Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-220/2025 30.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Əliyeva Fidan Rahim qızının katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil, Cavabdehin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “mənzilin təhvil verilməsi və kirayə haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsi və onun dəlilləri: İddiaçı Cavabdeh MMC-yə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, İddiaçı xüsusi mülkiyyətində olan və Cavabdeh MMC-nin hüquqazidd hərəkətləri nəticəsində sökülərək yaşamaq üçün tamamilə yararsız hala salınmış Bakı şəhəri, Yasamal rayonu, Fuad İbrahimbəyov küçəsi, ev 8 ünvanında yerləşən 4 nömrəli mənzilinin əvəzinə, mənzilin 09 iyul 2011-ci il tarixli çıxarışında göstərilən ümumi sahəsi (27 kv.m) ilə birlikdə mənzilin köməkçi (holl) və yardımçı (zirzəmi) sahələri də nəzərə alınmaqla, cəmi 75 kv.m-dən ibarət mənzil sahəsindən 20% artıq, ümumilikdə 90 kv.m olmaqla, cavabdeh tərəfindən həmin ünvanda “Central Tower” layihəsi üzrə inşa edilən çoxmərtəbəli yaşayış binasında yeni təmirli mənzil sahəsinin İddiaçı mülkiyyətinə verilməsi, həmçinin yeni mənzil verilənədək iddiaçıya hər ay 700 manat məbləğində kirayə haqqının ödənilməsi öhdəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulması və iddianın məhkəməyə verilməsi üçün ödənilmiş 100.40 manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh (VÖEN: **********) tərəfindən həyata keçirilən “Central Tower” layihəsi üzrə Bakı şəhəri, Yasamal rayonu, Fuad İbrahimbəyov küçəsində yeni çoxmərtəbəli yaşayış binasının tikintisi ilə əlaqədar sözügedən ünvanda köhnə tikililərin sökülməsi işləri aparılır. Sözügedən layihənin icrası ilə əlaqədar göstərilən ünvanda, o cümlədən, İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 4 nömrəli mənzilinin də sökülməsi işlərinə başlanmışdır. Bakı şəhəri, Yasamal rayonu, Fuad İbrahimbəyov küçəsi, ev 8 ünvanında yerləşən Daşınmaz əmlakın dövlət reyestrindən olan xx.xx.2011-ci il tarixli, ******* nömrəli MA seriyalı Çıxarışa (Qeydiyyat nömrəsi: **********; Reyestr nömrəsi: **********63-05101-093004) əsasən ümumi sahəsi 27 m olan 4 nömrəli mənzil İddiaçı tam pay olmaqla xüsusi mülkiyyətindədir. Həmçinin İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 4 saylı mənzilində qeydiyyatdadır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, tələbin xarakteri əmlak maraqlarının mövcudluğunu nəzərdə tutduğu hallarda, belə maraq yalnız o zaman “əmlak” hesab oluna bilər ki, daxili qanunvericilikdə onun əsasları müəyyən edilsin (Kopecky Slovakiyaya qarşı iş üzrə 2004-cü il 28 sentyabr tarixli, X7rşı iş üzrə 2016-cı il 13 dekabr tarixli, Radomilja və digərləri Xorvatiyaya qarşı iş üzrə 2018-ci il 20 mart tarixli Qərarlar). Mənzilin sökülməsi işləri Cavabdeh MMC tərəfindən İddiaçı xəbərdarlıq edilmədən, onunla rəsmi olaraq heç bir danışıqlar aparılmadan və ya mənzilin sökülməsi əvəzində iddiaçıya hansı əmlakın veriləcəyinə yaxud pul kompensasiya ilə bağlı hər hansısa razılaşma olmadan qanunsuz olaraq həyata keçirilmişdir. Söküntü işlərinə iddiaçının və onun ailə üzvlərinin mənzildə olmadığı zaman başlanmışdır. Cavabdeh İddiaçı məxsus mənzilinin söküntü işlərinə ilk öncə mənzilin pəncərələrinin, çöl və daxili qapılarının, döşəmələrinin, dam örtüklərinin demontajından başlanmışdır. Mənzildə olan əşyalan söküntü zamanı çölə atılmışdır. Cavabdeh MMC sökülməyə məruz qalmış mənzilin İddiaçı xüsusi mülkiyyətində olduğunu nəzərə almayıb və iddiaçı ilə mənzilin sökülməsi barədə heç bir razılaşması olmamışdır. Mülkiyyət hüququna xitam verilməsinin əsasları Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 203-cü maddəsində öz əksini tapmışdır. Mülki Məcəllədə istinad olunan mülkiyyət hüququna xitam verilməsinə dair digər hallar olmadığından işin hallarında İddiaçı xüsusi mülkiyyətində olan mənzilinin qanuniliyi və leqitimliyi Cavabdeh MMC tərəfindən mübahisələndirilə bilməz. İddiaçı etirazları nəticəsində söküntü işləri müvəqqəti dayandırılsa da, 2024-cü ilin may ayında Cavabdeh MMC tərəfindən söküntü işləri bərpa olunmuş, bu dəfə mənzilə daha çox zərər vurulmuş, məzilin tamamilə məhv olunması təhlükəsi yarandığından İddiaçı cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət olunana və işə məhkəmədə baxılıb mahiyyəti üzrə yekun məhkəmə aktı qəbul olunana qədər mənzilinin tamamilə məhv olunmasının qarşısını almaq məqsədilə ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Aydan Oruclu) müvəqqəti təminat tədbirinin tətbiqinə dair xx.xx.2024-cü il tarixli, e-16(004)- 232/2024 nömrəli qərardadına əsasən, ərizə təmin edilmiş, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində İddiaçı mülkiyyətində olan mənzilinin sökülməsi, digər şəkildə zədələnərək yaşayış üçün tam yararsız hala salınması, hər hansısa bir üsulla məhv edilməsi Cavabdeh MMC-yə qadağan edilmişdir. Lakin Cavabdeh MMC məhkəmənin qərardadında göstərilən qadağanı nəzərə almamış, 25-26 may 2024cü il tarixində gecə vaxtı iddiaçının mənzilinin sökülməsini davam etdirmişdir. Söküntü işləri nəticəsində bütün mənzil yaşamaq üçün tam yararsız olmuşdur. Sonuncu söküntü işlərindən sonra mənzildən yalnız qəzalı vəziyyətə düşmüş, yalnız müəyyən çöl və arakəsmə divarları qalmışdır. Göründüyü kimi, Cavabdeh MMC məhkəmənin xx.xx.2024cü il tarixli, e-16(004)-232/2024 saylı qərardadında müəyyən edilmiş qadağaları pozmuşdur. Cavabdeh MMC tərəfindən İddiaçı mənzilinə dair mülkiyyət hüquqları pozulmuş, cavabdehin hüquqazidd hərəkətləri nəticəsində iddiaçının mənzili yaşayış üçün yararsız vəziyyətdədir. Həmin mənzilə ciddi konstruktiv zərər vurulduğundan mənzili bərpa etmək mümkün deyildir. Hazırki iddia tələbilə bağlı hesab edir ki, İddiaçı xüsusi mülkiyyətində olan və Cavabdeh MMC-nin söküntü işləri nəticəsində yaşamaq üçün yararsız hala salınmış Bakı şəhəri, Yasamal rayonu, Fuad İbrahimbəyov küçəsi, ev 8 ünvanında yerləşən 4 nömrəli mənzilinin əvəzinə, həmin ünvanda cavabdeh tərəfindən tikiləcək yeni çoxmərtəbəli yaşayış binasında İddiaçı cavabdeh tərəfindən mənzilinin çıxarışa əsasən, eləcə də, iddiaçının faktiki istifadəsində olmuş mənzilin artırılmış köməkçi sahəsi (holl) və yardımçı sahə kimi istifadə edilən mənzilin tərkib hissəsi olan zirzəmi də daxil, faktiki cəmi sahədən 20% artıq olmaqla yeni təmirli mənzilin iddiaçının mülkiyyətinə verilməsi təmin edilməlidir. Mənzilin çıxarışında mənzilin ümumi sahəsi 27 m göstərilir. Həmçinin mənzilin texniki pasportunda verilmiş mənzilin planından başqa mənzilin ön hissəsində holl kimi (mənzilin girişi) istifadə edilən köməkçi əlavə artırma da vardır. Bu artırma nəzərə alınmaqla mənzilin perimetri üzrə ümumi ölçüləri aşağıdakı kimidir: uzunluğu 12 (on iki), eni 4 (dörd) metr təşkil edir. Beləliklə, mənzilin göstərilmiş ölçülərə görə faktiki sahəsi 12 x 4 = 48 m təşkil edir. Bununla yanaşı mənzildə anbar və məişət məqsədləri üçün yardımçı sahə kimi istifadə edilən, mənzilin çıxarışıda göstərilən mənzilin ümumi sahəsinin altında yerləşən cəmi 27 m-dən ibarət zirzəmi də vardır (Qeyd: zirzəminin divarlarının hündürlüyü 2.6 metrdir). Beləliklə mənzilin çıxarış üzrə, köməkçi (holl) və yardımçı (zirzəmi) sahələri ilə birlikdə ümumi sahəsi: 48 m + 27 m (zirzəmi) = 75 m təşkil edir. Göstərilən mənzil sahəsindən 20% (iyirmi faiz) artıq olmaqla (75 x 20 / 100 = 15 + 75) cəmi 90 m-dən ibarət yeni təmirli mənzil cavabdeh tərəfindən İddiaçı xüsusi mülkiyyətinə verilməlidir. Eyni zamanda yeni çox mərtəbəli yaşayış binası tikilənədək və yeni mənzil verilənədək cavabdehin vəsaiti hesabına iddiaçıya hər ay 700 manat məbləğində kirayə haqqının ödənilməsi öhdəliyi də Cavabdeh MMC-nin üzərinə qoyulmalıdır. Əlavə olaraq, Bakı şəhəri, Yasamal rayonu, Fuad İbrahimbəyov küçəsində köhnə mənzillərin sokülməsi və onların yerində yeni çox mərtəbəli yaşayış binasının tikilməsi ilə əlaqədar aidiyyəti dövlət orqanlarının və qurumlarının müvafiq rəylərinin, icazələrin, sərəncamların, tikintiyə dair müvafiq qaydada təsdiq olunmuş layihələrin surətləri əlavə edilməklə ətraflı məlumatın verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixində Cavabdeh MMC-yə vəkil sorğusu göndərilmişdir. Lakin cavabdeh tərəfindən sorğuya münasibət bildirilməmişdir. Bakı şəhəri, Yasamal rayonu, Fuad İbrahimbəyov küçəsində istismar müddəti bitmiş və qəzalı vəziyyətdə olan yaşayış evlərinin sakinlərinin köçürülməsi hansı dövlət qurumunun sərəncamı ilə və kimin hesabına həyata keçirilməli olduğu, mübahisəli mənzilin yerləşdiyi ərazinin hansı hakimiyyət orqanının və ya vəzifəli şəxsin sərəncamı ilə ayrılması, eləcə də işin mahiyyəti ilə bağlı digər zəruri sübut və dəlillər haqqında sorğuya cavab verilmədiyi üçün məlumatlı deyillər və məhkəməyə təqdim edə bilmir. Cavabdeh hüquqazidd əməli nəticəsində İddiaçı xüsusi mülkiyyətində olan mənzilinin məhv olunması ilə bağlı Cinayət Məcəlləsinin 186.2.1-ci maddəsinə uyğun olaraq müvafiq araşdırmanın başlanması və digər zəruri tədbirlərin görülməsi məqsədilə xx.xx.2024-cü il tarixində Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə ərizə ilə müraciət olunmuşdur. Qeyd edir ki, İddiaçı müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizəsi Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən (xx.xx.2024-cü il tarixli, e-16(004)-232/2024 nömrəli qərardad) tərəfindən təmin edilməsinə baxmayaraq, həmin məhkəməyə təqdim etdiyi iddia ərizəsi işə ərazi aidiyyəti üzrə həmin məhkəmədə olmadığı əsası ilə məhkəmənin xx.xx.2024-cü il tarixli, e-2(004)-3293/2024 nömrəli qərardadı ilə (hakim Aydan Oruclu) geri qaytarılmışdır. Həmin qərardaddan iddiaçı tərəfindən şikayət verilməmişdir. Daha sonra iddiaçının vəkili Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı xüsusi mülkiyyətində olan və Cavabdeh MMC-nin hüquqazidd hərəkətləri nəticəsində sökülərək yaşamaq üçün tamamilə yararsız hala salınmış Bakı şəhəri, Yasamal rayonu, Fuad İbrahimbəyov küçəsi, ev 8 ünvanında yerləşən 4 nömrəli mənzilinin əvəzinə, mənzilin 09 iyul 2011-ci il tarixli çıxarışında göstərilən ümumi sahəsi (27 kv.m) ilə birlikdə mənzilin köməkçi (holl) və yardımçı (zirzəmi) sahələri də nəzərə alınmaqla, eləcə də 07 iyul 2001-ci il tarixli **********63-05101-093004 reyestr nömrəli çıxarışa əsasən yaşayış evinin (mənzilin) yerləşdiyi 0.0027 ha (27 kv.m) torpaq sahəsinin də cavabdehin istifadəsinə verilməsi müqabilində ümumi sahəsi cəmi 102 kv.m-dən ibarət mənzil sahəsindən 20% artıq, ümumilikdə 122.40 kv.m olmaqla, sökülən mənzilin yerləşdiyi ərazinin yaxınlığında təmirli yeni mənzilin İddiaçı cavabdeh tərəfindən təhvil verilməsi, təmirli yeni mənzilin İddiaçı mülkiyyətinə verilməsi, dövlət reyestr çıxarışının əldə edilməsi üçün bütün tədbirlərin görülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, həmçinin yeni mənzil verilənədək iddiaçıya hər ay 700 manat məbləğində kirayə haqqının ödənilməsi öhdəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulması və iddianın məhkəməyə verilməsi üçün ödənilmiş 100.40 manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının vəkili Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı xüsusi mülkiyyətində olan və Cavabdeh MMC-nin hüquqazidd hərəkətləri nəticəsində sökülərək yaşamaq üçün tamamilə yararsız hala salınmış Bakı şəhəri, Yasamal rayonu, Fuad İbrahimbəyov küçəsi, ev 8 ünvanında yerləşən 4 nömrəli mənzilinin əvəzinə: a) mənzilin ümumi sahəsi (çıxarışda göstərilən və faktiki istifadədə olmuş sahələri) nəzərə alınmaqla, cəmi 67.8 kv.m ibarət mənzil sahəsinin hər kvadrat metrinin (kv.m) 4880 manat (dörd min səkkiz yüz səksən) məbləğində hesablanması, həmin məbləğin üzərinə 20 faiz (%) miqdarında əlavə haqq hesablanmaqla cəmi 397.036,80 manat məbləğində kompensasiyanın Cavabdeh MMC tərəfindən İddiaçı ödənilməsi, kompensasiya məbləği ödənilməklə mənzilin İddiaçı satınalınmasına dair tərəflər arasında müqavilənin bağlanması, həmçinin 2024-cü ilin may ayından başlayaraq iddiaçıya hər ay 700 manat məbləğində kirayə haqqının ödənilməsi öhdəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulması, iddianın məhkəməyə verilməsi üçün ödənilmiş cəmi 729.2 manat məbləğində dövlət rüsumunun və 100 manat məbləğində tədqiqat dəyərinin Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının vəkili Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, məhkəməyə ərizə ilə müraciət edərək İddiaçı xüsusi mülkiyyətində olan və cavabdeh "xxxx" MMC-nin hüquqazidd hərəkətləri nəticəsində sökülərək yaşamaq üçün tamamilə yararsız hala salınmış Bakı şəhəri, Yasamal rayonu, Fuad İbrahimbəyov küçəsi, ev 8 ünvanında yerləşən 4 nömrəli mənzilinin əvəzinə mənzilin (evin) çıxarışda göstərilən və faktiki istifadədə olmuş sahələri nəzərə alınmaqla, cəmi 75 m²-dən ibarət mənzil sahəsinin hər kvadrat metrinin (m²) 4.880 manat məbləğində hesablanmasını və həmin məbləğin üzərinə 20 faiz miqdarında əlavə haqq hesablanmaqla cəmi 439.200 manat məbləğində kompensasiyanın cavabdeh tərəfindən İddiaçı ödənilməsi, kompensasiya məbləği ödənilməklə mənzil sahəsinin İddiaçı satınalınmasına dair tərəflər arasında müqavilənin bağlanması, həmçinin 2024-cü ilin may ayından başlayaraq iddiaçıya hər ay 700 manat məbləğində kirayə haqqının ödənilməsi öhdəliyinin "xxxx" MMC-nin üzərinə qoyulması, iddianın məhkəməyə verilməsi üçün ödənilmiş cəmi 729.20 manat məbləğində dövlət rüsumunun cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilməsi barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının vəkili Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, məhkəməyə ərizə ilə müraciət edərək iddiaçı S.M. Yusifovanın xüsusi mülkiyyətində olan və cavabdeh "xxxx" MMC-nin hüquqazidd hərəkətləri nəticəsində sökülərək yaşamaq üçün tamamilə yararsız hala salınmış Bakı şəhəri, Yasamal rayonu, Fuad İbrahimbəyov küçəsi, ev 8 ünvanında yerləşən 4 nömrəli mənzilinin əvəzinə mənzilin ümumi sahəsi (çıxarışda göstərilən və faktiki istifadədə olmuş sahələri) nəzərə alınmaqla, cəmi 67.8 kv.m ibarət mənzil sahəsinin hər kvadrat metrinin (kv.m) 4.880 manat məbləğində hesablanması, həmin məbləğin üzərinə 20 faiz miqdarında əlavə haqq hesablanmaqla cəmi 397.036.80 manat məbləğində kompensasiyanın cavabdeh "xxxx" MMC tərəfindən İddiaçı ödənilməsi, kompensasiya məbləği ödənilməklə mənzilin (evin) İddiaçı satınalınmasına dair tərəflər arasında müqavilənin bağlanması, həmçinin 2024-cü ilin may ayından başlayaraq iddiaçıya hər ay 700 manat məbləğində kirayə haqqının ödənilməsi öhdəliyinin "xxxx" MMC-nin üzərinə qoyulması, iddianın məhkəməyə verilməsi üçün ödənilmiş cəmi 729.20 manat məbləğində dövlət rüsumunun və 100 manat məbləğində tədqiqat dəyərinin cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının vəkili Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, məhkəməyə ərizə ilə müraciət edərək iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim edilmiş iddia tələbinin dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizədə göstərilən tələblərə əlavə olaraq 400 manat məbləğində mütəxəssis xərclərinin cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının vəkili Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə ərizə ilə müraciət edərək, İddiaçı xüsusi mülkiyyətində olan və cavabdeh "xxxx" MMC-nin hüquqazidd hərəkətləri nəticəsində sökülərək yaşamaq üçün tamamilə yararsız hala salınmış Bakı şəhəri, Yasamal rayonu, Fuad İbrahimbəyov küçəsi, ev 8 ünvanında yerləşən 4 nömrəli mənzilinin əvəzinə mənzilin ümumi sahəsi (çıxarışda göstərilən və faktiki istifadədə olmuş sahələri) nəzərə alınmaqla, cəmi 67.8 kv.m ibarət mənzil sahəsinin dəyəri olaraq 140.000 manat məbləğində kompensasiyanın cavabdeh "xxxx" MMC tərəfindən İddiaçı ödənilməsi, iddianın məhkəməyə verilməsi üçün ödənilmiş cəmi 729.20 manat məbləğində dövlət rüsumunun və 100 manat məbləğində tədqiqat dəyərinin cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 izahatında bildirmişdir ki, onun mənzili 8 saylı mənzil olmaqla iddiaçının mənzili ilə qonşuluqda yerləşmişdir. Ona təklif edilmiş məbləğlə razılaşaraq həmin məbləği alıb mənzildən çıxmışdır. Hazırda orada yaşamır. İşin faktiki halları: İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Fuad İbrahimbəyov küçəsi, ev 8 ünvanında yerləşən 4 nömrəli mənzil xx.xx.2011-ci il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir. Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin Başçısının 01 sentyabr 2020-ci il tarixli 217 saylı sərəncamından görünür ki, Yasamal rayonu, Balababa Məcidov, İbrahim Əbilov və Fuad İbrahimbəyov küçələrinin Abdulla Şaiq küçəsi ilə kəsişdiyi ərazidə yerləşən, yaşayış üçün yararsız vəziyyətdə olan, şəhərin və ərazinin ümumi memarlıq görünüşünə xələl gətirən köhnə tipli yaşayış evlərinin və qeyri-yaşayış sahələrinin yerləşdiyi ərazidə Cavabdeh MMC-yə müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisinə icazə verilmiş, ayrılmış ərazidə yerləşən ünvanlardan sakinlərin qarşılıqlı razılaşma müqaviləsi əsasında köçürülməsi tam başa çatdırıldıqdan sonra ərazinin hasarlanmasına və müvafiq sənədləşmə əsasında mövcud tikililərin sökülməsinə icazə verilmişdir. Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Cavabdeh MMC-yə verilmiş xx.xx.2020-ci il tarixli rəyi ilə Bakı şəhəri, Yasamal rayonu, Balababa Məcidov, İbrahim Əbilov və Fuad İbrahimbəyov küçələrinin Abdulla Şaiq küçəsi ilə kəsişdiyi ərazidə yaşayış və qeyri-yaşayış binalarının tikinti layihəsi razılaşdırılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 iyul 2009-cu il tarixli qətnaməsi ilə X2 Yasamal Rayon İcra Hakimiyyətinə qarşı sərəncamın və orderin etibarsız hesab edilərək ləğv edilməsi barədə iddiası təmin edilməmişdir. X1 apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-472/2011 saylı 17 iyun 2011-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, iddia təmin edilərək Yasamal Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli 466 saylı sərəncam və ona əsasən İddiaçı adına verilmiş 23 sentyabr 2008-ci il tarixli 003730 saylı order ləğv edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 08 may 2014-cü il tarixli 2-1(81)- 1768/2014 saylı qərardadından görünür ki, iddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsəlləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “mənzilin özəlləşdirilməsinin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi üzrə iddia geri götürülmüş sayılmaqla işin icraatına xitam verilmişdir. X5 cavabdeh Yasamal Rayon İcra Hakimiyyətinə qarşı (İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) "sərəncamın və orderin etibarsız hesab edilərək ləğv edilməsi tələbinə dair" mülki iş üzrə icrada dönüş barədə ərizə təqdim etmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-472/2011 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə rədd edilmişdir. Məhkəmənin sorğusuna əsasən Bakı şəhəri, Yasamal rayonu, Fuad İbrahimbəyov küçəsi, ev 8 ünvanında yerləşən 2 nömrəli mənzilin alğı-satqısına dair notariat işinin təsdiq edilmiş surəti Bakı şəhəri 12 saylı notariat ofisindən məhkəməyə təqdim edilmişdir. Həmin notariat işindən görünür ki, X5 ilə Cavabdeh MMC arasında bağlanmış 02 aprel 2024-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Fuad İbrahimbəyov küçəsi, ev 8 ünvanında yerləşən 2 nömrəli mənzil X5 tərəfindən Cavabdeh MMC-nin mülkiyyətinə verilmişdir. Mənzilin dəyəri 445.720 manat məbləğində müəyyən edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-16(004)-232/2024 saylı 24 may 2024cü il tarixli qərardadından görünür ki, ərizə təmin edilmiş, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində İddiaçı mülkiyyətində olan mənzilinin sökülməsi, digər şəkildə zədələnərək yaşayış üçün tam yararsız hala salınması, hər hansısa bir üsulla məhv edilməsi Cavabdeh MMC-yə qadağan edilməsi qərara alınmışdır. İddiaçı onun mülkiyyətində olan mənzilin Cavabdeh MMC tərəfindən qəsdən məhv edilməsi barədə sonuncunun əməllərindən Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Məhkəmə tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə-Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 03 mart 2025-ci il tarixli 10/7954 saylı ekspert rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən mənzilin (evin) xx.xx.2011-ci il tarixli, **********63-**********4 reyestr nömrəli çıxarışında və texniki pasportunda ümumi sahəsinin 27 kv.m (dəhliz-mətbəx 10,0 kv.m; yaşayış otağı14,0 kv.m; sanitar qovşağı 3,0 kv.m) göstərildiyi, baxış zamanı təqdim olunan sahənin, yəni istifadədə olmuş faktiki sahələri (yaşayış və yardımçı) ilə birlikdə içdən-içə 56,6 kv.m (10 kv.m və 14 kv.m olan zirzəmi, 29,6 kv.m birinci mərtəbə və 3,0 kv.m sanitar qovşağı), çöldən-çölə 67,8 kv.m (10 kv.m və 14 kv.m olan zirzəmi, 40 kv.m birinci mərtəbə və 3,8 kv.m sanitar qovşağı olduğu müəyyən edilmişdir. Məhkəmə tərəfindən iş üzrə mütəxəssis cəlb edilmişdir. "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş 26 may 2025-ci il tarixli qiymətləndirmə rəyindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Fuad İbrahimbəyov küçəsi, ev 8 ünvanında yerləşən 4 saylı mənzilin xx.xx.2025-ci il tarixə olan bazar dəyəri 320.000 manat, aylıq icarə haqqı isə 600 manat məbləğində müəyyən edilmişdir. Qiymətləndirmə üçün nəzərdə tutulan 400 manat xidmət haqqı İddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Fuad İbrahimbəyov küçəsi, ev 8 ünvanına keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir ki, həmin ünvanda yerləşən İddiaçı məxsus 4 saylı mənzillə X4 məxsus olmuş 8 saylı mənzil qonşuluqda yerləşmiş, 8 saylı mənzilin sökülməsi nəticəsində 4 saylı mənzilə ziyan dəymişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 6.2-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 21-ci maddəsinə görə hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 213.6-cı maddəsinə görə ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsinin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia ərizəsi qismən əsaslıdır. Məhkəmə iddia tələbinin İddiaçı xüsusi mülkiyyətində olan və cavabdeh "xxxx" MMCnin hüquqazidd hərəkətləri nəticəsində sökülərək yaşamaq üçün tamamilə yararsız hala salınmış Bakı şəhəri, Yasamal rayonu, Fuad İbrahimbəyov küçəsi, ev 8 ünvanında yerləşən 4 nömrəli mənzilinin əvəzinə mənzilin ümumi sahəsi (çıxarışda göstərilən və faktiki istifadədə olmuş sahələri) nəzərə alınmaqla, cəmi 67.8 kv.m ibarət mənzil sahəsinin dəyəri olaraq 140.000 manat məbləğində kompensasiyanın cavabdeh "xxxx" MMC tərəfindən İddiaçı ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə əsaslıdır. Belə ki, məhkəmə araşdırması zamanı cavabdeh şirkət və X5 Bakı şəhəri, Yasamal rayonu, Fuad İbrahimbəyov küçəsi, ev 8 ünvanında yerləşən 4 nömrəli mənzilin iddiaçının mülkiyyətinə keçməsinə əsas olan sənədlərin məhkəmə qətnaməsi əsasında ləğv edildiyini bildirmiş və iddiaçının hazırkı iddia tələbini irəli sürməsi üçün subyektiv hüququnun olmadığını qeyd etmişlər. Məhkəmə qeyd olunan xüsusatı araşdıraraq müəyyən etmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Fuad İbrahimbəyov küçəsi, ev 8 ünvanında yerləşən 4 nömrəli mənzilin iddiaçının mülkiyyətinə keçməsinə əsas olan sənədlər ləğv edilsə də, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 08 may 2014-cü il tarixli 2-1(81)-1768/2014 saylı qərardadından görünür ki, iddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsəlləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “mənzilin özəlləşdirilməsinin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi üzrə iddia geri götürülmüş sayılmaqla işin icraatına xitam verilmişdir. Odur ki, iddiaçının adına verilmiş çıxarış hazırda qüvvədə olduğundan iddiaçının hazırkı iddia tələbinin irəli sürülməsi üçün subyektiv hüququ mövcuddur. Belə olan halda məhkəmə reyestrin həqiqiliyi prezumpsiyasına istinad edərək iddiaçının mülkiyyət hüquqlarını təsdiq edən sənədin mövcud olmasını nəzərə alıb cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçının mülkiyyətinə ziyan dəyməsi halı müəyyən edilməlidir. Araşdırma zamanı cavabdeh şirkət yuxarıda qeyd olunan ünvanda söküntü işlərinin aparıldığını və bunun nəticəsində üçüncü şəxs olan X4 çıxarış əsasında məxsus olan əmlakın və eləcə də X2 faktiki istifadəsində olan sahənin dəyərinin ödənildiyi bildirilmişdir. Məhkəmə tərəfindən sözügedən ünvana keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir ki, üçüncü şəxslə iddiaçının evləri yan-yana olmaqla bir ərazidə yerləşir və cavabdeh tərəfindən aparılmış söküntü işləri nəticəsində nəinki üçüncü şəxsin, həmçinin də iddiaçının mənzili sökülmüşdür. Odur ki, iddiaçı əmlakına dəymiş ziyanın əvəzini tələb etməkdə haqlıdır. Məhkəmə dəymiş ziyanın əvəzi olaraq tutulmalı olan kompensasiyanın məbləğinə münasibətdə hesab edir ki, 26 may 2025-ci il tarixli qiymətləndirmə rəyi ilə Bakı şəhəri, Yasamal rayonu, Fuad İbrahimbəyov küçəsi, ev 8 ünvanında yerləşən 4 saylı mənzilin xx.xx.2025-ci il tarixə olan bazar dəyəri 320.000 manat məbləğində müəyyən edilmişdir. Lakin məhkəmə işə verilmiş tələb həcmində baxmalı olduğundan hesab edir ki, cavabdehdən 140.000 manat məbləğində kompensasiya iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarından görünür ki, iddiaçı 729.20 manat dövlət rüsumu ödəmişdir. Həmçinin, iş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, keçirilmiş ekspert tədqiqatının dəyəri 100 manat təşkil edir və həmin məbləğ də iddiaçının vəkili tərəfindən dövlət büdcəsinə ödənilmişdir. Həmçinin keçirilmiş mütəxəssis qiymətləndirməsinin dəyəri olan 400 manat vəsait də iddiaçı tərəfindən qiymətləndirmə şirkətinə ödənilmişdir. Odur ki, məhkəmə, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsinə qiymət verərək hesab edir ki, mütəxəssis qiymətləndirməsinin dəyəri olan 400 manat vəsait cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddianın təmin edilmiş məbləğinə mütənasib olaraq ödənilmiş 729.20 manat dövlət rüsumunun 430 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməli, qalan 299.20 manatı iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Fuad İbrahimbəyov küçəsi, ev 8 ünvanında yerləşən 4 nömrəli mənzilinin əvəzinə mənzilin dəyəri olaraq 140.000 (bir yüz qırx min) manat məbləğində kompensasiya, mütəxəssis qiymətləndirməsinin dəyəri olan 400 (dörd yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 430 (dörd yüz otuz) manatı İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumunun qalan 299.20 (iki yüz doxsan doqquz manat iyirmi qəpik) manatı İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №e-2(011)-220/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-220/2025
30.05.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver