Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-2536/2023 30.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı “işçinin işəgötürənə vurduğu ziyana görə tam maddi məsuliyyət” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı QSC-nin Cavabdeh qarşı – Cavabdeh 3 000 manat əsas borc məbləği, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğin və 60 manat ilkin mediasiya sessiyası üzrə ödənilən məbləğ olmaqla cəmi 3 090 manatın tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında barışıq sazişi barədə ərizə təqdim edərək, barışıq sazışinin təsdiq edilərək icraata xitam edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında barışıq sazışinin təsdiq edilərək məhkəmədən iş üzrə icraata xitam edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, iş üzrə barışıq sazişi təsdiq edilərək iddianın kredit borcunun qaytarılması tələbinə dair hissədə xitam verilməlidir. Belə ki, işdə iştirak edən şəxslərin məhkəməyə təqdim etdikləri 30 may 2023-cü il tarixli barışıq sazişinə əsasən iddia tələbi ilə bağlı mübahisəni tərəflər qarşılıqlı razılaşma və güzəştlər yolu ilə məhkəmədən kənar qaydada həll edərək müvafiq saziş bağlamışlar və bununla bağlı üzərlərinə müvafiq öhdəliklər götürmüşlər. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflər kredit borcunun qaytarılması tələbi barədə razılığa gələrək, mövcud mübahisəni məhkəmədən kənar qaydada öz aralarında həll etdiklərindən, tərəflər arasında iddianın kredit borcunun qaytarılması tələbinə dair mübahisə mövcud deyildir. Bu səbəbdən iddiaya məhkəmədə mahiyyəti üzrə baxılmasına hər hansı zərurət və lüzum yoxdur. Odur ki, tərəflərin barışıq sazişi təsdiq edilərək, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barış sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Qeyd edilən Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, iş üzrə xitam verilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər mövcud mübahisənin ə öz aralarında razılığa gələrək, mübahisənin məhkəmədən kənar qaydada həllinə dair barışıq sazişi bağladıqlarından və bu barışıq sazişi tərəflərin iradə ifadəsi olduğundan, habelə mübahisə tərəflərinin göstərilən barışıq sazişi ilə razı olaraq onun nəticələrini qəbul etdiklərindən və buna görə də barışıq sazişinin təsdiq edilərək, iş üzrə icraata xitam verilməsini xahiş etdiklərindən mahiyyəti üzrə baxılması üçün əsas yoxdur. Buna görə də mübahisə doğurmayan iddiaya mahiyyəti üzrə baxıla bilməz. Odur ki, tərəflərin barışıq sazişi təsdiq edilərək, iş üzrə kredit borcunun qaytarılması tələbinə dair hissədə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 52, 191 və 263- 264-cü maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: İddiaçı QSC ilə Cavabdeh arasında 30 may 2023-cü il tarixdə bağlanmış aşağıdakı məzmunlu barışıq sazişi təsdiq edilsin: Maddə 1: 1.1.1-ci maddəyə əsasən iddiaçı hazırkı Saziş imzalandıqdan dərhal sonra Məhkəmə İcraatına Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.3-cü və 261.0.5-ci maddələrinə əsasən (tərəflərin barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi) xitam verilməsinə etiraz etməyəcək; Cavabdeh iddia məbləğini 3000 manat borcu etiraf edərək, 500 manat ödəniş edildikdən sonra geriyə qalan 2500 manat məbləği hissə-hissə ödəmək vəzifəsini üzərinə götürür. İddiaçı “İntegral Express" QSC iddianın predmeti olan 2500 manatın cavabdeh tərəfindən hissə- hissə ödənilməsini qəbul edir. 1.1.2-ci maddəyə əsasən hissə hissə ödəniş aşağıdakı cədvələ uyğun həyata keçiriləcək: S/S Ödəniş tarixi Ödəniş.məbləği/AZN Qalıq borc/AZN 1 xx.xx.2023 250 2250 2 xx.xx.2023 250 2000 3 xx.xx.2023 250 1750 4 xx.xx.2023 250 1500 5 xx.xx.2023 250 1250 6 xx.xx.2023 250 1000 7 xx.xx.2023 250 750 8 xx.xx.2024 250 500 9 xx.xx.2024 250 250 10 xx.xx.2024 250 0 1.1.3.-cü maddəsinə əsasən İddiaçı və cavabdeh razılığa gəldilər ki, sazişin şərtlərinin cavabdeh tərəfindən yerinə yetirilməməsi dedikdə ödəniş müddətində, ödənişin ümumilikdə 3 dəfə olmaqla 2 iş günü gecikdirilməsi başa düşülür. Cavabdeh barışıq sazişin şərtlərini yerinə yetirmədikdə iddia məbləğinin həmin günə olan qalıq məbləğinin Cavabdeh tutularaq İddiaçı QSC-nə ödənilməsi üçün məhkəmə tərəfindən icraya yönəldiləcək. İddiaçı QSC-nin Cavabdeh qarşı iddia icraatına xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sahibə Hacıyea
Məhkəmə qərarları › İş №e-2(011)-2536/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-2536/2023
30.05.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver