Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2527/2025 08.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Novruzova Gülsanə Emin qızının katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili X6 iştirakı ilə, ilkin iddia üzrə iddiaçı X1 Cavabdeh Mikayil qızına qarşı mənzilə köçürmə tələbi barədə ilkin iddiası və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi tələbi barədə qarşılıqlı iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İlkin İddia tələbi: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı İddiaçıh qızının ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlkin iddianın dəlilləri: Cavabdeh onun anasıdır. Anası Cavabdeh ünvan 1 ünvanında yerləşən fərdi yaşayış sahəsini alqı-satqı yolu ilə əldə etmiş, həmin mənzil onun mülkiyyətindədir. Mənzilə dair cavabdehin mülkiyyət hüququ isə xx.xx.2021-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Bu halda da iddiaçının həmin mənzildən istifadə hüququ yaranmışdır. Cavabdeh həmin mənzili aldıqdan sonra iddiaçı onunla birlikdə 2 (iki) il həmin mənzildə yaşamış, mənzildən istifadə etmişdir. Lakin Cavabdeh qanunsuz olaraq zor gücünə-polis vasitəsilə onu həmin mənzildən çıxarmış və hazırda ona həmin mənzildə yaşamağa imkan vermir. Yəni iddiaçı həmin mənzili könüllü tərk etməmişdir. Bu isə iddiaçının mənzildən istifadə hüquqlarını kobud şəkildə pozmaqdadır. İddiaçının qalacaq başqa yeri yoxdur və maddi imkanı da zəifdir. İddiaçının ünvan 1 ünvanında yerləşən fərdi yaşayış sahəsindən istifadə hüququmun olmasını təsdiq edən hallardan biri də qanuni qüvvəsini almış Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Pərviz Zamanlı) 2(011)-5601/2024 saylı iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsidir. Belə ki, Cavabdeh iddiaçıya qarşı “yaşayış istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət etmiş, lakin onun mübahisəli mənzildən istifadə hüququna malik olmağı əsası ilə Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə onun iddia tələbi təmin edilməmişdir. Qanunvericliyin tələbindən də açıq-aydın görünür ki, iddiaçının ünvan 1 ünvanında yerləşən fərdi yaşayış sahəsindən istifadə hüququ vardır. Lakin cavabdeh iddiaçının bu hüququnu həyata keçirməyinə maneə olur. Buna görə də hazırki ərizəylə müraciət edir. Qarşılıqlı iddia tələbi: Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı cavabdehin ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququna 3000 manat məbləğində kompensasiya ödəməklə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddianın dəlilləri. Cavabdeh şəxs iddiaçının qızıdır. O, bir övlad kimi valideynini incidir, pis vərdişləri var. Dəfələrlə yaşadıqları mənzildə onun üstümə hücum çəkir, nəticədə aralarında baş vermiş çəkişmə və mübahisə ilə bağlı hüquq mühafizə orqanlarına rəsmi müraciəti belə olmuşdur. İddiaçı onunla bir mənzildə, yəni bir evdə yaşaya bilmir. Mənzilin, yəni evin mülkiyyətçisi özüdür. Mülkiyyətçisi olmağıyla bağlı xx.xx.2021-ci il tarixli Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarış mövcuddur. İddiaçı artıq qərara və fikrə gəlmişdir ki, 3000 (üç min) manat kompensasiya ödəmək şərti ilə cavabdeh şəxs olan X3 iddia ərizəsində qeyd olunan mülkiyyətiçisi olduğum evdən istifadə hüququna xitam verilsin. Tərəflərin izahatları: İlkin iddia üzrə iddiaçi, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında ilkin iddianı müdafiə edərək məhkəmədən ilkin iddianın təmin edilməsini xahiş etdi. O qarşılıqlı iddiaya etiraz edərək, təklif edilən kompensasiya məbləği ilə razı olmadığını bildirmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil xx.xx.2021-ci il tarixdən tam mülkiyyət hüququ əsasında Cavabdeh məxsusdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-5601/2024 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı İddiaçıh qızının ünvan 1 ünvanında yerləşən mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-5601/2024 saylı qətnaməsi qanuni qüvvəsini almışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ekspert mütəxəssis rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilin aylıq kirayə haqqı 500 manat təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasinin Konstitusiyasi Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 43. Mənzil hüququ İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 27. Fiziki şəxsin yaşayış yeri 27.1. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın Azərbaycan Respublikası Mənzil Məcəlləsi Maddə 30. Mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşayan şəxslərin hüquq və vəzifələri 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. 30.5. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı ilə müəyyənləşdirilən yaşayış sahəsindən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam verilir. Göstərilən müddət başa çatanadək keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi ilə eyni vaxtda, yaxud məhkəmənin qərarı ilə belə hüququn saxlanmasına əsas olmuş hallar aradan qalxdıqda xitam verilir. İnsan Hüquqlarının və X5 X2 Maddə 2. Yaşamaq hüququ
1. Hər kəsin yaşamaq hüququ qanunla qorunur. Heç kəs, qanunla ölüm cəzası nəzərdə tutulmuş cinayət törətməyə görə, məhkəmə tərəfindən çıxarılmış belə hökmün icrasından başqa, həyatından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı:
1. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.
2. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır.
2. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər.
Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatları və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, ilkin iddia əsaslı olduğundan təmin edilməli, qarşılıqlı iddia isə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, mülki işin məhkəmə araşdırması zamanı mübahisəsiz qaydada müəyyən edilmişdir ki, İddiaçı ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüquqları var. Bu hal qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Belə olan halda, İddiaçı ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququ olduğu halda cavabdeh tərəfindən iddiaçının sözügedən mənzildən istifadəsinə edilmiş maneə şəxsin konstitusion hüququ olan mülkiyyət hüququnun tərkib hissəsi olan istifadə hüququnun kobud şəkildə pozulmasına gətirib çıxarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında da qeyd edilir ki, ....yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. .....Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Qeyd edilən maddi hüquq normalarından, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin adı şəkilən Plenum Qərarında formalaşdırdığı hüququ mövqedən də göründüyü kimi, Mənzil Məcəlləsinin 30.1-ci maddəsində müllkiyyətçi ilə bərabər ailə üzvlərinin mənzildən istifadə hüquqlarının yaranması ailə qanunvericiliyi ilə tənzimlənən ailə bağlarının mövcudluğu və davam etməsi, eyni zamanda mülkiyyətçi ilə birgə yaşaması əsaslarından irəli gəlir. Yuxarıda da şərh edildiyi kimi, işin faktiki hallarından də bəlli olur ki, mübahisəli mənzil alındıqdan sonra cavabdeh iddiaçının övladı kimi onunla birlikdə uzun müddət mənzildə yaşamış, mülkiyyətçi ilə birlikdə Mənzildən istifadə etmiş, yalnız ailə daxili mübahisə nəticəsində Mənzildən çıxmaq məcburiyyətində qalmışdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququ olduğundan ilkin iddia təmin edilərək, İddiaçı ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməlidir. Məhkəmə qarşılıqlı iddiaya münasibətdə qeyd edir ki, İddiaçı ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququ olduğu halda onun istifadə hüququna yalnız müvafiq kompensasiya ödəməklə xitam verilə bilər. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli qərarında qeyd edilir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan "istifadə hüququ" Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutla eyni hüquqi mahiyyətə malikdir. Bu maddənin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: - yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; - yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Həmin Qərarda qeyd edilir ki, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Göründüyü kimi, ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərtdən biri də yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olmasıdır. Lakin hazırki mülki iş üzrə X1 mülkiyyətində hər hansı yaşayış sahəsi yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, X1 yaşayış sahəsinə olan ehtiyacı aradan qalxmadığından onun mübahisəli mənzildən istifadə hüququna yalnız ədadlət kompensasiya ödəməklə xitam verilməlidir. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi 26 sentyabr 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bu isə o deməkdir ki, kompensasiya istifadəçiyə mənsub olmayan mülkiyyət hüququnun əvəzi kimi çıxış etmədiyindən, onun ədalətliliyi mülkiyyətə mənzil əldə etmək üçün kifayət edib-etməməsinə görə deyil, yaşayış sahəsindən istifadə etmək hüququnu ağlabatan müddət ərzində təmin edə bilməsinə kifayət etməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləgin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh Mikayil qızının ona məxsus ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilməsi üçün X4 təklif edilən kompensasiyanın məbləği yuxarıda göstərilən tələblərə cavab vermir. Belə ki, iş materiallarına əlavə edilmiş mütəxəssisin rəyinə görə həmin mənzilə oxşar mənzilin orta aylıq kirayə haqqı 500 manat təşkil edir. Məhkəmə hesab edir ki, kompensasiya məbləği müəyyən edildiyi zaman X1 üç il müddət daxilində oxşar şəraiti olan mənzilin aylıq kirayə haqqı yəni 500 manat (500 manat x 36 ay =18000 manat) əsas götürülməlidir. Lakin mübahisəli mənzilin mülkiyyətçisi Cavabdeh Mikayil qızı qeyd edilən kompensasiya məbləğini ödəməyə razı olmadığından X1 ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi də mümkün deyil. Odur ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı cavabdehin ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququna 3000 manat məbləğində kompensasiya ödəməklə xitam verilməsi tələbi barədə iddiası əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, ilkin iddia əsaslıdır, buna görə də təmin edilməli, qarşılıqlı iddia isə əsassız olduğundan rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
qət etdi:
İlkin iddia təmin edilsin. İddiaçı ünvan 2 ünvanında yerləşən mənzilə köçürülsün. Qarşılıqlı iddiaçı Cavabdeh İddiaçı qarşı cavabdehə 3000 (üç min) manat məbləğində kompensasiya ödəmək şərti ilə ünvan 2 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Abbasova Əminə