Məhkəmə qərarları › İş №e-2(011)-2357/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2357/2022

19.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2357/2022 19.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və və vəkili Nümayəndə Şəmsəddin oğlunun, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “öhdəliklərin yerinə yetirilmiş hesab edilməsi tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “öhdəliklərin yerinə yetirilmiş hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehə 37000 manat pulun ödənilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 2012-ci ildən tanıyır. Həmin vaxt Suraxanı rayon Polis İdarəsində işləmişdir. Hər ikisi ailəli olmuşdur. Lakin o, 2014-cü ildə ailəsindən ayrılmışdır. 2014-cü il noyabr ayında işini Binəqədirayon Polis İdarəsinə dəyişmişlər. 2015-ci il oktyabr ayında Pərvanə ona saxlamaq üçün 37000 manat pul vermiş və ev almaq istədiyini bildirmişdir. O, Pərvanəyə bir neçə dəfə ipoteka yolu ilə ev almağı təklif etsə də, ipotekaya ev götürmək istəmədiyini bildirmişdir. 2016-cı ilin əvvəllərində Pərvanə həmin puldan 2000 manatı Suraxanı rayon Polis İdarəsində operator kimi fəaliyyət göstərən Cavid adlı şəxsə verməsini xahiş etmiş, o da, 2000 manatı Cavidə vermişdir. 2015-ciil oktyabrından 2018-ciilin sentyabrınadək hər ay 320 manat cavabdehin Baki şəhəri, Xətai rayonu, Gəncə prospekti, 30-da yerləşən kirayə evinin pulunu Pərvanənin istəyi ilə ona saxlamaq üçün verdiyi puldan ödəmişdir. Həmin evdə Pərvanə uşaqları ilə birgə yaşayırdı. O, həmin evdə yaşamamış, ancaq həftədə 1-2 dəfə həmin evə gəlib-getmişdir. 2014-cü ildə cavabdeh özünə Hyundai markalı avtomobil alarkən iş yoldaşı Caviddən 1000 ABŞ dolları almış və avtomobil aldığı günün səhəri onun adına "xxxx" ASC-də kredit rəsmiləşdirilmişdir. O, həmin kredit müqaviləsi üzrə 01.06.2018-ci il tarixdə borcdan 2031.35 manat məbləğində ödəniş etmişdir. Bu barədə qəbz də vardır. Qəbzdə də pulu ödəyən şəxsin o olması qeyd edilmişdir. 2018-ci il sentyabr ayında Pərvanə kirayə qaldığı evi dəyişib yeni evə köçmüşdür. Həmin evin aylıq 500 manat məbləğində kirayə pulunu isə 2018-ci il sentyabrından 2019-cu il yanvarınadək Aydın adlı şəxsə vermişdir. Beləliklə 2500 manat məbləğində pul Pərvanənin qaldığı yeni kirayə evin ödənişi üçün xərclənmişdir. Cavabdehin yaşadığı evin kirayə haqqını ödəmək onun öhdəliyində olmamışdır. Çünki cavabdeh özü bilirdi ki, kirayə pulu ona verilən puldan ödənilir. Bundan əlavə 600 manat məbləğində pulu iddiaçının kart hesabina köçürmüşdür. Buna dair ödəniş qəbzi də vardır. Bundan başqa 2016-ci ildə Sabunçu rayonu Zabrat qəsəbəsində yerləşən torpaq sahəsini almaq üçün cavabdehin əvəzinə 17000 manat ödəmişdir. Həmin torpaq sahəsinin alınmasında və ödənişin torpaq sahəsinin sahibinə verilməsində Pərvanə özü də iştirak etmişdir. Lakin 2 gün sonra satılan torpaq sahəsinin rəsmi sənədləri olmadığı müəyyən edilmiş, bu səbəbdən torpaq sahəsini geri qaytararaq, 17000 manatı geri götürmüşdür. Bundan iki gün sonra yeni torpaq sahəsi taparaq alınmasına Pərvanənin razılığı və istəyi ilə 17000 manat ödəniş etmişdir. Torpaq sahəsinin sahibi ilə müvafiq müqavilə bağlandıqdan bir müddət sonra Pərvanə məktəbdən uzaq məsafədə yerləşdiyi üçün həmin torpaq sahəsinin də atılmasını istəmişdir. Bu səbəbdən də 17000 manata alınan torpaq sahəsini bir müddət sonra 13000 manata satmalı olmuşlar. Torpaq sahəsinin satılması nəticəsində əldə olunan 13000 manatı o, elə həmin gün Pərvanəyə geri qaytarmışdır. Bu proses torpaq sahəsini tapmaqda kömək edən vasitəçi X1 yanında baş vermişdir. Sonradan 2016-2017-ci illər arası Pərvanənin qardaşının bir sıra problemi yarandığı səbəbindən 3000 manat məbləğində pulu Pərvanənin xalası oğlu Vüqara vermişdir. Cavabdeh 2019-cu ilin yanvar ayında əlində onun bir sıra şəkillərinin olduğunu və həmin şəkilləri ailəsinə göndərəcəyini bildirmişdir. 2019-cu il fevral ayında cavabdeh ona zəng edərək evlərinin qarşısına gəlib bütün pulu tələb edəcəyini bildirmişdir. O da bu barədə cavabdehin çalışdığı yerdə rəisinə məlumat vermişdir. Həqiqətən də 10.02.2019-cu il tarixdə Pərvanə onun yaşadığı evin qarşısına gələrək atası ilə dalaşmışdır. Həmin gün axşam saat 10 radələrində Pərvanə ona zəng edərək hələ də evinin qarşısında olduğunu bildirmişdir. O, da bunu bildikdən sonra DİN-nin 102 Xidmət Mərkəzinə zəng edərək Cavabdeh onun evinin qarşısında dayanaraq ona hədə-qorxu gəlməsi barədə məlumat vermişdir. Həmçinin cavabdeh onun yaşadığı evi daş-qalaq etmiş, ona qarşı əl-qol atmışdır. Bundan sonra dərhal polis idarəsinin əməkdaşları gəlib onu 6-ci Polis Bölməsinə aparmışlar. Bu hadisədən sonra da cavabdeh və xalası oğlu yaşadığı ünvana gələrək onu rüsvay etmişlər və ona qarşı hədə qorxu gəlmişlər. Cavabdeh onu və ailəsini rahat buraxmadığından 2019-cu il may ayında yaşadığı evin qarşısında Pərvanəyə yazılı etiraf yazıb vermişdir. Lakin həmin yazılı etirafda onun tarixi 20 aprel kimi göstərilmişdir.Yazılı etirafda olan fikirlərini başqa şəxslərin diktəsi ilə deyil, özü yazmışdır. Bütün bu olanlara baxmayaraq 2019-cu il may ayının 29-da cavabdeh yenidən onun evinin qarşısına gəlmiş və yaşadığı evi daş-qalaq edərək, ondan pul tələb etməyə başlamışdır. Cavabdeh onu məcbur edərək 37000 manat borcunun olması ilə bağlı qəbzi imzalatmışdır. Qəbzi borcunun olmadığını bilərək imzalamışdır. Cavabdeh ev amaq üçün 37000 manat pul almamış, ümumiyyətlə ondan pulu sadəcə saxlanca götürmüş və onun dediyi aidiyyəti xərclər üçün də ona vermiş və ya aidiyyəti üzrə xərcləmişdir. Ona heç bir borcu və ya onun qarşısında hər hansı evin alınması ilə əlaqədar öhdəliyi yoxdur. Bütün bunlara baxmayaraq cavabdeh məhkəməyə müraciət edərək ondan 37000 manat piulun tutulması barədə qətnamə çıxarılmasına nail olmuşdur. Hazırda həmin qətnamə qanuni qüvvəyə minmişdir və Binəqədi İcra Şöbəsində icra işi vardır. Vaxtı ilə xərclədiyi 38330 manatdan artıq olan pul məbləği ona qaytarıldığı üçün hesab edir ki, bu pulla bağlı əlavə öhdəliyi olmamalıdır. Cavabdeh tərəfindən müxtəlif orqanlara etdiyi müraciətlər zamanı verdiyi izahatlarında təsdiq edir ki, onun kirayə pulunu vermişdir. Bundan başqa məhkəməyə təqdim etdiyi qətnamə və qərarlardan da bəlli olur ki, cavabdehə pullar tərəfindən ödənilmişdir. Sübut olaraq Binəqədi rayon Prokurorluğunda aparılmış materialları, bu qərardan verilmiş şikayətə baxılmasına dair Binəqədi rayon məhkəməsinin qüvvəyə minmiş qərarını təqdim edir. Cavabdeh iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, iddia tələbi əsassızdır, ona görə də rədd edilməlidir. 2015 ci il oktyabr ayında özünə məxsus 40000 manat pulu köçlə əlaqədar ev almaq məqsədi ilə münasibəti olan İddiaçı vermişdir. Sonradan 3000 manatı geri almışdır. Axtarış nəticəsində münasib ev tapmaq mümkün olmamış, bu müddət ərzində uşaqları ilə birlikdə kirayə qalmış və ödənişi də özü etmişdir. Daha sonra Ramildən pulu geri qaytarmasını istəmiş, lakin pulu müxtəlif bəhanələrlə geri verməkdən imtina etmişdir. Beləliklə aralarında konfliktlər başlamış, pulu batirdığını bildirmiş, ona vaxt verməsini və pulunu geri qaytarana qədər kirayə haqqını ödəməyi öz öhdəsinə götürmüşdür. Demək olar ki hər gün aralarında gərginlik yaşanırdı. Artıq iş o yere çatmışdı ki, icarə naqqını da ödəməmiş ve ev sahibi ilə aralarında münaqişələrə səbəb olmuşdur. Aralarında əl yazması ilə müqavilə bağlanmış və iki ay ərzində pulu geri qaytarmağı öz öhdəsinə götürmüşdür. Lakin yenə pulu verməkdən imtina etdi. Binəqədi ravon Prokurorluğunda şikayətinin araşdtrılması nəticəsində hadisənin mülki iş olduğu üçün məhkəməyə müraciət etməsi ilə bağlı qərar qəbul etdi. Şəki rayon Məhkəməsinə müraciət etmiş, iddiaçı qarşılıqlı iddia qaldıraraq əlyazmanın etibarsız hesab edilməsini, ona olan borcunun qaytarıldığını söyləsə də bu süzlər öz əksini tapmamışdır. Şəki rayon Məhkəməsinin hakimi iddianı qismən təmin edərək iddiaçının onun pulunun onda olmasına baxmayaraq məcbur şəkildə kirayə qalmasını nəzərə almadan Ramilin kirayə haqqını ödədyi pulu çıxaraq qanunsuz qərar çıxartmışdır. Daha sonra Şəki rayon Apelyasiya Məhkəməsinə müraciət etmiş, Apelyasiya Məhkəməsi iddia tələbini təmin edərək ədalətli qərar qəbul etdi. Məhkəmə proseslərində iddiaçı verdiyi izahatda bildirmişdir ki guya onu özünü öldürməklə hədələyib pul tələb etmişdir. Əyər onu şantajla hədələyib pul tələb edirdisə niyə onu polis orqanlarına şikayət etmirdi? Niyə kirayə haqqını ödəməyi öz öhdəsinə götürürdü? Niyə əl yazma ilə pulunu mənimsədiyini, etiraf edirdi? İddiaçı indidə müraciət edərək bildirir ki guya onda onun şəkillərinin olduğunu, onu ailəsi ilə şantaj edərək pul tələb etdiyini iddia edir, pulu geri qaytardığı iddia edir. Lakin pulun geri qaytarılması ilə bağlı heç bir sübut təqdim edə bilməmişdir. Burdan da görünürki bu şəxs pulu ödəməmək üçün müxtəlif uydurmalarla məhkəmələrə müraciət edib özünə vaxt qazanmağa çalışır, cinayət məsulliyətdən azad edilməsinə nail olmaq istəyir. İddiaçının məsıılyətsizliyi ııcbatindan məcburi şəkildə kirayə qaldığını, pulu geri ala bilmədiyi üçün həm maddi, həm mənəvi çətinliklərə məruz qaldığını bildirmək istəyir. İki uşaq anasıdır, qızı Azərbaycan 'Tibb Universitetində ödənişli təhsil alır, oğlu 10-cu sinif şagirdidir. İddiaçının yaratdığı problemlər nəticəsində uzun müddətdir ki, kirayədə yaşamağa məcbur qaldığı üçün övladının təhsil haqqı ödənişini həyata keçirə bilmir, bu vəziyyət övladlarına da həm maddi həm psixoloji təsir göstərmişdir. İddiaçının irəli sürdüyü iddia ilə bağlı Şəki rayon Məhkəməsi, Şəki rayon Apelyasiya Məhkəməsi, Ali Məhkəmə qərar qəbui etmişdir. İcraat hal hazırda Binəqədi icra şöbəsindədir. İddiaçının yenidən əsassız iddia tələbi verdiyi üçün icraatı dayandırma qərarı alınmışdır. Göstərilənlərə əsasən aydın olur ki iddia tələbi əsaslı deyil müvafiq sübutlara söykənməyib. Buna görə də, hesab edir ki, iddia əsassız olduğundan, təmin edilməməlidir. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə Şəmsəddin oğlu iddia ərizəsinin məzmununa uytğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsinə etirazın məzmununa uyğun ixahat verərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 05.08.2021-ci il tarixli, 2(102)-3925/2021 saylı qərarının məzmunundan müəyyən olunur ki: - Şəki Rayon Məhkəməsinin 17.11.2020-ci il tarixli 2(075)-874/2020 saylı qətnaməsi ilə ilk iddianın qismən təmin edilməsi, cavabdeh İddiaçı 21448,65 manat pulun, 30,40 manat dövlət rüsumu xərcinin, 251 manat vəkil üçün ödənilmiş xidmət haqqının və 30 manat getməkgəlmək üçün yol xərcinin alınaraq iddiaçı Cavabdeh verilməsi, ilk iddianın qalan hissəsinin təmin edilməməsi, cavabdeh İddiaçı Cavabdeh qarşı pulun alınması barədə 20.04.2019-cu il tarixli yazılı etirafın etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi, cavabdeh İddiaçı qarşılıqlı iddia ərizəsi ilə bağlı dövlət büdcəsinə ödədiyi dövlət rüsumunun özünə aid edilməsi qət olunmuşdur. - Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.02.2021-ci il tarixli 2(107)- 582/2021 saylı qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin 17.11.2020-ci il tarixli, 2(075)-874/2020 saylı qətnaməsi ona münasibətdə dəyişdirilmədən saxlanılmışdır, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Şəki Rayon Məhkəməsinin 17.11.2020-ci il tarixli, 2(075)-874/2020 saylı qətnaməsi qismən, yəni 37000 manat pulun cavabdeh İddiaçı alınması hissəsində təmin edilməyən, 15551,35 manat pulun cavabdehdən alınması hissəsində ləğv edilmiş, həmin hissə üzrə yeni qətnamə qəbul edilmiş, iddia həmin hissədə də təmin edilmiş 37000 manat pul alınaraq iddiaçı Cavabdeh verilmişdir. Qətnamə qalan hissədə yəni, cavabdeh İddiaçı 30,40 manat dövlət rüsumu xərci, 251 manat vəkil üçün ödənilmiş xidmət haqqı və 30 manat getmək-gəlmək üçün yol xərcinin alınaraq iddiaçı Cavabdeh verilməsi, ilk iddianın qalan hissəsinin təmin edilməməsi və cavabdeh İddiaçı qarşılıqlı iddia ərizəsi ilə bağlı dövlət büdcəsinə ödədiyi dövlət rüsumunun özünə aid edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, 20 aprel 2019-cu il tarixdə iddiaçı cavabdehə 37.000 manat məbləğində pul vermiş və cavabdeh pul almasına dair həmin qəbzi imzalamışdır. Pulun alınması tərəflərin izahatları və işdə olan İddiaçı 20 aprel 2019-cu il tarixdə yazdığı ərizəsindən görünür. Həmin müqavilədən görünür ki, cavabdeh 2015-ci ilin oktyabr ayında Cavabdeh ona ev almaq adı ilə ona məxsus 37000 manat pul almışdır. Bu qədər mənzilsiz qaldığına səbəb olduğu üçün özünün seçdiyi Həzi Aslanov metrostansiyası ərazisində təxminən 80-90 kvadrat metr mənzil ilə 3 ay müddətində təmin etməyi öz öhdəsinə götürmüş və həmin müddət ərzində ev almağa söz vermişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh tapşırıq müqaviləsinə əsasən üzərinə öhdəlik götürərək, 37000 (otuz yeddi min) manat pul müqabilində özünün seçdiyi Həzi Aslanov metrostansiyası ərazisində təxminən 80-90 kvadrat metr mənzil ilə 3 ay müddətində təmin etməyi öz öhdəsinə götürür və həmin müddət ərzində ev almağa söz verir. Yuxarıda qeyd edilən maddi hüquq normalarından görünür ki, əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir. Göründüyü kimi qanunvericilik imperativ olaraq tapşırıq müqaviləsindən hansı hallarda kənara çıxmaları müəyyən etmişdir. Hazırkı halda isə iddiaçının xəbəri olmadan ev almaq üçün cavabdehə verilmiş pul kirayə haqqı kimi ödənilmiş və tapşırıq müqaviləsindən kənara çıxılmışdır. Qanunvericilik isə hazırkı halda vəkalət alanın tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıdığını müəyyən etmişdir. Apellyasiya instansiyası məhkəməsi cavabdeh İddiaçı Cavabdeh adından 01 iyun 2018ci il tarixdə "xxxx" ASC-nə 2031,35 manat ödəməsinə qiymət verərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi həmin hal üzrə də düzgün olmayan qənaətə gəlmişdir. Belə ki, iddiaçıdan ev almaq üçün götürdüyü pulu kirayə haqqına ödəyən cavabdeh, qeyd edilən 2031,35 manat pulun iddiaçının əvəzindən cavabdeh tərəfindən banka ödənilməsi inandırıcı deyildir. Bundan başqa həmin hal öz təsdiqini tapsa belə, həmin məbləğ ev üçün verilmiş puldan çıxıla bilməzdi. Çünki həmin tələb ayrı bir iddianın predmeti olardı. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin və apelyasiya şikayətinin digər hissəsi olan 2019-cu ilin yanvar ayından ona ödənilməli olan borcun geri qaytarılcağı müddətədək 500 (beş yüz) manat məbləğində kirə haqqının ödənilməsi və cavabdeh İddiaçı 10000 manat mənəvi zərərin alınaraq ona verilməsi hissəsinə münasibətdə hesab etmişdir ki, iddia tələbi və apelyasiya şikayəti bu hissədə əsassızdır. Birinci instansiya məhkəməsi iddia tələblərini həmin hissədə rədd etməkdə haqlı olmuşdur. Əgər iddiaçı tərəfindən kirayə haqqı üçün xərc çəkilmişdirsə, bu xərcin çəkilməsi ilə əlaqədar tərəflərin arasında öhdəlik hüquq münasibəti yaranmamışdır. Pul ödəmək vəzifəsi öhdəlik hüquq münasibətinin tərkib hissəsidir, öhdəlik hüquq münasibəti yaranmadan pul ödəmək vəzifəsi yarana bilməz. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 05.08.2021-ci il tarixli, 2(102)-3925/2021 saylı qərarı ilə Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)- 582/2021 nömrəli 18.02.2021-ci il tarixli qətnaməsindən lk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin l hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafıəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 233.3-cü maddəsinə görə isə qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Azərbaycan Respublikası MPM-nin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23.02.2016-cı il tarixli Qərarında göstərilir ki, “Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir.” Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, işin qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmiş hallarından göründüyü kimi, İddiaçı 2015-ci ilin oktyabr ayında Cavabdeh ona ev almaq adı ilə ona məxsus 37000 manat pul almışdır. Bu qədər mənzilsiz qaldığına səbəb olduğu üçün özünün seçdiyi Həzi Aslanov metrostansiyası ərazisində təxminən 80-90 kvadrat metr mənzil ilə 3 ay müddətində təmin etməyi öz öhdəsinə götürmüş və həmin müddət ərzində ev almağa söz vermişdir. 20.04.2019-cu il tarixdə iddiaçı cavabdehdən 37.000 manat məbləğində pul almasına dair qəbzi imzalamışdır. İddiaçı tərəfindən həmin məbləğ cavabdehə qaytarılmamışdır. Belə olan halda məhkəmə tədqiq edilmiş sübutlara əsasən İddiaçı Cavabdeh 37000 manat pul almasına və həmin pulu geri qaytarmamasına dair qanuni qüvvəyə minmiş və icraya yönəldilmiş məhkəmə aktının mövcudluğunu, bununla da, iddiaçının, tərəfindən ödənilməmiş məbləğin ödənilmiş hesab edilməsi barədə iddia irəli sürməsinə subyektiv hüquqa malik olmadığını nəzərə alıb, qanunvericiliyin qeyd edilən müddəalarına əsasən hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı Cavabdeh qarşı cavabdehə 37000 manat pulun ödənilmiş hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 170 (yüz yetmiş) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar