Məhkəmə qərarları › İş №e-2(011)-224/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-224/2024

15.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-224/2024 15.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı2, iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh MTK-ya qarşı “kooperativin ölmüş üzvünün payının dəyəri olan mənzilin onun qanun üzrə vərəsələri arasında bərabər bölünməsi, vərəsələrin kooperativə üzv qəbul olunması, mənzilə paylara uyğun olaraq mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması üçün müvafiq sənədlərin iddiaçılara (vərəsələrə) verilməsi öhdəliklərinin cavabdehin üzərinə qoyulması” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı2 və İddiaçı1 Cavabdeh MTK-ya qarşı “kooperativin ölmüş üzvünün payının dəyəri olan mənzilin onun qanun üzrə vərəsələri arasında bərabər bölünməsi, vərəsələrin kooperativə üzv qəbul olunması, mənzilə paylara uyğun olaraq mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması üçün müvafiq sənədlərin iddiaçılara (vərəsələrə) verilməsi öhdəliklərinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək, tərəflərin məhkəmədən kənar razılığa gəldiyini bildirərək, mülki işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Mülki Prosessual Məcəllənin 260.1 və 260.6-cı maddələrinə görə iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır və həmin qərardaddan şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə Q ə r a r a a l d ı: İddiaçı2 və İddiaçı1 Cavabdeh MTK-ya qarşı “kooperativin ölmüş üzvünün payının dəyəri olan mənzilin onun qanun üzrə vərəsələri arasında bərabər bölünməsi, vərəsələrin kooperativə üzv qəbul olunması, mənzilə paylara uyğun olaraq mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması üçün müvafiq sənədlərin iddiaçılara (vərəsələrə) verilməsi öhdəliklərinin cavabdehin üzərinə qoyulması” tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə olunmuş sənədlərin əsilləri iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar