Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2736/2022 13.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişlər ki, o, ixtisasca həkim stomatoloqdur. 02 noyabr 2019-cu il tarixli, 84 nömrəli əmrlə ünvan 1 ünvanında yerləşən Cavabdehndə “Köməkçi stomatoloq” vəzifəsinə təyin edilmişdir və onunla həmin tarixdə əmək müqaviləsi bağlanmışdır. Əmək müqavilsinə əsasən Əmək müqaviləsinin növü müddətsiz əmək müqaviləsidir. Əməyin ödənilmə forması vaxtamuzdddur. Əmək haqqı işdən çıxarıldığı günədək 340 manat müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixində Cavabdeh MMC-nin yeni direktoru X5 təyin edilmişdir. Yeni direktor təyin olunan Vəfa xanım ondan və digər işçilərdən ərizə yazıb işdən çıxmağı tələb etmişdir. 17 yanvar 2022-ci il tarixində onun səhhətində problem yaranmış və o, xəstəxanda yatmışdır. xx.xx.2022-ci il tarixədək işə gələ bilməmiş və buna görə ona Əmək qabiliyyətinin olmaması barədə vərəqə verilmişdir. 31 yanvar 2022-ci il tarixdə işə çıxmış və yeni direktor ona işə gəlməməyini bildirmişdir. Bunun sabahısı günü, yəni xx.xx.2022-ci il tarixli, 152 nömrəli Əmrlə onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən işdən azad edilməyinə qərar verilmişdir. Bundan sonra işə buraxılmamış və ona əmək kitabçası təqdim edilmişdir. X3 mediatorluğunda mediasiya sessiyasında iştirak etmişdir. Lakin cavabdehlə barışmaq mümkün olmadığına görə tam mediasiya sessiyasına keçməyə razı olmamışdır. Buna görə ona xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Hesab edir ki, Cavabdeh MMC-nin direktoru Vəfa Əliyevanın xx.xx.2022-ci il tarixli, 152 saylı əmri qanunsuz və əsassız olduğundan ləğv edilməli və əmək hüquqları təmin edilməlidir. İddiaçı onunla bağlanmış əmək müqavilsinə xitam verilməsi haqqında Cavabdeh MMCnin direktorunun xx.xx.2022-ci il tarixli, 152 saylı Əmrinin ləğv edilməsi və əvvəlki iş yerinə bərpa olunması, Cavabdeh MMC-nin direktorunun qanunsuz əmri nəticəsində məcburi iş buraxma müddəti üçün əmək haqqının həmçinin istifadə olunmamış məzuniyyət haqqlarının hesablanıb cavabdeh tərəfindən iddiaçıya ödənilməsi barədə, iddiaçının hüquqlarının müdafiəsi üçün vəkilə ödədiyi 500 manat hüquqi yardım haqqının və 50 manat mediasiya xərcinin cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh MMC-nin təsisçisi və qanuni təmsilçisi X4 iddiaya etiraz edərək, izahatında bildirmişdir ki, İddiaçı “Stomatologiya” ixtisası üzrə sertifikiasiya imtahanından keçməmişdir. Bu səbəbdən İddiaçı sertifikasiyadan keçməyən işçi hesab olunmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-1-ci maddəsinin dördüncü bəndinə əsasən sertifikasiyadan qanunvericiliyə uyğun olaraq keçməyən işçilərin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir. İddiaçı 6 ay müddətində iş yeri saxlanılmaqla peşə hazırlığı keçərək, təkrar sertifikasiya olunmaq üçün Sertifikasiya Şöbəsinə müraciət etmədiyindən işdən azad edilmişdir. Qeyd olunanları nəzərə alaraq iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh MMC ilə İddiaçı arasında xx.xx.2019-cu il tarixdə bağlanmış əmək müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh MMC-də köməkçi stomatoloq vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin xx.xx.2019-cu il tarixli əmrinin surətindən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdən Cavabdeh MMC-də köməkçi stomatoloq vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin xx.xx.2021-ci il tarixli əmrindən görünür ki, İddiaçı Əmək Məcəlləsinin 67.1-ci maddəsinin 4–cü bəndinə əsasən sertifikasiya imtahanından keçmədiyi üçün 06 ay müddətində iş yeri saxlamaq şərti ilə növbəti sertifikasiya imtahanından keçənə qədər tibbi fəaliyyəti dayandırılmışdır. İş materiallarında olan Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli 152 saylı əmrinin surətindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70 (c) maddəsinə əsasən xitam verilmişdir. İş materiallarında olan əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2022ci il tarixdə 152 nömrəli əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70 (c) bəndinə əsasən Cavabdeh MMC-nin köməkçi stomatoloq vəzifəsindən azad edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli hüquqi yardımın göstərilməsi haqqında müqavilədən və mədaxil qəbzindən görünür ki, İddiaçı hüquqi yardıma görə 500 manat məbləğində pul ödəmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən verilmiş xx/xx-2145 nömrəli xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, həmin məktubla nazirlik Cavabdeh MMC-nin rəhbərliyinə məlumat verərək, bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə “Stomatologiya” ixtisası üzrə sertifikasiya imtahanı keçirilib. Həkim-stomatoloq İddiaçı 31 bal toplamış və keçid balının 40 (test tapşırıqları hissəsi üzrə) olduğunu nəzərə alaraq onun topladığı bal sayı qeyri-məqbul hesab edilmişdir. Bu səbəbdən İddiaçı sertifikasiyadan keçməyən işçi hesab olunur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-1-ci maddəsinin dördüncü bəndinə əsasən sertifikasiyadan qanunvericiliyə uyğun olaraq keçməyən işçilərin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir. Qeyd olunanları nəzərə alaraq İddiaçı 6 ay müddətində iş yeri saxlanılmaqla peşə hazırlığı keçərək, təkrar sertifikasiya olunmaq üçün Sertifikasiya Şöbəsinə müraciət etməlidir. İş materiallarından görünür ki, İddiaçı 2021-ci ilin avqust ayından 2022-ci ilin fevral ayına qədər əmək haqqı hesablanmışdır. İş materiallarında olan əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, İddiaçı xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixədək işdən azad edilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin xx.xx.2021-ci il tarixli əmrindən görünür ki, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunun 48-ci maddəsinə uyğun olaraq VVhite X1 şöbəsinin tibb bacısı (qardaşı) İddiaçı “Müasir keramik restavrasiyalar” üzrə ixtisasartırma kursu keçmək üçün xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixdək ADHTİ göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Mülki işdə olan sübutlarla təsdiq edilir ki, İddiaçı “Stomatologiya” ixtisası üzrə sertifikasiya imtahanından topladığı bal sayı qeyri-məqbul hesab edildiyindən Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun olaraq 6 ay müddətində iş yeri saxlanılmaqla peşə hazırlığı keçərək, təkrar sertifikasiya olunmaq üçün sertifikasiya imtahanından keçənə qədər tibbi fəaliyyəti dayandırılmışdır. 6 ay müddətində növbəti dəfə sertifikasiya imtahanı vermədiyi üçün xx.xx.2022-ci il tarixdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə müvafiq əmrlə xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70 (c) maddəsinə əsasən (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə) xitam verilmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, həmin vaxdan məhkəmənin baxış iclasına qədər keçən müddət ərzində də iddiaçı sertifikasiya imtahanını verməmişdir. Məhkəmə mülki işdə olan sübutlara qiymət verib, yuxarıda göstərilən əmək qanunvericiliyinin tələblərini nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçı ilə əmək münasibətlərinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulmasına yol verilmədiyindən iddia tələbi təmin edilməməlidir. Məhkəmə eyni zamanda iddianın məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barəsində digər iddia tələbini araşdıraraq hesab edir ki, iddia bu hissədə də rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci bəndinə əsasən, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddianın məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barəsində hissəsi törəmə hüquq münasibəti olmaqla, “əmrin ləğv edilməsi və işə bərpa” tələbindən irəli gəlir. Buna görə də məhkəmə hesab edir ki, iddianın “əmrin ləğv edilməsi və işə bərpa” barəsində hissəsi rədd edilməli olduğundan, işə bərpa edilməli olmayan iddiaçının iş buraxması məcburi hesab edilə bilməz və ona məcburi işburaxmaya görə əmək haqqı ödənilə bilməz. Odur ki, iddianın məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barəsində hissəsi də rədd edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbləri rədd edildiyinə görə “iddiaçının hüquqlarının müdafiəsi üçün vəkilə ödədiyi 500 manat hüquqi yardım haqqı və 50 manat mediasiya xərci də iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddiaçının hüquqlarının müdafiəsi üçün vəkilə ödədiyi 500 manat hüquqi yardım haqqı və 50 manat mediasiya xərci İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:İlahə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-2736/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2736/2022
13.06.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver