Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2810/2024 06.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının, onun vəkili və nümayəndəsi Nümayəndə, Cavabdehlər X2, onun vəkili və nümayəndəsi Vəkil2 və Cavabdeh2 iştirakı ilə, İddiaçı (bundan sonra - İddiaçı) Cavabdeh1 və Cavabdeh2 qarşı (bundan sonra ayrıayrılıqda cavaddeh, birlikdə cavabdehlər) “mənzildən çıxarılma” tələbi barədə Cavabdeh1 İddiaçı qarşı “çıxarışın ləğv edilməsi barədə” iddialarına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin faktiki halları:
1. ünvan 2, 34 saylı evin 180 saylı mənzilə (yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi 12, M7, m 2) (bundan sonra – Mənzil) dair "xxxx" X5 ilə X6 arasında xx.xx.2021-ci il tarixdə “Kooperativ mənzil tikintisi haqqında” 651159 saylı müqavilə bağlanmış və Ədibə Qənbərovanın Mənzilə dair mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır.
2. 22.02.2022-ci il tarixdə Mənzilə dair Ədibə Qənbərova (satıcı-mülkiyyətçi), "xxxx" ASC (ipoteka saxlayan) və X3 (alıcı-ipoteka qoyan) arasında alqı-satqı və ipoteka müqaviləsi bağlanmış və Seyfi Abdullayev Mənzilə dair mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Həmçinin, Seyfi Abdullayevlə "xxxx" ASC ilə Seyfi Abdullayev arasında xx.xx.2023-cü il tarixdə “Kredit götürən şəxslər üçün həyat sığortası müqaviləsi bağlanmışdır.
3. Seyfi Abdullayev Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həyata keçirilən antiterror əməliyyatı zamanı xx.xx.2023-cü il tarixdə şəhid olmuşdur.
4. İddiaçı Seyfi Abdullayevin atasıdır, onun şəhid olmasından sonra anası Şövqiyyə Abdullayeva notarial qaydada ərizə verərək ona çatası miras paydan iddiaçının xeyrinə itmina etmişdir. Bundan sonra, 4 saylı Bakı “ASAN xidmət” mərkəzinin xüsusi notariusu tərəfindən xx.xx.2023-cü il tarixdə (2V-1070 nömrə ilə reyestrdə qeydə alınmış V-544/2023 nömrəli vərəsəlik işi) iddiaçıya qanunun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnaməyə əsasən Seyfi Abdullayevin vərəsəsinin iddiaçı, miras əmlakın isə Mənzildən ibarət olması qeyd edilmişdir. İddiaçının Mənzilə dair mülkiyyət hüququ xx.xx.2024-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.
5. Həmçinin, xx.xx.2023-cü il tarixdə (2V-1071 nömrə ilə reyestrdə qeydə alınmış V-544/2023 nömrəli vərəsəlik işi) qanunun üzrə vərəsəlik hüququ haqqında ikinci şəhadətnamə verilmiş, həmin şəhadətnamədə də Seyfi Abdullayevin yeganə vərəsəsinın iddiaçı, miras əmlakın isə ünvan 1 ünvanda yerləşən fərdi yaşayaış evinin və mülkiyyətində olan torqaq sahəsindən ibarət olması qeyd edilmişdir.
6. Bundan başqa, "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli müraciəti əsasında Mənzilə dair yüklülük ləğv edilmiş, cavabdehin isə istifadə hüququnun qeydə alınması barədə məlumat aşkar edilməmişdir (AR İN yanında ƏMDX DƏDKR publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin 3-21-3-30/2-13292/2024 saylı məktubu).
7. Cavabdehlər, həmçinin Cavabdeh1 azyaşlı övladı X7 ilə birlikdə iddiaçıya məxsus Mənzildə yaşayırlar və orada pasport qeydiyyatındadırlar.
8. Cavabdeh1 iddiaçıya qarşı “çıxarışın ləğv edilməsi barədə” iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmiş, sonradan Cavabdeh1 vəsatəti ilə iş həmin Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Xətai Rayon Məhkəməsinin icratında olan, hazırkı 2(011)-2810/2024 saylı mülki işə birləşdirilmişdir.
İddiaçının iddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddiaçının iddia ərizəsinin dəlilləri
9. İddiaçı Cavabdeh1 azyaşlı övladı xx.xx.2016-cı il təvəllüdlü X7 ilə birlikdə ona məxsus Mənzildən çıxarılmaları barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
10. İddiaçının vəkili və nümayəndəsi sonradan iddia ərizəsinin həcminin artırılması barədə ərizə təqdim edərək cavabehləri və xx.xx.2016-cı il təvəllüdlü X4 ona məxsus Mənzildən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, oğlu Seyfi Abdullayev xx.xx.2023-cü il tarixdə şəhid olmuşdur. Bundan sonra həmin oğluna məxsus Mənzil vərəsəlik qaydasında ona keçmiş və mülkiyyət hüququ xx.xx.2024-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. Çıxarışı aldıqdan sonra Mənzilə gəldikdə orada başqa şəxslərin yaşadığını görmüşdür. Həmin şəxs Mənzilin ona məxsus olmasını bildirərək və heç bir məlumat verməyərək onu Mənzilə buraxmadı. O, Mənzildə kimlərin qeydiyyatda olması barədə məlumat almaq üçün “ASAN xidmət” məkzəindən yaşayış yeri barədə arayış aldıqdan sonra məlum oldu ki, Mənzildə Cavabdeh1 və onun azyaşlı övladı Sona Eyvazona yaşayır. Cavabdeh1 qeydiyyatda olmasını əsas gətirərək Mənzilin ona məxsus olmasını bildirir. Sonradan məlum olmuşdur ki, digər Cavabdeh2 da Mənzildə yaşayır.
b) Cavabdehlərin iddia ərizəsinə etirazının dəlilləri:
6. Cavabdehlər iddia ərizəsinə etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişlər.
Cavabdeh1 iddia ərizəsinin və ona etirazın dəlilləri:
c) Cavabdeh1 iddia ərizəsinin dəlilləri
12. Cavabdeh1 iddiaçının Mənzilə dair xx.xx.2024-cü il tarixli, **********97-05301- 093164 saylı reyestr nömrəsi və ********** nömrəli çıxarışın ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
13. Cavabdeh1 iddia ərizəsində qeyd etmişdir ki, Seyfi Abdullayevlə faktiki olaraq 3 il faktiki ailə-nikah münasibətlərində olmuş, bir yerdə yaşamış, birgə təsərrüfat aparmış və bir-birlərinə qayğıkeşlikləi olmuşdur. Seyfi Abdullayevlə ailə münasibətlərində olarkən xx.xx.2021-ci il tarixdə vəfat etmiş mərhum anası X1 miras Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən fərdi yaşyış evində qalmışlar, bir müddət sonra isə daha yaxın bir yerdə yaşamaq məqsədilə həmin evi 56000 manata sataraq, mübahisəli Mənzili "xxxx" ASC-dən götürdükləri ipoteka hesabına almışlar. Mübahisəli Mənzili almaq üçün tələb olunan 29000 manat ilkin ödənişi o, mərhum anasından qalmış evi satılmasından əldə edilmiş pulun hesabına ödəmişdir, çünki həmin məbləğdə pul Seyfidə yox idi. Aylıq ödənişləri də çox vaxt özü ödəyirdi. Daha sonra, yenə də atası, qızı və o, yeni aldıqları mənzildə birlikdə yaşamağa davam etmişlər. İpoteka müqaviləsi Seyfinin adına olduğu üçün Mənzilin çıxarışı da onun adına tərtib olundu. Lakin o, atası və qızı həmin Mənzilə qeydiyyata alınmışlar, hələ də həmin evdə yaşayırlar və qeydiyyatdadırlar. Həmin Mənzil alınarkən “Qala Sığorta” şirkəti ilə “Həyat sığortası” barədə müqavilə bağlanmışdır. “Həyat sığortası” müqaviləsinə əsasən sığorta olunanın istənilən səbəbdən ölümü halında sığorta şirkəti banka olan borcu ödəyir. Həmin mənzilə dair ipoteka borcu “Qala Sığorta” şirkəti tərəfindən "xxxx" ASC-yə tam ödənilmişdiur və Mənzilin heç bir yüklülüyü yoxdur. Faktiki ailə-nikah münasibətlərində olduğu Seyfi Abdullayev xx.xx.2023-cü il tarixdə Xankəndi yaxınlığında antiterror əməliyyatı nəticəsində həlak olmuşdur. Seyfi ondan başqa heç kiminlə ailə qurmamışdır. Birgə aldıqları mənzili adına keçirmək üçün faktiki nikah münasibətlərində olma faktının müəyyən edilməsi barədə məhkəməyə müraciət etmiş, ancaq məhkəmə prosesi zamanı öyrənmişdir ki, iddiaçı Mənzilə dir çıxarış almışdır. Həmin çıxarış ləğv edilməlidir, çünki Mənzil tam olaraq onun vəsaiti hesabına alınmışdır.
d) İddiaçının Cavabdeh1 iddia ərizəsinə etirazının dəlilləri:
7. Cavabdehlər iddia ərizəsinə etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişlər.
Məhkəmə iclasında verilən izahatlar:
8. İddiaçının vəkili və nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələblərinin təmin edilməsini, Günel Eyvazoanın isə iddiasının rədd edilməsini xahiş etdi.
9. Cavabdeh1, onun vəkili və nümayəndəsi (həmçinin yazılı şəkildə məhkəmə çıxışında göstərməklə) iddiaçının iddia əriaəzsinin rədd edilməsi, Cavabdeh1 iddiasının təmin edilməsini xahiş etdilər.
10. Digər Cavabdeh2 iddiaçının iddia əriaəzsinin rədd edilməsini xahiş etdi
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Konstitusiyası:
11. Maddə 29 İ hissə. Hər kəsin mülkiyyət hüququ vardır.
12. Maddə 29 İV hissə. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
13. Maddə 43 İ hissə. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
14. Maddə 43 İİ hissə. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür.
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
15. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
16. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
17. Maddə 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
18. Maddə 157.4 Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
19. Maddə 1.4. Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır.
20. Maddə 2.3. Nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır.
21. Maddə 9.1. Nikah müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin, bu Məcəllənin 13.3-cü maddəsinə uyğun olaraq, tibbi müayinədən keçdiklərini təsdiq edən arayış əlavə edilməklə, bu barədə ərizə verdikləri gündən 1 ay sonra onların iştirakı ilə bağlanır.
22. Maddə 9.4. Ər-arvadın hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır.
23. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
24. Maddə 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: a. 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); b. 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
25. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
28. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
29. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
30. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi.
31. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
İşə baxan məhkəmənin mövqeyi:
32. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını və iddia ərizələrinin dəlillərini nəzərdən keçirərək, hesab edir ki, iddiaçının iddia tələbi əsaslı, cavabdeh Günel Eyvazovnanın iddiası isə əsassızdır.
33. Məhkəmə əvvəlcə iddiaçının iddiası ilə bağlı bildirir ki, Mənzilin iddiaçının oğlu Seyfi Abdullayevin mülkiyyətində olması, onun şəhid olmasından sonra vərəsəlik qaydasında iddiaçının mülkiyyətinə keçməsi və Mənzilin mülkiyyət hüququnun iddiaçıya məxsus olması mübahisəsiz hallarıdır.
34. Yuxarıda qeyd edilən AR Konstitusiyasının müddəaları və beynəlxalq hüquq normaları mülkiyyət hüququnun ən üstün hüquq olaraq qorunmasını tələb edir və həmin müddəalarda yalnız xüsusi hallarda və qanunla müəyyən edilmiş qaydada, habelə dövlətin təhlükəsizliyi və ya cəmiyyətin maraqlarının qorunması məqsədilə mülkiyyət hüququnun məhdudlaşdırılması, yaxud ondan məhrum edilməsi nəzərdə tutulmuşdur.
35. İddiaçı tərəfindən qaldırılan mübahisə üzrə qeyd edilən halların hər hansı birinin mövcudluğu, yaxud bu mübahisə üzrə Cavabdeh1 mülkiyyət, yaxud başqa hüquqlarının pozulması məhkəmə araşdırması zamanı müəyyən edilmədi. Bu halda, iddiaçı mülkiyyətində olan Mənzilə dair hazırkı iddia ilə məhkəməyə müraciət edərək cavabdehlərin Mənzildən çıxarılması ilə əmlakını tələb etməkdə haqlıdır.
36. Mülki Məcəllənin 157.2-ci maddəsində mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edilməsinin hüquqi əsasları göstərilmişdir.
37. Qeyd edilən müddəanın mənasından göründüyü kimi, mülkiyyətçinin (əmlak hüquqlarına malik olan sahibin) öz əmlakını özgəsinin qanunsuz sahibliyindən geri tələb etməsi üçün aşağıdakı dispozitiv şərtlərin olması vacibdir: 1) əmlakın mülkiyyətçiyə məxsus olması; 2) əmlakın başqa şəxsin sahibliyində olması və 3) həmin şəxsin sahibliyinin qanunsuz olması. Yalnız hər üç dispozitiv şərtin birlikdə mövcud olması mülkiyyətçiyə (qanuni sahibə) MM-nin 157-ci maddəsində nəzərdə tutulan iddianı irəli sürməsyə imkan verir.
38. Mənzilin mülkiyyətçisinin iddiaçı olması işin yuxarıda da qeyd edildiyi kimi işin mübahisəsiz halıdır (iddiaçının mülkiyyət hüququ xx.xx.2024-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır).
39. Mənzilin cavabdehlərin sahibliyində olması da məhkəmə baxışı zamanı müəyyən edilmişdir. Belə ki, cavadehlər məhkəmə iclaslarında hazırda da Mənzildə yaşadıqlarını bildirmişlər. Hətta, Cavabdeh1 Mənzilin dəyərinin onun tərəfindən ödənildiyini və ona məxsus olmasını iddia edirək oradan çıxmayacağını məhkəmədə bildirmişdir.
40. Mənzilin cavabdehlərin sahibliyində qanunsuz olması ilə bağlı məhkəmə qeyd edir ki, işin mübahisəsiz halıdır ki, cavabdehlərin Mənzilə dair hər hansı hüququnun olmasına dair işdə heç bir sübut mövcud deyil. Mənzilə dair mülkiyyət hüququ Seyfi Abdullayevə, daha sonra isə vərəsəliklə keçərək iddiaçıya məxsusdur. Cavabdeh1 Seyfi Abdullayevlə nikahda olması barədə sübutlar isə məhkəməyə təqdimm edilməmişdir.
41. Beləliklə, işin şərh edilən halları MM-nin 157.2-ci maddəsində əks olunmuş hər üç dispozitiv şərtin mövcud olmasını təsdiq edir. Odur ki, iddiaçının təmin edilməli və cavabdehlər (həmçinin, azyaşlı Sona Eyvazova) mübahisəli Mənzildən çıxarılmalıdırlar.
42. Məhkəmə Günül Eyvazovanın iddiası ilə bağlı hesab edir ki, onun iddiaçıya qarşı Mənzilə dair verilmiş çıxarışın ləğv edilməsi barədə iddia irəli sürmək üçün subyektiv hüququ yoxdur.
43. Belə ki, Günül Eyvazova iddiasının əsaslılığı üçün iki dəlil irəli sürür. Onun birincisi dəlili ondan ibarətdir ki, Seyfi Abdullayevlə faktiki nikah münasibətlərində olmuş və birgə təsərrüfüt apardıqlarından onun Mənzil üzərində birgə mülkiyyət hüququ var; ikinci dəlili isə ondan ibarətdir ki, Mənzilin həm ilkin ödənişi, həm də aylıq ödənişlərinin çox hissəsi onun tərəfindən ödənilmişdir.
44. Məhkəmə Cavabdeh1 birinci dəlili ilə bağlı qeyd edir ki, Ailə Məcəlləsi nikah və ailə münasibətlərinin hüquqi kontekstdə tənzimlənməsini nikahın yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanması ilə şərtləndirir. Buna görə də Ailə Məcəlləsinin 9.4-cü maddəsi ər-arvadın hüquq və vəzifələrinin yaranmasını yalnız nikahın bağlanmasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alındığı gündən yarandığını müəyyən etmişdir. O cümlədən, Ailə Məcəlləsi ər-arvadın əmlak hüquqlarının da yaranmasını hər hansı faktiki ailə münasibətlərinin deyil (həmçinin dini qaydada bağlanmış kəbin əsasında), yalnız qanuni tələblərə əməl edilməklə bağlanmış nikahın mövcudluğundan asılı etmişdir.
45. Ər-arvadın bir-birinə münasibətdə əldə olunmuş daşınar və daşınmaz əmlakın onların birgə əmlak hesab edilməsi üçün qanunda üç başlıca hüquqi əsas nəzərdə tutulmuşdur: 1) tərəflərin birgə nikahda olmaları; 2) əmlakın nikah müddətində əldə olunması və 3) əmlakın ər-arvadın birgə qazancları hesabına əldə olunması. Qeyd edilən şərtlərin hər üçünün də birlikdə mövcud olması ər-arvadın bir-birinə münasibətdə birgə mülkiyyət hüquqlarına malik olmasını şərtləndirir.
46. Göründüyü kimi, birinci hüquqi əsas tərəflərin nikaha daxil olmaları (nikah bağlamaları) ilə şərtləndirilmişdir. Lakin nəzərə alınmalıdır ki, bu nikah faktiki, yaxud qanunla tanınmayan əsaslara dayanmamalı, yalnız qanunun müəyyən etdiyi qaydalara əməl edilməklə bağlanaraq dövlətin müvafiq səlahiyyətli orqanları tərəfindən təsdiq edilməlidir. Cavabdeh1 ilə mənzilin əvvəlki mülkiyyətçisi olmuş Seyfi Abdullayev arasında qanunla müəyyən qaydada nikahın bağlanmaması işin mübahisəsiz halıdır. Bu fakt Cavabdeh1, Seyfi Abdullayevlə ər-arvad olmaları baxımından, Mənzilə dair birgə mülkiyyət hüququna malik olması ilə bağlı hüquqi əsası aradan qaldırır.
47. Məhkəmə qeyd edir ki, əmlakın ər-arvadın birgə əmlakı olması üçün birinci hüquqi əsasın Cavabdeh1 münasiətdə mövcud olmaması digər şərtlərin araşdırılması zərurətini aradan qaldırmış olur.
48. Cavabdeh1 ikinci dəlilinə (Mənzilə görə ilkin ödənişin və aylıq ödənişin çox hissəsinin onun tərəfindən verilməsi) gəldikdə isə məhkəmə qeyd edir ki, əgər bu hal sübuta yetirilərsə, bu onun Mənzilə dair verilmiş çıxarışın ləğvi barədə tələb irəli sürməsi üçün yox, ödənilmiş pulun geri qaytarılması üçün əsas yaratmış olar.
49. Beləliklə, şərh edilənlər əsasında məhkəmə belə nəticəyə gəlir ki, Mənzilə dair çıxarışın ləğvi barədə iddia irəli sürmək üçün Cavabdeh1 subyektiv hüquq malik deyil.
50. Məhəkəm qeyd edir ki, subyektiv hüquq o zaman mövcud olur ki, hansısa hüquqi fakta (hüquqi əsasa) dayanmış olsun. Bu baxımdan, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və buna cavab verməli olan şəxs tərəfindən həmin hüququn pozulub-pozulmadığını (cavabdehlərin bu pozuntunu edibetməməsi məsələlərini) araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdehlər tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı.
51. Tərəflər arasında mövcud olmuş hazırkı mübahisə kontekstində iddiaçının Cavabdeh1 Mənzilə dair hər hansı hüququnu pozması məhkəmə araşdırması nəticəsində müəyyən olunmamışdır, o baxımdan ki, Cavabdeh1 Mənzilə dair hə hansı bir hüququ mövcud deyil.
52. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddiaçı iddiası təmin edilsin. Cavabdeh1, X7 və Cavabdeh2 ünvan 2 ünvanında yerləşən 34 saylı evin 180 saylı mənzildən çıxarılsınlar. Cavabdeh1 iddiası təmin edilməsin. Cavabdeh1 30 (otuz) saat ərzində hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Vəkil2 əmək haqqı hesablanaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı