Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2120/2024 19.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil ilə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “pul” tələbi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddia tələbi: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1ndən xx.xx.2022-ci il tarixli icarə müqaviləsi üzrə 1800 (min səkkiz yüz) manat əsas borc, 2790 (iki min yeddi yüz doxsan) manat cərimə borcu olmaqla ümumilikdə 4590 (dörd min beş yüz doxsan) manat, xx.xx.2022-ci il tarixli icarə müqaviləsi üzrə 1800 (min səkkiz yüz) manat əsas borc, 3690 (üç min altı yüz doxsan) manat cərimə borcu olmaqla ümumilikdə 5490 (beş min dörd yüz doxsan) manat, xx.xx.2022-ci il tarixli icarə müqaviləsi üzrə 2400 (iki min dörd yüz) manat əsas borc, 5520 (beş min beş yüz iyirmi) manat cərimə borcu olmaqla ümumilikdə 7920 (yeddi min doqquz yüz) manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 12000 (on iki min) manat əsas borc, 3600 (üç min altı yüz) manat əlavə gəlir borcu, 8400 (səkkiz min dörd yüz) manat əldən çıxmış fayda olmaqla ümümilikdə 24000 (iyirmi dörd min) manat, inzibati cərimə borcu 539 (beş yüz otuz doqquz) manat, servis xidmətləri üzrə borc 7076 (yeddi min yetmiş altı) manat olmaqla ümumilikdə 49615 (qırx doqquz min altı yüz on beş) manat məbləğində pul vəsaitinin və ödənilmiş 240 (iki yüz qırx) manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi barədə manatın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh1 MMC arasında xx.xx.2022, xx.xx.2022, xx.xx.2022-ci il tarixli icarə müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən iddiaçı özünə məxsus olan 77DU308, 77FD342, 77FK807 və 77FP534 qeydiyyat nişanlı Toyota Prius (HİBRİD) minik markalı avtomobilləri ayda 600 (altı yüz) manat icarə haqqı müqabilində cavabdehin istifadəsinə vermişdir. Bundan əlavə, İddiaçıilə Cavabdeh1 MMC arasında xx.xx.2022-ci il tarixli müqavilə bağlanmışdır ki, həmin müqaviləyə əsasən iddiaçı cavabdehə 12000 (on iki min) manat pul vəsaitini ayda əlavə gəlir kimi 600 (altı yüz) manat ödənilməsi şərtilə vermişdir. Cavabdeh tərəfindən əsas səlahiyyətli şəxs kimi təsisçi və direktor Cavabdeh2 çıxış etmişdir. Qeyd olunan müqavilələr üzrə cavabdeh üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etmədiyi üçün avtomobillər ondan geri alınmışdır. Lakin cavabdeh, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, həmin müqavilələr üzrə yaranmış borcu iddiaçıya ödəməmişdir və həmin borc aşağıdakı kimidir: 77DU308 qeydiyyat nişanlı avtomobilin icarəsi ilə əlaqədar əsas borc 1800 (min səkkiz yüz) manat, xx.xx.2022-ci il tarixdən müqavilənin bitmə tarixi xx.xx.2023-cü il tarixədək 155 gecikmə günü üzrə müqavilənin 3.2. bəndinə uyğun olaraq 1% cərimə məbləği tətbiq edilməklə 2790 (iki min yeddi yüz doxsan) manat, ümumilikdə 4590 (dörd min beş yüz doxsan) manat; 77FD342 qeydiyyat nişanlı avtomobilin icarəsi ilə əlaqədar əsas borc 1800 (min səkkiz yüz) manat, xx.xx.2022-ci il tarixdən müqavilənin bitmə tarixi xx.xx.2023-cü il tarixədək 205 gecikmə günü üzrə müqavilənin 3.2. bəndinə uyğun olaraq 1% cərimə məbləği tətbiq edilməklə 3690 (üç min altı yüz doxsan) manat, ümumilikdə 5490 (beş min dörd yüz doxsan) manat; 77FK807 qeydiyyat nişanlı avtomobilin icarəsi ilə əlaqədar əsas borc 1200 (min iki yüz) manat, xx.xx.2022-ci il tarixdən müqavilənin bitmə tarixi xx.xx.2023-cü il tarixədək 230 gecikmə günü üzrə müqavilənin 3.2. bəndinə uyğun olaraq 1% cərimə məbləği tətbiq edilməklə 2760 (iki min yeddi yüz altmış) manat, ümumilikdə 3960 (üç min doqquz yüz altmış) manat; 77FP534 qeydiyyat nişanlı avtomobilin icarəsi ilə əlaqədar əsas borc 1200 (min iki yüz) manat, xx.xx.2022-ci il tarixdən müqavilənin bitmə tarixi xx.xx.2023-cü il tarixədək 230 gecikmə günü üzrə müqavilənin 3.2. bəndinə uyğun olaraq 1% cərimə məbləği tətbiq edilməklə 2760 (iki min yeddi yüz altmış) manat, ümumilikdə 3960 (üç min doqquz yüz altmış) manat; 12000 (on iki min) manat pul vəsaitinin verilməsi ilə əlaqədar əsas borc 12000 (on iki min) manat, müqavilənin qüvvədə olduğu 6 aylıq müddət üçün hər ay 600 (altı yüz) manat gəlir ödənişi üzrə yaranmış borc 3600 (üç min altı yüz) manat, müqavilənin bitmə tarixindən 2022-ci ilin noyabr və dekabr ayları, 2023-cü il üzrə bütövlükdə 12 ay, hər ay üçün 600 (altı yüz) manat olmaqla əldən çıxmış fayda 8400 (səkkiz min dörd yüz) manat, ümümilikdə 24000 (iyirmi dörd min) manat – cəmi: 42000 (qırx iki min) manat. Bundan əlavə, cavabdehlərin iddiaçıya inzibati xəta cərimələri üzrə ödənilməmiş borcu mövcuddur. Belə ki, sözügedən avtomobillərə cavabdehlərin istifadəsində olduğu müddətdə yol hərəkəti qaydalarının pozuntusu ilə əlaqədar inzibati qaydada cərimələr tətbiq edilmişdir ki, həmin cərimələr iddiaçı tərəfindən ödənilmişdir. Ödənilmiş cərimələr ümumilikdə 539 (beş yüz otuz doqquz) manat təşkil edir. Bundan əlavə, cavabdehlərin iddiaçıya servis xidməti ilə bağlı ödənilməmiş borcu mövcuddur. Belə ki, mülkiyyət hüququ ilə iddiaçı və digər şəxslərə məxsus olan, cavabdehlərin istifadəsində olan avtomobillərə göstərilmiş servis xidməti (mühərrik yağının dəyişimi, nasaz ehtiyat hissələrinin dəyişilməsi, yenisi ilə əvəz edilməsi, usta xərci və s.) ilə bağlı haqlar (xərclər) iddiaçı tərəfindən ödənilmişdir. Sözügedən xərclər yağ dəyişimi üzrə 1792 (min yeddi yüz doxsan iki) manat, digər xidmətlər üzrə 5284 (beş min iki yüz səksən dörd) manat olmaqla ümumilikdə 7076 (yeddi min yetmiş altı) manat təşkil edir. Ümumilikdə 49615 (qırx doqquz min altı yüz on beş) manat iddia tələbi üzrə iddiaçı tərəfindən 240 (iki yüz qırx) manat dövlət rüsumu ödənilmişdir ki, həmin məbləğ də cavabdehlərdən alınaraq iddiaçıya qaytarılmalıdır. Tərəflərin izahatları: İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Cavabdeh1 MMC-yə və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehlərin məhkəmə iclasında iştirak etməməsinin üzrlü səbəbi müəyyən edilmədiyindən, məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: -xx.xx.2022-ci il tarixli 02 nömrəli icarəyəverən İddiaçı və icarədar Cavabdeh1 MMC arasında bağlanmış “İcarə haqqında” müqavilədən görünür ki, icarəyəverən ** FK *** dövlət qeydiyyat nişanlı və ** FP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrini icarəçiyə icarəyə verilir. Həmin müqavilənin 3.1-ci maddəsinə əsasən icarəçi icrarəyə götürdüyü hər nəqliyyat vasitəsi üçün icarəyəverənə 600 AZN ödəyir. Həmin müqavilənin 3.2-ci maddəsinə əsasən bu müqavilə üzrə müəyyən olunmuş vəzifələrin icra müddəti “İcarəçi” tərəfindən gecikdirildiyi halda, o, hər gecikdirilən gün üçün vaxtında ödənilməyən məbləğin 1%-i həcmində icarəyə cərimə ödəyir. Həmin müqavilənin 6.1-ci maddəsinə əsasən müqavilə tərəflərin imza və möhürü ilə təsdiq edildiyi tarixdən etibarən qüvvəyə minir və 12 ay müddətinə qüvvədə qalır. -xx.xx.2022-ci il tarixli 01 nömrəli “Birgə fəaliyyət haqqında” müqavilədən görünür ki, İddiaçı (Tərəf 1) və Cavabdeh1 MMC (Tərəf 2) arasında bağlanmış 01 nömrəli müqavilədən görünür ki, tərəflər Taksi xidməti işinin təşkili sahəsində birgə fəaliyyət sahibkarlıq fəaliyyəti ilə məşğul olur. “Tərəf 1” dövriyyə üçün lazım olan maliyyə vəsaitini 12 000 AZN, Tərəf 2 isə işin tam təşkilini öz üzərinə götürür. Bİrgə fəaliyyət bu müqavilənin qüvvəyə mindiyi gündən 6 ay müddətində nəzərdə tutulur. Müddət bitdikdən sonra birgə fəaliyyət sonlandırılır və tərəflər təhvil-təslim edirlər. “Tərəf 1” yatırım etdiyi maliyyə vəsaitini (12 000 AZN) tam şəkildə təhvil alır, “Tərəf 2” isə həmin vəsaiti təhvil verir. Həmin müavilənin 1.2-ci maddəsinə əsasən “Tərəf 1” işin təşkilindən əlinəldə edilən mənfəətdən yalnız yatırım etdiyi vəsaitin (12 000 AZN)aylıq 5% miqdarında yəni 600 gəlir əldə edir. “Tərəf 2” isə işin təşkiilindən əldə edilən mənfəətin “Tərəf 1”-ə çatacaq miqdarından başqa bütün gəlirləri əldə edir. -xx.xx.2022-ci il tarixli 01 nömrəli icarəyəverən İddiaçı və icarədar Cavabdeh1 MMC arasında bağlanmış “İcarə haqqında” müqavilədən görünür ki, icarəyəverən ** DU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini icarəçiyə icarəyə verilir. Həmin müqavilənin 3.1-ci maddəsinə əsasən icarəçi icraərəyə götürdüyü hər nəqliyyat vasitəsin iüçün icarəyəverənə 600 AZN ödəyir. Həmin müqavilənin 3.2-ci maddəsinə əsasən bu müqavilə üzrə müəyyən olunmuş vəzifələrin icra müddəti “İcarəçi” tərəfindən gecikdirildiyi halda, o, hər gecikdirilən gün üçün vaxtında ödənilməyən məbləğin 1%-i həcmində icarəyə cərimə ödəyir. Həmin müqavilənin 6.1-ci maddəsinə əsasən müqavilə tərəflərin imza və möhürü ilə təsdiq edildiyi tarixdən etibarən qüvvəyə minir və 12 ay müddətinə qüvvədə qalır. -xx.xx.2022-ci il tarixli 01 nömrəli icarəyəverən İddiaçı və icarədar Cavabdeh1 MMC arasında bağlanmış “İcarə haqqında” müqavilədən görünür ki, icarəyəverən ** FD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrini icarəçiyə icarəyə verilir. Həmin müqavilənin 3.1-ci maddəsinə əsasən icarəçi icraərəyə götürdüyü hər nəqliyyat vasitəsin iüçün icarəyəverənə 600 AZN ödəyir. Həmin müqavilənin 3.2-ci maddəsinə əsasən bu müqavilə üzrə müəyyən olunmuş vəzifələrin icra müddəti “İcarəçi” tərəfindən gecikdirildiyi halda, o, hər gecikdirilən gün üçün vaxtında ödənilməyən məbləğin 1%-i həcmində icarəyə cərimə ödəyir. Həmin müqavilənin 6.1-ci maddəsinə əsasən müqavilə tərəflərin imza və möhürü ilə təsdiq edildiyi tarixdən etibarən qüvvəyə minir və 12 ay müddətinə qüvvədə qalır. -xx.xx.2024-cü il tarixli ********** saylı qəbzdən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 240 manat məbləğində dövlət rüsumu ödəmişdir. xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı və X1 Azər Əmirulla oğlu tərəfindən aldadılaraq 13277 manat və 38600 manat məbləğində pullarının ələ keçirilməsi barədə Xətai RPİ-yə şikayət etmiş, mübahisə mülki xarakterli olduğundan cinayət işinin başlanmasından rədd edilmişdir. Həmin qərardan görünür ki, Cavabdeh2 bildirmişdir ki, İddiaçı avtoservisdə çəkilən xərclərlə bağlı iddiası ilə qətiyən razı deyil. Faktiki olaraq avtomobilləri təmir etdiyi gün qaimələri təqdim etməmiş, fəaliyyətlərini dayandırıldıqdan sonra şifahi formada yadında saxladığı işləri sonradan ümumiləşdirərək qaimələr hazırlamış və həmin qaimələr əsasında ondan reallığa uyğun olmayan şişirdilmiş məbləğ tələb etmişdir. Qaimələrdə qeyd olunan işlərin görülüb-görülməməsi ilə bağlı dəqiq xəbəri yoxdur, həmin qaimələr İddiaçı tərəfindən sonradan hazırlanmışdır, həmçinin qeyd etmişdir ki, məsələn **-BG-*** d.q.n-lı “Toyota Prius" markalı avtomobilin mühərrikinin orta bazar giyməti 1000 manat təşkil etdiyi halda İddiaçı həmin mühərrik üçün qaimədə 1750 manat göstərmişdir. Cavabdeh2 etiraf etmişdir ki, onun bu gün üçün Vəli Noruzova həqiqətən də təxminən 12 000, 533. 500 və icarə haqqı üçün 2500-3000 manat arası borcu yaranmışdır, lakin qeyd etmişdir ki, 12.000 manatdan başqa digər məbləğlər dəqiq hesablamamışdır, dəqiqləşdirilməsi üçün bir daha hesabat aparmaq lazımdır. -xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin icarə müqaviləsindən görünür ki, İddiaçı ** FD *** dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı nəqliyyat vasitəsini X9 Munzera aylıq 600 manat müqabilində icarəyə vermişdir. -xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin icarə müqaviləsindən görünür ki, İddiaçı ** FK *** dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı nəqliyyat vasitəsini X9 Munzera aylıq 600 manat müqabilində icarəyə vermişdir. -xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin icarə müqaviləsindən görünür ki, İddiaçı ** DU *** dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı nəqliyyat vasitəsini X9 Munzera aylıq 600 manat müqabilində icarəyə vermişdir. -xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin icarə müqaviləsindən görünür ki, İddiaçı ** FP *** dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı nəqliyyat vasitəsini X9 Munzera aylıq 600 manat müqabilində icarəyə vermişdir. -İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, ** FK *** dövlət qeydiyyat nişanlı “Toyota Prius(Hibrid)” markalı nəqliyyat vasitəsi idarə edən X4 İXM-nın 327.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. - İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, ** FB *** dövlət qeydiyyat nişanlı “Toyota Prius(Hibrid)” markalı nəqliyyat vasitəsi idarə edən X5 İXM-nın 327.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. -SMS bildirişindən görünür ki, ** FP *** nömrəli NV-nə aid olan EQ9809936 protokola görə xx.xx.2022-ci ildə 53.80 manat ödənilmişdir. -SMS bildirişindən görünür ki, ** FK *** nömrəli NV-nə aid EQ10024813 protokola görə xx.xx.2022-ci ildə 28.00 manat ödənilmişdir. -SMS bildirişindən görünür ki, ** FP *** nömrəli NV-nə aid olan İXP4743711 protokola görə xx.xx.2022-ci ildə 42.60 manat ödənilmişdir. -SMS bildirişindən görünür ki, ** DU *** nömrəli avtomobil 60 AZN 3 bal cərimə edilmişdir, İXP ******* saylı protokola görə 61.60 manat manat ödənilmişdir. -SMS bildirişindən görünür ki, ** DU *** nömrəli NV-nə aid olan EQ10506347 protokola görə xx.xx.2022-ci il tarixində 26.80 manat ödənilmişdir. -SMS bildirişindən görünür ki, ** FK *** nömrəli NV-nə aid olan EQ10072773 protokola görə xx.xx.2022-ci ildə 14.10 manat ödənilmişdir. -SMS bildirişindən görünür ki, ** FD *** nömrəli NV-nə aid olan EQ11015032 protokola görə xx.xx.2022-ci il tarixində 11.00 manat ödənilmişdir. -İnzibati tənbeh vermə haqqında BNA ******* saylı xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ** FK *** dövlət qeydiyyat nişanlı “Toyota Prius (Hibrid)” markalı maşının sürücüsü AR İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 20.00 manat məbləğində cərimə edilmişdir. -İnzibati tənbeh vermə haqqında BNA ******* saylı xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ** FD *** dövlət qeydiyyat nişanlı “Toyota Prius (Hibrid)” markalı maşının sürücüsü AR İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 20.00 manat məbləğində cərimə edilmişdir. -SMS bildirişindən görünür ki, BNA ******* saylı xx.xx.2022-ci il tarixli qərara görə iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixindən 29.80 manat ödənilmişdir. -SMS bildirişindən görünür ki, EQ10509472 protokola görə xx.xx.2022-ci ildə 10.00 manat ödənilmişdir. -SMS bildirişindən görünür ki, EQ10565333 protokola görə xx.xx.2022-ci ildə 46.00 manat ödənilmişdir. -SMS bildirişindən görünür ki, İXP ******* saylı protokola görə xx.xx.2022-ci ildə 59.00 manat ödənilmişdir. -SMS bildirişindən görünür ki, İXP4673298 saylı protokola görə xx.xx.2022-ci ildə 57.80 manat ödənilmişdir. -İddiaçının nümayəndəsi və vəkili tərəfindən məhkəməyə təqdim edilmiş məlumatlandırma vərəqindən görünür ki, ** FK *** və 77 FP 53d qeydiyyat nişanlı avtomobillər xx.xx.2022-ci il tarixində təhvil verilmiş, 2022-ci ilin avqust ayının əvəllərində geri götürülmüş, ** DU *** qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci ildə təhvil verilmiş, 2022-ci ilin sentyabr ayının əvəllərində geri götürülmüş, ** FD *** qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci ildə təhvil verilmiş, 2022-ci ilin sentyabr ayının əvvələrində geri götürülmüşdür. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdətutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləniəhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.5-ci maddəsinə əsasən borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digərəsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyəverən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun“ AzərbaycanRespublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Qərarında müəyyən edilmişdir ki:“...Həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkətietməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, Mülki Məcəllənin bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, Mülki Məcəllənin «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının və onun nümayəndəsi və vəkilinin izahatını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh1 MMC arasında birgə fəaliyyət barədə xx.xx.2022-ci il tarixində müqavilə bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı cavabdehə 12 000 AZN pul verməyi, cavabdeh isə sahibkarlıq fəaliyyətinin tam təşkilini öz üzərinə götürür. Müqavilənin müddəti 6 ay müəyyən edilmiş olmuş, müqaviləyə əsasən əldə olunan gəlirlərdən iddiaçı yatırım etdiyi 12 000 AZN məbləğinin 5-%-i miqdarında aylıq stabil 600 manat əldə edir, cavabdeh isə qalıq bütün gəlirləri əldə edir, müddət bitdikdən sonra iddiaçı yatırım etdiyi maliyyə vəsaitini 12 000 AZN tam şəkildə təhvil alır, cavabdeh isə həmin vəsaiti təhvil verir. Həmin müqavilədən bir daha aydın olur ki, müqavilənin qüvvədə olduğu müddət ərzində cavabeh iddiaçıya aylıq 600 manat gəlir verməli, müddət bitdikdən sonra isə iddiaçı tərəfindən birgə fəaliyyət üçün verilmiş 12 000 manat ödənilməli idi. Müqavilə müddətinin bitməsinə baxmayaraq cavabdeh tərəfindən 12 000 AZN pul vəsaitinin qaytarılmaması işin mübahisəsiz halıdır. Belə ki, bu fakt Cavabdeh1 MMC-nin təmsilçisi Cavabdeh2 xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardakı izahatı ilə təsdiq edilmişdir. Buna görə də müqavilənin qüvvədə olduğu müddət üçün cavabdeh tərəfindən ödənilməyən 6 ay müddət üzrə 600 manat olmaqla, ümumilikdə 3600 manat və 12 000 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələblərinin müqavilənin bitmə tarixindən 2022-ci ilin noyabr və dekabr ayları, 2023-cü ilin üzrə 12 ay, hər ay üçün 600 manat olmaqla əldən çıxmış fayda 8400 manat pulun tutulması hissəsinə hesab edir ki, iddia əsassızdır. Belə ki, iddiaçının nümayəndəsi və vəkili tərəfindən sonradan iddia tələbinin “Əldən çıxmış fayda” hissəsinə dair əsaslandırmasını təqdim edərək, qeyd etmişdir ki, Cavabdeh2 izahatı dolayı yolla onu deməyə əsas verir ki. İddiaçı 12000 manat pulunu şərtləşdirilmiş vaxtda (xx.xx.2022-ci il tarixdə) əldə etsəydi həmin dəyərə sahib olan “Toyota Prius” markalı avtomobili ala və digər mülkiyyətində olan avtomobillər kimi icarəyə verərək mənfəət əldə edə bilərdi. Belə ki, İddiaçı, mülkiyyətində olan 77DU308, 77FD342, 77FK807 və 77FP534 qeydiyyat nişanlı avtomobillərin hər birini 01 oktyabr 2022-ci il tarixli icarə müqavilələri əsasında X9 Munzera bir təqvim ayı üçün 600 manat olmaqla icarəyə vermişdir. Həmin müqavilələr isə X9 Munzer və "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 22/129 nömrəli “Avtopark müqaviləsi” əsasında, icarəyə verilmiş avtomobillərin sərnişin daşıma xidmətlərinin göstərilməsi üçün bağlanmışdır. Yəni ki, iddiaçı həmin nəqliyyat vasitələrinin icarəyə verməklə, normal mülki dövriyyədə əldə edəcəyi gəliri əldə etmişdir. Məhkəmə xüsusi ilə vurğulayır ki, cavabdehin müqavilə şərtlərini yerinə yetirmədiyi təqdirdə, yəni pulu ödəmədiyi təqdirdə iddiaçının Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün illik beş faiz tələb edə bilərdi. Lakin həmin əsaslandırma ərizəsindən görünür ki, iddiaçı əldən çıxmış fayda olaraq cavabdehlərdən pulun qaytarılmalı olduğu müddətdən məhkəmədə iddia qaldırılan tarixə hər ay 600 manat olmaqla 14 ay müddətinə ümumilikdə 8400 manat məbləğində pul vəsaitini tələb edir. Bundan başqa məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli icarə müqavilələrdən görünür ki, iddiaçı icarə predmenti olan nəqliyyat vasitələrinin hər birini aylıq 600 manat müqabilində X9 Munzera icarəyə vermişdir. Məhkəmə iddia tələblərinin xx.xx.2022-ci il tarixli icarə müqaviləsi üzrə 1800 manat əsas borc, 2790 manat cərimə borcu olmaqla ümumilikdə 4590 manat, xx.xx.2022-ci il tarixli icarə müqaviləsi üzrə 1800 manat əsas borc, 3690 manat cərimə borcu olmaqla ümumilikdə 5490 manat, xx.xx.2022-ci il tarixli icarə müqaviləsi üzrə 2400 manat əsas borc, 5520 manat cərimə borcu olmaqla ümumilikdə 7920 manat pulun cavabdehlərdən tutulması hissəsinə münasibət olaraq bildirir ki, iddia tələbləri həmin hissədə rədd edilməlidir. Belə ki, adıçəkilən icarə müqavilələrinin 12 ay müddətinə bağlanmış, lakin sonradan ** FK *** və 77 FP 53 qeydiyyat nişanlı avtomobillərin 2022-ci ilin avqust ayının əvəllərində iddiaçı tərəfindən geri götürülməsi, ** DU *** qeydiyyat nişanlı avtomobil 2022-ci ilin sentyabr ayının əvəllərində iddiaçı tərəfin geri götürülməsi, ** FD *** qeydiyyat nişanlı avtomobilin 2022-ci ilin sentyabr ayının əvvələrində iddiaçı tərəfindən geri götürdüyü müəyyən edilmişdir. Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan birinin olduğu halda (digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallarda) müqavilə tərəflərdən birinin tələbi ilə ləğv edilə bilər və belə ləğvetmə məhkəmədənkənar qaydada baş verməklə, bununla bağlı tələblər daha çox həmin faktı məhkəmə qaydasında təsbit etməklə, bundan irəli gələn nəticələrin tətbiq edilməsi məqsədi daşıyır. İcarə müqaviləsinin məqsədi ondan ibarətdir ki, icarəyə verən əşyanı icarəçinin istifadəsinə verməyi, icarəçi isə bunun üçün icarəyəverənə icarə haqqı ödəməyi öhdəsinə götürür. Məhkəmə qeyd edir ki, icarə müqaviləsi predmeti olan maşınların iddiaçı tərəfindən geri götürülməsi, əslində onlar arasında olan müqaviləyə xitam verilməsidir. Belə ki, icarə predmenti mövcud olmayandan sonra icarəçinin icarəyəverənə icarə haqqını ödəməsinin heç bir əhəmiyyəti yoxdur. Tərəflər arasıda olan müqavilə münasibətlərinin qüvvədə olduğu dövrdə isə iddiaçının cavabdehdən həmin icarə ödənişlərini tələb etmək hüququ olsa da, lakin məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən icarə haqlarının ödənilməsi, hansı tarixdən başlayraq cavabdeh tərəfindən ödənilməməsi, habelə 1800 manat, 1800 manat və 2400 manat icarə haqqlarının hansı tarixdən hesabladığını təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Belə ki, aylıq icarə haqqının hər maşın üçün 600 manat olduğunu nəzərə alsaq, belə olan halda müəyyən edilir ki, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən cavabdeh tərəfindən ** FK *** və ** FP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin hər biri üçün iddiaçı 1200 manat icarə haqqı tələb etdiyi təqdirdə cavabedhin 2 aylıq icarə borcu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən ** DU *** dövlət qeydiyyat nişanlı nəqlliyyat vasitəsi üçün iddiaçı 1800 icarə haqqı tələb etdiyi təqdirdə cavabdehin 3 aylıq icarə borcu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən ** FD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün iddiaçı 1800 icarə haqqı tələb etdiyi təqdirdə cavabdehin 3 aylıq icarə borcu var. Adıçəkilən nəqliyyat vasitələrinə görə icarə haqlarının cavabdeh tərəfindən ödənilməməsi barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Məhkəmə iddia tələblərinin iddiaçı tərəfindən ödənilmiş inzibati cərimələrin ödənilməsi hissəsində hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş bildirişləri tədqiq edərkən müəyyən edilir ki, ** FP *** nömrəli NV-nə aid olan EQ9809936 protokola görə xx.xx.2022-ci ildə 53.80 manat, ** FK *** nömrəli NV-nə aid EQ10024813 protokola görə xx.xx.2022-ci ildə 28.00 manat, ** FP *** nömrəli NV-nə aid olan İXP4743711 protokola görə xx.xx.2022-ci ildə 42.60 manat, ** DU *** nömrəli avtomobil 60 AZN 3 bal cərimə edilmişdir, İXP ******* saylı protokola görə 61.60 manat manat, ** DU *** nömrəli NV-nə aid olan EQ10506347 protokola görə xx.xx.2022-ci il tarixində 26.80 manat, ** FK *** nömrəli NV-nə aid olan EQ10072773 protokola görə xx.xx.2022-ci ildə 14.10 manat, ** FD *** nömrəli NV-nə aid olan EQ11015032 protokola görə xx.xx.2022-ci il tarixində 11.00 manat, BNA ******* saylı xx.xx.2022-ci il tarixli qərara görə iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixindən 29.80 manat, EQ10509472 protokola görə xx.xx.2022-ci ildə 10.00 manat, EQ10565333 protokola görə xx.xx.2022-ci ildə 46.00 manat, İXP ******* saylı protokola görə xx.xx.2022-ci ildə 59.00 manat, İXP4673298 saylı protokola görə xx.xx.2022-ci ildə 57.80 manat ödənilmişdir. Bununla da, müəyyən edilir ki, iddiaçı tərəfindən inzibati cərimələrə görə 500.5(53.80+28.00+42.60+60+61.60+26.80+14.10+11+29.80+10+46+59+57.80=500.5) manat məbləğində pulun ödənildiyi öz təsdiqini tapmışdır. Bundan başqa iş materiallarında olan BNA ******* saylı xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ** FD *** dövlət qeydiyyat nişanlı “Toyota Prius (Hibrid)” markalı maşının sürücüsü AR İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 20.00 manat məbləğində cərimə edilmişdir. İddiaçı tərəfindən həmin cəriməni təsdiq edən sübutlar təqdim edilməsə də, məhkəmə qeyd edir ki, həmin müddətdə ** FD *** dövlət qeydiyyat nişanlı “Toyota Prius (Hibrid)” markalı maşın cavabdehin istifadəsinə olduğundan və cavabdehin təqsirli hərəkətləri nəticəsində yarandığından 20 manat məbləğində pul vəsaiti də cavabdehdən tutulmalıdır. Məhkəmə həmçinin iddiaçı tərəfindən İXP ******* saylı protokola görə 65.50 manat məbləğində ödənilməsi ilə bağlı bildirişi sübut kimi qiymətləndirməməlidir Belə ki, xx.xx.2022-ci il tarixli İXP ******* saylı protokoldan görünür ki, ** FJ *** dövlət qeydiyyat nişanlı nəqliyayt vasitəsinin sürücüsü İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. ** FJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi isə iddiaçı ilə cavabdeh arasında olan icarə müqavilələrinin predmeti olmamışdır. Məhkəmə iddia tələblərinin servis-xidmət haqqı hissəsinə münasibət olaraq bildirir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, servis xidmət haqqına dair sübut olaraq yalnız iddiaçı tərəfindən imzalanmış qaimələr təqdim edilmişdir. Lakin həqiqətən də belə xidmətlərin göstərilməsi müəyyən edilməmişdir. Bundan başqa Cavabdeh2 xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda verdiyi izahatdan görünür ki, o, avtoservisdə çəkilən xərclərlə bağlı iddiası ilə qətiyən razı deyil. Faktiki olaraq avtomobilləri təmir eldiyi gün qaimələri təqdim etməmiş, fəaliyyətlərini dayandırıldıqdan sonra şifahi formada yadında saxladığı işləri sonradan ümumiləşdirərək qaimələr hazırlamış və həmin qaimələr əsasında ondan reallığa uyğun olmayan şişirdilmiş məbləğ tələb etmişdir. Qaimələrdə qeyd olunan işlərin görülüb-görülməməsi ilə bağlı dəqiq xəbəri yoxdur, həmin qaimələr İddiaçı tərəfindən sonradan hazırlanmışdır, həmçinin qeyd etmişdir ki, məsələn **-BG-*** d.q.n-lı “Toyota Prius" markalı avtomobilin mühərrikinin orta bazar giyməti 1000 manat təşkil etdiyi halda İddiaçı həmin mühərrik üçün qaimədə 1750 manat göstərmişdir. Odur ki, iddia həmin hissədə yalnız cavabdehin etiraf etdiyi hissədə təmin edilərək, servis xidmət haqqı olaraq 1000 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbləri yalnız Cavabdeh1 MMC-yə aid edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Cavabdeh2 MMC-nin hüquqi təmsilçisi olduğundan, icarə münasibətlərindən o, şəxsən öz adına deyil, MMC adına hərəkətlər etdiyindən, eyni zamanda MMC adına gəlir əldə etdiyindən pul tələbi yalnız MMC-yə münasibətdə təmin edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbləri qismən təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 141.36 manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh1 MMC-dən birgə fəaliyyət haqqında müqaviləyə əsasən 12 000 (on iki min) manat, müqavilənin qüvvədə olduğu 6 aylıq müddət üçün 3600 (üç min altı yüz) manat, 1000 (bir min) manat servis xidmət haqqı və 520.5 (beş yüz iyirmi manat əlli qəpik) manat inzibati cərimə borcu olmaqla, cəmi 17 120.50 (on yeddi min yüz iyirmi manat əlli qəpik) manat pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 141.36 (yüz qırx bir manat otuz altı) manat alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. . Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №e-2(011)-2120/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2120/2024
19.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver