Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2114/2022 15.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, İddiaçı, Cavabdeh MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı qıznın Cavabdeh MMC-yə qarşı işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı İnsan Resursları bölmə rəhbəri İ.Aydınov tərəfindən verilmiş iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 15.10.2021-ci il tarixli 2863k nömrəli əmrin qanunsuz hesab edilməklə ləğv edilməsi, iddiaçı Cavabdeh MMC-nin pərakəndə satış departamentində kassir vəzifəsinə işə bərpa edilməyi, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 23.10.2020-ci il tarixdə Cavabdeh MMC-nin pərakəndə satış departamentinə kassir vəzifəsinə işə qəbul edilmişdir. Bir müddət əvvəl, yəni 15.10.2021-ci il tarixində iddiaçını əsassız bəhanə gətirərək işdən azad etmişdirlər. İddiaçı işdən azad edilməyi barədə 15.10.2021-ci il tarixli 2863k nömrəli əmrdə qeyd edilmişdir ki, əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən və 72-ci maddəsinin “f” bəndinə əsasən xitam verilmişdir. Lakin iddiaçı işdə heç bir nöqsana yol verməmiş və nümunəvi işçi olmuşdur. O, həqiqətən də qanunsuz və əsassız olaraq işdən çıxarılmışdır. Buna görə də, iddiaçı ilkin olaraq mübahisənin mediasiya prosesində həll edilməsi üçün mediasiya şürasına müraciət etmişdir. Lakin mediasiya prosesində cavabdehin nümayəndəsi iddiaçının işə bərpa edilməyi üçün razılığa gəlmədiyi üçün X4 sonra prosesi davam etdirmək mümkün olmamış və iddiaçıya X4 sonra X15 bilməməsi barədə arayış verilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinə görə dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələr yerinə yetirilməlidir. Cavabdeh MMC iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən Əmək Məcəlləsinin 72-ci maddəsinin “f” bəndinə müvafiq olaraq xitam verilmişdir. Lakin iddiaçı iş vaxtı ərzində inzibati xəta və ya cinayət törətməmişdir. Bekə ki, iddiaçı tərəfindən inzibati xəta və ya cinayət törədilsəydi barəsində ya inzibati protokol tərtib edilər və ya o, cinayət məsuliyyətinə cəlb edilərdi. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddiaya etiraz edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. O, ərizə təqdim edərək məhkəmədən iddianı qanunla müəyyən edilmiş prosessual müddəti tətbiq etməklə rədd edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını və mülki iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı və Cavabdeh MMC arasında bağlanmış 23.10.2020-ci il tarixli “Əmək Müqaviləsi”nin surətindən işçi pərakəndə satış departamenti əsas iş yeri, kassir vəzifəsində işə qəbul edilmişdir. İşçi mağazada pul vəsaitlərinin müştərilərdən kassaya qəbul etmək, pul vəsaitlərinin xəzinədarlığa təhvil vermək və kassada müxtərilərə xidmət göstərmək funksiyalarının icrasını öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh MMC və İddiaçı arasında bağlanılmış 23.06.2020ci il tarixli “Tam maddi məsuliyyət haqqında müqavilə”nin surətindən görünür ki, tərəflər aşağıda şərtlər barəsində razılaşmışdırlar: - İşəgötürən əmək funksiyalarının icrasını təmin etmək məqsədilə İşçinin istifadəsində daşınar əmlak, nəqliyyat vasitələri, maşın-mexanizlər, qurğu və avadanlıqlar, pul vəsaitləri və sairə digər maddi sərvətlər (bundan sonra Əmlak) verməyi və həmin əmlakları ona etibar etməyi, işçi isə onun istifadəsində və etibarına verilən əmlakı qəbul etməyi, yalnız əmək funksiyalarının icrası üçün istifadə etməyi və verildiyi andakı vəziyyətinə uyğun olaraq gələcəkdə qoruyub saxlamağa öz öhdəsinə götürür; - İşçinin vəzifələri aşağıdakılardır: -İşəgötürən tərəfindən əmək münasibətləri prosesində ona etibar edilmiş əmlakı qoruyub saxlamlı və həmin əmlakdan isitfadə olunaraq görüləcək işi düzgün, layigincə və vicdanlı bir şəkildə yerinə yetirməli; - ona etibar edilmiş əmlakın və həmin əmlakla görüləcək işlərin tam qeydinə qalmalı, həmçinin, işəgötürənə heç bir səbəb üzündən ziyan vurmamalı və bu cür ziyan vurula bilməsi ehtimalına qarşı profilaktik tədbirlər həyata keçirməli, - işəgötürənə və ya işlədiyi sahədəkiu rəhbər şəxsinə vaxtlı-vaxtında öhdəsinə olan əmlakların təhlükəsizliyi barədə məlumat verməli və lazım gəldikdə əmlakın salamatlığı üçün yaranan təhlükəli vəziyyətin səbəblərini aydınlaşdırmalı; - işçinin istifadəsinə verilən, həmçinin, iş yerində ümumi istifadədə olan digər əmlaklarla ehtiyatlı və səliqəli davranmalı, onların düzgün istifadə qaydalarına riayət etməli, itməsinə, zədələnməsinə, məhv olmasına, natamam olmasına şərait yaradan şəkildə istifadəyə yol verilməməsini təmin etməməli, bu sahədə səhlənkarlığa və digər formada ehtiyatsızlığa yol verməməli; - ona etibar edilmiş əmlakın, görüləcək işlərin dəqiq uçotunu aparmalı, müəyyən edilmiş qaydada sənədləşməməsini tərtib edib rəhbərliyinə təqdim etməli; - ona etibar edilmiş maddi sərvətlərin inventarizasiyasında iştirak etməlidir; - işçi bu müqavilənin 2-ci bəndi ilə nərərdə tutulan öhdəliklərini pozduqda və Əmək Məcəlləsinin 199-cu maddəsi üzrə qanunazidd hərəkətləri törətdiyi hallarda ona etibar edilmiş əmlaka dəymiş ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır; - ziyanın vurulma faktı və məbləği işəgötürən və ya onun müvafiq qaydada səlahiyyət verdiyi şəxs və ya qurum tərəfindən əmlakın ziyan vurulduqdan sonrakı faktiki vəziyyəti əsasında, həmçinin, qanunvericiliklə nəzərdə tutulmuş hallarda müvafiq dövlət orqanı tərəfindən aşkarlanır, hesablanır və İşçi tərəfindən qəbul edilir. İş materiallarında olan Cavabdeh MMC-nin alış-veriş təlimatının surətindən görünür ki, kasa personalı öz kassalarından alış-veriş edə bilməz. İş materiallarında olan X9, X12, X10 və X6 tərəfindən imzalanmış 12.10.2021-ci il tarixli Aktın surətindən görünür ki, akt tərtib edilir ondan ötrü ki, həqiqətən Cavabdeh MMC-nin Pərakəndə Satış Departamentində kassir vəzifəsində işləyən İddiaçı nişanlışına məxsus olan **********072457 bonus kartı müxtəlif tarixlərdə digər müştərilərin alışverişlərində istifadə edərək karta bonuş məbləğlər toplamış və daha sonra həmin məbləği xərcləmişdir. İş materiallarında olan X7 Cavabdeh MMC-nin Baş direktoru X17 ünvanlanmış 12.10.2021-ci il tarixli xidməti məlumatınını surətindən görünür ki, Cavabdeh MMC-nin Pərakəndə satış departamentində kassir vəzifəsində işləyən İddiaçı nişanlısına məxsus olan **********2457 bonus kartı müxtəlif tarixlərdə digər müştərilən alış-verişlərində istifadə ediərək karta bonus məbləğlər toplamış və daha sonra məbləği xərcləmişdir. Bu halın qanunvericiliyə zidd olmasını nəzərə alaraq bu haqda müvafiq tədbir görməyi xahiş etmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin 13.10.2021-ci il tarixli X18 tərəfindən Cavabdeh MMC-nin Həmkarlar İttifaqı Komitəsinin sədrinə ünvanlanmış təqdimatın sürətindən görünür ki, Cavabdeh MMC-nin Pərakəndə satış departamentində kassir vəzifəsində işləyən İddiaçı nişanlısına məxsus olan **********072457 bonus kartı müxtəlif tarixlərdə digər müştərilənin alış-verişlərində istifadə edərək karta bonus məbləğlər toplamış və daha sonra həmin məbləği xərcləmişdir. Bununla əlaqədar olaraq, İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “f” bəndinin tələblərini pozması səbəbi ilə 70-ci maddənin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi tələbini Həmkarlar İttifaqı Komitəsində müzakirəyə çıxarmağı xahiş etmişdir. İş materiallarında olan X1, X8, X3, X11, X14 tərəfindən imzalanmış 14.10.2021-ci il tarixli aktın surətindən görünür ki, Cavabdeh MMC-nin Pərakəndə satış departamentində kassir vəzifəsində işləyən İddiaçı 14.10.2021-ci il tarixdə baş tutan Həmkarlar İttifaqı Komitəsinin yığıncağına qatılmamışdır. İş materiallarında olan 14.10.2021-ci il tarixli İddiaçı izahatının surətindən görünür ki, onun kassasına nişanlı olduğu şəxsin qohumları gəlmiş və onlar İddiaçı nişanlı olduğu şəxsin kartına vurmağı demişlər. O da, həmin karta müştərinin yəni qohumlarının mallarını vurmuşdu. Həmin gün nişanlısı olan şəxsin bonusundan onun razılığı ilə istifadə etmişdi. O, nişalandığı zamandan nişanlısının qohumları iddiaçının kassasına gəlir və bonusları onun kartına vurdururdular. Gün ərzində bir neçə dəfə də nişanlısı olan şəxs kassasına gəlir öz kartından istifadə edir, aldığı məhsullarda. Düzdü, iddiaçıya deyilib ki, qohumları onun kassasında keçməsin, lakin, həmin şəxslər hələ onun qohumları deyil. O, həmin şəxslər evli olsaydı düzgün olmazdı. İddiaçı bu halın bir daha təkrarlanmayacağına söz vermişdir. İş materiallarında olan Cavabdeh MMC-nin Həmkarlar İttifaqı Komitəsinin Ümumi Yığıncağının 21 nömrəli 14.10.2021-ci il tarixli Protokolunun surətindən görünür ki, yığıncaqda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin “f” bəndini rəhbər tutaraq, 15.10.2021-ci il tarixindən İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi qanunauyğun hesab edilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin 15.10.2021-ci il tarixli 2863k nömrəli əmrin surətindən görünür ki, İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə əsasən Əmək Məcəlləsinin 72-ci maddəsinin “f” bəndinə uyğun olaraq Əmək Məcəlləsinin 71.2-ci maddəsi ilə 15.10.2021-ci il tarixdən xitam verilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin direktoru tərəfindən İddiaçı ünvanlanmış 15.10.2021-ci il tarixli məktubun surətindən görünür ki, 15.10.2021-ci il tarixindən Cavabdeh MMC ilə bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Ona əmək kitabçasını təhvil almaq üçün Cavabdeh MMC-nin baş ofisinə dəvət etmişdirlər. Həmin məktuba əlavə edilmiş xəbərnamələrin surətindən görünür ki, iddiaçı məktubu 20.10.2021-ci il tarixində almışdır. İş materiallarında olan 15.10.2021-ci il tarixli 1093 nömrəli Ödəniş Tapşırının surətindən görünür ki, Cavabdeh MMC tərəfindən işçilərinə 5180,23 manat məbləğində, o cümlədən İddiaçı 299,40 manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan 29.11.2021-ci il tarixli, 2021-006837 nömrəli X4 sonra X15 bilməməsi barədə Arayışdan görünür ki, arayış İddiaçı nümayəndəsi X5 və Cavabdeh MMC-nin nümayəndəsi X2 22.11.2021-ci il tarixdə və 29.11.2021-ci il tarixdə keçirilən ilkin mediasiya sessiyasında iştirak etdiyini təsdiq etmək üçün verilmiş, lakin tərəflər X4 sonra prosesi davam etdirmək barədə qərar qəbul etmədilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda ləğv edilə bilər: Həmin Məcəllənin 72-ci maddəsinin “f” bəndinə əsasən iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə əsasən Əmək Məcəlləsinin 72-ci maddəsinin “f” bəndinə əsasən xitam verilsə də, iddiaçı barəsində cinayət işinin başlanılması və ya Həmin Məcəllənin 300-cü maddəsinə əsasən Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Göründüyü kimi, qanunvericinin tələbinə əsasən, işçi iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verdikdə işəgötürən tərəfindən onunla bağlanmış əmək müqaviləsinə xitam verilə bilər. Hazırkı mübahisədən isə müəyyən olunur ki, iddiaçı tərəfindən iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verilməsi halı mövcud olmamışdır. Belə olan halda, onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 72-ci maddəsinin “f” bəndinə müvafiq olaraq həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi əsassız olmuşdur. Odur ki, iddia təmin edilərək iddiaçının işdən azad olunmağı barədə əmri ləğv edilməli, iddiaçı əvvəlki vəzifəsinə bərpa edilməli və məcburi iş buraxma müddəti üçün əmək haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia müddətinin tətbiqi ilə bağlı cavabdehin nümayəndəsi tərəfindən verilmiş ərizəyə qiymət verərək hesab edir ki, ərizə əsassızdır. Belə ki, cavabdeh tərəf məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə ilə müraciət edərək, iddiaçının 1 aylıq iddia müddətini ötürməsinə istinad edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Mülki iş materiallarından müəyyən edilir ki, iddiaçı onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməsi barədə məktubu 20.10.2021-ci il tarixdə almışdır, lakin əmək müqaviləsinə xitam verilməsi barədə əmri və əmək kitabçasını o, 23.10.2021-ci il tarixdə almışdır. Daha sonra iddiaçı ilkin mediasiya sessiyasında iştirak ilə bağlı 26.10.2021-ci il tarixli məktubla cəmiyyətə müraciət etmiş və 22.11.2021-ci il tarixdə, 29.11.2020-ci il tarixdə ilkin mediasiya sessiyaları keçirilmişdir. Hazırkı iddia tələbi üzrə iddia müddətinin axımı 23.10.2021-ci il tarixdən hesablanmalı, mediasiya prosesinin tətbiqi ilə əlaqədar müddətin axımı 26.10.2021-ci il tarixdən 29.11.2021-ci il tarixinədək dayandırılmış hesab edilməlidir. Belə olan halda, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddia müddəti 23.10.2021-ci il tarixdən 30.12.2021-ci il tarixinədək müəyyən edilməlidir. İddiaçı isə hazırkı iddia ərizəsi ilə yuxarıda müəyyən edilmiş iddia müddətini ötürmədən 22.12.2021-ci il tarixdə müraciət etmişdir. Odur ki, Cavabdeh MMC-nin nümayəndəsinin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsi təmin edilməməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi ilə bağlı məsələyə qiymət verərək belə qənaətə gəlir ki, 100 manat məbləğində dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh MMC-nin 14.10.2021-ci il tarixli, 2863K saylı əmri ləğv edilsin. İddiaçı Cavabdeh MMC-də pərakəndə satış departamentinə kassir vəzifəsinə (tutduğu əvvəlki vəzifəsinə) bərpa edilsin. Cavabdeh MMC tərəfindən İddiaçı 15.10.2021-ci il tarixdən işə bərpa olunduğu günədək buraxdığı məcburi iş müddəti üçün əmək haqqı hesablanaraq ödənilsin. Cavabdeh MMC-dən 100 (yüz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-2114/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2114/2022
15.04.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver