Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2383/2024 20.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil, Maraqlı şəxs3 iştirakı ilə, Ərizəçi “doğum faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi “doğum faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsində göstərmişdir ki, o, xx.xx.1999-cu il tarixdə Masallı rayonunun Gəyəçöl kəndində anadan olmuşdur. 2017-ci ilin avqust ayında Maraqlı şəxs3 ilə ailə qurmuşdur. Nikahları isə 27 aprel 2020-ci il tarixdə rəsmiləşmişdir. Ailə qurduqdan sonra ərizəçi yoldaşı Maraqlı şəxs3 valideynlərinin evinə gəlin köçmüşdür. Ailə qurduqdan bir neçə ay sonra yoldaşının işi ilə əlaqədar 2017-ci ilin sonlarında Rusiya Federasiyasının Samara şəhərinə köçmüş, 2019-cu ilin sonlarınadək orada yaşamışlar. Rusiya Federasiyasının Samara şəhərində olarkən 2018-ci ilin may ayının 25-də evdə tək olduğu vaxt hamiləliklə əlaqədar ağrıları başlamış və həmin vaxt yoldaşı Elşən işdə olduğundan qonşuluqda yaşayan və tibb bacısı olan rus qadını köməyə çağırmışdır. Bir neçə dəqiqə sonra təbii doğuş baş vermiş və hazırda doğum faktının müəyyən edilməsini istədikləri bir oğlan övladı dünyaya gəlmişdir. Bundan sonra əri Elşən evə gəlmiş və bu barədə dərhal anası Təmiləyə zəng edib nəvəsi olduğunu bildirmişdir. Lakin, uşaqları Əliəkbər ev şəraitində doğulduğundan ona doğum haqqında tibbi arayış verilməmişdir. Buna görə də uşaq üçün doğum haqqında şəhadətnamə ala bilməmişlər. 2019-cu ilin sonlarında Azərbaycana qayıtmışlar. Burada olduqları müddətdə xx.xx.2020-ci il tarixdə Əlirzə və xx.xx.2023-cü il tarixdə Məmməd adlı daha iki uşaqları dünyaya gəlmişdir. Sonradan doğulan iki uşaq xəstəxana şəraitində doğulduğundan onlar üçün doğum tibbi sənədləri ala bilmişlər. Lakin qeyd etdiyi kimi, Əliəkbər adlı uşaq ev şəraitində doğulduğundan və tibbi sənəd olmadığından qeydiyyat şöbəsi tərəfindən doğum şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. Övladı böyüdükcə doğum şəhadətnaməsinin olmaması müəyyən çətinliklər yaradır. Doğum haqqında şəhadətnamə almaq üçün 3 sayı Bakı “ASAN Xidmət” Mərkəzində Qeydiyyat şöbəsinə müraciət etsələr də, bu barədə həkim arayışı olmadığına görə şəhadətnamənin verilməsindən imtina edilmişdir. Əliəkbər adlı uşağının xx.xx.2018-ci il tarixdə ev şəraitində doğulması faktını məhkəməyə təqdim edəcəyi şahidlər, əri Maraqlı şəxs3, qayınanası X4 da təsdiq edə bilərlər. Uşaq doğulan vaxt adlarını qeyd etdiyinin şahidlərdən əri Elşən evə gəldikdən sonra, dərhal anası Təmiləyə sevincli halda bu xəbəri vermişdir. Bundan başqa, Əliəkbər adlı uşağının xx.xx.2018-cü il tarixdə ev şəraitində Rusiya Federasiyasının Samara şəhərində doğulması faktı üzrə ərizəsinə əlavə etdiyi sağlamlıq haqqında tibbi arayışdan görünür ki, Əliəkbər adlı uşaq Abşeron rayon Masazır Ailə Sağlamlıq Mərkəzində tibbi qeydiyyatdadır və sağlamdır. Hal-hazırda da onlarla birlikdə yaşayır. Doğum faktının müəyyən edilməsi uşağın fiziki varlığının və şəxsiyyətinin müəyyən edilməsi üçün vacibdir. Çünki digər təsdiqedici sənədlər məhz doğum haqqında şəhadətnamə əsasında verilir. Hazırda ərizəçi faktı təsdiq edən sənədi başqa qaydada əldə edə bilmədiyindən bu ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi X5 ərizəsini Azərbaycan Respublikası MPM-nin 307.1, 307.2, 308 və 309-cu maddələri ilə əsaslandıraraq, onunla Maraqlı şəxs3 birgə yaşayışından Əliəkbər adlı oğlan uşağının xx.xx.2018-ci il tarixdə Rusiya Federasiyasının Samara şəhərində doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə etməklə yanaşı, ərizənin məzmununa uyğun izahat verərək, məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs3 izahatında bildirmişdir ki, o, Ərizəçi əridir, Əliəkbərin atasıdır. Onlar 2017-ci ilin avqust ayında ailə həyatı qurmuşlar. 2017-ci ilin dekabr ayında Rusiya Federasiyasının Samara şəhərinə getmişlər. 2018-ci ilin may ayının 25-də Ərizəçi hamiləliklə bağlı ağrıları olmuş və qonşu qadını köməyə çağırmışdır. Həmin vaxt o, işdə olmuş telefon vasitəsilə öyrənimişdir ki, oğlu Əliəkbər dünyaya gəlmişdir. Sonradan anasına zəng edərək, nəvəsi olduğu xəbərini vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış maraqlı şəxs 3 saylı Bakı “ASAN xidmət” Mərkəzində Qeydiyyat şöbəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxs 3 saylı Bakı “ASAN xidmət” Mərkəzində Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Masallı rayonu “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs3 ilə Eynullayeva (Niftiyeva) Günay Şahlar qızı arasında 27 aprel 2020-ci il tarixdə nikah bağlanmış və 188 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. İş materiallarında olan 3 saylı Bakı “ASAN xidmət” Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 08 yanvar 2024-cü il tarixli məktubun surətindən görünür ki, 25 may 2018-ci il tarixdə anadan olmuş oğlan övladının doğum haqqında tibbi şəhadətnamənin təqdim edilmədiyindən ərizənin təmin edilməsi mümkün olmamışdır, bununla aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan Abşeron rayon X6 Hüquqi şəxsi Masazır Ailə Sağlamlıq Mərkəzi tərəfindən verilmiş 11 yanvar 2024-cü il tarixli 117 nömrəli arayışın surətindən görünür ki, Ərizəçi uşağı X2 25 may 2018-ci il tarixdə doğulmuşdur, sağlamdır, Abşeron rayon Masazır Ailə Sağlamlıq Mərkəzində tibbi qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən verilmiş 15 mart 2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.1999-cu il təvəllüdlü Eynullayeva (Niftiyeva) Günay Şahlar qızının xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumatlarından görünür ki, çıxış 12 dekabr 2017-ci il, giriş 30 dekabr 2019-cu il tarixdə baş vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında bildirmişdir ki, ərizəçi onun gəlinidir. Oğlu ilə gəlini 2017-ci ilin avqust ayında evlənmişlər, həmin ilin dekabr ayında Rusiyaya getmişlər. 2018-ci ildə may ayının 25-də nəvəsi Əliəkbər dünyaya gəlmişdir. Bu xəbəri ona oğlu zəng edərək bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazimi sənədləri başqa qaydada ala bilməsin,yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə belə qənaətə gəlir ki, Ərizəçi ərizəsində göstərdiyi xüsusatları təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Belə ki, işdə olan sübutlarla təsdiq edilir ki, Ərizəçi Maraqlı şəxs3 ilə 2017-ci ilin avqust ayında faktiki ailə münasibətləri olmuş, 27 aprel 2020-ci il tarixdə aralarında nikah bağlanmış və 188 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. 2017-ci ilin dekabr ayında onlar Rusiya Federasiyasına getmiş, 2019cu ilin dekabr ayında geri qayıtmışlar. Rusiya Federasiyasında olduqları vaxt 2018-ci ilin may ayının 25-də X2 adlı bir oğul övladları ev şəraitində doğulmuşdur. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, mülki işin baxışı zamanı bilavasitə tədqiq edilmiş sübutlarla təsdiq edildiyi üçün ərizə təmin edilməli, X1 25 may 2018-ci il tarixdə Rusiya Federasiyasında doğulması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinin tələbinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 285, 296-300, -cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx xxxxxx 1999-cu il təvəllüdlü Ərizəçi 25 may 2018-ci il tarixdə Rusiya Federasiyasında bir oğlan uşağının doğulması faktı müəyyən edilsin. Həmin uşaq barədə məlumat qrafasında adı “X2”, ata adı qrafasında “Maraqlı şəxs3”, ana qrafasında “Ərizəçi”, milliyəti qrafasında “azərbaycanlı” kimi qeyd edilərək doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Bakı şəhəri 3 saylı Bakı “ASAN xidmət” Mərkəzində Qeydiyyat şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-2383/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2383/2024
20.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver