Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2627/2021 15.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bənədəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh5 iştirakı ilə, İddiaçı Cavabdeh5 və qeyrilərinə qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və onun ailə üzvləri xx.xx.2014-cü il təvəllüdlü X14, xx.xx.2016-cı il təvəllüdlü X10, xx.xx.2018-ci il təvəllüdlü X11, Cavabdeh3; Cavabdeh5 və onun ailə üzvləri xx.xx.2008-ci il təvəllüdlü X12, xx.xx.2006-cı il təvəllüdlü X7; X1, Cavabdeh1 və ailə üzvü xx.xx.2011-ci il təvəllüdlü X4 ünvan 1 ünvanında yerləşən mənzilə istifadə hüquqlarının itirilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2020-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Cavabdeh5 və onun ailə üzvləri xx.xx.2008-ci il təvəllüdlü X12, xx.xx.2006-cı il təvəllüdlü X2 ünvan 2 ünvanında yerləşən mənzilə istifadə hüquqlarının itirilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin mülkiyyətçisidir, həmin ev xx.xx.2014-cü ildə bacısı X13 tərəfindən ona bağışlanmışdır, xx.xx.2014-cü il tarixdən etibarən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışa əsasən iddiaçının xüsusi mülkiyyətindədir, cavabdehlər onun qardaşıdır, qardaşı ailə üzvləri ilə birgə 2004-cü ildən başqa ünvanda yaşayır, onlar həmin evdə formal olaraq qeydiyyatdadırlar və orada yaşamırlar, bu hal da onun mülkiyyət hüquqlarını pozur, onların yerinə kommunal xərclər ödəməyə səbəb olur. Z.Əsgərov həmçinin izahatında bildirdi ki, mübahisəli mənzil Cavabdeh5 tərəfindən 1994-cı ildə alqı-satqı müqaviləsi əsasında alınmış, o, həmin mənzili 2004-cü bacısı Gülgəzə bağışlayaraq həmin mənzildən çıxaraq başqa ünvana köçmüşdür, sonuncu isə 2014-cü il tarixdə iddiaçıya bağışlanmışdır. Sonda Vəkil iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh5 iddia tələbini qəbul etməyərək öz izahatında bildirdi ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin mülkiyyətçisi 15-16 il əvvələ qədər o olmuşdur, sonra ondan həmin evi böyük bacısı Gülgəzin adına rəsmiləşdirilməsini ondan xahiş etmişlər, o da buna öz növbəsində etiraz etməmiş və evi böyük bacısı Gülgəzin mülkiyyətinə keçirmişdir, bu hadisə 15-16 il əvvəl baş tutmuşdur, o, həmin evi 2004-cü ildə bacısına bağışlamışdır, 3-4 il əvvəl isə ev bağışlama müqaviləsi ilə Sevdanın mülkiyyətinə verilməklə onun adına rəsmiləşdirilmişdir, o və ailə üzvləri hal hazırda da həmin mübahisəli evdə qeydiyyatdır, özü 15 ildən çoxdur ki, kirayədə yaşayır, o, bacılarıdır deyə yaxşılıq etmiş, evi onların adına rəsmiləşdirmiş, indi isə onlar onu və ailə üzvlərini evdən çıxartmaq niyyətindədirlər, bunun səbəbi isə həmin evlərin plana düşməsi və buna görə dövlət tərəfindən həmin səbəblə pul ayrılmasıdır, ona görə də onu və ailə üzvlərini qeydiyyatdan çıxarmaq istəyir, dövlətin onlara verəcəyi pulun hamısının özlərinə qalmasını və ona pay düşməməsini, istəyirlər, o, onun və uşaqlarının orada qeydiyyatda olmasını istəyir. Sonda, Cavabdeh5 iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Belinski küçəsindəki 45 nömrəli ö/t Cavabdeh5 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 148 saylı reyestr kitabında, 21963-cü səhifədə, 30/16383 saylı qeydə alma nömrəsi ilə, xx.xx.1994-cü il tarixində qeydiyyat aparılmışdır. İş materiallarında olan xx.xx.2014-cü il tarixli “daşınmaz əmlakın bağışlanması” müqaviləsinin notariat qaydasında təsdiq olunmuş surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi onun mülkiyyətçisi X8 tərəfindən İddiaçı bağışlanmışdır, həmin müqavilə notariat qaydasında təsdiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı, xx.xx.2014-cü il tarixli çıxarışın notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri Xətai rayonu, Y.Əliyev küçəsi, ev 12 “E” tam mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 285 nömrəli reyestr kitabının 26589 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin xx.xx.2020-ci il tarixli, ******* saylı “Yaşayış yeri üzrə qeydiyyat” haqqında Arayışından görünür ki, X16 ünvan 4 ünvanda qeydiyyatda olan digər şəxslər Cavabdeh2, X14, X10, X11, Cavabdeh3, X12, X7, Cavabdeh5, X17, X1, Cavabdeh1, X15, X5r. İş materiallarında olan xx.xx.2014-cü il tarixli, reyestrdə 4Ə-3295 nömrə ilə qeydə alınmış daşınmaz əmlakın bağışlanması müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin ona məxsus hissədən tam hissə, 30.1 kv/m, 1 otaq X13 tərəfindən İddiaçı bağışlanmışdır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur, mübahisəli mənzil müqaviləsi əsasında Cavabdeh5 tərəfindən 2004-cü ildə bacısı X6, sonuncu isə xx.xx.2014-cü il tarixli müqavilə əsasında İddiaçı bağışlanmışdır, cavabdehlər iddiaçının ailə üzvləri hesab olunmurlar, cavabdeh ailə üzvləri ilə birlikdə 2004-cü ildə könüllü olaraq mənzildən çıxmaqla basqa ünvanda yaşamaq üçün qərarlaşmışdır, mübahisəli mənzil bacısı tərəfindən iddiaçya bağışlanmışdır və hazırda onun həmin mənzilə qayıdaraq orada yaşamaq niyyətində deyil və cavabdehə görə ailə üzvləri ilə birlikdə mübahisəli mənzildə qeydiyyatda olmaları ona ancaq müvafiq arayışların alınması və mənzil sökülərkən onun üçün də kompensasiya gözləntisinin olmasından ibarətdir, qeyd edilənlər işin mübahisəsiz hallarıdır. Bununla belə, cavabdehin istifadə hüququna xitam verilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, Cavabdeh5 dəlillərinə münasibətdə qeyd edir ki, Cavabdeh5 mübahisəli mənzildən istifadə hüququ 1994-cü ildə yaransa da, o mənzili bağışlamaqla ailə üzvləri ilə birlikdə 2004-cü ildə könüllü olaraq mənzildən çıxaraq basqa ünvanda yaşamaq üçün qərarlaşmış, onun həmin mənzildə yaşamaq niyyətində yoxdur, mübahisəli mənzildə qeydiyyatda olmalarının ona ancaq müvafiq arayışların alınması və mənzil sökülərkən onun üçün də kompensasiya gözləntisinin olmasından ibarətdir və hazırda mübahisəli mənzil mülkiyyət hüququ əsasında digər bacısı olan iddiaçıya məxsusdur və onun ailə üzvləri deyildir ki, bu hallar da Cavabdeh5 və onun ailə üzvlərinin mübahisəli mənzilə mülkiyyət hüququ ilə yanaşı, mənzilə ehtiyacının olmaması ilə istifadə hüququnun da itirilməsini şərtlədirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddia tələbi iklə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Konstitusiyanın 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən, istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair x xxxxxxx 2013-cü il Qərarı ilə formalaşdırdığı hüquqi mövqeyinə görə mülkiyyətçinin keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququnun saxlanılması müddətinin (davamlılığının) müəyyənləşdirilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxaraq, Mənzil Məcəlləsi hər bir halda müvafiq yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvlərinin həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanılması üçün həqiqətən də əsasların olub-olmamasının yoxlanılmasının vacibliyini nəzərdə tutur, həmin şəxslərin istifadədə olan yaşayış sahəsindən çıxarılması isə yalnız işin hüquqi əhəmiyyət kəsb edən bütün hallarının məhkəmə tərəfindən yoxlanılmasından sonra mümkündür. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh və onun ailə üzvlərinin qeydiyyatda olduğu ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci maddəsinə görə ekspertizanın keçirilməsi ilə bağlı çəkilən xərc məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh5, xx.xx.2006-cı il təvəllüdlü X7 və xx.xx.2008-ci il təvəllüdlü X3 ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-2627/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2627/2021
15.03.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver