Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2519/2025 10.09.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Novruzova Gülsanə Emin qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildə çıxarılma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələbi İddiaçı cavabdeh X3rşı cavabdeh X1 məxsus olan ünvan 1 ünvanında "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyəti tərəfindən inşa edilən çoxmərtəbəli binanın 1-ci blokunda, mansart mərtəbəsində ümumi sahəsi 75.2 kv.m olan 9A saylı mənzilindən çıxarılması və həmin mənzilin boşaldılaraq ona təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyəti tərəfindən inşa edilən çoxmərtəbəli binanın 1-ci blokunda, mansard mərtəbəsində ümumi sahəsi 75.2 kv.m olan 9A saylı mənzili 07 avqust 2023-cü il tarixli müqaviləyə əsasən ona məxsusdur. Həmin mənzilin dəyəri tərəfindən tam ödənilmiş və bu barədə müvafiq maliyyə arayışı verilmişdir. Cavabdeh X6 2024-cü ilin noyabr ayında onun xəbəri olmadan, iradəsinə zidd olaraq ona məxsus ünvan 1 ünvanında, binanın 1-ci blokunda, mansart mərtəbəsində ümumi sahəsi 75.2 kv.m olan 9A saylı mənzilini zəbt etmiş və onu mülkiyyət hüququndan məhrum etmişdir. Mənzilinin zəbt olunması barədə Xətai rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə mürəciət etmişdir, lakin müsbət nəticə ala bilməmişdir. Ona görə də hesab edir ki, mülkiyyətində olan mənzil cavabdehin qanunsuz istifadəsindən geri tələb edilməklə, ona qaytarılması təmin edilməlidir. Cavabdehdən mülkiyyətinə qarşı qanunsuz hərəkətlərinə son qoyulması tələb edilsə də, buna məhəl qoymayıb, qanunsuz hərəkətlərini davam etdiyindən məsələni məhkəmə qaydasında həll etmək məcburiyyəti yaranmışdır. Cavabdehin özgəsinin mülkiyyətində olan əmlakı mülkiyyətçinin iradəsinə zidd zəbt etməsi, qanunda yol verilməz və məsuliyyətlə nəticələnən əməldir. İddiaçının nümayəndəsi məhkəməyə iddianın dəqiqləşdirilməsi ərizəsi ilə müraciət edərək bildirmişdir ki, İddiaçı məhkəməyə müraciət edərək, cavabdeh X4 ünvan 1 ünvanında "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyəti tərəfindən inşa edilən çoxmərtəbəli binanın 1-ci blokunda, mansart mərtəbəsində ümumi sahəsi 75.2 kv.m olan 9A saylı mənzilindən çıxarılması və həmin mənzilin boşaldılaraq təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəməyə müraciət etdikdən sonra məlum olmuşdur ki, sözü gedən mənzil X6 tərəfindən yox, Cavabdeh tərəfindən zəbt olunmuşdur. Ona görə də hesab edir ki, X6 cavabdehlərin sırasından çıxarılmalı və cavabdeh kimi Cavabdeh qeyd olunmaqla mənzil ondan tələb olunmalıdır. Məhkəmədən Cavabdeh ona məxsus olan ünvan 1 ünvanında "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyəti tərəfindən inşa edilən çoxmərtəbəli binanın 1-ci blokunda, mansart mərtəbəsində ümumi sahəsi 75.2 kv.m olan 9A saylı mənzilindən çıxarılması və həmin mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatı: İddiaçı məhkəmə iclasında iddia ərizəsini məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddiaya etiraz edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında iddiaya etiraz edərək rədd edilməsini xahiş etmişdir. İşin halları: "xxxx" MMC ilə İddiaçı arasında xx.xx.2023-cü il tarixində müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı "xxxx" MMC ünvan 1 ünvanında "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyəti tərəfindən inşa edilən çoxmərtəbəli binanın 1-ci blokunda, mansart mərtəbəsində ümumi sahəsi 75.2 kv.m olan 9A saylı mənzili alıcı İddiaçı təhvil verməyi, alıcı isə bunun qarşılığında satıcıya razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə üzrə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür. Muqavilə üzrə mənzilin dəyəri, mənzilin sahəsinin 1 kv.m.-nin qiyməti 500 manat məbləğində müəyyən edilmişdir. "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş maliyyə arayışına əsasən İddiaçı 07 avqust 2023-cü il tarixində kooperativin gələcəkdə hazır olunacaq 1-ci blokunda, mansart mərtəbəsində ümumi sahəsi 75.2 kv.m olan 9A saylı mənzilin dəyərinin tam məbləğinin kooperativin kassasına ödəmişdir. "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinin məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubuna əsasən, ünvan 1 ünvanında "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyəti tərəfindən inşa edilən çoxmərtəbəli binanın 1-ci blokunda, mansart mərtəbəsində ümumi sahəsi 75.2 kv.m olan 9A saylı mənzilin xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İddiaçı verilib, hal-hazırda müqavilə qüvvəsindədir. Yerində müayinə protokoluna əsasən, ünvan 2 ünvanındainşa edilən çoxmərtəbəli binanın 1-ci blokunda, mansart mərtəbəsində ümumi sahəsi 75.2 kv.m olan 9A saylı mənzilə baxış keçirilmişdir. Baxış zamanı həmin evin tam təmirli olduğu və yeni avadınlarlıqlarla təchiz olduğu müəyyən edilmişdir. Müəyyən edilmişdir ki, hazırda həmin mənzildə Cavabdeh Mərzu qızı yaşayır. İddia tələbinin hüquqi əsası: Azərbaycan Respublikasinin Konstitusiyasi Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Vİ. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın Maddə 157. Mülkiyyətin müdafiəsi 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 178. Daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsi 178.8. Tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi Maddə 4. Müdafiə üçün məhkəməyə müraciət etmək hüququ 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması müəyyən olunmuşdur ki, ünvan 2 ünvanında "xxxx" MMC tərəfindən inşa edilən çoxmərtəbəli binanın 1-ci blokunda, mansart mərtəbəsində ümumi sahəsi 75.2 kv.m olan 9A saylı mənzilin əldə edilməsinə dair xx.xx.2023-cü il tarixdə "xxxx" MMC ilə İddiaçı arasında podrat müqaviləsi bağlanmışdır. Podrat müqaviləsinə əsasən "xxxx" MMC ünvan 2 ünvanında çoxmərtəbəli binanın 1-ci blokunda, mansart mərtəbəsində ümumi sahəsi 75.2 kv.m olan 9A saylı mənzili inşa edərək İddiaçı təhvil verməyi, İddiaçı isə mənzilin dəyərini ödəməyi öz üzərinə götürmüşdür. Məhkəməyə təqdim olunmuş maliyyə arayışından görünür ki, İddiaçı mənzilin dəyərinin tam şəkildə "xxxx" MMC-yə ödəmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına istinadən qeyd edir ki, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Beləliklə, əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş 4 şərtin mövcudluğu vacibdir. Əqdin subyektiv tərkibinə aid edilən şərt, əqdin məzmununa aid edilən şərt, əqdə iradə və iradənin ifadə edilməsinə adi edilən şərt, əqdin formasina aid edilən şərt. Bu şərtlərin hər biri olduqda müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd etdikləri və istədikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Məhkəmə yuxarıda göstərilənləri və işin faktiki hallarını təhlil edərək belə qənaətə gəlir ki, ünvan 2 ünvanında "xxxx" MMC tərəfindən inşa edilən çoxmərtəbəli binanın 1-ci blokunda, mansart mərtəbəsində ümumi sahəsi 75.2 kv.m olan 9A saylı mənzilin əldə edilməsinə dair xx.xx.2023-cü il tarixdə "xxxx" MMC ilə İddiaçı arasında podrat müqaviləsinin etibarlılığını şübhə altına alan hər hansı hallar müəyyən edilmir. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, İddiaçı ona məxsus ünvan 2 ünvanında "xxxx" MMC tərəfindən inşa edilən çoxmərtəbəli binanın 1-ci blokunda, mansart mərtəbəsində ümumi sahəsi 75.2 kv.m olan 9A saylı mənzildən Cavabdeh məcburi qaydada çıxarılmasını tələb etməkdə haqlıdır. Belə ki, hazırkı iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2- ci maddəsi təşkil edir. Qeyd edilən müddəanın mənasından da göründüyü kimi, mülkiyyətçinin öz əmlakını özgəsinin qanunsuz sahibliyindən geri tələb etməsi üçün aşağıdakı dispozitiv şərtlərin olması vacibdir: 1) əmlakın mülkiyyətçiyə məxsus olması, 2) əmlakın başqa şəxsin sahibliyində olması və 3) sahibliyin qanunsuz olması. Yalnız hər üç dispozitiv şərtin birlikdə mövcud olması mülkiyyətçini Mülki Məcəllənin 157-ci maddəsində nəzərdə tutulan iddianı irəli sürməyə imkan verir. Birinci dispozitiv şərtin yəni, mübahisəli mənzilin iddiaçıya məxsus olması onunla öz təsdiqini tapır ki, ünvan 2 ünvanında "xxxx" MMC tərəfindən inşa edilən çoxmərtəbəli binanın 1-ci blokunda, mansart mərtəbəsində ümumi sahəsi 75.2 kv.m olan 9A saylı mənzilin əldə edilməsinə dair xx.xx.2023-cü il tarixdə "xxxx" MMC ilə İddiaçı arasında podrat müqaviləsi bağlanmış və İddiaçı 07 avqust 2023-cü il tarixində mənzilin dəyərinin tam məbləğini kooperativin kassasına ödəmişdir. Bununla da, İddiaçı həmin mənzil üzərində sahiblik və istifadə hüquqları yaranmışdır. Bununla yanaşı məhkəmə qeyd edir ki, “İnsan hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin tələbləri baxımından iddiaçının sözü gedən mənzilə dair mülkiyyətə gözlənti hüququ da yaranmışdır. İkinci dispozitiv şərtin olması, yəni mənzilin başqa şəxsin (cavabdehlərin) sahibliyində olması da iş materialları ilə müəyyən edilir. Belə ki, məhkəmə tərəfindən keçirilmiş yerində müayinə zamanı müəyyən edilmişdir, ünvan 2 ünvanında "xxxx" MMC tərəfindən inşa edilən çoxmərtəbəli binanın 1-ci blokunda, mansard mərtəbəsində ümumi sahəsi 75.2 kv.m olan 9A saylı mənzildə Cavabdeh yaşayır. Göstərilənlərlə yanaşı, mülki işin məhkəmə araşdırması zamanı, müəyyən edilmişdir ki, Cavabdeh mübahisəli mənzildə yaşaması üçün də hər hansı hüquqi əsası yoxdur. Belə ki, Cavabdeh məhkəmə iclasında verdiyi izahatında görünür ki, o, ünvan 1 ünvanında yerləşən 9A saylı mənzilə görə ödənişi mənzilə dair hüquqi olmayan üçüncü şəxsə etmiş, sonuncu ödənişi tam şəkildə almış və cavabdehə mənzilin açarlarını təhvil verərək yaxın zamanlarda mənzilin alqı-satqısına dair müqavilə bağlayacaqlarını vəd etmişdir. Lakin vədinə əməl etməmişdir. Bir müddət sonra isə Cavabdeh xəbər tutmuşdur ki, X7 “dələduzluq”-dan ittiham olunur. Yəni, mübahisəli mənzilin Cavabdeh istifadəsinə verilməsi və ya mənzilin ona satılması ilə bağlı hər hansı bir müqavilə mövcud deyildir. Bu hal isə, mübahisəli mənzilin cavabdehin qanunsuz sahibliyində olması ilə bağlı üçüncü dispozitiv şərtin mövcudluğuna dəlalət edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddia tələbini irəli sürməklə mənzili cavabdehin qanunsuz sahibliyindən geri tələb etməkdə haqlıdır, odur ki, iddia təmin edilərək, Cavabdeh İddiaçı məxsus ünvan 1 ünvanında iddiaçıya məxsus mənzildən məcburi qaydada çıxarılaraq, sözü gedən mənzil boşaldılaraq İddiaçı təhvil verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh ünvan 1 ünvanında "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyəti tərəfindən inşa edilən çoxmərtəbəli binanın 1-ci blokunda, mansart mərtəbəsində ümumi sahəsi 75.2 kv.m olan 9A saylı mənzildən məcburi qaydada çıxarılsın, mənzil Cavabdeh tərəfindən boşaldılaraq İddiaçı təhvil verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Əminə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-2519/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2519/2025
10.09.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver