümayiş etdidiyi mövqe nəzərə alınmaqla, mübahisəyə analoji münasibətləri tənzimləyən hüquq normaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Avropa Məhkəməsinin presedentlərindən məlum olur ki, bir sıra qərarlarında Avropa Məhkəməsi belə qənaətə gəlmişdi ki, şəxslərin hətta dövlətə məxsus torpaq sahəsində heç bir icazə almadan inşa etdikləri tikililərə dövlətdən reaksiya olmursa, Avropa Məhkəməsi dövlətin susmaqla həmin tikiliyə şəxsin mülkiyyət hüququnu tanıması kimi qiymətləndirmişdir. “X2rşı” məhkəmə işində (həmin şikayətin verilməsinə əsas - 1993-cü ilin aprelində Türkiyə Ümraniyə şəhər zibilliyində baş vermiş partlayış nəticəsində torpaq sürüşməsi olub. Ətrafdakı özbaşına tikililər sahiblərindən Önər Yıldızın evi uçub, ailə üzvlərindən doqquz nəfər dünyasını dəyişib. Vətəndaş Avropa Məhkəməsinə üz tutub) Avropa Məhkəməsi şikayətçinin dövlət qeydiyyatına alınmamış qanunsuz tikintiyə mülkiyyət hüququ olduğunu bildirərək, qeyd etmişdir ki, “Əgər dövlət 4 il ərzində ərizəçiyə qarşı qanunsuz tikili ilə bağlı heç bir irad bildirməyibsə, onun sökülməsi tələbi ilə məhkəmədə iddia qaldırmayıbsa, deməli, faktiki olaraq ərizəçinin həmin tikiliyə mülkiyyət hüququnu tanıyıb". X7 Məhkəməsi bir daha xatırlatmışdır ki, 1 saylı Protokolun 1-ci maddəsindəki «mülkiyyət» anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da «mülkiyyət hüquqları» hesab edilə bilər və beləliklə, onlar sözügedən müddəanın məqsədləri baxımından «mülkiyyət» sayıla bilər (bax: İatridis Yunanıstana qarşı iş, b. 54; Beyeler İtaliyaya qarşı iş, b. 100). Bu bir həqiqətdir ki, mülkiyyət hüququnun müəyyən olunması və identifikasiya edilməsi milli hüquq sistemi vasitəsilə tənzimlənir və ərizəçi həm tələb etdiyi hüququn dəqiq xarakterini, həm də həmin hüquqdan sərbəst surətdə istifadə etmək imtiyazını müəyyənləşdirməlidir, lakin buna baxmayaraq, Məhkəmə hesab edir ki, istər daxili qanunlar tərəfindən şəxsi marağın «hüquq» kimi tanınmaması, istərsə də bu qanunlar tərəfindən həmin marağın «mülkiyyət hüququ» hesab edilməməsi faktı heç də bu marağın 1 saylı Protokolun 1-ci maddəsinin mənası baxımından müəyyən hallarda «mülkiyyət» hesab edilməsinin qarşısını almır (bax: Tre Traktörer AB İsveçə qarşı iş, b. 53; Van Marle və b. Niderlanda qarşı iş, b. 40). X7 Məhkəməsi ərizəçinin qurduğu evin şəhərsalma qaydalarının pozduğunu müəyyən etməklə bərabər belə hesab etmişdir ki, şəhərin planlaşdırılması qaydalarının pozulmasına və hər hansı etibarlı hüquqi sənədin olmadığına baxmayaraq, hər halda, ərizəçi tikdiyi evə sərf olunmuş materialların, evdəki daşınar əşyaların və avadanlıqların sahibi idi və oradakı bütün ev təsərrüfatı ləvazimatları və şəxsi əşyalar ona məxsus idi. 1988-ci ildən bəri o, dövlət orqanları tərəfindən heç bir xəbərdarlıq almadan həmin evdə yaşayırdı (bax: b. 28, 80, 86), bu, o demək idi ki, o, digər ödənişlərlə yanaşı, heç bir icarə haqqı ödəmədən öz qohumlarını orada yerləşdirə bilərdi. Ərizəçi orada sosial mühit, habelə ailə mühiti yaratmışdı və 28 aprel 1993-cü il tarixli bədbəxt hadisəyə qədər özünün və ailəsinin elə həmin yerdə qalacağına ümid etməsinə mane olan heç nə yox idi. Bu amillər və məsələn, qeyd edildiyi kimi, adekvat tədbirlərin görülməməsi (bax: b. 87, 146) Önəryıldızın vəziyyətinə dövlət orqanlarının dolayısı ilə dözümlülük nümayiş etdirməsi demək idi. Məhkəmə hesab etmişdir ki, ərizəçinin tikdiyi ev və onun ailəsi ilə birlikdə oradakı yaşayış yeri onlar üçün mühüm iqtisadi maraq kəsb edirdi. Dövlət orqanlarının uzun müddət ərzində yol verdikləri bu maraq isə 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından «mülkiyyətə» bərabərdir (bax: İatridisin işi üzrə qərara, b. 55). Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin maddələrinə istinad ediləcək) 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. (Maddə 157.1.) Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. (Maddə 157.2.) Mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. (Maddə 152.8.) 157.8-ci maddəyə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikasmm Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010-cü il tarixli qərarında qeyd edilir ki, mülki və torpaq qanunvericiliyin müddəalarından da göründüyü kimi tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlaka mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasnın beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəlikləri pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi müəyyən edir ki, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.( 389.1-ci maddəsi) Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. (390-cı maddə). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. (Mülki Məcəllənin 337.1-ci maddəsi) Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. (Mülki Məcəllənin 337.2-ci maddəsi) Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. (Mülki Məcəllənin 337.4-cü maddəsi) Beləliklə, tərəflərin izahatlarından, mülki işdə olan sübutlardan görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında 12 sentyabr 2005-ci il tarixdə nikah bağlanmış və 153 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. Rəsmi nikahda olduqları müddətdə iddiaçı arvadı Cavabdeh1 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozunda yerləşən 3,5 sot torpaq sahəsini X1 etibarnamə əsasında almış və həmin torpaq sahəsi Binə bələdiyyəsində vergi ödəyicisi kimi qeydiyyata alınmış, həmin torpaq sahəsində fərdi ev inşa etmişlər. Fərdi evə qaz sayğacının nömrəsi: 1802AZ**********94, abonent kodu: **********00053 olan qaz sayğacı xx.xx.2018-ci il tarixdən Cavabdeh1 adına quraşdırılmışdır. Sonradan iddiaçı aşkar etmişdir ki, Cavabdeh1 iddiaçının xəbəri və məlumatı olmadan notarial ərizə yazaraq **********00053 nömrəli istehlakçı hesabının xx.xx.2024-cü il tarixdə anası Maraqlı şəxs adına dəyişdirməsini xahiş etmişdir. Mübahisə predmetinin əsasını təşkil edən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozu (Binə qəsəbəsi Bakavtomat yolu) sahəsi, ev, bina 0003, mənzil 0A15 ünvanında yerləşən fərdi yaşayış evinə dair hər-hansı hüquq müəyyən edici sənəd mövcud deyildir. Lakin həmin fərdi yaşayış evinə aid qaz və işıq sayğacı İddiaçı arvadı – Cavabdeh1 adına olmuş, cavabdeh həmin sayğacların anası Maraqlı şəxs adına rəsmiləşdirilməsi ilə bağlı notarial ərizələrlə "xxxx" ASC-yə və Cavabdeh2 İB-yə müraciət etmişdir. Cavabdeh2 İB tərəfindən vəkil Nümayəndə verilmiş 26 aprel 2024-cü il tarixli məktubun surətindən müəyyən edilir ki, **********00053 istehlakçı hesabı 10 dekabr 2018-ci il tarixdə yaradılmış və Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Sözügedən istehlakçı hesabı 02 aprel 2024-cü il tarixdə Cavabdeh1 təqdim etdiyi notarial razılıq əsasında Maraqlı şəxs adına dəyişdirilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, bu daşınmaz əmlakla da bağlı hər hansı hüquq müəyyən edici sənəd olmadığı halda qeyd edilən daşınmaz əmlaka dair hər hansı müqavilənin Maraqlı şəxs ilə bağlanması təsdiq edilmədiyindən etibarsız sayılmalı olduğundan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozu (Binə qəsəbəsi Bakavtomat yolu) sahəsi, ev, bina 0003, mənzil 0A15 ünvanında yerləşən fərdi yaşayış evinə dair Maraqlı şəxs ilə Cavabdeh2 İB arasında abonent kodu: **********00053 olan qaz sayğacı ilə əlaqədar bağlanmış müqavilə etibarsız hesab edilməli, abonent kodu Maraqlı şəxs adından çıxarılaraq, ilkin abonent Cavabdeh1 adına rəsmiləşdirilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q ə t e t d i: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozu (Binə qəsəbəsi Bakavtomat yolu) sahəsi, ev, bina 0003, mənzil 0A15 ünvanında yerləşən fərdi yaşayış evinə dair Maraqlı şəxs ilə Cavabdeh2 İB arasında abonent kodu: **********00053 olan qaz sayğacı ilə əlaqədar bağlanmış müqavilə etibarsız hesab edilsin və həmin fərdi yaşayış evinə dair abonent kodu Maraqlı şəxs adından çıxarılaraq, ilkin abonent Cavabdeh1 adına rəsmiləşdirilməlidir Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində Bakışəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-202/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-202/2025
03.02.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver