Məhkəmə qərarları › İş №e-2(011)-2585/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2585/2024

17.05.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2585/2024 17.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının və aylıq əmək haqqına əlavələrin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının və aylıq əmək haqqına əlavələrin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o 2011-ci ildə Cavabdeh MMC-də işə qəbul edilmişdir. 2014-cü ilədək Cavabdeh MMC-də bir neçə vəzifədə işləmişdir. İddiaçı ilə Cavabdeh MMC arasında 03 fevral 2014-cü il tarixli, 1211/4 saylı əmək müqaviləsi bağlanaraq iddiaçı “Korporativ satış şöbəsinin satış meneceri” vəzifəsinə işə qəbul edilmişdir. Tərəflər arasında imzalanmış əmək müqaviləsinə dəyişiklik edilməsi haqqında xx.xx.2020-ci il tarixli razılığa əsasən, iddiaçı “Satış idarəsində B2B müştəriləri qruplarının cəlb olunması üzrə menecer” vəzifəsinə keçirilmişdir. Tərəflər arasında imzalanmış əmək müqaviləsinə dəyişiklik edilməsi haqqında xx.xx.2021-ci il tarixli razılığa əsasən, iddiaçıya hər ay müvafiq vergilər daxil olmaqla 2294,92 manat əmək haqqı ödənilməsi qeyd olunmuşdur. Tərəflər arasında imzalanmış əmək müqaviləsinə dəyişiklik edilməsi haqqında xx.xx.2021ci il tarixli razılığa əsasən, iddiaçı “B2B müştəri qruplarının cəlb olunması üzrə bölmə rəhbəri” vəzifəsinə keçirilmişdir. Cavabdeh MMC-nin baş icraçı direktoru Klaus Müller tərəfindən verilmiş xx.xx.2023 tarixli, B062–T–23 №-li Əmrə əsasən, Cavabdeh MMC-nin “B2B müştəri qruplarının cəlb olunması üzrə bölmə rəhbəri” İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 03 fevral 2014-cu il tarixli, 1211/4 №-li əmək müqaviləsi 06 dekabr 2023-cü il tarixində Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. Əmrə əsasən, Cavabdeh MMC-yə xidmət göstərən "xxxx" MMC-nin Daxili və İnformasiya Təhlükəsizliyi İdarəsi tərəfindən aparılmış təftişin nəticələri üzrə hazırlanmış arayışa əsasən, Cavabdeh MMC-nin B2B Satış şöbəsinin əməkdaşları tərəfindən bir sıra hallarda korporativ abunəçilərin cəlb edilərək onların istifadəsinə mobil nömrələrin ayrılması və həmin abunəçilərə mobil cihazların kreditlə satılması zamanı qüvvədə olan siyasət və prosedur tələbləri pozulmuşdur. İddiaçı əmrin surətini və əmək kitabçasını da xx.xx.2023-cü il tarixdə cavabdehdən almışdır. İddiaçı işdən çıxarılarkən onun əmək haqqısı və istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi olan son haqq hesabı ödənilmişdir. Cavabdeh tərəfindən iddiaçıya 2023-cü ilin iyul, avqust və sentyabr aylarına aid olan aylıq əmək haqqına əlavə bonuslar (gəlir üzrə olan hissə) ödənilməmişdir. İddiaçı aşağıda göstərilənlərə əsasən iddiaçının işdən çıxarılmasını qanunsuz və əsassız hesab edir. İddiaçının işdən çıxarılma səbəbi kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi qoyulmuşdur. Belə ki, həmin bənddə göstərilir ki, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. AR ƏM-nin 72-ci maddəsində sadalanan halların heç biri iddiaçının əmək fəaliyyətində olmamışdır. İddiaçı Cavabdeh MMC-də 13 ildən artıq qüsursuz olaraq işləmişdir və iş fəaliyyətində heç bir qanun pozuntusu olmamışdır. Bundan əlavə Cavabdeh MMC tərəfindən dəfələrlə kvartal, illər üzrə ən yaxşı işçi adına layiq görülmüşdür. Xüsusi mükafatlara və sertifikatlara layiq görülmüşdür. Cavabdeh MMC-nin daxili qiymətləndirməsinə əsasən bu illər ərzində iddiaçı ilin ən yaxşı işçisi mükafatlarına layiq görülmüşdür. Onun aldığı qədər Cavabdeh MMC tarixində mükafatlandırılan olmamışdır. "xxxx" MMC-nin baş satış direktoru Zaur Bayramov və “B2B və Fix məhsulların satış departamenti”-nin direktoru Fuad Xəlilov özləri düşmənçilik zəminində, məqsədli formada təşkil edərək, iddiaçını işdən çıxarılmasına səbəbkar olmuşlar. Cavabdeh iddiaçı barəsində qəbul etdiyi xx.xx.2023-cü il tarixli əmri belə əsaslandırmışdır ki: Cavabdeh MMC-yə xidmət göstərilən "xxxx" MMC-nin Daxili və İnformasiya Təhlükəsizliyi İdarəsi tərəfindən aparılmış təftişin nəticələri üzrə hazırlanmış arayışa əsasən, Cavabdeh MMC-nin B2B satış şöbəsinin əməkdaşları tərəfindən bir sıra hallarda korporativ abunəçilərin cəlb edilərək onların istifadəsinə mobil nömrələrin ayrılması və həmin abunəçilərə mobil cihazların kreditlə satılması zamanı qüvvədə olan siyasət və prosedur tələbləri pozulmuşdur. Belə ki, araşdırma zamanı müəyyən edilmişdir ki, “X14” MMC ilə mobil rabitə xidmətlərinin göstərilməsinə dair müqavilə bağlanılmış və adı çəkilən şirkətə kreditlə 20.000 manatdan yuxarı dəyərdə mobil telefonlar verilmişdir. Bundan başqa "xxxx" MMC ilə mobil rabitə xidmətlərinin göstərilməsinə dair müqavilə bağlanmış və bu şirkətə kreditə təqribən 7000 manat dəyərində mobil telefonlar verilmişdir. Halbuki, “Mobil aparatların/planşetlərin korporativ müştərilərə kreditlə satışı” Prosedurunun 5.3 və 6.1-ci bəndlərinə əsasən korporativ müştərilərə planşetlər/mobil aparatlar halhazırda 400 manatdan 1200 manatadək qiymət cədvəli əhatə edən sərfəli şərtlərlə təklif olunur. Adları çəkilən müəssisələrin cəlb olunmasının rəsmiləşdirilməsini və onlara mobil telefonların təhvil verilməsini təmin edən B2B satış şöbəsinin mütəxəssisi X7 verdiyi izahatda “Mobil aparatların və planşetlərin korporativ müştərilərə kredit və satışı” prosedurundan məlumatı olmadığını və rəhbəri tərəfindən bu barədə məlumatlandırıldığını bildirmişdir. Həmçinin araşdırma zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC, "xxxx" MMC (əvvəlki adı "xxxx" MMC), "xxxx" MMC və "xxxx" MMC-nin də cəlb edilmələri zamanı yuxarıda qeyd edilmiş prosedurun tələbləri pozulmuş, bu şirkətlərə müvafiq olaraq təqribən 20000 manat, 9000 manat, 18000 manat və 5500 manatdan yuxarı dəyərdə mobil telefonlar verilmişdir. “Mobil aparatların və planşetlərin” korporativ müştərilərə kredit ilə satışı” prosedurundan başqa adları çəkilən müəssisələrin cəlb edilməsi zamanı “Müştəri kreditlərinin idarəedilməsi” Siyasətinin də tələbləri pozulmuşdur. Belə ki, “X14” MMC-nin təsisçilərinin əcnəbi olmasına, "xxxx" MMC-nin cəlb edildiyi vaxt təsis edildiyi tarixdən 6 aydan, "xxxx" MMC-nin cəlb edildiyi vaxt isə təsis edildiyi tarixdən 12 aydan az müddət keçməsinə baxmayaraq, qeyd edilən şirkətlərə sonuncu qeyd edilən Siyasətin müddəaları nəzərə alınmadan xidmətlər təqdim edilmişdir. - “Müştəri kreditlərin idarə edilməsi” Siyasətinin 8.2.1-ci bəndinə görə vergi orqanında qeydiyyata alınması tarixi 6 aya qədər olan, təsisçiləri Pakistan, Hindistan, Çin, Banqladeş, İran və BƏƏ vətəndaşları olan müəssisələr yüksək risk kateqoriyalı müəssisələrdir ki, bu müəssisələrə ayrılan hər bir nömrənin kredit limiti 30 manatdan artıq, müəssisənin ümumi kredit limiti 3000 manatdan artıq olmamalıdır. Həmin siyasətin 8.2.3-cü bəndinə görə vergi qeydiyyatına alınma tarixi 6-12 ay aralığında olan müəssisələr orta risk kateqoriyalı hesab edilirlər ki, bu müəssisələrin cəlb edilməsi zamanı onların istifadəsinə ayrılmış hər bir nömrənin kredit limiti 100 manatdan, müəssisənin ümumi kredit limiti isə 10000 manatdan artıq olmamalıdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, “X14” MMC, "xxxx" MMC yüksək risk, "xxxx" MMC isə orta risk kateqoriyasına aid müəssisələr olsalar da, artıq yuxarıda göstərildiyi kimi təkcə ayrılmış mobil telefonlara münasibətdə “Müştəri kreditlərinin idarə edilməsi” Siyasətinin tələblərinin kobud şəkildə pozulması aşkar şəkildə müəyyən edilir. Araşdırma zamanı izahatı alınmış B2B satış şöbəsinin mütəxəssisi X8 mobil cihazların korporativ abunəçiyə verilməsinin hansı prosedur və qaydalar ilə tənzimləndiyi barədə məlumatı olmadığını bildirmişdir. B2B müştəri qruplarının cəlb olunması üzrə bölmə rəhbəri İddiaçı isə haqqında bəhs edilən şirkətlərin cəlb edilməsi zamanı müvafiq prosedur və siyasətə riayət edilməməsini həmin müəssisənin mobil nömrələrini rəqib mobil operatora daşımasının qarşısını alınması, onlardan gözlənilən gəlirlərin artıq olması səbəbindən istisnaların edilməsi ilə əlaqələndirmişdir. (ancaq iddiaçı izahatlarında belə qeydlər etməmişdir) Araşdırma nəticəsinə əsasən adıçəkilən müəssisələr Cavabdeh MMC tərəfindən göstərilən mobil rabitə xidmətlərinin və onlara kreditlə satılmış mobil telefonların dəyərini ödəməməklə Cavabdeh MMC-yə 139216,0 manat ziyan vurulmuşdur. Göründüyü kimi cavabdeh tərəfindən iddiaçı barəsində qəbul edilmiş əmri onunla əsaslandırmışdır ki, , iddiaçı bölmə rəhbəri kimi Cavabdeh MMC tərəfindən təsdiq edilmiş “Müştəri kreditlərinin idarəedilməsi” Siyasətinin tələblərini, “Mobil aparatların və planşetlərin korporativ müştərilərə kredit ilə satışı” prosedurunu pozmuş və nəticədə ididaçıya 139216,0 manat ziyan dəymişdir. Belə ki, cavabdeh təşkilat iddiaçını Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad etmişdir. Qanunun tələbinə görə, həmin Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Cavabdeh təşkilat əmri əsaslandırsa da, əmri qəbul edərkən, AR Əmək Məcələlsinin 186.2 və 187.2-ci maddəsinin tələblərini ciddi şəkildə pozmuşdur. İddiaçı tərəfindən qeyd olunan pozuntuların nə vaxt törədilməsi, həmin halların nə vaxt aşkara çıxarılması əmrdə göstərilməmişdir. Bu da onu göstərir ki, qəbul edilmiş əmr qanunun tələblərinə cavab vermir. Digər tərəfdən əmrdə iddiaçı tərəfindən şirkətə 139216,30 manat məbləğində ziyan vurulması qeyd olunsa da, bu halları təsdiq edən hər hansı mötəbər sübuta (Audit yoxlaması, qətnamə, hökm) istinad olunmamışdır. Yəni cavabdeh şirkətin əmrdə istinad etdiyi maddi ziyan faktı təsdiq olunmamışdır. Aşkar edilən digər pozuntuların iddiaçı barəsində ən ağır inzibati tənbehin seçilməsinə əsas verməsi baxımından da əmr əsaslandırılmamışdır. Nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Bundan əlavə, intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Cavabdeh əmrdə göstərmişdir ki, “X14” MMC, "xxxx" MMC yüksək risk, "xxxx" MMC isə orta risk kateqoriyasına aid müəssisələr olsalar da, artıq yuxarıda göstərildiyi kimi təkcə ayrılmış mobil telefonlara münasibətdə “Müştəri kreditlərinin idarəedilməsi” Siyasətinin tələblərinin kobud şəkildə pozulması aşkar şəkildə müəyyən edilir. Qeyd olunmalıdır ki, “İnternet Vergi İdarəsi” portalından əldə edilmiş məlumatdan görünür ki, "xxxx" MMC xx.xx.2020-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Belə olan halda iddiaçının qəbul etdiyi əmrə əsasən gözügedən şirkətə ayrılmış mobil telefonları xx.xx.2021-ci ilədək olan müddətə təsadüf edilir. İddiaçı isə tutduğu vəzifəyə xx.xx.2021-ci ildə təyin edilmişdir. “X14” MMC-yə və "xxxx" MMC-yə gəldikdə isə qeyd olunmalıdır ki, həmin şirkətlər də müvafiq olaraq xx.xx.2019-cu ildə və xx.xx.2021-ci ildə təsis edilmişlər. Cavabdehin əmrindən də güründüyü kimi qeyd olunan MMC-lərin cəlb edildiyi vaxt təsis edildiyi tarixdən 12 aydan az müddət keçməsinə baxmayaraq, qeyd edilən şirkətlərə yuxarıda qeyd olunan Siyasətin müddəaları nəzərə alınmadan xidmətlər təqdim edilmişdir. Göründüyü kimi əmrdə təsdiq olunur ki, cavabdehin əmrdə istinad etdiyi nöqsan, yaxud kobud pozuntu hesab etdiyi faktlar 2020, 2021 və 2022-ci ildə baş vermişdir. 2020-ci və 2021-ci ildə ildə baş verməsi ehtimal edilən faktlar üzrə qeyd olunmalıdır ki, iddiaçı həmin vaxt bölmə rəhbəri vəzifəsində işləməmişdir. 2022-ci ildə baş verməsi ehtimal olunan fakt isə nəzərə alınsa ki, 1 ildən artıq müddətdir ki, baş vermişdir və həmin faktın üstündə 1 ildən çox müddət keçmişdir, cavabdeh tərəfindən həmin fatklara görə iddiaçı barəsində ən ciddi intizam tənbehi verməsi qanunazidd olmuşdur. Əmrdə həmçinin qeyd olunur ki, cavabdehə bağlanılan müqavilələr əsasında iddiaçı tərəfindən maddi ziyan vurulmuşdur. Cavabdeh MMC-yə xidmət göstərilən "xxxx" MMC-nin Daxili və İnformasiya Təhlükəsizliyi İdarəsi tərəfindən aparılmış təftişin nəticələri üzrə hazırlanmış arayışa istinad edir. İlk növbədə qeyd etmək lazımdır ki, aparılmış araşdırmada iddiaçının iştirakı təmin edilməmiş, araşdırma aparılmış dövr iddiaçının tutduğu həmin vəzifəyə təyin olunduğu dövrdən 1 ildən çox əvvələ təsadüf edir. Digər tərəfdən aparılmış yoxlamanın nəticələrində cavabdehin marağı olduğu üçün və həmin şirkət cavabdehə xidmət etdiyi üçün, tərtib edilmiş Təftişin nəticələri üzrə arayış mübahisəli əmrin qəbul edilməsi üçün mötəbər deyil. Yəni qeyd olunan əmr şübhə doğurduğu üçün və həmin arayışın mötəbərliyinə şübhələr kifayət qədər əsaslı olduğu üçün, həmin halı da əmrin qəbul edilməsində sübut kimi istifadə edilə bilməzdir. Bu da onu göstərir ki, cavabdeh tərəfindən qəbul edilmiş əmr AR Əmək Məcəlləsinin yuxarıda qeyd olunan müddəlarına əsasən zidd qəbul edilmişdir. Qeyd olunanlardan əlavə cavabdeh tərəfindən qəbul edilmiş əmrdə istinad olunan hallarda iddiaçının hər hansı rolu, iştirakı və ya “təqsiri” olmamışdır. Belə ki, Əmrdə göstərilir ki, “X14” MMC-yə mobil rabitə xidmətlərinin göstərilməsinə dair müqavilə Bayram Rzazadə tərəfindən bağlanılmışdır. (2020 il 12 may tarixli) Bayram Rzazadə 2020-ci ilin yanvar ayından Cavabdeh MMC-də çalışmağa başlamışdır. (Korporativ satış meneceri) Həmin tarixdə iddiaçı Korporativ Satış meneceri idi (Korporativ satış adminstratoru adi işçi). Bakcell B2B Satış departamentinin bölmə rəhbəri Fariz Cəfərov, departament rəhbəri isə (müqavilələri sonda imzalayıb təsdiqləyən) Fuad Xəlilov olmuşdur. İddiaçının vəzifə dəyişikliyi xx.xx.2020 (01 İyul) tarixdə rəsmiləşdirilmişdir. Həmin dövrdən sonra Bayram Rzazadə onun rəhbərliyində çalışmağa başlamışdır. xx.xx.2023-cü ildə iddiaçıdan ilk dəfə izahat alınmışdır. Daha sonra xx.xx.2023 tarixində ikinci izahat alınmışdır. O zaman iddiaçı dəfələrlə şifahi bildirmişdir ki, “X14 və Prodizayn” MMC onun zamanında aktiv edilməmişdir. O zamanki rəhbərləri Fariz Cəfərov (Bölmə rəhbəri), Fuad Xəlilov isə Departament Direktoru idi. (müqavilələri imzalayıb təsdiqləyən) Daha sonra ikinci izahatda görən də ki, yenə də “X14 və Prodizayn” MMC ona eyni şəkildə izahata salınıb, bu zaman 21 iyun tarixində izahatdan bir gün sonra rəsmi email yazaraq Daxili təhlükəsizlik əməkdaşlarına (iddiaçıdan izahatı alan) bir daha bildirmişdir ki, məsələnin necə olmasını xüsusi ilə qeyd etsinlər(email əlavə olunur). Ancaq 04 dekabr 2023-cü il tarixli, B062–T–23 saylı əmrdə yenə də həmin şirkətlər (Prodizayn MMC və X14) qeyd edilib o siyahıya salınmışdır. Qeyd olunmalıdır ki, yeni müştərilərin cəlb edilməsi proseduru Cavabdeh MMC-nin xx.xx.2016-cı il tarixdə təsdiq edilmiş Daxili Proseduruna uyğun olaraq həyata keçirilir(COS–PRO–014). Yeni cəlb edilən müştərilərə kreditlə mobil cihazların satılması isə Cavabdeh MMC-nin “Mobil aparatların, planşetlərin Korporativ Müştərilərə Kreditlə satışı üzrə” CS–PR–NNN saylı xx.xx.2012 tarixli Daxili Proseduru əsas tutularaq həyata keçirilirdi. 04 dekabr B062–T–23 saylı əmrdə ilk səhifədə qeyd edilən Mobil aparatların, planşetlərin Korporativ Müştərilərə Kreditlə satışı CS–PR–NNN xx.xx.2012 tarixli proseduruna əsasən göstərilib ki, prosedurun 5.3 və 6.1 bəndlərinə əsasən korporativ müştərilərə kreditlə mobil cihazlar 400 manatdan 1200 manat olan qiymət aralığında satıla bilər. 2012-ci ildə 2015-ci ildə manatın devalivasiyasindan sonra bütün son model satılan mobil telefonların qiyməti 2500 manatdan yuxarı olmuşdur. Ancaq həmin prosedurun 5.9.4 bəndinə əsasən – Mobil aparatlar planşetlər üçün istifadə olunan qiymət cədvəli dəyişildikdə onun əsasında ilkin və aylıq ödəniş şərtləri dəyişilə bilər. 5.18-ci bəndə əsasən vaxtından əvvəl müqaviləyə xitam verilməsi və ya müqavilədə qeyd olunan şərtlərə riayət etmədikdə, korporativ müştəri (şirkətlər) mobil aparatların qalan məbləğini tam ödəməlidir. 5.21-ci bəndə əsasən təqdim edilən mobil aparatlara/planşetlərə görə bütün riskləri Korporativ (Yəni şirkətlər) müştəri özü daşıyır. Mobil aparatlar/planşetlər oğurlandıqda və ya itirildikdə yenisi ilə əvəz olunmur, cari borc olduqda müştəri nömrənin borcunu, itirilmiş və ya oğurlanmış mobil aparatların qalan məbləğini tam ödəyir. Mobil aparatların, planşetlərin Korporativ Müştərilərə Kreditlə satışı CS–PR–NNN xx.xx.2012 tarixli proseduruna əsasən – 5.22 bəndinə əsasən Mobil aparatların Planşetlərin qiymətləri təchizat və logistika şöbəsi tərəfindən təqdim olunacaq. 5.23-cü bəndə əsasən bu məlumat əsasında Korporativ müştərilərə təqdim olunan mobil aparatların planşetlərin şərtləri dəyişdirilə bilər. 5.24-cü bəndə əsasən Korporativ Satış şöbəsinin müdürünün köməkçisi (Oksana Kravçenko) hər ay mobil aparatların planşetlərin alış (Bakcell şirkətə təqdim olunan qiymət ) və satış (korporativ müştəriyə təqdim olunan qiymət) qeyd olunan aylıq hesabatı maliyyə şöbəsinə təqdim edir. Bundan əlavə email vasitəsilə “B2B və fix məhsulların satışı departamentinə” departamentə təqdim edir. Hamıya email göndərir hər ay , o emaila əsasən həmin cihazların kreditli satış zamanı aylığa düşən məbləğ və ümumi məbləği hesablanır. 5.25-ci bəndə görə bütün mobil aparatlar tələbnamə forması və hesab faktura əsasənda korporativ satış şöbəsinin köməkçisi tərəfindən anbardan sifariş olunacaq. Satış zamanı (move order) malın çıxarılışı yaradılır. Hər ay Korporativ satış departamentinin müdürünün köməkçisi tərəfindən anbara inventory hesabat təqdim olunacaq. Həmin prosedurun 5.2 bəndinə əsasən - Xidmətin aktivləşməsi (cihazların aktivləşməsi) yalnız Risk və Kredit nəzarət qrupunun təsdiqindən sonra edilə bilər. Bu da onu göstərir ki, mobil cihazlar risk qruplarına Prosedurun şərtlərinə zidd təqdim edilməsi təklif olunsa belə, sonda həmin xidmətin aktivləşdirilməsi daha yuxarı orqan tərəfindən təsdiqlənir. Yəni son qərar iddiaçı tərəfindən deyil, cavabdehin daha yüksək qurumları tərəfindən verilir. Bu da onu göstərir ki, əgər qəbul edilən qərarlar nəticəsində cavabdehə ziyan dəymişdir, həmin qərarın qəbul edilməsində bilavasitə məsuliyyəti ididaçı deyil, həmin xidmətlərin aktivləşdirilməsinə qərar vermiş nəzarət qrupları daşıyır. 6.2-ci bəndə əsasən Korporativ Müştəri mobil aparatların, cihazların sərfəli şərtlər ilə kreditlə əldə olunması sorğusunu elektron poçt və ya məktub şəklində Korporativ satış şöbəsinin agentinə təqdim edir. (şirkətin emaili var Bayram Rzazadəyə təqdim edib) 6.3-cü bəndə əsasən Korporativ satış şöbəsinin agenti sorğunun təsdiqlənməsi üçün Korporativ müştəri haqda (şirkətin rəsmi sənədləri və s) məlumatı Risk və kredit nəzarəti, Sales supporta və müştəri fakturaları qruplarına göndərir. (Bayram və İslam bütün şirkətlərin aktivasiyası zamanı standart prosedurları edib) 6.4-cü bəndə əsasən Korporativ satış şöbəsinin agenti mobil aparatların kreditlə satışı xidmətinin göstərilməsi təsdiqini yalnız Risk və kredit nəzarəti üzrə qrup tərəfindən elektron poçt vasitəsilə aldıqdan sonra proseduru yerinə yetirə bilər. 6.10-cu bəndə əsasən Korporativ müştəri tərəfindən mobil aparatların 12, 18 ay ərzində vaxtında ödənilməsinin nəzarətinə görə Risklər üzrə qrup məsuliyyət daşıyır. Yeni müştərilərin cəlb edilməsi (COS–PRO–014) xx.xx.2016 tarixli prosedurda Korporativ müştərilərin aktiv edilməsi prosesinin addımları ardıcıllığı göstərilmişdir. Prosesin addımları: 1.Korporativ satış agenti məlumatı SFA sisteminə əlavə edir.

2. Korporativ satış agenti məlumatı Share point sisteminə yükləyir.

3. Risk nəzarəti üzrə bölmə və hüquq şöbəsi sənədləri alır (poçt bildirişi). 4.Hüquq şöbəsi sənədləri yoxlayır, sistemdə təsdiq edir, Sənədləri yoxlayır və əgər hər şey düzdürsə 5 ci addıma keçir, Sənədlər düzgün deyilsə müqavilə şərtlərinin müzakirəsi imkanını itirilmiş kimi bağlayır. Sənədlərdə dəyişikliyin edilməsi tələb olunursa 1-ci addıma keçir. 5.Risk və kredit nəzarət üzrə bölmə məlumatı yoxlayır və sistemdə təsdiq edir əgər məlumat düzgündürsə 6 addıma keçir, əgər məlumat düzgün deyilsə müqavilə şərtlərinin müzakirəsi imkanını itirilmiş kimi bağlayır. Risk və kredit nəzarət üzrə bölmə kredit limitini və müştəri səviyyəsini təyin edir. Göründüyü kimi prosedura əsasən iddiaçı heç bir şirkətə kredit telefon verilməsində nə icazə hüququ var, nə imza hüququ var. Bütün satışlar standart prosedurlara əsasən (aidiyyatı bölmələr tərəfindən yoxlanılıb təsdiqlənərək) həyata keçirilmişdir. Beləliklə, 04 dekabr 2023-cü il tarixli B062–T–23 saylı əmrdə ilk səhifədə qeyd edilən 5.3 və 6.1 bəndlərinin əsassız olması yuxarıda qeyd edilənlərlə tam təsdiq olunur. Belə ki, 2015-ci ildən iddiaçı işdən çıxarılan günədək bütün kreditlə satılan son model telefonların qiymətləri (devalivasiyadan sonra) 2500 manatdan yuxarı olmuşdur. Bütün departament əməkdaşları cihazların yeni qiymətlərinə əsasən satışları həyata keçirmişlər. 04 dekabr 2023-cü il tarixli B062–T–23 saylı əmrdə ikinci səhifədə ilk abzasda qeyd edilən əməkdaş Bayram Rzazadə bildirmişdir ki prosedurlardan xəbərdar olmamışdır. Bununla bağlı qeyd olunmalıdır ki, Bayram 2020-ci ilin yanvar ayında Cavabdeh MMC də B2B Satış departamentində çalışmağa başlamış və 2020-ci ilin iyul ayında iddiaçının rəhbər olduğu Yeni müştərilərin cəlb edilməsi şöbəsinə keçmişdir. O dövrə kimi iddiaçı da Bayram kimi adi satış meneceri olmuşdur. Yeni əməkdaş Cavabdeh MMC-yə gələrkən HR şöbəsinin aidiyyatı əməkdaşları tərəfindən məlumatlandırılır. Bütün prosedurlar onlara təqdim edilir. Bayram işə başlayıb və 7 ay sonra iddiaçının şöbəyə keçdiyi vaxta kimi bölmə rəhbəri Fariz Cəfərov, departament müdiri isə Fuad Xəlilov olmuşdur. O zamana kimi iddiaçının da rəhbəri, bölmə rəhbəri Fariz Cəfərov və departament direktoru Fuad Xəlilov olmuşdur. Bundan əlavə ümumi 6 şirkət göstərilmişdir 04 dekabr 2023-cü il tarixli B062–T–23 saylı əmrdə ikinci səhifədə olan 6 şirkətin adları çəkilir. xx.xx.2020 Prodizayn MMC – Elvin İsayev aktiv etmiş (iddiaçıya qədər) bölmə rəhbəri Fariz Cəfərov idi, müqaviləni imzalayan isə – Fuad Xəlilov (sonra emailnan verib şirkəti xx.xx.2020 tarixdə iddiaçı rəhbər təsdiqləndiyi gün Bayram R) xx.xx.2020 Brobers MMC – Bayram Rzazadə, bölmə rəhbəri Hüseyn Əliev, X15 xx.xx.2021 Polin MMC – Bayram Rzazadə, bölmə rəhbəri Hüseyn Əliev – imzalayan Fariz Cəfərov olmuşdur. Bu şirkətlər Uber taksi şirkətləridir. Uzun müddət Bakcell işlədikdən sonra 2022 ilin fevral ayından sonra ödənişləri gecikdirməyə daha sonra da özünü bankrot elan edib ödənişlərini ödəməmişdir (Bakcell, Azercell,Chinar plaza və s şirkətlərə borcları var). Digər qrup isə xx.xx.2020 X14 – Bayram Rzazadə (iddiaçıya qədər) bölmə rəhbəri Fariz Cəfərov, müqaviləni imzalayıb – Fuad Xəlilov, xx.xx.2021 Bilgəh mərkəzi – Bayram Rzazadə, bölmə rəhbəri Hüseyn Əliev – X15, xx.xx.2022 Total services – İslam Bababəyov ,bölmə rəhbəri İddiaçı –imzalayan Fariz Cəfərov. 04 dekabr 2023-cü il tarixli B062–T–23 saylı əmrdə qeyd edilən 6 şirkətdən 4-ü müqaviləni Fuad Xəlilov 2 müqaviləni isə Fariz Cəfərov imzalamışdır. 04 dekabr B062–T–23 saylı əmrdə qeyd edilən şirkətlərə telefonlar verilən zaman bildirilir ki, prosedur pozulmuşdur. Ancaq yuxarıda artıq göstərilmişdir ki, daxili prosedur üzrə yeni şirkətlərə cihazlar hansı formada verilir və kimlər tərəfindən təsdiq olunur və imzalanır. 04 dekabr B062–T–23 saylı əmrdə ikinci səhifə son abzasında “Bakcell MMC nin daxili Proseduru olan Yeni müştərilərin cəlb edilməsi (COS–PRO–014) xx.xx.2016 tarixli proseduru əsas tutularaq yeni müştərilər cəlb edilirdi” qeyd edilmişdir. Bu prosedura əsasən Satış meneceri şirkətlə görüşüb hüquqi sənədlərini toplayıb sistemə daxil edir. Daha sonra, həmin prosedurun 2-ci bəndinə uyğun olaraq hüquqşünas əlaqənin və sənədlərin yoxlanmasını 1 iş günü ərzində yerinə yetirir. Direktorun müqaviləni müqaviləni imzalamaq səlahiyyətini yoxlayır. Məhsul şəxsin adının bütün sənəd paketlərində olmasını yoxlayır. Müqavilə tarixinin və nömrənin bütün sənəd paketlərində olmasını yoxlayır. Məhsul şəxsin etibarnaməsini (direktorun), şirkətin yaranma tarixini (əmrdə vurğulanmışdır ki iddiaçı yoxlamalı idi), direktor xarici ölkə vətəndaşıdırsa onun müvəqqəti qeydiyyata aınması haqqında sənəd yoxlayır. Risk və Kredit nəzarət bölməsinin vəzifələrinə kredit nəzarəti bölməsi müştərinin 1 iş günü ərzində qiymətləndirilməsinin yerinə yetirilməsi (3 bənd), 1 saylı cədvəldə qeyd olunmuş və SFA sistemində hesablanmış aylıq gəlir haqq hesabınin əsasında müştərinin qiymətləndirilməsi, kredit limiti və bütün meyarlar kredit management (FİN–PR –029 – Credit management process) prosesində göstərilmiş şərtlərə uyğun olaraq yerinə yetirilirsə müqavilənin təsdiqlənməsi, kredit limiti və bütün/bəzi meyarlar kredit management prosesində göstərilmiş şərtlərə uyğun olaraq yerinə yetirilmirsə, müqavilənin rədd edilməsi aiddir. Cihazların satıldığı halda, şübhəli və aydın olmayan məqamların olduğu hallarda, Risk və kredit nəzarəti üzrə mütəxəssis korporativ satış əməkdaşı ilə birlikdə üzbəüz görüşüb şəxsən ünsiyyət qurmaq üçün müştərinin ofisinə baş çəkə bilər. Müştərinin qiymətləndirilməsi məqsədlərinə görə Risk və kredit nəzarəti tərəfindən edilmiş zənglər daha yaxşı keyfiyyətin təmin edilməsi üçün edilməlidir. Kredit limiti xəttinin məbləği və müştəri seqmenti kredit management (FİN–PR –029 –Credit management process) prosesində göstərilmiş şərtlərə uyğun müəyyən edilir. Müştərinin müəyyən edilməsi, müqavilənin nəzərdən keçirilməsi sorğusu barədə bildiriş Risk və kredit nəzarəti qrupuna sharepoint (Elektron ünvan 1) ünvanina mail gəlir. Risk və kredit nəzarəti üzrə mütəxəssis sənədləri yükləyir və aşağıdakı yoxlamaları yerinə yetirir. Risk və kredit nəzarəti üzrə qrup internetdə müştəri haqqinda məlumatı axtarır. Risk və kredit nəzarəti üzrə qrup müştərinin biznes naviqasiya portallarında axtarır, Risk və kredit nəzarəti üzrə qrup şirkətin mövcudluğunu aşağıdakı internet səhifələrində yoxlayır (vergilərin saytında). Şirkətin seqmentini düzgün təyin etmək məqsədi ilə məlumat almaq üçün şirkətin əlaqə şəxsinə zəng edir və müştərinin qiymətləndirilməsi blankını doldurur. Şirkətin direktoru tərəfindən bakcell şirkəti ilə (digər şirkətlə) artıq başqa bir müqavilənin imzalanıb imzalanmadığını və təklifin təfsilatını yoxlayır. Aylıq gəlir haqq hesabının və 1 saylı cədvəldə qeyd olunmuş parametrlərin əsasında müştəriyə borc haqqinda xəbərdarlıq tədbirlərinin növünü və kredit limitini təyin edir və müştərinin qiymətləndirilməsi blankını (1 saylı əlavə) yekunlaşdırır. Risk qiymətləndirilməsinin nəticələrinə əsasən sistemdə təsdiqləməklə yeni korporativ müştəri üçün müqaviləni təsdiq edir. Risk və kredit nəzarəti üzrə qrup müştərinin müəyyən olunması qaydalarına uyğun olmadıqda sənədlər düzgün və ya tamolmadıqda müqaviləni rədd edir və rədd səbəbini qeyd şəklində bildirir. Bütün yuxarıda qeyd olunmuş prosedurlardan göründüyü kimi 04 dekabr 2023-cü il tarixli B062–T–23 saylı əmrdə qeyd edilənlər iddiaçının vəzifə öhdəliklərinə aid deyildir. Satış komandası korporativ müştəri ilə görüşüb razılaşır, daha sonra onlardan şirkətin bütünn hüquqi sənədləri toplayıb sistemə daxil edir. Daha sonra aidiyyatı şöbələr tərəfindən yoxlanılmalar aparılıb təsdiqləndikdən sonra (yuxarıda qeyd edilən formada) Korporativ müştərinin (qarşı tərəf) direktoru təsdiqləyir (imza və şirkətin möhürünü vurur). Bundan sonra Korporativ satış departamentinin direktoru təsdiqləyir (imza və Bakcell MMC möhürünü vurur) və proses tamamlanır. 04 dekabr B062–T–23 saylı əmrdə ikinci səhifədə son abzas, üçüncü səhifədə 1,2,3 abzaslarda qeyd edilən nüanslarda yuxarıda qeyd etdiyi proses üzrə həyata keçirilir. Bundan əlavə Cavabdeh MMC-nin 2016 daxili Proseduru olan Yeni müştərilərin cəlb edilməsi (COS–PRO–014) xx.xx.2016 tarixli proseduru yeni prosedur çıxana qədər- 2022-ci ilin mayına qədər qüvvədə olmuşdur. Əsas yeni prosedur 2022 ilin may ayında təqsdiqlənmişdir. 04 dekabr 2023-cü il tarixli B062–T–23 saylı əmrdə qeyd edilən nüanslar. Ancaq 2022-ci ilin mart ayından bu yana heç bir problemli şirkət olmamışdır (son prosedurun şərtlərini pozan). İslam Bababəyov bildirmişdir ki, əmrə əsasən iddiaçının prosedurlardan xəbəri olmamışdır. X19 3 il Bakcelldə Satış departamentində (korporativ müştərilərin saxlanılması farmer bölməsində) işlədikdən sonra (hər iki bölmədə prosedurlar eynidir) iddiaçının bölməsinə keçmişdir. Yeni əməkdaş olmamışdır. Bundan əlavə prosedur haqqında yeni işçiyə məlumatı HR əməkdaşları göndərirlər. Satış departamenti 2020-ci ilin iyul ayından buyana iki yerə bölünür: 1. Yeni müştərilərin cəlb edilməsi bölməsi (hunter), 2. Mövcud müştərilərin qorunması bölməsi (fermer). Hər iki bölmədə prosedurlar eynidir. Çünki hər iki bölmə eyni işi görür. Bundan əlavə qeyd olunmalıdır ki, ümumiyyətlə iddiaçının özü də Satış haqqında olan prosedurları onun Security check başladıqdan sonra 11 may tarixindən sonra dəfələrlə prosedurlar şöbəsinə email yazaraq (xatırlatmalar edərək) günlər sonra almışdır. Yəni iddiaçını qeyd olunan prosedurlarla tanış etməsini təsdiq edən cavabdehin əlində hər hansı bir sənəd belə yoxdur. İddiaçı bölmə rəhbəri keçdikdən sonra onu qeyd edilən orosedurlarla tanış edilməsi rəsmi qaydada həyata keçirilməmiş və o, həmin prosedurlar ona təqdim edilməmişdir .Yəni iddiaçının özünə belə prosedurlar barəsində rəhbərlik tərəfindən heç bir məlumat verilməmişdir. İşlədiyi müddətdə ididaçı işini şöbənin iş praktikasına uyğun verilən şifahi göstərişlərə əsasən aparmışdır. Huseyn Əliyevin vəzifə öhdəliklərinə (Job description) - Bakcell şirkətinin korporativ seqmentdə üstün mövqeyini təmin etmək üçün şirkətin bazar payinin artırılmasını təmin etmək, yaradıcı düşüncə tərzi, şirkətin uğuruna hədəflənmiş yeni ideyalar, sistemlər və münasibətləri inkişaf etdirmək və yaratmaq qabiliyyəti, yeni müştəriləri cəlb etmək məqsədilə yeni təkliflər təqdim etmək və mövcud programları təkminləşdirmək, bazarda Bakcell şirkəti barədə xüsusi həllər təklif edən şirkət təsviri yaratmaq, şirkət və şirkətin mövcud və potensial B2B müştəriləri arasinda vasitəçilik etmək, şirkət standartlarını təsis etməklə və onları həyata keçirməklə keyfiyyətli xidmət göstərmək, sənayedəki trendlər, bazar fəaliyyəti və rəqiblər haqqında daim məlumatlı olmaqla məhsulların təkmilləşdirilməsi və ya yeni məhsulların təqdim olunmasının yollarını müəyyənləşdirmək, əlaqələr qurmaqla və perspektivli münasibətlərin inkişaf etdirilməsi ilə Bakcell şirkətinin məhsullarını və xidmətlərini satmaq, həll yolları tövsiyə etmək, əsasən potensial müştəri tərəfindən diktə edilən rəsmi qiymət təklifi prosesinin bir hissəsi olaraq, ətraflı təklif sənədlərini hazırlamaq, rəhbərlik tərəfindən qoyulan bütün hədəflərə çatmaq və yeni şirkətlər cəlb etməklə müştəri kütləsini artırmaq, bazarın araşdırılmasını həyata həyata keçirmək və müştərinin tələblərini analiz etmək bacarığı, məlumatları toplamaqla, təhlil etməklə və ümumiləşdirməklə həftəlik, aylıq işlərlə bağlı hesabat hazırlamaq, satış üzrə ən yaxşı nəticələri idarə etməklə işçilər arasında sağlam iş rəqabəti yaratmaq, şirkəti ticarət sərgilərində, tədbirlərdə və nümayişlərdə təmsil etmək, hədəflərə nail olmaq üçün işçilərin iş prosesini yoxlamaq və təhlil etmək, hədəfə çatmaq məqsədilə güclü komanda qurmaq, müştərilərin business fəaliyyətini və tələblərini aydın şəkildə başa düşmək, bazar, rəqiblər və müştərilər haqqında məlumat toplamaq, daxili nizam intizam qaydaları və iş prosedurlarına hörmətlə yanaşmaq və onlara riayət etmək, motivasiya etmə bacarığı, işçilər arasında qarşılıqlı hörmət və əməkdaşlığa əsaslanan komanda əhval ruhiyyəsini həvəsləndirməyi və yaratmağı bacarmaq, müştərilərə dəstək göstərməklə və məlumatlandırmaqla, onlarla münasibətləri qoruyub saxlamaq, yeni imkanlar axtarmaq və tövsiyyə vermək, gəlirlərin artırılması və xidmətlərin təkminləşdirilməsi ilə bağlı tövsiyələr vermək, məhsul və xidmət haqqında potensial müştərilərə izahat vermək, qoyulmuş hədəflərə çatmaq və ya onları üstələmək məqsədi ilə özünün satış üzrə fəaliyyətini nəzərdən keçirmək, tez yə nəticə yönümlü qərarlar qəbul etmək, problemlərin həll edilməsində ən yaxşı qərarın qəbul edilməsi üçün məlumatı təhlil etmək və nəticələri qiymətləndirmək bacarığı, şirkətin gözlənti səviyyələrini və qayəsini işləyib hazırlamaq və bütün bölmə işçilərinin nəzərinə çatdırmaq (bu şirkətin korporativ qayəsinə və məqsədlərinə müvafiq olmalıdır), öz vəzifəsinə aid rəhbərliyin verdiyi birbaşa tapşırıqları yerinə yetirmək, rəhbərliyin təyin etdiyi və təqdim etdiyi satış planlarını həyata keçirmək aiddir. xx.xx.2020 ildə vəzifə dəyişikliyi (01 iyul) olmuş, B2B müştəri qruplarının cəlb olunması üzrə menecer, xx.xx.2021 (01 mart) tarixdə müqaviləyə əlavə edilmiş, bəzi bəndlər əlavə edilmişdir. İşəgötürən və işçi bununla aşağıdakı dəyişikliyin edilməsi barədə razılığa gəlmişlər. Biznes maraqlarını nəzərə alaraq 1211\4 N li müqaviləyə aşağıdakı məzmunlu 4.6 ci və 5.4 cü maddələr əlavə edilmiş və 4.3 cü maddə aşağıdakı redaksiyada verilmişdir. 5.4-cü bəndə əsasən işçi təsdiq edir və zamanət verir ki, işəgötürənə məxsus kompyuter sistemi, korporativ elektron poçt və ya proqram təminatından istifadə zamanı xanaların (sütun, sətir, bənd və s) və ya müvafiq əməliyyatların seçilməsi ərizələrin (sorğular) yaradılması və ya göndərilməsi ilə əlaqədar düymələrin sıxılması (bundan sonra təsdiqləmə) işçinin şəxsi imzasının analoqu kimi qiymətləndirilir və şəxsi imza ilə eyni hüquqi qüvvəlidir. İşçi təsdiqləmələrlə bağlı işəgötürən və ya üçüncü şəxslər qarşısında tam məsuliyyət daşıyır. 4.3.4-cü bəndə əsasən işçi əmək və iş şəraitinin təhlükəsizliyinin müəyyən və təmin edilməsi üçün aparılan erqonomik qiymətləndirmələr və distant məsafədən iş müraciətləri ilə əlaqədar aparılan risk qiymətləndirmələri zamanı müvafiq yoxlama sorğu sənədinə həqiqətə uyğun olmayan məlumatlar daxil etməməlidir. 4.3.5-ci bəndə əsasən işçi özünün və iş yoldaşlarının həyatının və sağlamlığının qorunması üçün əmək məcəlləsi və digər normativ hüquqi aktlarla müəyyən olunmuş əməyin mühafizəsi qaydalarına və normalarına habelə əməyin muhafizəsi məsələləri ilə əlaqədar işəgötürənin müəyyən etdiyi qaydalara əməl etməyə borcludur. Beləliklə, göründüyü kimi iddiaçının işdən çıxarılmağı barədə əmr əsassız olmuşdur. Bu səbəbdən ləğv edilməli, iddiaçı əvvəlki iş yerinə bərpa edilməli və cavabdehdən məcburi işburaxmaya görə əmək haqqı və digər əlavə ödəmələr iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı göstərilənləri nəzərə alaraq, Cavabdeh MMC-nin xx.xx.2023 tarixli, B062–T–23 №-li əmrinin ləğv edilməsi, İddiaçı əvvəlki işinə, Cavabdeh MMC-nin “B2B müştəri qruplarının cəlb olunması üzrə bölmə rəhbəri” vəzifəsinə bərpa olunması, işə bərpa olunduğu vaxtadək məcburi işburaxmaya görə əmək haqqının tutulması; 2023-cü ilin iyul, avqust və sentyabr aylarına aid olan aylıq əmək haqqına əlavə bonusların (gəlir hissəsinə görə) cavabdeh təşkilatdan tutulub iddiaçıya verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil hər biri ayrı-ayrılıqda iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinə etiraz etməklə yanaşı, məhkəmə yazılı mülahizə təqdim edərək, qeyd etmişdir ki, iddiaçının hərəkəti nəticəsində cavabdehə maddi ziyan vurulması audit arayışı və digər sənədlər əsasında sübut edilmişdir. Belə ki, ilk növbədə iddiaçının birinci dəlilinə münasibətdə qeyd edilməlidir ki, iddiaçının təqsirli hərəkəti nəticəsində mülkiyyətçiyə maddi ziyan vurulmuşdur və bu ziyan iddiaçının hərəkəti ilə səbəbli əlaqədə olmuşdur. Belə ki, Bakcell Şirkəti ilə aşağıdakı şirkətlər arasında mobil rabitə xidmətlərinin göstərilməsinə dair müqavilələr bağlanmış və həmin müqavilə əsasında qeyd edilən şirkətlərə aşağıdakı dəyərdə mobil telefon (kreditlə) və xidmət təqdim edilmişdir: “X14” MMC ilə bağlanmış xx.xx.2020-ci il tarixli ***-**** nömrəli müqavilə əsasında 26.233,77 manat dəyərdə mobil telefon, "xxxx" MMC ilə bağlanmış xx.xx.2020-ci il tarixli ***-**** nömrəli müqavilə əsasında 11.397,93 manat dəyərdə mobil telefon, "xxxx" MMC ilə bağlanmış xx.xx.2020-ci il tarixli ***-**** nömrəli müqavilə əsasında 56593,77 manat dəyərdə mobil telefon və xidmət, "xxxx" MMC ilə bağlanmış xx.xx.2021-ci il tarixli ***-**** nömrəli müqavilə əsasında 8.184,29 manat, "xxxx" MMC ilə bağlanmış xx.xx.2021-ci il tarixli ***-**** nömrəli müqavilə əsasında 13.214,26 manat dəyərdə mobil telefon və xidmət, "xxxx" MMC ilə bağlanmış xx.xx.2022-ci il tarixli 39-2022 nömrəli müqavilə əsasında 23.602,81 manat dəyərdə mobil telefon. Qeyd edilən şirkətlərə mobil telefon və mobil rabitə xidməti satışından həmin şirkətlərin Bakcell Şirkətinə 139.226,83 manat borcu yaranmışdır və həmin borc indiyədək ödənilməmişdir. Halbuki, Prosedurun 6.1-ci bəndinə əsasən korporativ müştəriyə verilən mobil aparatların və planşetlərin qiyməti ***-**** manat (ƏDV daxil) olmalıdır. Bu isə ona işarə edir ki, yuxarıda qeyd edilən 6 şirkətlə müqavilələrin bağlanması nəticəsində Prosedurun 6.1-ci bəndinin kobud pozuntusuna yol verilmişdir. Bundan başqa, Siyasətin 8.2.1.1, 8.2.1.3, 8.2.2.2 və 8.2.2.3-cü bəndinə əsasən “X14” MMC-nin təsisçilərinin əcnəbi olmasına və "xxxx" MMC-nin cəlb edildiyi vaxt təsis edilməsindən 6 ay keçməməsinə görə həmin şirkətlərin yüksək riskli müştəri olmasına görə onlara ayrılan ümumi kredit limiti 3.000 manatdan artıq olmamasına baxmayaraq həmin müddəaları pozaraq onlara 3.000 manatdan artıq dəyərdə mobil telefon, habelə Siyasətin 8.2.3.1, 8.2.4.1 və 8.2.4.2-ci bəndlərinə əsasən "xxxx" MMC isə cəlb edildiyi vaxt təsis edilməsindən 12 ay keçməməsinə görə orta riskli müştəri olmasına görə onlara ayrılan ümumi kredit limiti 10.000 manatdan artıq olmamasına baxmayaraq həmin müddəaları pozaraq ona 10.000 manatdan artıq dəyərdə kreditə mobil telefon vermişdir. Belə ki, siyasətin tələbinə əsasən yeni qeydiyyatdan keçmiş və az tanınan hüquqi şəxslər, habelə vergi uçotu müddəti 6 aya qədər olan hüquqi şəxslər, (8.2.1.1-ci bənd), şirkətin sahibi və ya səlahiyyətli şəxs Pakistan, Hindistan, Çin, Banqladeş, İran, BƏƏ vətəndaşı olduqda həmin müştəri yüksək riskli müştərilər hesab edilir (8.2.1.3-cü bənd). Yüksək riskli müştərilərə ayrılan hər bir nömrənin kredit limiti 30 manatdan artıq (8.2.2.2-ci bənd), müəssisənin ümumi kredit limiti isə 3.000 manatdan artıq olmamalıdır (8.2.2.3-cü bənd), həmçinin, Siyasətin tələbinə əsasən vergi qeydiyyatına alınma tarixi 6-12 ay olan müəssisələr orta risk kateqoriyasına aid edilir və yüksək riskli müştərilərə ayrılan hər bir nömrənin kredit limiti 30 manatdan artıq, müəssisənin ümumi kredit limiti isə 3.000 manatdan artıq olmamalıdır (8.2.3.1-ci bənd). Orta riskli müştərilərə ayrılan hər bir nömrənin kredit limiti 100 manatdan artıq (8.2.4.1-ci bənd), müəssisənin ümumi kredit limiti isə 10.000 manatdan artıq olmamalıdır (8.2.4.2-ci bənd). Kommersiya qurumlarının dövlət reyestrinə2 əsasən "xxxx" MMC xx.xx.2021-ci il tarixdə, "xxxx" MMC xx.xx.2020-ci il tarixdə, “X14” MMC isə xx.xx.2019-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır. İşə əlavə edilmiş müqavilələrə əsasən "xxxx" MMC ilə xx.xx.2021-ci il tarixdə, "xxxx" MMC ilə isə xx.xx.2020-ci il tarixdə müqavilə bağlanmışdır. Göründüyü kimi, cəlb edildiyi vaxt "xxxx" MMC-nin təsis edildiyi xx.xx.2021ci il tarixdən 6 ay keçmədiyi halda onunla xx.xx.2021-ci il tarixdə müqavilə bağlanmış, "xxxx" MMC-nin təsis edildiyi xx.xx.2020-ci il tarixdən 12 ay keçmədiyi halda onunla xx.xx.2020-ci il tarixdə müqavilə bağlanmışdır. Bu halda, həmin müştərilər müvafiq olaraq yüksək və orta riskli müştəri kateqoriyasına aid olmuşdur, yüksək riskli müştərilərə ayrılan ümumi kredit limiti 3.000 manatdan artıq olmadığı halda, həmin məbləğdən artıq məbləğdə mobil telefon, orta riskli müştəriyə isə ayrılan ümumi kredit limiti 10.000 manatdan artıq olmadığı halda, ona həmin məbləğdən artıq məbləğdə kreditə mobil telefon verilmişdir, bununla da Siyasətin tələbləri kobud şəkildə pozulmuşdur. Prosedur və Siyasətə riayət etmək İddiaçının əmək funksiyasına aid olmuşdur və həmin öhdəliklərin pozuntusu intizam məsuliyyətinə səbəb olur. Həmin Prosedur, həm də Siyasət Bakcell Şirkətinin müəssisədaxili intizam qaydaları hesab edilir və həmin qaydaların pozuntusu intizam məsuliyyətinə səbəb olur. Belə ki, ƏM-nin 182-ci maddəsinin 1-ci hissəsinə əsasən müəssisələrdə əmək müqavilələri və əmək qanunvericiliyinin tələblərinin gözlənilməsi və əmək intizamının təmin olunması məqsədi ilə müəssisədaxili intizam qaydaları qəbul edilə bilər. ƏM-nin 10-cu maddəsinə əsasən (a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək və (b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək və (ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrinə aiddir. Prosedur və Siyasətdən ibarət olan müəssisədaxili intizam qaydalarına riayət etmək, yeni müştəriləri cəlb etmək və həmin müştərilər haqqında məlumatları toplayıb təhlil etmək İddiaçının əmək funksiyasına aid olmuşdur. Belə ki, İddiaçının xx.xx.2020-xx.xx.2021-ci il tarixlərdə çalışdığı B2B müştəri qruplarının cəlb olunması üzrə menecerin vəzifə təlimatından, eləcə də xx.xx.2021-xx.xx.2023-cü il tarixlərdə çalışdığı B2B müştəri qruplarının cəlb olunması üzrə bölmə rəhbərinin vəzifə təlimatından görünür ki, yeni müştəriləri cəlb etmək məqsədilə yeni təkliflər təqdim etmək, məlumatları toplamaqla, təhlil etməklə və ümumiləşdirməklə həftəlik aylıq işlərlə bağlı hesabatlar hazırlamaq, daxili nizam-intizam qaydaları və iş prosedurlarına hörmətlə yanaşmaq və onlara riayət etmək qeyd edilən vəzifələrin əmək funksiyalarına aid olmuşdur. Hər 2 vəzifə təlimatının məzmunu ilə İddiaçı tanış olaraq imzası ilə təsdiq etmişdir. Göründüyü kimi, İddiaçı Cavabdehin müəssisədaxili intizam qaydası olan Prosedur və Siyasətin tələblərinə uyğun gəlməyən yeni müştərilərin cəlb edilməsi məqsədilə yeni təkliflər təqdim etmiş, onlar haqqında məlumatları toplayıb təhlil etməmiş, nəticədə həmin müştərilərlə müqavilə bağlanmasını təmin etmişdir. Qeyd edilən 6 müştəri ilə müqavilələrin bağlanması nəticəsində isə cavabdeh 139.226,83 manat ziyana məruz qalmışdır. Şübhəsiz ki, həmin müştərilərlə müqavilələr bağlanmasaydı və həmin müqavilə əsasında onlara mal və xidmət təqdim edilməsəydi, həmin şirkətlərin cavabdehə 139.226,83 manat borcu da yaranmayacaqdı, beləliklə cavabdeh həmin dəyərdə əmlakından (mobil telefon və təqdim edilən mobil rabitə xidmətinə görə gəlir) məhrum olmayacaqdı. Bu isə ona işarə edir ki, 6 şirkətin cavabdehə 139.226,83 manat borcunun yaranması (ziyan vurulması) məhz iddiaçı tərəfindən müəssisədaxili intizam qaydası olan Prosedur və Siyasətin tələblərinin pozulması nəticəsində yaranmışdır. Belə olan halda isə, iddiaçı intizam və maddi məsuliyyət daşıyır. Belə ki, ƏM-nin 191-ci maddəsinin 2-ci hissəsinə əsasən aşağıdakı şərtlərin hər üçü olduqda tərəflərin (işçi və işəgötürənin) birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: ziyanın həqiqətən vurulduğu aşkar olduqda; təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. ƏM-nin 203-cü maddəsinin 1-ci bəndinə əsasən işəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. ƏM-nin 11-ci maddəsinin 1-ci hissəsinin (d) bəndinə əsasən işçilər əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etmək işəgötürənin hüquqlarına aiddir. Cavabdeh tərəfindən aparılan və "xxxx" MMC-nin Daxili və İnformasiya Təhlükəsizliyi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli arayış (bundan sonra – “Arayış”) ilə rəsmiləşdirilən araşdırmadan aşkar olunur ki, cavabdehə iddiaçı tərəfindən həqiqətən ziyan vurulmuşdur, həmin ziyana iddiaçının qanunazidd əməli səbəb olmuşdur, onun həmin əməli ilə maddi ziyanda ifadə edilən nəticə arasında səbəbli əlaqə vardır. Bu baxımdan cavabdeh iddiaçını intizam məsuliyyətinə cəlb etməkdə haqlı olmuşdur. Odur ki, İddiaçı tərəfindən cavabdehə maddi ziyan vurulmaması barədə irəli sürülən dəlil tamamilə əsassız olduğundan iddia tələbi rədd edilməlidir. İddiaçı tərəfindən cavabdehə ziyan vurulmasa da, hüquq pozuntusuna yol verilməsi onunla əmək müqaviləsinin işəgötürənin təşəbbüsü ilə ləğv edilməsinə əsasdır. Təsvir edilənlərlə yanaşı, iddiaçının ikinci dəlilinə münasibətdə qeyd edilməlidir ki, işçi tərəfindən mülkiyyətçiyə maddi ziyan vurulmadıqda belə, ƏM-in 70-ci maddəsinin (ç) bəndinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi mümkündür. Belə ki, ƏM-in 70-ci maddəsinin (ç) bəndi ƏM-in 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilməsini nəzərdə tutur. ƏM-in 72-ci maddəsinin (e) bəndi əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntular nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi halında əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə imkan verir. Odur ki, hətta iddiaçının cavabdehin mülkiyyətçisinə (təsisçisinə) maddi ziyan vurması təsdiq edilməsəydi belə, iddiaçı tərəfindən əmək fəaliyyəti zamanı Prosedur və Siyasətə, eləcə də vəzifə təlimatına riayət edilməməsindən irəli gələn kobud səhvləri və hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirdiyindən onunla olan əmək müqaviləsini cavabdeh ləğv etməkdə haqlı olacaqdı. Bu baxımdan işçi tərəfindən mülkiyyətçiyə maddi ziyan vurulmadığı halda, işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin ləğv edilməsinin yolverilməzliyi barədə İddiaçının dəlili əsassız olduğundan rədd edilməlidir. İddiaçının müəssisədaxili qaydalardan xəbərsiz olması ağlabatan deyildir. İddiaçının üçüncü dəlili ilə bağlı qeyd edilməlidir ki, Prosedur və Siyasətlə İddiaçının tanış edilməməsi ağlabatan mühakimə ilə, yəni adi müşahidəçinin (kəmağıllıq, digər psixi və yaxud psixoloji, fizioloji problemləri olmayan şəxsin) qiymətləndirilməsi (əksəriyyətin şüurunun dəyərləndirilməsi) ilə uzlaşmır. Çünki 2011-ci ildən etibarən Bakcell Şirkətində çalışan şəxsin həmin Şirkətə aid olan müəssisədaxili qaydalardan xəbərsiz olması inandırıcı olmamaqla real deyildir. Digər tərəfdən isə qeyd edilməlidir ki, iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə saat 12:14 radəsində HuseynA@bakcell.com elektron poçtu vasitəsilə Bakcell Şirkətinin aidiyyəti rəhbər işçilərinə (Agil Asadov; Mahbuba Gasimli ; Natavan Aliyeva ; Credit Control; Risk&CreditControl <Risk&Elektron ünvan 1, Fariz Jafarov; Bayram Rzazada; Elnur İsgandarov ünvanlanmış “Yeni sirket Polin MMC” başlıqlı elektron məktubdan görünür ki, iddiaçı fors major hal kimi istisnaya yol verilməsini və Polin şirkəti ilə əməkdaşlığı davam etdirmək üçün prosedur qaydalardan kənara çıxmaları Bakcell Şirkətinin rəhbər şəxslərindən xahiş etmişdir. Göründüyü kimi, İddiaçı Polin şirkətinin cəlb edilməsi ilə bağlı prosedur qaydalardan kənara çıxmaları Bakcell Şirkətinin rəhbər şəxslərindən xx.xx.2021ci il tarixdə, yəni intizam məsuliyyətinə cəlb edilməsindən təxminən 2 il əvvəl xahiş etmişdir. Onun xahişindən sonra yüksək riskli müştəri hesab edilən Polin şirkətinə 3 300 ədəd nömrə və 5.202 manat dəyərdə 2 ədəd mobil telefon4 verilmişdir. Halbuki, Polin şirkəti yüksək riskli müştəri hesab edilir. Belə ki, Siyasətin tələbinə əsasən Soho (kiçik və problemli şirkətlər qrupu) 200 ədəd nömrədən artıq nömrə sifariş verdikdə, yüksək riskli müştəri hesab edilir (8.2.1.4-cü bənd) və yüksək riskli müştərilərə ayrılan hər bir nömrənin kredit limiti 30 manatdan artıq (8.2.2.2-ci bənd), müəssisənin ümumi kredit limiti isə 3.000 manatdan artıq olmamalıdır (8.2.2.3-cü bənd). Yüksək riskli müştəriyə ayrılan ümumi kredit limiti 3.000 manatdan artıq olmadığı halda, yüksək riskli müştəri olan "xxxx" MMC-yə 13.214,26 manat dəyərdə əmtəə, o cümlədən 5.202 manat dəyərdə mobil telefon təqdim edilmiş, bununla da Siyasətin tələbləri kobud şəkildə pozulmuşdur. İddiaçı xx.xx.2021-ci il tarixdə Siyasətin tələbindən xəbərdar olmasaydı, Polin şirkətinin cəlb edilməsi ilə bağlı prosedur qaydalardan kənara çıxmaları ilə bağlı Bakcell Şirkətinin rəhbər şəxslərindən icazə istəməzdi. Həmin icazəni istəməsi ağlabatan mühakimə əsasında o nəticəyə gəlməyə əsas verir ki, iddiaçı şübhəsiz olaraq Bakcell Şirkətinin müəssisədaxili intizam qaydaları, o cümlədən Prosedur və Siyasətdən xəbərdar olmuşdur və həmin qaydaları pozmaqdan ötrü Bakcell Şirkətinin rəhbər şəxslərindən icazə istəmişdir. Odur ki, Prosedur və qaydalardan xəbərsiz olması barədə iddiaçının dəlili əsassızdır. Müştərilər barəsində lazımi ehtiyatlılıq tədbirləri görmək iddiaçının əmək funksiyalarına aiddir. İddiaçının dördüncü dəlili ilə bağlı isə yuxarıda qeyd edildiyi kimi bir daha vurğulanmalıdır ki, yeni müştəriləri cəlb etmək məqsədilə yeni təkliflər təqdim etmək, məlumatları toplamaqla, təhlil etməklə və ümumiləşdirməklə həftəlik aylıq işlərlə bağlı hesabatlar hazırlamaq, daxili nizam-intizam qaydaları və iş prosedurlarına hörmətlə yanaşmaq və onlara riayət etmək vəzifələri iddiaçının əmək funksiyalarına aid olmuşdur və həmin əmək funksiyaları ilə o, tanış olaraq imzası ilə təsdiq etmişdir. Göründüyü kimi, yuxarıda qeyd edilən əmək funksiyaları müəssisədaxili intizam qaydalarına uyğun şəkildə yeni cəlb edilən müştərilər barəsində lazımi ehtiyatlılıq tədbirləri (due diligence) görülməsini nəzərdə tutur və həmin tədbirlərin görülməsi məhz İddiaçının funksiyalarına aid olmuşdur. İddiaçı isə cavabdehin müəssisədaxili intizam qaydası olan Prosedur və Siyasətin tələblərinə uyğun gəlməyən yeni müştərilərin cəlb edilməsi məqsədilə yeni təkliflər təqdim etmiş, onlar haqqında məlumatları toplayıb təhlil etməmiş, nəticədə həmin müştərilərlə müqavilə bağlanmasını təmin etmişdir. Qeyd edilən 6 müştəri ilə müqavilələrin bağlanması nəticəsində isə cavabdeh 139.226,83 manat ziyana məruz qalmışdır. İddiaçı Prosedur və Siyasətin tələblərinə uyğun qaydada yeni müştərilərin cəlb edilməsi məqsədilə yeni təkliflər təqdim etsəydi və onlar haqqında məlumatları toplayıb təhlil etsəydi, qeyd edilən müştərilərlə müqavilələr də bağlanmazdı və onlara mal və xidmət təqdim edilməzdi, nəticədə də həmin şirkətlərin cavabdehə 139.226,83 manat borcu da yaranmazdı. Bu isə ona işarə edir ki, 6 şirkətin cavabdehə 139.226,83 manat borcunun yaranması (ziyan vurulması) məhz iddiaçı tərəfindən əmək funksiyalarının, o cümlədən müəssisədaxili intizam qaydası olan Prosedur və Siyasətin tələblərinin pozulması nəticəsində yaranmışdır. Odur ki, İddiaçının dördüncü dəlili də tamamilə əsassızdır. İddiaçının beşinci dəlilinə münasibətdə qeyd edilməlidir ki, iddiaçı tərəfindən yol verilən pozuntuların törədilməsi və aşkara çıxarılmasının tarixi və vaxtının Ləğvetmə Əmrində göstərilməsinə dair ƏM-in 84-cü maddəsində (əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmunu) hər hansı bir tələb nəzərdə tutulmamışdır. Bu baxımdan Ləğvetmə Əmri tam etibarlıdır. İntizam xətasına görə məsuliyyətə cəlb etmə müddəti keçməmişdir. Bundan başqa, İddiaçının altıncı dəlilinə münasibətdə qeyd edilməlidir ki, Ləğvetmə Əmrinin verilməsinə əsaslardan biri Arayış olmuşdur və Arayış Bakcell Şirkətinin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri, o cümlədən aşkar edilmiş vəzifə hüquqpozmasını əks etdirir. ƏM-in 187-ci maddəsinin 3-cü hissəsinə əsasən müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən 2 il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Odur ki, Bakcell Şirkətinin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələrini və bu zaman aşkar edilmiş vəzifə hüquqpozmasını əks etdirən Arayışın tərtib edilməsi tarixindən (xx.xx.2023-cü il tarix) 2 il keçmədiyindən Arayışda müəyyən edilən pozuntulara yol vermiş İddiaçıya əmək müqaviləsini ƏM-in 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək növündə intizam tənbehini verməkdə cavabdeh haqlı olmuşdur. Bu baxımdan intizam xətasının törədildiyi gündən 1 il keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməməsi barədə iddiaçını dəlili əsassız olduğundan rədd edilməlidir. Cavabdehin iddiaçı ilə heç bir qərəzliyi olmamışdır. Həmçinin, iddiaçının yeddinci dəlilinə münasibətdə qeyd edilməlidir ki, iddiaçı cavabdehin onunla qərəzli olmasını və mükafatlandırılmasını qeyd etsə də, nə qərəzliliyə və qərəzlilikdən irəli gələrək İddiaçı ilə əmək müqaviləsinin ləğv edilməsinə dair, nə də ki, mükafatlandırılmasını təsdiq edən hər hansı bir sübut təqdim etməmişdir. Halbuki, Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla yanaşı, iddiaçı Bakcell şirkətində işləyən zaman əvvəlki illərdə də pozuntuya yol vermiş və barəsində intizam tənbehi tətbiq edilmişdir. Digər tərəfdən, qeyd edilməlidir ki, işçinin mükafatlandırılması ona intizam tənbehinin tətbiq edilməsini, xüsusən də ən ağır intizam tənbehi hesab edilən əmək müqaviləsinin ƏM-in 70-ci maddəsinin «ç» bəndi ilə işəgötürən tərəfindən ləğv edilməsini istisna edən qayda və ya şərt ƏM-də nəzərdə tutulmamışdır. Odur ki, iddiaçının həmin dəlili də tamamilə əsassızdır. İddiaçının səkkizinci dəlilinə münasibətdə isə qeyd edilməlidir ki, yuxarıda qeyd edilən elektron məktubda iddiaçı tərəfindən Bakcell Şirkətinin rəhbərliyindən fors major hal kimi istisnaya yol verilməsini və Polin şirkəti ilə əməkdaşlığı davam etdirmək üçün prosedur qaydalardan kənara çıxmaları xahiş etməsi iddiaçının özü müəssisədaxili qaydadan kənaraçıxmaya yol verdiyini birbaşa təsdiq edir. Odur ki, iddia tələbinin səkkizinci dəlili də tamamilə əsassızdır. Təsvir edilənlərlə yanaşı, iddiaçının doqquzuncu dəlili ilə bağlı qeyd edilməlidir ki, iddiaçı həmkarlar ittifaqının üzvü olmasını qeyd etsə də, bununla bağlı heç bir sübut təqdim etməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin qeyd edilməlidir ki, Bakcell Şirkətində həmkarlar ittifaqı fəaliyyət göstərmir. Müəssisədə həmkarlar ittifaqı fəaliyyət göstərməlidir ki, işəgötürən tərəfindən də məhz həmin ittifaqdan razılıq alınsın. Bu səbəbdən iddiaçı tərəfindən həmkarlar ittifaqının üzvü olması sübut edilmədiyindən ƏM-in 80-ci maddəsinə istinad etməsi və həmin maddəyə əsasən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla əmək müqaviləsinin ləğv edilməsi barədə dəlili əsassızdır. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Məhkəmə tərəflərin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı 11 noyabr 2011-ci il tarixdə Cavabdeh LTD MMC Kommersiya Departamentində Müştəri Xidmətləri Şöbəsinin Məlumat Mərkəzi bölməsində X10 vəzifəsinə işə qəbul olunmuş, 17 sentyabr 2012-ci il tarixdə Pərakəndə Satış və X2 bölməsinin Təlimat yarımbölməsində Təlimatçı vəzifəsinə keçirilmiş, 01 fevral 2013-cü il tarixdə Satış Administrasiyası bölməsində Xidmət Mərkəzlərinin keyfiyyətinə nəzarət üzrə koordinator vəzifəsinə keçirilmiş, 01 may 2013-cü il tarixdə X6 Əsas Müştəri qrupları ilə iş üzrə Menecer vəzifəsinə keçirilmiş, 03 fevral 2014-cü il tarixdə X1 vəzifəsinə keçirilmiş, 20 iyul 2016-cı il tarixdə Satış və Marketinq Departamentinin B2B Satış və X5 Kiçik və Orta Müəssisələrlə iş bölməsində Korporativ Satış üzrə Baş Administrator vəzifəsinə keçirilmiş, 17 oktyabr 2017-ci il tarixdə Satış İdarəsinin B2B satış bölməsinin Kiçin və orta müəssisələrlə iş bölməsinin korporativ satış üzrə baş administrator vəzifəsinə keçirilmiş, 07 sentyabr 2018-ci il tarixdə Satış İdarəsinə Korporativ satış üzrə baş mütəxəssis vəzifəsinə keçirilmiş, 01 iyul 2020-ci il tarixdə Satış idarəsinə B2B müştəri qruplarının cəlb olunması üzrə menecer vəzifəsinə keçirilmiş, 02 avqust 2021-ci il tarixdə B2B müştəri qruplarının cəlb olunması üzrə bölmə rəhbəri vəzifəsinə keçirilmiş, 06 dekabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin 04 dekabr 2023-cü il tarixli B062-T-23 №-li əmrin surətindən görünür ki, Cavabdeh MMC-nin B2B müştəri qruplarının cəlb olunması üzrə bölmə rəhbəri İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 03 fevral 2014-cü il tarixli, 1211/4 nömrəli əmək müqaviləsi 06 dekabr 2023-cü il tarixində Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmiş, Cavabdeh MMC-nin B2B Satış Departamentinin mütəxəssisi X3 “sonuncu xəbərdarlıqla şiddətli töhmət” verilmiş, Cavabdeh MMC-nin B2B Satış Departamentinin mütəxəssisi X4 “sonuncu xəbərdarlıqla şiddətli töhmət” verilmişdir. İş materiallarından görünür ki, şirkət Cavabdeh MMC (müəssisələrarası satış və məhsul marketinqi üzrə şöbə müdiri Fuad Xəlilov) ilə korporativ abunəçi “X14” MMC (qanuni təmsilçisi Behbud Suvanverdiyev) arasında 12 may 2020-ci il tarixdə ***-**** №-li mobil rabitə xidmətlərinin göstərilməsinə dair müqavilə imzalanmışdır. İş materiallarından görünür ki, şirkət Cavabdeh MMC (B2B satış üzrə rəhbər Fariz Cəfərov) ilə korporativ abunəçi "xxxx" MMC (qanuni təmsilçi Muradxan Əliyev) arasında 15 dekabr 2021-ci il tarixdə ***-**** №-li mobil rabitə xidmətlərinin göstərilməsinə dair müqavilə imzalanmışdır. İş materiallarından görünür ki, şirkət Cavabdeh MMC (müəssisələrarası satış və məhsul marketinqi üzrə şöbə müdiri Fuad Xəlilov) ilə korporativ abunəçi "xxxx" MMC (qanuni təmsilçisi Turxan Hüseynov) arasında 14 aprel 2021-ci il tarixdə ***-**** №-li mobil rabitə xidmətlərinin göstərilməsinə dair müqavilə imzalanmışdır. İş materiallarından görünür ki, şirkət Cavabdeh MMC (müəssisələrarası satış və məhsul marketinqi üzrə şöbə müdiri Fuad Xəlilov) ilə korporativ abunəçi "xxxx" MMC (direktor Həsəni Vüqar) arasında 19 may 2020-ci il tarixdə ***-**** №-li mobil rabitə xidmətlərinin göstərilməsinə dair müqavilə imzalanmışdır. İş materiallarında olan Mobil Aparatların/planşetlərin Korporativ müştərilərə Kredit ilə satışına dair sənədin "xxxx" adlanan 5-ci bəndində qeyd edilmişdir ki, Şirkətin müəyyənləşdirilməsi aşağıdakı qaydada aparılır:

51. müraciət məktubu 5.2. xidmətin aktivləşməsi yalnız Risk və Kredit nəzarəti qrupun təsdiqindən sonra edilə bilər. 5.3.korporativ müştərilərə planşetlər/mobil aparatlar hal-hazırda 400 manatdan 1200 manatadək (ƏDV daxil) qiymət cədvəli əhatə edən sərfəli şərtlərlə təklif olunur. 6.10-cü bəndinə əsasən Korporativ müştəri tərəfindən mobil aparatın (ların) /planşetin (lərin) 12/18 ay ərzində vaxtında ödənilməsinin nəzarətinə görə Risklər üzrə qrup məsuliyyəti daşıyır. 6.4-cü bəndə əsasən Korporativ satış şöbəsinin agenti mobil aparatların kreditlə satışı xidmətinin göstərilməsi təsdiqini yalnız Risk və kredit nəzarəti üzrə qrup tərəfindən elektron poçt vasitəsilə aldıqdan sonra proseduru yerinə yetirə bilər. 6.10-cu bəndə əsasən Korporativ müştəri tərəfindən mobil aparatların 12, 18 ay ərzində vaxtinda ödənilməsinin nəzarətinə görə Risklər üzrə qrup məsuliyyət daşıyır. İş materiallarında olan 25 fevral 2023-cü il tarixli 8İ-1755 nömrəli icra qeydinin surətindən görünür ki, Bakı şəhəri 51 saylı notariat ofisinin xüsusi notariusu X9 “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən təklif etmişdir ki, Cavabdeh MMC-nin xeyrinə "xxxx" MMC-dən ********* nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 8184 manat 29 qəpik, tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 8209 manat 29 qəpik pul tutulsun. İş materiallarında olan 02 noyabr 2023-cü il tarixli 8İ-6286 nömrəli icra qeydinin surətindən görünür ki, Bakı şəhəri 19 saylı notariat ofisinin xüsusi notariusu X11 “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən təklif etmişdir ki, Cavabdeh MMC-nin xeyrinə "xxxx" MMC-dən ********* nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 11397 manat 93 qəpik, tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 11422 manat 93 qəpik pul tutulsun. İş materiallarında olan 27 fevral 2023-cü il tarixli 8İ-1681 nömrəli icra qeydinin surətindən görünür ki, Bakı şəhəri 38 saylı notariat ofisinin xüsusi notariusu X12 “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən təklif etmişdir ki, Cavabdeh MMC-nin xeyrinə "xxxx" MMC-dən ********* nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 23602 manat 81 qəpik, tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 23627 manat 81 qəpik pul tutulsun. İş materiallarında olan 8 oktyabr 2021-ci il tarixli 8İ-4396 nömrəli icra qeydinin surətindən görünür ki, Bakı şəhəri 3 saylı notariat ofisinin xüsusi notariusu X16 “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən təklif etmişdir ki, Cavabdeh MMC-nin xeyrinə “X14” MMC-dən ********* nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 26233 manat 77 qəpik, tələbkar tərəfindən ödənilmiş 20 manat 00 qəpik məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 26253 manat 77 qəpik pul tutulsun. İş materiallarında olan Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2732/2023 saylı 04 sentyabr 2023-cü il tarixli qiyabi qətnaməsindən müəyyən edilir ki, cavabdeh "xxxx" MMCdən mobil cihazların dəyərinə görə 17.745 manat borcun, mobil cihazın dəyərinin ödənilməməsinə görə 257,25 manat cərimənin, abunə haqqı olan 8.965,98 manat borcun, rabitə xidmətlərinə görə 29.625,54 manat haqqın, vəkil xidmətlərinə görə xərclərin əvəzi olaraq 120 manat məbləğində pul vəsaiti və mediasiya xərclərinin əvəzi olaraq 400 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı Cavabdeh MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin Daxili və İnformasiya Təhlükəsizliyi İdarəsinin rəhbəri Samiq Seyidov adına Bakcell Korporativ satış şöbəsinin, Yeni müştərilərin cəlb olunması üzrə bölmə rəhbəri İddiaçı tərəfindən verilmiş 11 may 2023-cü il tarixli izahatdan görünür ki, o, 2010-cu ildən bakcell şirkətində əlaqə mərkəzində operator vəzifəsində iş fəaliyyətinə başlamışdır. 2014-cü ildən Bakcell Korporativ satış şöbəsinin, satış meneceri vəzifəsində çalışmağa başlamış, 2020-ci ildən bu günə kimi Müştərilərin cəlb olunması üzrə bölmə rəhbəri vəzifəsində iş fəaliyyətini davam etdirir. Rəhbərlik etdiyi bölmədə müxtəlif dövrlərdə 2-4 nəfər əməkdaş çalışmışdır. Vəzifə öhdəliklərinə əsasən, şirkətlərin cəlb olunması müxtəlif yollarla həyata keçirilir, məsələn: şəxsi tanışlıq, internet portallar üzərindən, mailto:business@bakcell.comElektron ünvan 3 və mailto:info@bakcell.comElektron ünvan 4 elektron poçt ünvanları üzərindən daxil olan müraciətlər əsasında, rəhbər şəxslər tərəfindən yönləndirilən şirkətlərin cəlb olunması, eləcə də rəqib şirkətlərdən (əsasən Azercell-dən) müştərilərin cəlb olunması və mütəmadi olaraq keçirilən sərgilər zamanı müştərilərin cəlb olunması prosesi mənim və rəhbərlik etdiyim bölmənin əməkdaşları tərəfindən həyata keçirilir. Eyni zamanda dövlət qurumları tərəfindən keçirilən tender proseslərində də iştirak edirlər. Cəlb olunan şirkətlərlə sorğulanan nömrə sayına görə görüşlər təyin olunur (çoxlu sayda nömrə tələbatı olduğu halda, o şirkətlərə daha çox üstünlük verilir) və danışıq zamanı görüşün yeri təyin olunur. Görüş yeri əsasən cəlb olunan şirkətin təklif etdiyi məkanlarda baş tutur, çox zaman cəlb olunan şirkətlərin ofislərində görüş təyin edilir. Şirkətlər cəlb olunduğu zaman, cəlb olunan şirkət tərəfindən təqdim olunan sənədlər-məlumatlar müqavilədə əks olunur. Təqdim olunan məlumatların daimi olaraq hər hansı bir vəzifəyə təhkim olunmuş şəxs tərəfindən deyil, vergi sistemində məlumatları qeyd edilmiş qanuni təmsilçi, müdir və yaxud istənilən şəxsdən qəbul oluna bilər. Qanuni təmsilçi və müdir barədə məlumatlar vergi sisteminin portalında əks olunur və asanlıqla yoxlamaq mümkündür. Digər şəxslər tərəfindən təqdim olunan sənədlərin və eləcə də məlumatların düzgünlüyünü, eləcə də cəlb olunan şirkət tərəfindən təqdim olunan məlumatların-sənədlərin dürüstlüyünü dəqiqliklə yoxlamaq üçün müvafiq resurslar mövcud deyildir. Qoşulan şirkətin növündən asılı olaraq, fiziki sahibkar və hüquqi şəxs olaraq qeydiyyat olunur. Fiziki şəxs adından bəlli olduğu əsasən 1 şəxs olaraq fəaliyyət göstərir, əsasən fəalliyyət sahəsi iaşə obyektləri, kənd təsərrüfatları məhsulları ilə məşğul olan sahibkarlardır. Hüquqi şəxslər isə nizamnamə kapitalına malik, eləcə hüquqi sənədlər toplusu ilə qeydiyyat olunmuş şirkətlər sayılır. Qoşulan şirkətin fəaliyyətini araşdırmaq üçün görüş zamanı qarşı tərəfə şirkətin fəaliyyətinə dair, işçi sayına, iş saatlarına, xidmət sahəsinə,birgə çalışdığı digər şirkətlərin və yaxud şəxslər barədə məlumat sorğulanır. Eləcə də cəlb olunan şirkət və yaxud şəxs barəsində tövsiyyə xarakterli məlumatlar verə biləcək şəxslər və ya şirkətlər barədə də məlumatlar toplanır, cəlb olunan şirkətlər barədə məlumatlar toplanaraq, cəlb edən əməkdaş tərəfindən müqavilə blankında müvafiq qeydlər aparılır və məlumatlar ECM sistemdə yerləşdirilir. 2022-ci il ərzində rüblük ortalama satış hədəfi şirkət sayına görə 45 şirkət, 1450 nömrə, 100 000 manat məbləğində ödəniş təşkil edir. Qoşulan şirkətlərə mobil cihazların satışı xüsusi hallarda həyata keçirilir. Satış sahəsi üzrə şəxsi təcrübəsinə əsaslanaraq, rəhbərlik etdiyi bölmənin əməkdaşlarına cəlb olunan şirkətlərə mobil cihazların satışı zamanı, tanımadıqları-fəaliyyətində əmin olmadıqları şirkətlərə qəti şəkildə mobil cihazların satışını həyata keçirməməklə bağlı dəfələrlə şifahi göstərişlər vermişdir. Cəlb olunan şirkətə mobil cihazların satılması ilə bağlı məlumatlar ECM sistem üzərindən daxil olur və orada təqdim olunan cihaz və şirkət barədə müvafiq məlumatlar əks olunur. Ecm sistem üzərindən Daxil olan məlumatları nəzərdən keçirib, razılıq və yaxud müəyyən qane etməyən səbəblər olduğuna görə imtina edir. Yeni prosedura əsasən, şirkət cəlb olunub, qoşulduqdan sonra 6 ay müddətində qüsursuz iş birliyi olduğu halda, mobil cihazların satışına icazə verilir. Köhnə prosedura əsasən (2018-2022-ci ilin yay aylarına qədər) cəlb olunan şirkətlərə mobil cihazların təqdim olunmasına dair hər hansı bir kriteriya və yaxud qadağa yox idi. İş materiallarında olan "xxxx" MMC-nin Daxili və İnformasiya Təhlükəsizliyi İdarəsinin rəhbəri Samiq Seyidov adına Bakcell Korporativ satış şöbəsinin, kiçik və orta biznes və dövlət strukturları ilə iş üzrə mütəxəssisi İslam Bababəyov tərəfindən verilmiş 09 iyun 2023-cü il tarixli izahatdan görünür ki, cəlb olunan şirkətlər barədə təqdim olunan məlumatlardan əlavə məlumatlar toplanılmır və İ.Bababəyov tərəfindən müqavilə blankında müvafiq qeydlər aparıb ECM sistemdə yerləşdirir. ECM üzərindən bütün təqsirlərdən keçəndən sonra tərəflərindən imzalanmış müqavilə kuryer şirkətə imza üçün göndərilir. Aylıq ödənişlərdə gecikmə yoxdursa və PartPay/FullPay ödəniş növü olan şirkətlərə sorğu əsasında mobil və internet cihazlar verilir. Şirkət qoşulduqdan 3 ay sonra mobil cihaz təqdim edilir. İş materiallarında olan "xxxx" MMC-nin Daxili və İnformasiya Təhlükəsizliyi İdarəsinin rəhbəri Samiq Seyidov adına Bakcell Korporativ satış şöbəsinin rəhbəri X13 tərəfindən verilmiş 17 may 2023-cü il tarixli izahatdan görünür ki, cəlb olunan şirkətlər tərəfindən sorğulanan nömrə sayına əsasən, şirkət barədə müxtəlif məlumatlar sorğulanmalıdır. Məsələn, şirkətin fəaliyyət növü, işçi sayı, qoşulan nömrələrə görə ödəniş növü (fullpay, partpay, paybysubs) və şirkətin yerləşdiyi əraziyə (ofisə) baxış keçirildikdən sonra vizual dəyərləndirmə aparılmalıdır. Qoşulan şirkət tərəfindən təqdim olunan sənədlərə əsasən müqavilə tərtib olunur, şirkəti cəlb edən əməkdaş və onun bölmə rəhbəri ilk öncə müqaviləni imzaladıqdan sonra sənədlər ECM sisteminə (qeyd olunan sistem 2021-ci ilin sentyabr ayından istifadəyə verilib) yüklənir, sistem üzərindən əməkdaşın bölmə rəhbəri təsdiqlədikdən sonra ona yönəldilir. O da öz növbəsində müqaviləni nəzərdən keçirib, uyğunsuzluq aşkar olunmadıqda, növbəti yoxlama mərhələsinə - kredit nəzarət bölməsinə yönləndirir. Kredit nəzarət bölməsi tərəfindən prosedur üzrə yoxlanışlar aparıldıqdan sonra, müqavilənin imzalanması üçün ona təhkim olunur. Tərəflərindən qoşulan nömrələr üzrə fullpay və partpay nömrələrə daha çox üstünlük verilir. Belə ki, son statistikaya əsasən (2022-ci il üzrə), qoşulan şirkətlərin 70% üzəri partpay nömrələrin payına düşür. Qoşulan şirkətlərə mobil cihazların satışı köhnə prosedura (2018-2022-ci ilin noyabr aylarını əhatə edir) əsasən, qoşulan şirkətin vergi sistemində qeydiyyatı 6 aydan çox olmalıdır. Yeni prosedura əsasən (2023-cü ilin yanvar ayından qüvvəyə minib) qoşulan şirkətlərə mobil telefonların satışı, qoşulan şirkətin vergi sistemində qeydiyyatı və Bakcell MO ilə əməkdaşlığı 6 aydan yuxarı olmalıdır, şirkətin balansında olan nömrələrin 80%-i "xxxx" ödəniş növü ilə qeydiyyat olunmalıdır. Şirkətin vergi sistemində qeydiyyatı, vergi borcları və digər bu kimi məsələlər kredit nəzarət bölməsi tərəfindən yoxlanılır. Əlavə suallar yarandıqda və yaxud şirkətin fəaliyyətinə dair şübhə doğuran məqamlar olduqda, şirkət ilə əlaqə saxlanılır və yaxud ECM sistem üzərində şirkətin yoxlanılması üçün əlavə olaraq Fraud managment və yaxud Təhlükəsizlik əməkdaşlarına müraciət olunur. Şirkətin fəaliyyətində yaranmış boşluqlar və yaxud maliyyə çatışmazlıqları ilə bağlı məlumatlar ilkin olaraq kredit- nəzarət bölməsi tərəfindən təqdim olunur. Alınan məlumatlar əsasında rəhbərlik etdiyi şöbənin bölmə rəhbərlərinə yaranmış çətinliklə bağlı ilkin məlumat yönləndirilir. Şirkətin faəliyyətində yaranmış ciddi pozuntularla bağlı, birbaşa şirkəti cəlb edən əməkdaşla fərdi söhbət aparıb, şirkətin fəaliyyətini araşdırıb, mövzü ilə bağlı addımların atılması mexanizmi tərtib olunur. Əməkdaşlıq olunan şirkət ilə bağlı yaranmış çətinliyin aradan qaldırılmasında heç bir nailiyyət əldə olunmadığı təqdirdə kredit-nəzarət bölməsi mövcüd vəziyyət ilə bağlı məlumatlandırılır və prosedura əsasən, müvafiq addımlar atılır. Eyni zamanda şəxsi təşəbbüsü əsasında şübhə doğuran qeyri-sağlam şirkətlər barəsində məlumat “Biznesə dəstək” bölməsinə məlumat verilir və şirkətlərə göstərilən xidmətlərin dayandırılması tapşırığı verilir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layigli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 16-cı maddəsi). Azərbaycan Respublikasının Əmək Məcəlləsinin vəzifələri və prinsipləri arasında (bundan sonra ismin müvafiq hallarında «Əmək Məcəlləsi») əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipi müəyyən edilmişdir. Əmək münasibətləri yazılı formada əmək müqaviləsi bağlandıqda yaranır. (7-ci maddə). Məcəllənin işəgötürənin əsas hüquqlarının arasında Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək və Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüququ təsbit olunmuşdur. (11-ci maddə) Əmək Məcəlləsinin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır. (46-cı maddə) Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 72-ci maddəsinə əsasən aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Həmin Məcəllənin 71.2-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı 10 yanvar 2011-ci il tarixdə Cavabdeh MMC-də Kommersiya Departamentində Müştəri Xidmətləri Şöbəsinin Məlumat Mərkəzi bölməsində X10 vəzifəsinə işə qəbul olunmuş, 2014-cü ilədək Cavabdeh MMC-də bir neçə vəzifədə işləmiş, 03 fevral 2014-cü il tarixli 1211/4 saylı əmək müqaviləsi bağlanaraq, iddiaçı “Korporativ satış şöbəsinin satış meneceri” vəzifəsinə işə qəbul edilmişdir. Tərəflər arasında imzalanmış əmək müqaviləsinə dəyişiklik edilməsi haqqında xx.xx.2020-ci il tarixli razılığa əsasən, iddiaçı “Satış idarəsində B2B müştəriləri qruplarının cəlb olunması üzrə menecer” vəzifəsinə keçirilmişdir. Cavabdeh MMC-nin xx.xx.2023 tarixli, B062–T–23 №-li Əmrinə əsasən Cavabdeh MMCnin “B2B müştəri qruplarının cəlb olunması üzrə bölmə rəhbəri” İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 03 fevral 2014-cu il tarixli, 1211/4 №-li əmək müqaviləsi 06 dekabr 2023-cü il tarixində Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. Əmrə əsasən Cavabdeh MMC-yə xidmət göstərən "xxxx" MMC-nin Daxili və İnformasiya Təhlükəsizliyi İdarəsi tərəfindən aparılmış təftişin nəticələri üzrə hazırlanmış arayışa əsasən, Cavabdeh MMC-nin B2B Satış şöbəsinin əməkdaşları tərəfindən bir sıra hallarda korporativ abunəçilərin cəlb edilərək onların istifadəsinə mobil nömrələrin ayrılması və həmin abunəçilərə mobil cihazların kreditlə satılması zamanı qüvvədə olan siyasət və prosedur tələbləri pozulmuşdur. Araşdırma nəticəsinə əsasən adıçəkilən müəssisələr Cavabdeh MMC tərəfindən göstərilən mobil rabitə xidmətlərinin və onlara kreditlə satılmış mobil telefonların dəyərini ödəməməklə Cavabdeh MMC-yə 139216,0 manat ziyan vurulmuşdur. Əmrdə qeyd edilmişdir ki, iddiaçı bölmə rəhbəri kimi Cavabdeh MMC tərəfindən təsdiq edilmiş “Müştəri kreditlərinin idarəedilməsi” Siyasətinin tələblərini, “Mobil aparatların və planşetlərin korporativ müştərilərə kredit ilə satışı” prosedurunu pozmuş və nəticədə şirkətə 139216,0 manat ziyan dəymişdir. xx.xx.2023-cü ildə iddiaçıdan ilk dəfə izahat alınmışdır. Daha sonra xx.xx.2023 tarixində ikinci izahat alınmışdır. Mülki işdə olan izahatların məzmunundan görünür ki, iddiaçıya iş proseduru, şirkətlər barədə sual verilmiş, onunla əmək müqaviləsinin ləğv edilməsi barədə məlumat verilməmiş, bununla bağlı izahat alınmamışdır. Həmçinin müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçı ilə əmək müqaviləsinin ləğv edilməsinə əsas hesab etdiyi pozuntulara görə digər işçilərə - Cavabdeh MMC-nin B2B Satış Departamentinin mütəxəssisi X3 “sonuncu xəbərdarlıqla şiddətli töhmət”, Cavabdeh MMC-nin B2B Satış Departamentinin mütəxəssisi X4 “sonuncu xəbərdarlıqla şiddətli töhmət” verilmişdir. Həmçinin müəyyən edilmişdir ki, Mobil Aparatların/planşetlərin Korporativ müştərilərə Kredit ilə satışına dair sənədin şirkət tərəfindən müəyyən edilmiş "xxxx" adlanan 5-ci bəndində qeyd edilmişdir ki, Şirkətin müəyyənləşdirilməsi müraciət məktubu əsasında aparılaraq, xidmətin aktivləşməsi yalnız Risk və Kredit nəzarəti qrupun təsdiqindən sonra edilə bilər. 6.4-cü bəndə əsasən Korporativ satış şöbəsinin agenti mobil aparatların kreditlə satışı xidmətinin göstərilməsi təsdiqini yalnız Risk və kredit nəzarəti üzrə qrup tərəfindən elektron poçt vasitəsilə aldıqdan sonra proseduru yerinə yetirə bilər. 6.10-cu bəndə əsasən Korporativ müştəri tərəfindən mobil aparatların 12, 18 ay ərzində vaxtında ödənilməsinin nəzarətinə görə Risklər üzrə qrup məsuliyyət daşıyır. Bununla yanaşı mülki işdə olan notariat icra qeydləri və qətnamələrin surətindən görünür ki, cavabdehin maddi zərəri ilə bağlı müvafiq icra sənədləri verilmiş, qətnamələr qəbul edilmişdir. Beləliklə, məhkəmə mülki işdə olan sübutları qiymətləndirib, işin faktiki hallarını və əmək qanunvericiliyinin tələblərini nəzərə alaraq belə qənaətə gəlir ki, cavabdeh tərəfindən iddiaçı iıə bağlanmış əmək müqaviləsinin 06 dekabr 2023-cü il tarixində Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsi əsassız olmaqla yanaşı əmək qanunvericiliyə zidd olmuşdur. Belə ki, əmrə əsasən, Cavabdeh MMC-yə xidmət göstərən "xxxx" MMC-nin Daxili və İnformasiya Təhlükəsizliyi İdarəsi tərəfindən aparılmış təftişin nəticələri üzrə hazırlanmış arayışda əsasən, Cavabdeh MMC-nin B2B Satış şöbəsinin əməkdaşları tərəfindən bir sıra hallarda korporativ abunəçilərin cəlb edilərək onların istifadəsinə mobil nömrələrin ayrılması və həmin abunəçilərə mobil cihazların kreditlə satılması zamanı qüvvədə olan siyasət və prosedur tələblərinin pozulması göstərilsə də, işdə olan sübutlarla təsdiq edimişdir ki, korporativ abunəçilərin cəlb edilərək onların istifadəsinə mobil nömrələrin ayrılması və həmin abunəçilərə mobil cihazların kreditlə satılması ilə bağlı xidmətin göstərilməsi yalnız Risk və Kredit nəzarəti qrupun təsdiqindən sonra edilə bilər. Yəni iddiaçı ilə əmək müqaviləsinin ləğv edilməsinə əsas olan pozuntularla bağlı iddiaçı məsuliyyət daşıyan şəxs kimi müəyyən edilməmiş, həmin məsələ ilə bağlı son qərarın qəbul edilməsi Risk və Kredit nəzarəti qrupuna həvalə edilmişdir. Qeyd edilənlərə əsasanaraq məhkəmə belə qənaətə gəlir ki, cavabdeh iddiaçı tərəfindən qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulduğu, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olduğu ilə bağlı mötəbər sübutları məhkəməyə təqdim etmədiyindən iddia tələbləri əsaslı olduğu üçün təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q ə t e t d i:

İddia təmin olunsun. İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə Cavabdeh MMC-nin 04 dekabr 2023cü il tarixli B062-T-23 nömrəli əmri ləğv edilsin. İddiaçı Cavabdeh MMC-nin “B2B müştəri qruplarının cəlb olunması üzrə bölmə rəhbəri” vəzifəsinə bərpa edilsin. İddiaçı məcburi iş buraxmaya görə 04 dekabr 2023-cü il tarixdən işə faktiki bərpa ediləcəyi vaxtadək əmək haqqı və digər ödənişlər (mükafat kimi ödəniləcək pul vəsaitləri – bonuslar) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar