Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-255/2025 24.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Eyvazova Samirə Əli qızının sədrliyi, Məhərrəmova Aysel İsrafil qızının katibliyi, İddiaçı cavabdehlər Cavabdeh1, X4, Cavabdeh2 qarşı “mənzilin naturada bölünməsi və payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İşin iddia ərizəsində qeyd edilən halları:
1. Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 81 ünvanında yerləşən 107-108 saylı mənzil sahəsi 213 kv.m sahəsi olan 6 otaqlı, **********491-05***-******* reyestr nömrəsi, xx.xx.2023-cü il tarixli çıxarışla iddiaçının xüsusi mülkiyyətindədir. Mənzilin 2 otağı 1/3 hissəsi X9, X2 və Cavabdeh2 mülkiyyətindədir. Çıxarışda adları göstərilən şəxslərlə iddiaçının mənzili tamamilə ayrı şəkildə bölünmüşdür. Mənzilin 6 otağı iddiaçının tam istifadəsindədir, digər iki otağı isə adları qeyd edilən şəxslərin həm mülkiyyətində, həm də istifadəsindədir. Hər birinin sayğacları öz adına rəsmləşdirilib və ayrıca yerləşir. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək mülkiyyətində olan Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 81, 107-108 saylı mənzilə dair bölgü tərtib edilməsini xahiş etsə də, ona 26 may 2023-cü il tarixində cavab məktubu ilə bölgünün aparılmasının mümkün olmaması bildirilmişdir. İddiaçı 2015-ci ildə mülkiyyətində olan mənzilin ona məxsus hissəsinin bölgüsünün aparılmasını məqsədəuyğun hesab edir.
İddiaçının tələbi:
2. İddiaçı mülkiyyətində olan Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 81, mənzil 107- 108 ünvanında yerləşən mənzilləri naturada ayırmaqla onun və cavabdehlərin paylarının müəyyən edilməsi, mənzilin 213.10 kv.m sahəsinə mülkiyyət hüququmun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. xx.xx.2025-ci il tarixdə iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək məhkəmədən iddia tələbinin İddiaçı mülkiyyətində olan Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 81, mənzil 107-108 ünvanında yerləşən mənzilləri naturada ayırmaqla iddiaçının və cavabdehlərin paylarının müəyyən edilməsi, mənzilin iddiaçıya aid hissəsinin sahəsi müəyyən edilməklə mülkiyyət hüququnun tanınması barədə iddia tələbi olaraq qəbul edilməsini və təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. xx.xx.2025-ci il tarixdə iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək məhkəmədən iddia tələbinin İddiaçı mülkiyyətində olan Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 81, mənzil 107-108 ünvanında yerləşən mənzilləri naturada ayırmaqla iddiaçının və cavabdehlərin paylarının müəyyən edilməsi, mənzilin iddiaçıya aid hissəsinin sahəsi müəyyən edilməsi barədə iddia tələbi olaraq qəbul edilməsini və təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Cavabdehin iddia tələbinə münasibəti:
5. Cavabdehlər tərəfindən iddiaçının tələbinə qarşı yazılı etiraz daxil olmamışdır.
Tərəflərin izahatı:
6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinə uyğun izahat verərək qeyd etmişdir ki, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 81, mənzil 107-108 ünvanında yerləşən mənzilləri naturada ayırmaqla iddiaçının və cavabdehlərin paylarının müəyyən edilməsi, mənzilin iddiaçıya aid hissəsinin sahəsi müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 öz izahatında bildirmişdir ki, iddia tələbinə etiraz etmir.
İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:
8. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-0186-8/2024 saylı məktubuna əsasən, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 81 ünvanında yerləşən 107, 108 saylı mənzilə dair bölgü sxeminin tərtib edilməsi barədə texniki baxış keçirilən zaman 8 və 10 saylı yerləşkələrin arxiv texniki pasportuna əsasən sol qapıda yerləşən mənzildə göstərilsə də, faktiki olaraq İddiaçı istifadəsində olduğu məlum olduğundan bölgü sxeminin tərtib olunması mümkün olmamışdır.
9. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışına əsasən, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 81 ünvanında yerləşən ümumi sahəsi 213.1 kv.metr olan 107, 108 saylı mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur.
10. Bakı şəhəri 40 saylı notariat ofisində bağlanmış xx.xx.2023-cü il tarixli, 4Ə-79 reyestr qeydiyyat nömrəli alqı-satqı müqaviləsinə əsasən, satıcı X16 Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 81 ünvanında yerləşən 107, 108 saylı mənzilin paylı mülkiyyət üzrə 6 otağını alıcı İddiaçı mülkiyyətinə vermişdir.
11. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışına əsasən, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 81 ünvanında yerləşən ümumi sahəsi 213.1 kv.metr olan 107, 108 saylı mənzil xüsusi mülkiyyət hüququ əsasında X10 məxsusdur.
12. xx.xx.2022-ci il tarixli, 2V-202 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə.
13. Bakı şəhəri 40 saylı notariat ofisində bağlanmış xx.xx.2022-ci il tarixli miras payın bağışlanması haqqında müqaviləyə əsasən, X17, X23, X11, X18, X24, X19, X13, X5 xx.xx.2022-ci il tarixli, 2V-202 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, 03 may 2018-ci il tarixində vəfat etmiş X3 miras qalmış əmlakdan hər birinə ayrı-ayrılıqda düşən 1/9 hissə düşən miras paylarını X10 bağışlamışlar.
14. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin xx.xx.2015-ci il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli çıxarışına əsasən, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 81 ünvanında yerləşən ümumi sahəsi 213.1 kv.metr olan 107, 108 saylı mənzilin 6 otağı xüsusi mülkiyyət hüququ əsasında X7, ********* qeydiyyat nömrəli çıxarışına əsasən, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 81 ünvanında yerləşən ümumi sahəsi 213.1 kv.metr olan 107, 108 saylı mənzilin 2 otaq – 1/3 hissəsi Cavabdeh1 məxsusdur.
15. Bakı şəhəri 40 saylı notariat kontorunun təsdiq etdiyi 31 iyul 2015-ci il tarixli, 2-V-1-86 reyestr qeydiyyat nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, X21 vərəsələri ünvan 1 ünvanda qeydiyyatda olanlar arvadı – X14 1/3 hissə, qızı – Cavabdeh2 1/3 hissə, oğlu Cavabdeh1 1/3 hissə miras əmlakdan irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak: Azərbaycan Respublikası, Bakı şəhəri Texniki İnventralaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdaresi tərəfindən xx/xx/2001 tarixdə verilmiş 30/26126 qeydəalma nömrəsi ilə 852 nömrəli kitabın 127957-ci səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 81, mənzil 107-108 ünvanında yerləşən ümumi sahəsi 213.1 kv.m. yardımçı sahəsi 114.5 kv.m. yaşayış sahəsi 98.6 kv.m olan 8 (səkkiz) otaqlı mənzilin 2 (iki) otağından ibarətdir.
16. ünvan 2 ünvanında yaşayan X15 ilə ünvan 37-də yaşayan Cavabdeh1 arasında bağlanmış xx.xx.2001-ci il tarixli, 137113 saylı müqaviləyə əsasən, X15 Bakı şəhəri TİB-nin 552-ci reyestr kitabında 127957-ci səhifədə MH-096015 seriyalı, xx.xx.1997-ci il tarixli 30/127957 saylı qeydiyyat vəsiqəsinə əsasən X7 məxsus olan ünvan 2. 8 otaqlı mənzilin 2 otağını Cavabdeh1 satmışdır.
17. Bakı şəhər xalq deputatları Soveti Baş Təsərrüfat idarəsinin xx.xx.1984-cü il tarixli, 2292 saylı arayışına əsasən, X15 ünvan 4 ünvanda yaşayır.
18. Bakı şəhər İcra Hakimiyyəti Başçısının X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin xx.xx.2000-ci il tarixli, 6542 inventar nömrəli fərdi yaşayış fonduna daxil olan özəlləşdirilmiş mənzilin texniki pasportu.
19. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 10/10234 nömrəli ekspert rəyinə əsasən, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 81 saylı evin 7-ci mərtəbəsində yerləşən və İddiaçı istifadəsində olan 108 saylı mənzilin yerləşmə vəziyyətinə uyğun olan digər mənzildən (107 saylı) təcrid şəkildə yerləşdiyini, yaşayış (yataq) və yardımçı (dəhliz, mətbəx, sanitarqovşağı və s.) tikililərin mənzilin daxilində yerləşdiyini, ayrıca giriş-çıxış qapısının olduğunu, həmin qapının pilləkən meydançasına tərəf açıldığını nəzərə alaraq, paylı mülkiyyətdə olan İddiaçı istifadəsində olan və faktiki olaraq bölünmüş 6 otaqdan ibarət mənzilin Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində inşa edilmiş 81 saylı saylı evinin 7-ci mərtəbəsində yerləşən 107-108 saylı mənzildən 6 otaq olan payının naturada ayrılmasının "AzDTN 2.7-2 "Yaşayış Binaları Layihələndirmə Normaları"-nın 5.2, 5.5 5.6 5.7. və 5.8. bəndlərinin və Məhkəmə Tikinti-X8 Metodlarının tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir.
20. Ərizələr və mülki işə əlavə olunmuş digər sənədlər.
Tətbiq edilən hüquq:
21. Azərbaycan Respublikasının Konstitusiyası:
29. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
29. Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir.
22. İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokol:
1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.3. Paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Lakin onlar mülkiyyətçilərdən hər birinə mənsub olan aşağıdakı səlahiyyətləri ləğv edə və ya məhdudlaşdıra bilməzlər: 215.3.1. əşyanın dəyərini və işlənməyə yararlığını saxlamaq üçün ondan istifadə üzrə hərəkətlərin yerinə yetirilməsini tələb etmək, belə hərəkətlər yerinə yetirilmədikdə isə onların yerinə yetirilməsi barədə məhkəmənin qərar çıxarmasını tələb etmək səlahiyyəti; 215.3.2. əşyaya dəymək qorxusu olan və ya dəyə biləcək zərərin qarşısını almaq üçün dərhal görülməli olan tədbirləri bütün şərikli sahiblər hesabına müstəqil həyata keçirmək səlahiyyəti. 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 aprel 2014-cü il tarixli Qərarı.
25. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 6 dekabr 2024-cü il tarixli, 02/2024 nömrəli Qərardadı.
26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi:
27. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
28. İddiaçının tələbi mülkiyyətində olan Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 81, mənzil 107-108 ünvanında yerləşən mənzillərinaturada ayırmaqla onun və cavabdehlərin paylarının müəyyən edilməsi, mənzilin 213.10 kv.m sahəsinə mülkiyyət hüququmun tanınması barədə qətnamə qəbul edilməsi ilə bağlıdır. İddia tələbindən də göründüyü kimi tələb mənzilləri naturada ayırmaq və tərəflərin paylarının müəyyən edilməsi olmaqla iki hissədən ibarətdir.
29. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesinin ilk addımı kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. İddia tələbinin hüquqi əsasını paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması ilə bağlıdır. Mülki Məcəllənin 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur.
30. İşin mübahisəsiz hallarından görünür ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışına əsasən, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 81 ünvanında yerləşən ümumi sahəsi 213.1 kv.metr olan 107, 108 saylı mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. (§9) Bakı şəhəri 40 saylı notariat ofisində bağlanmış xx.xx.2022ci il tarixli miras payın bağışlanması haqqında müqaviləyə əsasən, X17, X23, X11, X18, X24, X19, X13, X5 xx.xx.2022-ci il tarixli, 2V-202 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, 03 may 2018-ci il tarixində vəfat etmiş X3 miras qalmış əmlakdan hər birinə ayrı-ayrılıqda düşən 1/9 hissə düşən miras paylarını X10 bağışlamışlar. (§13) Bakı şəhəri 40 saylı notariat ofisində bağlanmış xx.xx.2023-cü il tarixli, 4Ə-79 reyestr qeydiyyat nömrəli alqı-satqı müqaviləsinə əsasən, satıcı X16 Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 81 ünvanında yerləşən 107, 108 saylı mənzilin paylı mülkiyyət üzrə 6 otağını alıcı İddiaçı mülkiyyətinə vermişdir. (§10) Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin xx.xx.2015-ci il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli çıxarışına əsasən, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 81 ünvanında yerləşən ümumi sahəsi 213.1 kv.metr olan 107, 108 saylı mənzilin 6 otağı xüsusi mülkiyyət hüququ əsasında X7, ********* qeydiyyat nömrəli çıxarışına əsasən, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 81 ünvanında yerləşən ümumi sahəsi 213.1 kv.metr olan 107, 108 saylı mənzilin 2 otaq – 1/3 hissəsi Cavabdeh1 məxsusdur. (§14)
31. Məhkəmə qeyd edir ki, MM-in 220.3-220.5-ci maddələrində paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması qaydaları müəyyən edilmişdir. Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. (§23)
32. Əşya üzərində mülkiyyət hüququndakı payın ayrılması isə bütün hallarda ümumi paylı mülkiyyət hüququna xitam verilməsi ilə nəticələnmir. Bu baxımdan əşyanın bölünməsi halından fərqli olaraq, payın ayrılması halı üçün Mülki Məcəllənin 220.2-220.6-cı maddələrində payın naturada ayrılması, bu mümkün olmadıqda kompensasiya ödənilməklə paya xitam verilməsi və əşyanın açıq hərracdan satışından ibarət üç ardıcıl hüquqi mexanizm müəyyən edilmişdir. Bu zaman həmin ardıcıllıq gözlənilməklə payın naturada ayrılması baş tutduqda yalnız ayrılan şəxs(lər) ümumilikdən çıxaraq fərdi mülkiyyətçiyə çevrilir, bu mümkün olmadıqda isə kompensasiya ödənilməklə yalnız həmin şəxs(lər)in əşya üzərində mülkiyyət hüququna xitam verilir. Ayrılmayan iki və ya daha artıq payçı isə ümumi paylı mülkiyyət vəziyyətində qalmaqda davam edirlər. Məsələn, üç payçıdan birinin və ya dörd payçıdan ikisinin ayrılmaq istədiyi halda payın ayrılmasına dair prosedur tətbiq edilir. Yalnız əşyanın açıq hərracdan payçı olmayan digər şəxslərə satılması halında əvvəlki həmmüllkiyyətçilərin əşya üzərində ümumi paylı mülkiyyət hüquqlarına xitam verilmiş olur. (§23)
33. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, ünvan 6 ünvanında yerləşən mənzillərin iddiaçının payına uyğun olaraq naturada ayrılması üçün heç bir maneə yoxdur. Belə ki, xx.xx.2025-ci il tarixli, 10/10234 nömrəli ekspert rəyinə əsasən, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 81 saylı evin 7-ci mərtəbəsində yerləşən və İddiaçı istifadəsində olan 108 saylı mənzilin yerləşmə vəziyyətinə uyğun olan digər mənzildən (107 saylı) təcrid şəkildə yerləşdiyini, yaşayış (yataq) və yardımçı (dəhliz, mətbəx, sanitarqovşağı və s.) tikililərin mənzilin daxilində yerləşdiyini, ayrıca giriş-çıxış qapısının olduğunu, həmin qapının pilləkən meydançasına tərəf açıldığını nəzərə alaraq, paylı mülkiyyətdə olan İddiaçı istifadəsində olan və faktiki olaraq bölünmüş 6 otaqdan ibarət mənzilin Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində inşa edilmiş 81 saylı saylı evinin 7-ci mərtəbəsində yerləşən 107-108 saylı mənzildən 6 otaq olan payının naturada ayrılmasının "AzDTN 2.7-2 "Yaşayış Binaları Layihələndirmə Normaları"-nın 5.2, 5.5 5.6 5.7. və 5.8. bəndlərinin və Məhkəmə Tikinti-X8 Metodlarının tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. (§19)
34. Yuxarıda qeyd edilən qanunvericilik normalarının məzmunundan da görünür ki, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. (MM 213) Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. (MM 220.1.) Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. (MM 220.2.) Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. (MM 220.3.)
35. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisəli ünvan 6 ünvanında yerləşən mənzilin İddiaçı məxsus olan payının naturada ayrılması texniki cəhətdən mümkün olduğundan, həmçinin ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün olduğundan, mövcud iddia tələbinin naturada bölünməsi hissəsinə münasibətdə təmin edilərək, iddiaçının istifadəsində olan hissə onun payına uyğun olaraq ayrılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
36. Belə ki, iddiaçı tərəfindən təqdim edilən çıxarışda mənzilin iddiaçıya və cavabdehlərə məxsus payları otaq kimi qeyd edilmiş, yəni payların sahəsi müəyyən edilmişdir. Texniki planın tərtibi isə naturada bölgü zamanı müvafiq qrum tərəfindən aparılır.
Məhkəmə xərcləri:
37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq onlara ödənilməsini tələb etmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
38. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə ekspertlərə verilməli olan məbləğlər də aiddir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunduğu üçün Ekspertiza tədqiqatının dəyəri olaraq 100 (yüz) manat məbləğində pul vəsaiti İddiaçı aid edilməlidir.
39. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 358, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
Q Ə T E T D İ:
1. İddia qismən təmin edilsin.
2. İddiaçı və cavabdehlər X22, X12, Cavabdeh2 mülkiyətində olan ünvan 7 ünvanında yerləşən 107 və 108 saylı mənzil Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/10234 nömrəli rəyinə uyğun şəkildə bölünsün.
3. İddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin.
4. Keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat məbləğində pul İddiaçı tutularaq X6, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün.
5. İddia qalan hissədə təmin edilməsin.
6. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Samirə Eyvazova