Məhkəmə qərarları › İş №e-2(011)-2042/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2042/2023

09.06.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2042/2023 09.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi Nəsibova Çinarə Aydın qızının katibliyi İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh və X2 qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh və X2 qarşı cavabdehlərin iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə xx.xx.2013-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Birgə nikahdan X3 dünyaya gəlmişdir. Ailə münasibətlərinin pisləşməsi səbəbindən Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2(011)-615/2021 saylı qətnaməsinə əsasən, 151 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş xx.xx.2013-cü il tarixli nikahın pozulması qət edilmişdir. ünvan 1 ünvanında Cavabdeh və X3 formal olaraq qeydiyyatda qalmışlar. Onlar faktiki olaraq hal-hazırda ünvan 2 ünvanında yaşayırlar. Cavabdehlər Cavabdeh və X1 ünvan 1 ünvanında yerləşən mənzil üzərində istifadə hüquqları mövcud deyil. Onların sözügedən ünvanda formal olaraq qeydiyyatda olmaları İddiaçı mənzil üzərində mülkiyyət hüquqlarını məhdudlaşdırır və buna görə də hesab edirik ki, cavabdehlərin sözügedən mənzildən istifadə hüquqlarına da xitam verilməlidir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia aşağıda göstərilən əsaslara görə təmin edilməlidir. Belə ki, mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2(011)-615/2021 nömrəli Qətnaməsinə əsasən İddiaçı Əliyüsif oğlu ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixdə 151 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, xx.xx.2014-cü il təvəllüdlü X1 anası Cavabdeh yanında qalması qət edilmişdir. Nikah Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nikaha xx.xx.2021-ci il tarixdə xitam verilmişdir. ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə dair xüsusi mülkiyyət hüququ xx.xx.2012-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2(011)-2584/2021 nömrəli qətnaməsinə əsasən iddiaçı Cavabdeh İddiaçı qarşı Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, məhəllə 2945, 20 nömrəli mənzilin satılması, satışdan əldə olunan vəsaitin 2/3 hissədə - iki pay hissədə X2 və Cavabdeh, bir pay hissədə İddiaçı bölünməsi və ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Qətnamədə müəyyən edilmişdir ki, mübahisəli Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, məhəllə 2945, 20 nömrəli mənzil ilk cavabdeh İddiaçı adına daşınmaz əmlakın dövlət reyestri xidmətində qeydə alınmışdır. Yəni mübahisəli mənzil tərəflər arasında nikah münasibətləri bağlananadək ilk cavabdehə məxsus olmuşdur. Məhkəmə hesab etmişdir ki, mübahisəli mənzil tərəflərin birgə nikah dövründə əldə etdikləri əmlak olmadığından, qanunvericinin tələbində isə ər-arvad arasında yalnız birgə nikah dövründə onlardan birinin adına əldə edilmiş və mülkiyyətlərində olan daşınar və ya daşınmaz əmlakın bölünməsi nəzərdə tutulduğundan, iddia əsassızdır və təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhəri Xətai RPİ-nin 36-cı PB-nin xx.xx.2022-ci il tarixli Qərarına əsasən İddiaçı ərizəsi üzrə cinayət işinin başlanması rədd edilmişdir. Qərarda Cavabdeh izahatından görünür ki, tərəflərin nikahları xx.xx.2013-cü il tarixə, toyları isə xx.xx.2013-cü ildə olmuşdur. Nikahdan sonra Fikrət onu olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, məhəllə 2945,20 nömrəli mənzilə qeydiyyata saldırmışdır. 2020ci ildə şiddət səbəbindən nikahın pozulması üçün müraciət etmiş, xx.xx.2021-ci il tarixində məhkəmə qərarı ilə nikaha xitam verilmişdir. Bundan sonra Fikrət mənzilin kilidini dəyişdirərək ona və uşaqlara məxsus geyim və əşyaları mənzildən götürməyə icazə verməmişdir. Daha sonra məhkəmə qərardadına əsasən əşyalar onun övladının saxlancına verilmiş. Bundan sonra o, Fikrətin anasının iştirakı ilə gedib bəzi əşyaları götürmüş, ikinci dəfə isə əvvəlcə açarı qonşudan alıb, 2-3 gün sonra atası və fəhlələrlə qapını açıq əşyaları daşıyıb yük maşını ilə aparmış və mənzili bağlayıb açarları qonşuya qaytamışdır. Hazırki iddia tələbinin əsasını təşkil edən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin mülkiyyətçisi olan İddiaçı keçmiş arvadı Cavabdeh mübahisəli mənzildə istifadə hüquqları mövcud olsa da, tərəflər arasında nikahın pozulduğu və ailə münasibətlərinə xitam verildiyinə görə Cavabdeh qeyd edilən yaşayış sahəsindən istifadə hüququna xitam verilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Cavabdeh mübahisəli mənzili özünə məxsus əşyalarını götürməklə 2022-ci ildə tərk etdiyi, həmin mənzilə köçürülməsi ilə bağlı iddianın qaldırmadığı ona dəlalət edir ki, onun özünü yaşayış sahəsi ilə təmin etməyə imkanı var və onun iddiaçıya məxsus olan mənzildən müəyyən müddətə istifadə hüququnun saxlanılması üçün zərurət mövcud deyildir. Məhkəmə iddiaya iddiaçının övladı olan X1 ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi hissəsində qiymət verərək belə qənaətə gəlir ki, iddia bu hissədə də əsaslıdır və təmin edilməlidir. Belə ki, yuxarıda istinad edilən qanunvericilik aktı normasına görə yaşayış sahəsi mülkiyyətçisinin ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan ailə üzvləri yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Lakin hazırkı mülki işin faktiki halları ondan ibarətdir ki, tərəflər arasında nikah pozulduqdan sonra onların övladı olan cavabdeh X3 anası Cavabdeh himayəsində saxlanılmışdır və hal-hazırda onunla birlikdə yaşayır. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh X1 da iddiaçıya məxsus olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, məhəllə 2945, 20 nömrəli mənzildən istifadə hüququna xitam verilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır, ona görə də təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh və X1 İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, məhəllə 2945, 20 nömrəli mənzildən istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar