Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2384/2024 30.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Cavabdeh ilə İddiaçı MMC arasında xx.xx.2021-ci il tarixli əmək müqaviləsi bağlanmış, cavabdeh ekspeditor vəzifəsinə qəbul edilmişdir. Eləcə də, cavabdehlə xx.xx.2021-ci il tarixli “X4 barədə” müqavilə imzalanmışdır. Cavabdehlə əmək müqaviləsinə xx.xx.2023-cü il tarixindən xitam verilmişdir. Əmək fəaliyyəti müddətində cavabdeh müəssisənin istehsal etdiyi müxtəlif növ süd məhsullarının mağazalarda satışını həyata keçirmişdir. Həmin müddətdə cavabdeh müəssisəyə ümumilikdə 17264,48 manat ziyan vurmuşdur. Bununla bağlı müəssisənin audit komissiyası tərəfindən 18 yanvar 2023-cü il tarixli 1 nömrəli akt tərtib olunmuşdur. Dəfələrlə şifahi qaydada sözügedən ziyan məbləğinin ödənilməsi tələb olunmasına baxmayaraq, cavabdeh pulu ödəməmişdir. İşin mediasiya sessiyasında həlli ilə bağlı iddiaçı tərəfindən Bakı 6 saylı Mediasiya Təşkilatına müraciət olunmuş, lakin işin mediasiya qaydasında həlli mümkün olmamışdır. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh 17264,48 manat pul məbləğinin, 50 manat mediasiya xərcinin, 92 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə etməklə yanaşı onun təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə etiraz edərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Nümayəndə eyni zamanda məhkəməyə cinayət işinin icraatına xitam verilməsi barədə qərar təqdim edərək bildirmişdir ki, iddiaçı maddi zərərlə bağlı digər işçisi barədə prokurorluğa müraciət etmiş, həmin işlə bağlı cavabdehin şahid kimi ifadəsi alınmış və işçilərin təqsirinin olmadığı müəyyən olunmuş, bu səbəbdən icraata xitam verilmişdir. Cavabdeh işdən öz ərizəsi ilə çıxmışdır, heç biri əskiyi, qüsuru olmamışdır. Məhkəmə tərəflərin nümayəndələrinin izahatını dinləyib, iş materiallarını tədqiq edib sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan müqavilələrin surətlərindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 04 sentyabr 2020-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh ekspeditor vəzifəsinə işə qəbul edilmiş, aylıq əmək haqqı 250 manat müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı MMC-nin direktor müavini, komissiyanın sədri Elşən Şərifov, komissiyanın üzvləri, maliyyə meneceri Ceyran Nəcəfova, satış meneceri Aqşin Şərifov, mühasib Azər Mikayılov tərəfindən tərtib edilmiş 18 yanvar 2023-cü il tarixli aktdan görünür ki, həmin aktı İddiaçı MMC-nin direktoru İlham Şərifov tərəfindən verilmiş 01 noyabr 2022-ci il tarixli 175 saylı Əmrə əsasən hesablamalar apararaq, cəmiyyətin ekspeditoru Cavabdeh 01 yanvar 2022-ci ildən 31 avqust 2022-ci ilə kimi Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazilərində Şəbəkə marketlər və Al marketlərdə həyata keçirdiyi satış, iadə fəaliyyətini analiz edərək və həmin marketlərlə qarşılıqlı üzləşmə və hesablamalar apararaq aşağıdakı qənaətə gəlmişlər: - Al marketlərdə 110 mağazada CavabdehS tərəfindən Logix sistemi üzrə satılan mallar 314037.93 manat olduğu halda, All market tərəfindən qəbul olunanlar 308619.63 manatı təsdiqləmişlər, nəticədə 533.01 manat Abdullayevin kəmi var, eynilə All marketlərdə mədaxili olan, lakin Abudllayev Ə.S.-un satışı qeydiyyata almadığı 5951.31 manat artıq çıxır, bunu nəzərə alaraq All marketlər üzrə cəmi kəmi 5951.31-533.01=5418.3 manat təşkil edir. - All marketlərdən eyni mağazalarda CavabdehS tərəfindən Logix sistemi üzrə geri götürülən iadə 62229.55 manat olduğu halda, All market tərəfindən bu rəqəm 68022.78 manat təsdiqlənilmiş, nəticədə 6360.44 manat cəmiyyətə artıq iadə hesablayıb, eynilə All marketdə çox yazılan, lakin Cavabdeh az olan iadələr 567.22 manat artıq çıxır, bunu nəzərə alaraq All marketlər üzrə artıq iadəsi 5xx.xx-6360.44=5793.23 yoxdur. - CavabdehS özbaşına olaraq 4872.11 manatlıq pay adı ilə cəmiyyətin mallarını guya mağazalara hədiyyə vermək adı ilə ona həvalə edilmiş maşın-anbardan silib. - Cavabdeh maşın-anbarın sayını zamanı cəmi 1180.84 manatlıq mal kəmi hesablanıb. Beləliklə komissiyanın apardığı hesablamalar zamanı CavabdehS ona edilən etibardan sui-istifadə edərək, İddiaçı MMC-nin satış fərqi 5418.3 manat, artıq iadə üzrə 5793.23 manat, pay adı ilə 4872.11 manat və kəm gələn mallar üzrə 1180.84 manatlıq, ümumilikdə 17264.48 manatlıq mallarını mənimsəmişdir. İş materiallarında olan Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı Əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanan 04 sentyabr 2020-ci il tarixli əmək müqaviləsinə Əmək məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən 13 yanvar 2024-cü il tarixdə xitam verilmişdir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanan 04 yanvar 2021-ci il tarixli X4 barədə müqavilədən görünür ki, ekspeditor vəzifəsinin icra edən işçi şirkət tərəfindən ona etibar edilərək verilən maddi sərvətlərin təhlükəsizliyinin təmin olunmamasına görə X4 daşıyır. Həmin müqavilədən görünür ki, işçi əmək funksiyasının yerinə yetirilməsi məqsədləri üçün ona etibar edilmiş maddi sərvətlərə qayğı ilə yanaşmağı, etibar edilmiş maddi sərvətlərin təhlükəsizliyinin təmin olunmasına maneə yaradan bütün hallar barədə işəgötürəni vaxtında məlumatlandırmağı, etibar edilmiş maddi sərvətlərin hərəkəti və qalıqları üzrə əmtəə-pul və digər növ hesabarları müəyyən olunmuş qaydada hazırlamaq və təqdim etməyi, bu hesabatların qeydiyyatını aparmağı, etibar edilmiş maddi sərvətlərin inventarizasiyasında iştirak etməyi, etibar edilmiş maddi sərvətlərin təyinatından kənar istifadəsində yol verməməyi, işəgötürən isə öz növbəsində işçiyə vəzifə öhdəliklərini yerinə yetirməyi və ona həvalə olunmuş maddi sərvətlərin tam təhlükəsizliyini təmin etmək üçün əlverişli iş mühiti yaratmağı, işçini şirkətə zərər vurduğu halda X4 barədə qüvvədə olan qanunvericilik ilə və ona həvalə olunmuş maddi sərvətləri saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması prosesini əks etdirən təlimatları, normativlər və qaydalar ilə tanış etməyi, qanunvericiliklə müəyyən olunmuş qaydada maddi sərvətlərin inventarizasiyasını aparmağı öhdələrinə götürmüşdürlər. İş materiallarında olan Xətai rayon prokurorluğunun müstəntiqi Araz Tağıyev tərəfindən qəbul edilmiş 31 may 2023-cü il tarixli cinayət işinin icraatına xitam verilməsi haqqında qərarın surətindən görünür ki, X2 Azərbaycan Respublikası CM-nin 179.2.4-cü maddəsində göstərilən cinayət əməlini törətdikdən sonra, zərərçəkmiş hüquqi şəxsin qanuni nümayəndəsi X1 ilə barışdığından və ona dəymiş ziyanı tamamilə ödədiyindən, həmçinin maddi ziyanı ödəməklə bununla əlaqədar cinayət məsuliyyətindən azad olunmağı üçün qanunla müəyyən edilmiş məbləği Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına ödədiyindən X2 barəsində cinayət işinə xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsində başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsas kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddəsinə görə: 1. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.
2. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 192-ci maddəsinə görə: 1. Tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır.
2. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 193-cü maddəsinə görə: 1. Mülkiyyətçi ilə əmək müqaviləsi əsasında fəaliyyət göstərən işəgötürən, özünün qanunazidd hərəkətləri nəticəsində mülkiyyətçiyə vurduğu ziyana görə bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada və hallarda X4 daşıyır.
2. Mülkiyyətçi əmri (sərəncamı, qərarı) ilə işəgötürən tərəfindən ona vurulan ziyanın ödənilməsini təmin edə bilər və ya vurulmuş ziyanın məhkəmə qaydasında ödənilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 194-cü maddəsinə görə:
1. Ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur.
2. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 199-cu maddəsinə görə: İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X4 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; Azərbaycan Respublikası Əmək Məcəlləsinin 202-ci maddəsinə görə: 1. İşəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Həmin Məcəllənin 205-ci maddəsinin 2-ci bəndinə görə əgər ziyan işçi tərəfindən X4 daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3 və 882-ci maddələrinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinin həmin Məcəllənin 203-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Qərarında məhkəmə qərara almışdır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 194-cü maddəsinə əsasən, ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmədiyindən, işəgötürən həmin Məcəllənin 203-cü maddəsi və 205-ci maddəsinin 2-ci hissəsi ilə nəzərdə tutulmuş qaydada ziyanın ödənilməsinə dair iddia ilə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, mülki işdə olan sübutlarla təsdiq edilir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 04 sentyabr 2020-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh ekspeditor vəzifəsinə işə qəbul olunmuşdur. Həmçinin İddiaçı MMC ilə Cavabdeh arasında 04 yanvar 2021-ci il tarixli “X4” haqqında müqavilə imzalanmışdır. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanan 04 sentyabr 2020-ci il tarixli əmək müqaviləsinə Əmək məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən 13 yanvar 2024-cü il tarixdə xitam verilmişdir.18 yanvar 2023-cü il tarixdə cəmiyyətin ekspeditoru Cavabdeh 01 yanvar 2022-ci ildən 31 avqust 2022-ci ilə kimi Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazilərində Şəbəkə marketlər və All marketlərdə həyata keçirdiyi satış, iadə fəaliyyətini analiz edərək və həmin marketlərlə qarşılıqlı üzləşmə və hesablamalar aparılmış, cavabdeh tərəfindən 17264.48 manat zərər vurulduğu məlum olmuşdur. Hazırkı günədək 17264.48 manat məbləğində zərər cavabdeh tərəfindən ödənilməmişdir. Cavabdeh həmin zərərin vurulmasında təqsiri olmadığına dair heç bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Bununla yanaşı cavabdehin nümayəndəsi məhkəməyə 31 may 2023-cü il tarixli cinayət işinin icraatına xitam verilməsi haqqında qərarı təqdim edərək, həmin araşdırma üzrə cavabdehin ifadəsinin alındığını, işçilərin təqsirinin olmadığının müəyyən olunduğunu, bu səbəbdən icraata xitam verildiyini bildirsə də, həmin qərardan müəyyən edilir ki, X2 Azərbaycan Respublikası CM-nin 179.2.4-cü maddəsində göstərilən cinayət əməlini törətdikdən sonra, zərərçəkmiş hüquqi şəxsin qanuni nümayəndəsi X1 ilə barışdığından və ona dəymiş ziyanı tamamilə ödədiyindən, həmçinin maddi ziyanı ödəməklə bununla əlaqədar cinayət məsuliyyətindən azad olunmağı üçün qanunla müəyyən edilmiş məbləği Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına ödədiyindən X2 barəsində cinayət işinə xitam verilmişdir. Beləliklə, mülki işdə olan sübutlarla təsdiq edilir ki, Cavabdeh iddiaçı İddiaçı MMC-yə 17264,48 manat məbləğində maddi ziyan vurmuş, hazırkı günədək həmin məbləği geri qaytarmamışdır. Məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh 17264,48 manat məbləğində pul tutularaq, iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia tələbi təmin edilsin. Cavabdeh 17264,48 (on yeddi min iki yüz altmış dörd manat qırx səkkiz qəpik) məbləğində pul vəsaiti və ödənilmiş 92 manat dövlət rüsumu və 50 manat ödənilmiş mediasiya xərci İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: İlahə Abbasova