Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2383/2023 12.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xalıq Firqət oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2, Üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Cavabdehnə qarşı “pul tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı ARDNŞ-nin Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona ödənilmiş müavinətdən tutulmuş 6292 (altı min iki yüz doxsan iki) manat 36 (otuz altı) qəpik vəsaitin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, iddiaçı 1976-cı ildən əmək fəaliyyətinə başlamışdır və 1993-cü ildən Neft sənayesində müxtəlif vəzifələrdə çalışmışdır, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda döyüşlərdə iştirak etmiş və müharibə veteranıdır, həmçinin 3-cü dərəcəli əlildir, sonuncu iş yeri olaraq SOCAR Cavabdeh Abşeron İstehsalat Bölümündə rəis vəzifəsində işləmiş və xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən, yəni yaşa görə təqaüdə çıxmağı ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsinə xitam verilərək işdən azad edilmişdir, işdən azad olunmağı ilə əlaqədar Azərbaycan Respublikası DNŞ-nin və Azərbaycan Neft və X8 Həmkarlar İttifaqı Respublika Komitəsi (ANQSİHİRK) arasında bağlanmış 2020-2023-cü illər üçün sahə Kolektiv sazişin 5.16-cı bəndində “qanunvericiliklə müəyyən edilmiş pensiya yaşına çatdıqdan sonra bir ay müddətində öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmiş şəxslərə tərəflərin razılığı ilə SOCAR-ın qərarı əsasında orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət verməsi qaydasında işdən azad edilmişdir, ona işdən çıxdığına görə verilmiş müavinətdən 6292,36 manat gəlir vergisi tutulmuşdur, qanunvericiliyin tələbinə görə müavinətdən vergi tutulmur, ona işdənçıxma müavinəti olaraq əmək haqqının 5 misli məbləğində pul verilməsi qərara alınmış və həmin məbləğlər hesablanmış, gəlir vergisi çıxıldıqdan sonra yerdə qalan vəsait ona verilmişdir, ona müavinət SOCAR və ANQSİHİRK arasında bağlanmış, 2020-2023-cü illər üçün X7 5.16-cı bəndinə əsasən ödənilib, işin digər halı iddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən deyil, faktiki olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işdən azad olunmağıdır, bu hal qeyd olunan işlər üzrə məhkəmələrin icraatında olmuş işlərdə də öz təsdiqini tapmışdır, belə ki, iş materiallarında olan əmrdə və iddiaçının əmək kitabçasında onunla olan əmək müqaviləsinə Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun təqaüdə çıxmağı ilə əlaqədar öz təşəbbüsü ilə yazdığı ərizə əsasında xitam verildiyi göstərilsə də, müəyyən olunur ki, ARDNŞ və ANQSİHİRK-nin 22 aprel 2009-cu il tarixli 57/06-19 nömrəli “ARDNŞ-də işçilərin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında” Əmr-Qərarının 4-cü bəndinə əsasən işçi öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmək üçün müraciət etdikdə, müstəsna hal kimi işəgötürən tərəfindən işçiyə onun orta aylıq əmək haqqının 5 misli məbləğində işdənçıxma müavinəti ödənilir və əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq razılaşma imzalanır, iddiaçı ilə cavabdeh arasında olan əmək müqaviləsinə xitam verildikdən sonra əmək haqqının 5 misli məbləğində müavinət verilməsi hazırki işin mübahisəsiz halıdır, göründüyü kimi, onunla olan əmək müqaviləsinə Əmək Məcəlləsinin 69.3-cü maddəsi ilə yaşa görə təqaüdə çıxmağını işçinin özünün təşəbbüsü rəsmiləşdirilmiş olsa da, faktiki olaraq əmək müqaviləsinə xitam verilməsinin əsası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə işçilərin ixtisar edilməsi və sayının azaldılması olmuşdur, əmək Məcəlləsinin 175.4-cü və Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinin tələblərinə əsasən iddiaçı ilə olan əmək müqaviləsinə işçilərin sayının azaldılması əsası ilə xitam verildiyindən və müvafiq əsasdan işdənçıxma üçün verilən müavinət Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində təsbit edilmiş və gəlir vergisindən azad edilən müavinətlər sırasına daxil olduğundan, iddiaçıya ödənilən və əmək haqqı məbləğinin 5 misli miqdarında olan müavinətdən vergi tutula bilməz. Sonda iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 qeyd etdiklərinin nəzərə alınmasını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh ARDNŞ-nin Cavabdeh nümayəndəsi Nümayəndə2 məhkəməyə yazılı etiraz təqdim edərək və ona uyğun izahat verərək bildirdi ki, iddiaçının iddia tələbi qanunsuz və əsassız olduğuna görə təmin edilməməlidir, belə ki, iddiaçı əmək müqaviləsinə əsasən X3 Bölümünün rəisi vəzifəsinə təyin edilmişdir, xx.xx.2017-ci il tarixdə əmək müqaviləsinə 4 nömrəli əlavə ilə vəzifəsi dəyişdirilmiş X1 rəisi vəzifəsinə təyin edilmişdir, iddiaçı Neft Kəmərləri İdarəsinin rəisi Vasif Əmirova xx.xx.2022-ci il tarixdə təqaüdə çıxması ilə əlaqədar olaraq ərizə ilə müraciət edərək onunla bağlanmış əmək müqaviləsinə 13 yanvar 2023-cü il tarixdə xitam verilməsini və ona orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət ödənilməsini xahiş etmişdir, buradan da göründüyü kimi iddiaçı öz ərizəsi əsasında təqaüdə çıxmış, sözügedən müqavilə razılaşmaya görə cavabdeh iddiaçının orta əmək haqqının 5 misli miqdarında cəmi 30298,42 manat işdən çıxma müavinəti hesablanmış və həmin birdəfəlik müavinətdən vergi qanunvericiliyinə əsasən 6292,36 manat gəlir vergisi və digər tutulmalar tutulduqdan sonra qalan məbləğ iddiaçıya ödənilmişdir, bununla bağlı hesabdan çıxarış iş materiallarına əlavə edilmişdir, göründüyü kimi cavabdeh iddiaçıya ödənilən məbləğdən gəlir vergisini tutaraq hər hansı bir qanun pozuntusuna yol verməmiş və hazırkı halda dövlət büdcəsinə ödənilmiş vəsaitin geri qaytarılmasına bir əsas yoxdur, eyni zamanda məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, hal-hazırda X1 rəisi vəzifəsi ixtisar olunmamışdır, belə ki, həmin vəzifəyə X6 xx.xx.2023-cü il tarixdə təyin olunmuşdur, iddiaçının əmək müqaviləsinə xitam verilməsi əsası ştat ixtisarı deyil, yaşa görə təqaüdə çıxdığına görə öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi olmuşdur, həmçinin iddiaçının öz təşəbbüsü ilə təqaüdə çıxdığına görə cavabdeh tərəfindən ona birdəfəlik müavinət ödənilmişdir. Sonda cavabdehin nümayəndəsi Nümayəndə2 qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. 3-cü şəxs ARİN yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi H.R.Həzizadə oğlu məhkəməyə yazılı etiraz təqdim edərək və ona uyğun izahat verərək bildirdi ki, cavabdehin nümayəndəsinin qeyd etdikləri ilə razıdır, hesab edir ki, İddiaçı iddiası aşağıda göstərilənlərə əsasən rədd edilməlidir, belə ki, o, ARDNŞ-nin Cavabdeh xx.xx.2023-cü il tarixli 14-2-5/3-1K-3/2023 saylı nömrəli əmrinə əsasən onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə və 69-cu maddəsinin 3-cü hissəsinə əsasən xitam verildiyini, müqaviləyə xitam verilərkən iddiaçı ona orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik işdən çıxma müavinəti ödənildiyini və həmin müavinətdən 6292,36 manat gəlir vergisi tutulduğunu bildirmişdir, iddiaçının gətirdiyi bu dəlilinə münasibətdə qeyd edilməlidir ki, Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən əmək müqaviləsi həmin Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq işdənçıxarma müavinətinin hansı məbləğlərdə ödənildiyi göstərilmişdir, Əmək Məcəlləsinin 70-ci maddəsində əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinin əsasları göstərilmişdir, həmin maddənin “a” bəndinə görə müəssisənin ləğv edilməsi, “b” bəndinə görə isə işçilərin sayının və ya ştatlarının ixtisar edilməsi həmin əsaslara aid edilmişdir, lakin iddiaçı öz iddia ərizəsində bildirmişdir ki, onun bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 69-cu maddənin 3-cü hissəsinin yaşa görə təqaüdə çıxması əsası ilə xitam verilmişdir, həmin maddənin dispozisiyasına görə isə işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər, belə olan halda, işəgötürən tərəfindən iddiaçıya ödənilmiş orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinətin hüquqi xarakter baxımından işdənçıxarma müavinəti olmadığından gəlir vergisinə cəlb edilməməli olduğuna və həmin məbləğdən qanunsuz olaraq vergi tutulduğuna dair gətirdiyi dəlillər əsassızdır, həmçinin iddiaçı iddia tələbini Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 102.1.4-cü və Əmək Məcəlləsinin 175-ci maddəsinin 4cü hissəsinə istinad edərək əsaslandırmağa çalışaraq qeyd etmişdir ki, işdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənişlərdən məbləğlərin tutulmasına yol verilmir və ona müəssisə tərəfindən ödənilən birdəfəlik maliyyə vəsaitinin işdənçıxma müavinətidir, bununla bağlı qeyd edilməlidir ki, Vergi Məcəlləsinin 102.1.4-cü maddəsi konkret əsaslarla ödənilən ödəmələri gəlir vergisindən azad edir, Vergi qanunvericiliyinə görə bilavasitə işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq, yəni Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işçilərə ödənilən müavinət gəlir vergisindən azad olsa da, həmin maddədə məhz işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilmə əsasları göstərilmişdir ki, iddiaçıya münasibətdə bu əsaslardan heç biri mövcud olmamışdır, iddiaçı ilə işəgötürən arasında mövcud olmuş əmək münasibətlərinə xitam verilməsinə əsas Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi, yəni tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi olmuşdur, yuxarıda qeyd olunanlardan göründüyü kimi iddiaçının əmək müqaviləsinə işçilərin sayının azaldılması əsası ilə deyil, işçinin öz ərizəsi əsasında təqaüdə çıxması ilə əlaqədar xitam verilmişdir, hazırkı halda isə işəgötürən tərəfindən iddiaçıya ödənilmiş təminat Əmək Məcəlləsinin qeyd olunan tələblərindən irəli gəlməmiş, eləcə də əmək münasibətlərinə həmin Məcəllənin 70-ci maddəsinin “b” bəndi əsasında deyil, 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi əsasında xitam verilmişdir, bununla da iddiaçıya ödənilən vəsaitdən gəlir vergisinin tutulması tam qanunamüvafiq olmuşdur, iddia ərizəsində istinad olunan Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü bəndinə münasibətdə xüsusi olaraq bildirir ki, həmin maddə öz-özlüyündə vergi azadolması müəyyən etmir, həmin maddə əmək haqqından tutulmalara yol verilən halları və bunun icrası qaydasını nəzərdə tutur, öz növbəsində həmin maddənin 4-cü hissəsi işdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmədiyini göstərməklə həmin maddənin öncəki bəndlərində göstərilən əmək haqqından tutulan ödənişlərin vergi tutulmayan ödənclərdən tutulmamalı olduğunu ehtiva edir, xüsusilə vurğuladı ki, işçi və işəgötürən arasında bağlanmış xx.xx.2023-cü il tarixli razılaşmaya əsasən işçi ona ödənilən müavinətdən və son haqq-hesabdan başqa işəgötürənə iddia tələbinin olmadığını və ona ödənilən müavinətdən qanunvericiliyə uyğun olaraq vergi tutulmasına razılıq verdiyini bəyan edib təsdiqləmişdir, göründüyü kimi, İddiaçı ödənilmiş orta aylıq əmək haqqının 5 misli məbləğində müavinətdən gəlir vergisinin tutulması tamamilə qanunamüvafiq olmuş, iddiaçı tərəfindən məhkəməyə əksini göstərən mötəbər sübutlar təqdim edilməmiş, iddia ərizəsi isə əsaslandırılmamışdır. Sonda H.Həzizadə qeyd etdiklərinin nəzərə alınmasını və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi qanuni olmadığından təmin edilməməlidir. Belə ki, iş materiallarında olan işəgötürən ARDNŞ-nin Cavabdeh ilə işçi İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli 76 saylı əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı X2 17-ci dərəcəli rəis vəzifəsinə işə qəbul olunmuşdur. Əmək müqaviləsi müddətli olmaqla xx.xx.2016-cı il tarixədək bağlanmışdır, işəgötürən ARDNŞ-nin Cavabdeh, işçi isə İddiaçıdur, əmək haqqı 1598 manatdır. İş materiallarında olan 13 nömrəli xx.xx.2022-ci il tarixli Əlavədən görünür ki, əmək müqaviləsinin 4.1 və 4.2 bəndinə aşağıdakı redaksiyalar qəbul edilir: “4.1 İşçiyə hər ay 4567.50 AZN məbləğində əmək haqqı ödənilir. 4.2 Əmək haqqı : 2785.00 AZN məbləğində vəzifə maaşından; vəzifə maaşına SOCARSS-010-2015 standartına əsasən 1354.00 AZN, 150 AZN və 278.50 AZN miqdarda əlavədən ibarətdir”. Əmək müqaviləsinin “§6 Sosial müdafiə məsələləri” bölməsinə aşağıdakı redaksiyada “c” bəndi əlavə edilir: “İşçi tərəfindən İcbari Tibbi sığorta üçün qanunvericiliklə müəyyən olunmuş qaydada hər ay ona hesablanmış əmək haqqının və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 2% miqdarında İcbari Tibbi sığorta haqqı ödənilir və İşəgötürən tərəfindən öz vəsaiti hesabına 2% miqdarında əlavə İcbari Tibbi sığorta edilir”. Əlavənin 3-cü bəndinə əsasən, 1-ci bənd xx.xx.2022-ci il tarixdən, 2-ci bənd xx.xx.2021-ci il tarixdən qüvvəyə minir. İş materiallarında olan 14-2-5/3-1K-3/2023 saylı əmrdən görünür ki, xx.xx.2023-cü il tarixində İddiaçı əmək müqaviləsi xx.xx.2023-cü il tarixdə ləğv olunmuşdur. Əsas Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddənin 3-cü hissəsini rəhbər tutaraq və yaşa görə əmək pensiyasına çıxmasını nəzərə alaraq İddiaçı şəxsi ərizəsi və razılaşmasıdır. İş materiallarında olan əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2014cü il tarixdə ARDNŞnin Cavabdehndə 17-ci dərəcəli rəis vəzifəsinə işə qəbul edilmişdir və xx.xx.2023-cü il tarixdə AR Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən (işçi təqaüdə çıxması ilə əlaqədar) onun əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi- Sosial Ekspert komissiyasında xx.xx.2020-ci il tarixli müayinəyə dair İddiaçı üçüncü dərəcəli əlillik müəyyən edilməsi barədə məlumat verilmişdir. İş materiallarında olan Bakı 9 saylı Mediasiya təşkilatının xx.xx.2023-cü il tarixli MŞB\9\2023-00273 nömrəli Arayışdan görünür ki, tərəflər ilkin sessiyasında iştirak etməmişlər, mediasiya xərci 50 manat təşkil etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ərizənin surətindən görünür ki, İddiaçı tərəfindən Neft Kəmərləri İdarəsinin rəisi cənab Vasif Əmirova təqaüdə çıxması ilə əlaqədar olaraq onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində xitam verilməsini və orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət ödənilməsini xahiş etmişdir. İş materiallarında olan 76№-li, xx.xx.2015-ci il tarixli əmək müqaviləsinə xitam verilməsinə dair işəgötürənlə işçi arasında bağlanmış xx.xx.2023-cü il tarixli 1 saylı Razılaşmadan görünür ki, müəyyən olunmuş şərtlər daxilində işçi İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verildiyi təqdirdə işçiyə orta aylıq əmək haqqının 5 misli miqdarında, cəmi 22837 (iyirmi iki min səkkiz yüz otuz yeddi) manat 50 (əlli) qəpik müavinət hesablanmağı və həmin müavinətdən Azərbaycan Respublikasının vergi qanunvericiliyinə əsasən gəlir vergisini tutduqdan sonra qalan məbləği ödəməyi öhdəsinə götürür. İş materiallarında olan ARDNŞ-də işçilərin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında 22 aprel 2009-cu il tarixli 57№-li əmr-qərarın 4-cü bəndindən görünür ki, bu əmrqərar verildiyi tarixdən bir təqvim ayı ərzində, eləcə də bu əmr-qərarın birinci bəndi ilə müəyyən olunmuş vəziyyət barədə işəgötürənin qərarı olduğu tarixdən, bir ay müddətində işçi öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmək üçün müraciət etdikdə, müstəsna hal kimi işəgötürən tərəfindən işçiyə onun orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinəti ödənilir və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı müvafiq razılaşma imzalanır. Məhkəmə tərəfindən iş materialları ilə müəyyən olunmuşdur ki, iddiaçı əmək müqaviləsi əsasında cavabdeh təşkilatda Abşeron İstehsalat bölümünə 17-ci dərəcəli rəis vəzifəsinə işə qəbul olunmuşdur, xx.xx.2023-cü il tarixdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə işçinin ərizəsi əsasında (Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən) xitam verilmişdir, işçi yaşa görə əmək pensiyasına çıxmışdır, ona orta aylıq əmək haqqının 5 misli məbləğində ödəniş həyata keçirilmişdir, bu məbləğin ödənilməsi və ondan vergilərin (o cümlədən gəlir vergisinin) tutulması barədə tərəflər arasında razılaşma vardır, ödəniş məbləği 30298,42 manat, ondan gəlir vergisinə görə tutulan məbləğ isə 6292,36 manat təşkil edir, iddiaçıya nəzərədə tutulan məbləğ üzrə 22837,50 manat ödənilmişdir. Bununla belə, razılaşdırılmış ödəniş (müavinət) məbləği üzrə vergi tutulmasını istisna edən, o cümlədən vergiyə görə ödənilmiş məbləğin geri qaytarılmasına əsas verən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, iddia tələbinə münasibətdə qeyd edir ki, əvvəla, vergi azadolmalarının və güzəştlərinin verilməsi ilə bağlı müddəalar yalnız qanunla (Vergi Məcəlləsinin 2.4-1-ci maddəsinə əsasən) müəyyənləşdirilir, həmçinin qanunvericiliklə pensiya yaşı ilə bağlı əmək müqaviləsinə xitam verilməsi zamanı müavinətin verilməsi nəzərdə tutulmamışdır. Həmçinin əmək müqaviləsinə xitam verilməsi əsasları və qaydası da qanunla müəyyən edilir, işdənçıxama müavinəti ilə bağlı ödənişlər qanunvericilikdə xüsusi normalarla əhatə olunur (məsələn, Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” və “b” bəndi), hazırkı işdə əmək münasibətlərinə xitam verilməsi işçinin pensiya yaşına çatması ilə əlaqədardır (və ya ərizə əsasında), aparılmış ödənişlər tərəflər arasında əldə edilmiş razılama əsasında həyata keçirilmişdir ki, qeyd edilən hallar da ödənilən məbləğin təyinatının “işdənçıxma müavinəti” kimi müəyyən edilməsini istisna edir, digər tərəfdən də vergi tutulmalarından azad olmalar barədə əldə edilmiş hər hansı razılaşma da qanuni hesab oluna bilməz. İkincisi, tərəflər arasında əldə edilmiş razılaşmaya əsasən işdən çıxmaya görə müavinətdən vergilərin ödənilməsi nəzərdə tutulmuşdur ki, bu da onun icrasının tərəflər üçün məcburiliyini şərtləndirir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsaslı və qanuni deyil və ona görə də təmin edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinin birinci hissəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Həmin Konstitusiyanın 94-cü maddəsinin birinci hissəsinin 15-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Milli Məclisi maliyyə fəaliyyətinin əsasları, vergilər, rüsumlar və ödənişlər məsələlərə dair ümumi qaydalar müəyyən edir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 2.4-1-ci maddəsinə əsasən, vergi azadolmalarının və güzəştlərinin verilməsi ilə bağlı müddəalar yalnız bu Məcəllə ilə müəyyənləşdirilir. Bu Məcəllədən başqa digər normativ hüquqi aktlarda, o cümlədən bu Məcəllənin 2.4-cü maddəsində (bu Məcəllənin 2.4.9-cu maddəsi istisna olmaqla) göstərilən normativ hüquqi aktlarda vergi azadolmaları və güzəştləri ilə bağlı müddəalar nəzərdə tutula bilməz. Sahibkarlıq və investisiya fəaliyyətini təşviq edən vergi azadolmaları və güzəştləri fərdi xarakter daşımamalıdır. Həmin Məcəllənin 102.1.4-cü maddəsinə əsasən, fiziki şəxslərin aşağıdakı gəlirləri gəlir vergisindən azaddır: əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, hüquqi şəxsin, onun filialı və ya nümayəndəliyinin, habelə fərdi sahibkarın fəaliyyətinin ləğvi və işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə, habelə işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinin birinci hissəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Həmin Məcəllənin 68-ci maddəsinin birinci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən, tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Həmin Məcəllənin 69-cu maddəsinin 3-ci hissəsinə əsasən, işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. 2. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. 3. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında. 4. İşəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır. Həmin Məcəllənin 175-ci maddəsinin 4-cü hissəsinə əsasən, işdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmir. Beləliklə məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinin ləğv edilməsi qanuni və əsaslıdır, işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilərkən hər hansı bir hüquq pozuntusu törədilməmişdir, buna görə də iddia tələbi rədd edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddiaçı “ödənilmiş müavinətdən tutulmuş 6292 (altı min iki yüz doxsan iki) manat 36 (otuz altı) qəpik pulun və ödənilmiş 50 (əlli) manat Mediasiya xərcinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Cavabdehndən alınaraq iddiaçıya verilməsi barədə” iddia tələbi rədd edilsin. Qətnamə, onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-2383/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2383/2023
12.07.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver