Məhkəmə qərarları › İş №e-2(011)-278/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-278/2025

11.02.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-278/2025 11.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynova Nuranə Rafiq qızının katibliyi ilə İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, Cavabdeh8 və digərlərinə qarşı fərdi yaşayış evindən çıxarılmaları, torpaq sahəsi və fərdi yaşayış evinin cavabdehlərin hesabına boşaldılması ilə torpaq sahəsi və fərdi yaşayış evinin istifadəyə verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏNETDİ: İddia ərizəsində qeyd edilən işin halları:

1. Tərəflər arasında imzalanmış və Bakı şəhəri 53 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən 4Ə-2398 reyestr nömrəsi ilə qeydə alınmış AN–İ № ******* olan “daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 167A, Yeni qaydalarla: AZ1026, Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 295 ünvanında yerləşən ümumi sahəsi 0.45 ha torpaq sahəsi və üzərində inşa edilmiş 356.5 kv/m-dan ibarət fərdi yaşayış evini İddiaçı MMC-yə dəyəri tam ödənilməklə satmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən İddiaçı MMC-yə verilmiş xx.xx.2022-ci il tarixli, ********** dövlət qeydiyyat nömrəli Çıxarışa əsasən qeyd edilən daşınmaz əmlakın (torpaq sahəsi və fərdi yaşayış evinin) xüsusi mülkiyyətçisidir. Bununla belə İddiaçı MMC-nin xüsusi mülkiyyətində olan torpaq sahəsi və fərdi yaşayış evi ilə bağlı müvafiq daxili lizinq müqavilələri bağlanmağına baxmayaraq cavabdehlər həmin müqavilə üzrə üzərilərinə düşən öhdəliklərini icra etməyərək bu öhdəliklərə etinadsız yanaşaraq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 748-cimaddənin tələbləri ilə yanaşı İddiaçı MMC-nin konstitusion hüquqlarını kobud şəkildə pozmuşdur. Hesab edirlər ki, cavabdehlərin İddiaçı MMC-yə qarşı etdiyi qanunsuzluqlarının qarşısı alınmalı, onların iddiaçının xüsusi mülkiyyətində olan fərdi yaşayış evi və torpaq sahəsindən çıxarılması və fərdi yaşayış evi və torpaq sahəsinin cavabdehlərin hesabına boşaldılması ilə fərdi yaşayış evi və torpaq sahəsinin iddiaçının əməli istifadəsinə verilməsi barədə qətnamə qəbul edilməlidir.

İddiaçının tələbi:

2. Cavabdehlər Cavabdeh2, Cavabdeh4, Temirov X8, Cavabdeh1 və digərlərinin İddiaçı MMC-nin xüsusi mülkiyyətimdə olan Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 167A, Yeni qaydalarla: AZ1026, Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 295 ünvanında yerləşən ümumi sahəsi 0.45 ha torpaq sahəsi və üzərində inşa edilmiş 356.5 kv/m-dan ibarət fərdi yaşayış evindən çıxarılmaları, torpaq sahəsi və fərdi yaşayış evinin cavabdehlərin hesabına boşaldılması ilə torpaq sahəsi və fərdi yaşayış evinin "xxxx" MMCnin əməli istifadəsinə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, Cavabdeh8 və digərlərinin İddiaçı MMC-nin xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 167A, Yeni qaydalarla: AZ1026, Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 295 ünvanında yerləşən ümumi sahəsi 0.45 ha torpaq sahəsi və üzərində inşa edilmiş 356.5 kv/m-dan ibarət fərdi yaşayış evindən çıxarılmaları, torpaq sahəsi və fərdi yaşayış evinin cavabdehlərin hesabına boşaldılması ilə torpaq sahəsi və fərdi yaşayış evinin "xxxx" MMC-nin əməli istifadəsinə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. xx.xx.2025-ci il tarixdə İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə məhkəməyə əriəz ilə müraciət edərək iddia ərizəsinin xahiş edirəm hissəsində torpaq sahəsinin 0.045 kimi nəzərə alınmasını xahiş etmişdir.

Cavabdehin etirazı:

5. Cavabdeh3 və Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil2 iddia tələbinə yazılı etiraz ünvanlayaraq qeyd etmişdir ki, hazırki iş üzrə iddiaçı "xxxx" MMC tərəfindən sonuncu redaksiyada məhkəməyə təqdim edilmiş iddia ərizəsində cavabdehlər Cavabdeh2, Cavabdeh4 Muğırşah oğlunun, Temirov X4, X1, Cavabdeh7 və Cavabdeh8 İddiaçı MMC-nin xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 167A, Yeni qaydalarla: AZ1026, Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 295 ünvanında yerləşən ümumi sahəsi 0.45 ha torpaq sahəsi və üzərində inşa edilmiş 356.5 kv/m-dan ibarət fərdi yaşayış evindən çıxarılmaları, torpaq sahəsi və fərdi yaşayış evinin cavabdehlərin hesabına boşaldılması ilə torpaq sahəsi və fərdi yaşayış evinin "xxxx" MMC-nin əməli istifadəsinə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qeyd etmək istəyir ki, o hazırki iş üzrə yalnız cavabdehlərdən Temirov X4 və X1 nümayəndəsi - vəkilidir. Hazırki iddiaya etirazıda MPMnin 154-cü maddəsinin tələblərinə əsasən məhz həmin cavabdehlərin adından məhkəməyə ünvanlayır. İlk növbədə məhkəmənin diqqətinə çatdırır ki, məhkəməyə DİN-nin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsindən göndərilmiş 18 noyabr 2024-cü il tarixli arayış məlumatından görünür iş üzrə cavabdehlərdən Temirov X8 və onun yetkinlik yaşına çatmamış iki övladları xx.xx.2007-ci il təvəllüdlü Cavabdeh7 və xx.xx.2010-cu il təvəllüdlü Cavabdeh8 Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 167A (Yeni qaydalarla: AZ1026, Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 295) ünvanında rəsmi pasport qeydiyyatları vardır. Yəni həmin cavabdehlərin qeyd edilən ünvana rəsmi yaşayış və istifadə hüquqları vardır. Həmin cavabdehlərin hazırda məhkəmə qaydasında göstərilən ünvana istifadə hüquqlarına xitam verilmədən qeyd edilən ünvandan məhkəmə qaydasında çıxarılmalarının tələb edilməsi yolverilməzdir. Ona görə də, həmin hissədə ümumiyyətlə hazırki iddiaçının iddiası təmin edilə bilməz və bu hissədə iddianın təmin olunmasına etiraz edilir. Belə ki, Mülki Məcəllənin 228.4-cü maddəsinə əsasən, yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Hazırda iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi rəsmi sübutlardan, yəni iddiaçı təşkilatla cavabdehlərdən biri olan Cavabdeh2 arasında mübahisəli ünvan üzrə bağlanmış 29 avqust 2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin 13-cü bəndinə əsasən, yalnız həmin müqaviləyə görə satıcı Cavabdeh2 mübahisəli evdən xx.xx.2022-ci il tarixinədək qeydiyyatdan çıxmasına dair iddiaçı qarşısında öhdəlik götürmüş və hazırda məhkəməyə təqdim edilmiş rəsmi arayış və sübutlardan görünür ki, həmin cavabdeh artıq mübahisəli evdə pasport qeydiyyatında deyildir. Ona görə də, hazırda həmin alqı-satqı müqaviləsi üzrə cavabdehlərdən Temirov X8 ümumiyyətlə nə pasport qeydiyyatından çıxmaq nədəki evi tərk etmək barədə iddiaçı qarşısında rəsmi öhdəlik götürmədiyinə görə, həmin cavabdehə və onun yetkinlik yaşına çatmamış iki övladlarına (xx.xx.2007-ci il təvəllüdlü Cavabdeh7 və xx.xx.2010-cu il təvəllüdlü Cavabdeh8) qarşı hazırki iddia tələblərinin irəli sürülməsi yolverilməzdir. Belə bir iddia məhkəmədə təmin edilə bilməz. Bundan başqa iddiaçının hazırda öz iddiasını əsaslandırmaq üçün istinad etdiyi iddiaçı təşkilatla cavabdehlərdən biri olan Cavabdeh2 arasında mübahisəli ünvan üzrə bağlanmış 29 avqust 2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin 4-cü bəndinin şərtindən müəyyən edilir ki, iddiaçı həmin mübahisəli evi vaxtilə məhz cavabdehlərdən biri olan Temirov X6 lizinqə vermək üçün almışdır. Məhz iddiaçı təşkilat öz iddia ərizəsinin əsaslandırma hissəsində qeyd etmişdir ki, İddiaçı MMC-nin xüsusi mülkiyyətində olan torpaq sahəsi və fərdi yaşayış evi ilə bağlı müvafiq daxili lizinq müqavilələrinin bağlanmasına baxmayaraq, cavabdehlər həmin müqavilə üzrə üzərilərinə düşən öhdəliklərini icra etməyərək bu öhdəliklərə etinadsız yanaşaraq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 748-cimaddənin tələbləri ilə yanaşı İddiaçı MMC-nin konstitusion hüquqlarını kobud şəkildə pozmuşdur. Lakin həmin pozuntunun nədə ifadə olunması və bu hallara dair məhkəməyə bu günə kimi heç bir rəsmi sübut təqdim edilməmişdir. Xüsusi olaraq qeyd etmək istəyir ki, hazırki mülki iş 10 iyul 2024-cü il tarixindən icraatda olmasına, dəfələrlə məhkəmə hazırlıq iclaslarının təxirə salınmasına və məhkəmə tərəfindən dəfələrlə iddiaçı təşkilatın məhkəmə iclasında təmsil olunan nümayəndəsindən həmin pozuntuların nədən ibarət olmasına dair sübutları tələb edilməsinə baxmayaraq, məhkəməyə iddiaçı təşkilat tərəfindən məhz cavabdehlərin lizinq müqavilələri üzrə öz üzərlərinə düşən öhdəliklərin icra edilməməsinə dair heç bir rəsmi sübut təqdim edilməmişdir. Ona görə də, hesab edir ki, hazırda onun təmsil etdiyi cavabdehlərə qarşı ümumiyyətlə bu natamam sübutlar əsasında məhkəmədə iddiaçı təşkilat tərəfindən irəli sürülmüş bu əsassız iddia təmin edilə bilməz. Göstərilənlərə əsasən, hazırda cavabdehlərdən Temirov X4 (onun yetkinlik yaşına çatmamış iki övladları xx.xx.2007-ci il təvəllüdlü Cavabdeh7 və xx.xx.2010-cu il təvəllüdlü Cavabdeh8da daxil olmaqla) və X1 nümayəndəsi -vəkili olaraq, həmin cavabdehlərə qarşı irəli sürülmüş iddia tələbini qəbul etmirlər və iddianın bu cavabdehlərə münasibətdə yuxarıda gətirdiyi əsaslara görə rədd edilməsini məhkəmədən xahiş etmişdir.

İşdə iştirak edən şəxslərin izahatları:

6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddia tələbini müdafiə edərək, müvafiq sənədlərin məhkəməyə təqdim edildiyini, həmin əmlakın müdafiə etdiyi şəxsin mülkiyyətində olduğunu, qeyd edilən şəxslərin həmin ünvanda qeydiyyatda olması və yaşamasının onun hüquqlarını pozduğunu nəzərərə alaraq cavabdeh şəxslərin onun mülkiyyətində fərdi yaşayış evindən çıxarılmaları, torpaq sahəsi və fərdi yaşayış evinin cavabdehlərin hesabına boşaldılması ilə torpaq sahəsi və fərdi yaşayış evinin iddiaçının əməli istifadəsinə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. O iddia tələbinin qeydiyyatda olanlarla faktiki yaşayanlarla bağlı olduğunu bildirmişdir.

7. Cavabdeh3 və Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil2 məhkəməyə ərizə ilə müraciət edərək 21 yanvar 2025-ci il tarixində açıq ürək əməliyyatı keçirdiyini, hal-hazırda əmək qabiliyyətli deyil və həkimlər bu ayın sonuna kimi işə çıxmağa ona icazə vermirlər. Odur ki, göstərdiyi əsaslara görə 11 fevral 2025-ci il tarixinə təyin edilmiş məhkəmə iclasının fevral ayının sonuna və ya mart ayının əvvəlinə kimi təxirə salınmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

8. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:

9. xx.xx.2022-ci il tarixli, AN-İ № ******* saylı “Daşınmaz əmlakın alqı-satqısı müqaviləsi”nə əsasən, Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 295 ünvanında yerləşən, ümumi sahəsi 356.5 kv/m olan fərdi yaşayış evinin tam mülkiyyət üzrə on(lar)a məxsus hissəsini "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 167A, Yeni qaydalarla: AZ1026, Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 295 ünvanında yerləşən ümumi sahəsi 0.045 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə on(lar)a məxsus hissəsini "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə satmışdır.

10. xx.xx.2022-ci il tarixli ərizəyə əsasən Cavabdeh5 Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, ev 167A (Yeni qaydalarla: Bakı şəhəri, Nobel prospekti, 389) ünvanında yerləşən ümumi sahəsi 356.5 kv.m olan fərdi yaşayış evi və mülkiyyətində olan 0.045 ha torpaq sahəsinin satılmasına etiraz etmir.

11. xx.xx.2022-ci il tarixli ərizəyə əsasən Cavabdeh6 Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, ev 167A (Yeni qaydalarla: AZ 1026, Bakı şəhəri, Nobel prospekti, 389) ünvanında yerləşən ümumi sahəsi 356.5 kv.m olan fərdi yaşayış evi və mülkiyyətində olan 0.045 ha torpaq sahəsinin satılmasına etiraz etmir.

12. xx.xx.2022-ci il tarixli ərizəyə əsasən Cavabdeh3 Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, ev 167A (Yeni qaydalarla: AZ 1026, Bakı şəhəri, Nobel prospekti, 389) ünvanında yerləşən ümumi sahəsi 356.5 kv.m olan fərdi yaşayış evinin satılmasına etiraz etmir.

13. xx.xx.2022-ci il tarixli ərizəyə əsasən Cavabdeh4 Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, ev 167A (Yeni qaydalarla: AZ 1026, Bakı şəhəri, Nobel prospekti, 389) ünvanında yerləşən ümumi sahəsi 356.5 kv.m olan fərdi yaşayış evi və mülkiyyətində olan 0.045 ha torpaq sahəsinin satılmasına etiraz etmir.

14. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Publik Hüquqi Şəxsi xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 167A, Yeni qaydalarla: AZ1026, Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 295 ünvanı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adına qeydiyyata alınmışdır.

15. xx.xx.2022-ci il tarixli, AN-İ № ******* saylı “Daşınmaz əmlakın alqı-satqısı müqaviləsi”nə əsasən Cavabdeh4 ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 95 kv/m, yaşayış sahəsi 57.8 kv/m yardımçı sahə 37.2 kv/m olan 3 otaqlı fərdi yaşayış evinin tam mülkiyyət üzrə on(lar)a məxsus hissəsini İddiaçınə, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0.0283 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə on(lar)a məxsus hissəsini İddiaçınə satmışdır.

16. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Publik Hüquqi Şəxsi xx.xx.2022-ci il tarixdə ünvan 3 ünvanı İddiaçı adına qeydiyyata alınmışdır.

17. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışa əsasən, ünvan 3 ünvanında Cavabdeh4, Cavabdeh1 qeydiyyatdadırlar.

18. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Publik Hüquqi Şəxsi xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 167A, Yeni qaydalarla: AZ1026, Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 295 ünvanı İddiaçı adına qeydiyyata alınmışdır.

19. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 18/2-33017/24 saylı məktubuna əsasən Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, ev 167A (Yeni qaydalarla ünvan 4 ünvanında xx.xx.1979-cu il təvəllüdlü Cavabdeh3, xx.xx.2007-ci il təvəllüdlü Cavabdeh7, xx.xx.2010-cu il təvəllüdlü Cavabdeh8 yaşayış yeri üzrə qeydiyyatdadır.

20. Mülki iş materiallarına əlavə edilmiş digər sənədlər.

Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikasının Konstitusiyası: 29.İ. Hər kəsin mülkiyyət hüququ vardır. 29.İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 29.İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 29.İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. 43.İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. 43.İİ. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür.

22. İnsan hüquq və azadlıqları haqqında Avropa Konvensiyasına 1 saylı Əlavə Protokol:

1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi (AR MM): 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

24. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikasının Qanunu:

1. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər.

9. Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 9.5. yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında;

25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (AR MPM): 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 49.1. Öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. 49.2. On altı yaşı olan yetkinlik yaşına çatmamış şəxs tam fəaliyyət qabiliyyətli elan edildiyi halda (emansipasiya) o, məhkəmədə şəxsən öz hüquq və vəzifələrini həyata keçirə bilər. 49.3. Yetkinlik yaşına çatmayan on dörd yaşından on səkkiz yaşınadək şəxslərin, habelə məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafeləri məhkəmədə onların qanuni nümayəndələri tərəfindən qorunur. Lakin məhkəmə yetkinlik yaşına çatmayanların və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin özlərini bu işlərdə iştirak etməyə cəlb edə bilər. 49.4. On dörd yaşınadək yetkinlik yaşına çatmayanların, habelə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafelərini məhkəmədə onların qanuni nümayəndələri qoruyurlar. 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarı.

27. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il Qərarı.

Məhkəmənin mövqeyi:

28. Məhkəmə tərəflərin izahatını, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir.

29. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il Qərarında qeyd edilir ki, AR MPM-də hakimin təşəbbüsü minimuma endirilmiş, ekspertiza təyin olunması istisna olmaqla, hakimə öz təşəbbüsü ilə sübutlar toplamaq səlahiyyəti verilməmişdir. Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır. Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir. (§27)

30. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. (§27)

31. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. (§26)

32. İddia tələbindən göründüyü kimi, hazırki mübahisə iddiaçının mülkiyyətində olan daşınmaz əmlakda cavabdehlərin çıxarılması, cavabdehlərin hesabına boşaldılması və iddiaçının əməli istifadəsinə verilməsi ilə bağlıdır. İddia tələbindən də göründüyü kimi hazırkı iş mülkiyyət hüququnun maneəsiz həyata keçirilməsi ilə bağlıdır.

33. Qanunvericilikdə «mülkiyyət hüququ»nun anlayşı MM-in 152.1-ci maddəsində verilir. Bu maddəyə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

33. İşin mübahisəsiz hallarından görünür ki, xx.xx.2022-ci il tarixli, AN-İ № ******* saylı “Daşınmaz əmlakın alqı-satqısı müqaviləsi”-nə əsasən, Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 295 ünvanında yerləşən, ümumi sahəsi 356.5 kv/m olan fərdi yaşayış evinin tam mülkiyyət üzrə, Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 167A (Yeni qaydalarla: AZ1026, Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 295) ünvanında yerləşən ümumi sahəsi 0.045 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsini "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə satmışdır. (§9) Eyni zamanda, xx.xx.2022-ci il tarixində Cavabdeh5, xx.xx.2022-ci il tarixində isə Cavabdeh6, Cavabdeh3 və Cavabdeh4 ərizə ilə Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, ev 167A (Yeni qaydalarla: Bakı şəhəri, Nobel prospekti, 389) ünvanında yerləşən ümumi sahəsi 356.5 kv.m olan fərdi yaşayış evi və mülkiyyətində olan 0.045 ha torpaq sahəsinin satılmasına etiraz etmədiklərini bildirmişdirlər. (§10,§11,§12,§13) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışa əsasən, ünvan 3 ünvanında Cavabdeh4, Cavabdeh1 qeydiyyatdadırlar. (§17) Arayışdan da göründüyü Cavabdeh4 və Cavabdeh1 ümumiyyətlə mübahisəli əmlakda qeydiyyatda deyillər.

34. Məhkəmə qeyd edir ki, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

35. Eyni zamanda məhkəmə hesab edir ki, mülkiyyətçinin mülkiyyət hüququnu tam və sərbəst şəkildə həyata keçirməsinə maneələr yaratması səbəbindən bu qətnamə qanuni qüvvəyə mindikdən sonra cavabdehlər Cavabdeh3, Cavabdeh7, Cavabdeh8 Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, ev 167A (Yeni qaydalarla ünvan 4 ünvanından çıxarılması üçün əsasdır. Həmçinin iddiaçı məhkəmədən digər şəxslərin də qeyd edilən ünvandan çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia tələbini bu hissədə əsaslı hesab etmir belə ki, cavabdehlərin dairəsi iddiaçı tərəfindən konkret müəyyənləşdirilməlidir.

36. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, xx.xx.1979-cu il təvəllüdlü Cavabdeh3, xx.xx.2007-ci il təvəllüdlü Cavabdeh7, xx.xx.2010-cu il təvəllüdlü Cavabdeh8 Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, ev 167A (Yeni qaydalarla ünvan 4 ünvanında yaşayış yeri üzrə qeydiyyatda qalmaqda davam edirlər. (§18) Məhəkəm iddia tələbini Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, ev 167A (Yeni qaydalarla ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 0.045 ha torpaq sahəsi və üzərində inşa edilmiş 356.5 kv/m-dan fərdi yaşayış evindən cavabdehlər xx.xx.2007-ci il təvəllüdlü Cavabdeh7, xx.xx.2010-cu il təvəllüdlü Cavabdeh8 münasibətdə əsaslı hesab etmir. Belə ki, cavabdehlər yetkinlik yaşına çatmadıqlarından iddia tələbi cavabdeh qismində onlara münasibətdə təmin edilə bilməz. Lakin məhkəmə qeyd edir ki, MM-nin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır sayılır. İddia tələbi onların valideyinə münasibətdə təmin edildiyindən onların yaşayış yeri valideynləri ilə eyni yer olmalıdır.

37. Məhkəmə iddia tələbini “torpaq sahəsi və fərdi yaşayış evinin "xxxx" MMC-nin əməli istifadəsinə verilməli” hissəsini qeyri-dəqiqlik olması səbəbindən təmin etmir.

38. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 İddiaçı MMC-nin xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 167A, Yeni qaydalarla: AZ1026, Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 295 ünvanında yerləşən ümumi sahəsi 0.045 ha torpaq sahəsi və üzərində inşa edilmiş 356.5 kv/m-dan ibarət fərdi yaşayış evindən çıxarılmalı, torpaq sahəsi və fərdi yaşayış evinin cavabdehlərin hesabına boşaldılmalıdır.

39. İddia tələbi qalan hissədə təmin edilməməlidir.

Məhkəmə xərcləri:

40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq onlara ödənilməsini tələb etmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

41. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏT ETDİ:

1. İddia tələbi qismən təmin edilsin.

2. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 İddiaçı MMC-nin xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 167A, Yeni qaydalarla: AZ1026, Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 295 ünvanında yerləşən ümumi sahəsi 0.045 ha torpaq sahəsi və üzərində inşa edilmiş 356.5 kv/m-dan ibarət fərdi yaşayış evindən çıxarılsın, torpaq sahəsi və fərdi yaşayış evinin cavabdehlərin hesabına boşaldılsın.

3. İddia qalan hissədə təmin edilməsin.

4. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar