Məhkəmə qərarları › İş №e-2(011)-2108/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2108/2023

17.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2108/2023 17.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi Nəsibova Çinarə Aydın qızının katibliyi İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı cavabdehdən iddiaçının xeyrinə hüquqi əsas olmadan əldə etdiyi vəsaitə görə qalıq borc üzrə 221,10 manat borcu olmaqla cəmi 221,10 manat pul vəsaitinin tutulması, ödənilmiş 30 manat dövlət rüsumunun, 0,40 manat xidmət haqqının tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-nin Xətai filialı ilə Cavabdeharasında bağlanmış xx.xx.2021-ci il tarixli Kart hesabının açılması və ödəniş kartından istifadə haqqındaBPM**********59 saylımüqaviləsinə əsasən Bank tərəfindən sonuncuya istifadə etmək üçün plastik kart verilmişdir. Tərəflər arasında bağlanmış Kart hesabının açılması və ödəniş kartından istifadə haqqında müqavilənin 3.3.6-ci bəndi ilə müəyyən edilmişdir ki, müştəri texniki overdraft baş verdiyi təqdirdə yaranmış borcu və Bankın Tariflərində və/və ya müvafiq idarəetmə orqanının qərarında nəzərdə tutulduğu halda cərimə faizlərini Banka ödəməyi öhdəsinə götürür. Xətai filialının müştərisi olanCavabdehsözügedən müqavilə əsasında ona təqdim edilmiş plastik kart hesabına (********************) sistemdə baş vermiş xətadan sui-istifadə edərək 174.89 AZN məbləğində vəsaitin məxaric edilməsinə nail olmuşdur. Belə ki, xx.xx.2023-cü il tarixli hesabdan çıxarışdan da göründüyü kimi müştəri xx.xx.2021-ci il tarixində hesabında 87.09 AZN məbləğ olmasına baxmayaraq 88 manat məxaric edərək hesabı 0.91 AZN mənfiyə salmışdır. Hüquqi əsas olmadan hesaban çıxarılmış vəsaitin bərpası məqsədi ilə müştəri tərəfindən heç bir ödəniş edilməmişdir. Bankın Xətai filialı tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən CavabdehBanka hazırki dövr üçün qalıq borc üzrə 174.89 AZN, faiz borcu üzrə 46.74 AZN borcu olmaqla cəmi 221.63 AZN borcu mövcuddur.Bank tərəfindən xx.xx.2022-ci il tarixində 0.53 AZN silinmə aparılmışdır. Bu səbəbdən cavabdehin cəmi qalıq borcu 221.10 AZN təşkil edir. Eyni zamanda tərəfimizdən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 AZN dövlət rüsumu və 0.40 AZN bank xidmət haqqı ödənilmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədə kənar qaydada həll edilməsi məqsədilə Cavabdeh xx.xx.2022-ci il tarixində 22-19535/2022 saylı xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Qeyd olunan əməliyyatlardan sonra yaranmış borclarla bağlı mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə iddiaçı və cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" ASC ilə Cavabdeh Hummat oğlu arasında xx.xx.2021-ci il tarixdə bağlanmış “Kart hesabının açılması və ödəniş kartından istifadə haqqında” müqaviləyə əsasən müqavilənin predmeti bank tərəfindən müştərinin adına ödəniş kartı vasitəsilə hesablamaların aparılması üçün müxtəlif valyutalarda kart hesabının açılması, ödəniş kartının dövriyyə buraxılmasından, ödəniş kartından istifadə etməklə kart hesabı üzrə hesablaşmaların aparılmasından, nağdsız ödənişlərin aparılmasına görə bonusların toplanılmasından və toplanmış bonusların Azercellin abunəçisi olan müştərinin mobil telefon nömrəsinə istifadə üçün şəbəkədaxili danışıq vaxtına və ya mobil internet paketinə dəyişdirilməsi ilə bağlı tərəflər arasında münasibətlərin tənzimlənməsindən ibarətdir. Həmin müqavilənin 3.3.6-cı bəndinə əsasən texniki overdraft baş verdiyi təqdirdə, yaranmış borcu və bankın tariflərində və/və ya müvafiq idarəetmə orqanının qərarına nəzərdə tutulduğu halda cərimə faizlərini 22 iş günü ərzində banka ödəmək müştərinin vəzifəsidir. Müqavilənin 1.1.5-ci bəndinə əsasən “texniki overdraft” – müştəriyə överdraftın təqdim edilməsi barədə tərəflər arasında razılaşma olmadığı halda ödəniş kartı/əlavə kart vasitəsilə kart hesabının qalığından artıq məbləğdə əməliyyatların aparılmasıdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan və müştəriyə aid bank hesabından çıxarışdan görünür ki, Cavabdeh Hummat oğlunun qeyd edilən müqavilə üzr 221,10 manat məbləğində overdraft borcu vardır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli bildirişin surətindən müəyyən olunur ki, "xxxx" ASC cavabdehə banka olan borc məbləğini tam olaraq 7 gün müddətində ödəməyi təklif edərək, əks təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə bildirmişdir. İddia ərizəsinə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən texniki overdraft nəticəsində yaranmış borcu tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fıziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar Mülki Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə hesab edir ki, ödəniş kartına xidmət göstərilməsi ilə bağlı tərəflər arasında yaranmış münasibətləri tənzimləyən maddi hüquq norması olmadığından, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü və Mülki Məcəllənin 11.1-ci maddələrinə əsasən mübahisə analoji münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə uyğun həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında bağlanılmış müqavilənin predmeti bank tərəfindən müştəriyə cari hesab açmağı və hesab üzrə ödəniş kartı vasitəsilə hesablaşma-kassa əməliyyatlarının aparılması üçün bank xidmətlərinin göstərilməsi, müştəri tərəfindən isə müqavilənin ayrılmaz hissəsi olan bankın müəyyən etdiyi Tarif üzrə ona göstərilən bank xidmətlərinə görə müvafiq haqqın ödənilməsinə dair öhdəlikləri olduğundan, hazırkı mübahisəyə bank hesabı müqaviləsi üzrə münasibətləri tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 954-ci maddəsinə əsasən bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür. Bank hesabda olan pul vəsaitinə dair müştərinin maneəsiz sərəncam vermək hüququna qarantiya verməklə, bu vəsaitdən istifadə edə bilər. Bank müştərinin pul vəsaitindən istifadə edilməsi istiqamətlərini müəyyənləşdirə və buna nəzarət edə bilməz, habelə müştərinin pul vəsaitinə dair öz istədiyi kimi sərəncam vermək hüququ üzərində bank hesabı müqaviləsi ilə nəzərdə tutulmamış digər məhdudiyyətlər qoya bilməz. Həmin Məcəllənin 956.1-ci maddəsinə əsasən bank hesabı müqaviləsi bağlanarkən müştəriyə və ya onun göstərdiyi şəxsə tərəflərin razılaşdırdığı şərtlərlə bankda hesab açılır. Həmin Məcəllənin 960-cı maddəsinə əsasən Bank hesabı müqaviləsinə müvafiq surətdə, pul vəsaitinin olmadığına baxmayaraq, bankın ödənişləri həyata keçirdiyi hallarda (hesabın kreditləşdirilməsi) bank bu cür ödənişi həyata keçirdiyi gündən müştəriyə müvafiq məbləğdə kredit vermiş sayılır. Tərəflərin hesabın kreditləşdirilməsi ilə bağlı hüquq və vəzifələri borc və kredit haqqında qaydalarla müəyyənləşdirilir, bu şərtlə ki, bank hesabı müqaviləsində Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər arasındakı müqavilənin şərtlərinə əsasən borclu Kart hesabından həmin hesabda olan pul vəsaiti çərçivəsində istifadə etməli olduğu, həmin çərçivədən kənar istifadə kreditləşdirmə (texniki ovecdraft) hesab olunduğu və borclu şəxs “Bank”ın ilk tələbi ilə müvafiq vəsaiti banka ödəməli olduğu halda, öhdəliyini icra etməkdən yayınır və beləliklə, müqavilənin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Odur ki, iddiaçı cavabdehdən 221,10 manat dolları məbləğində pulun ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia həmin hissədə təmin edilməlidir. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. "xxxx" ASC ilə Cavabdeh Hummat oğlu arasında xx.xx.2021-ci il tarixdə bağlanmış “Kart hesabının açılması və ödəniş kartından istifadə haqqında” müqavilə üzrə yaranmış overdraft borcuna görə ödəniş gününə qüvvədə olan məzənnə ilə 221,10 (iki yüz iyirmi bir manat on qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq "xxxx" ASC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar