Məhkəmə qərarları › İş №e-2(011)-2827/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2827/2025

30.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2827/2025 30.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Novruzova Gülsanə Emin qızının katibliyi, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbi üzrə iddisına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçının tələbi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlər X9 və Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsində yerləşən məhəllə 2942Q, ev 49D, mənzil 141 saylı daşınmaz əmlakın kredit müqaviləsi üzrə ödənilmiş 2219 manat, həmin evin təmir bərpa işlərinə çəkilmiş 19.500 manat, xx.xx.2015-ci il tarixli akt üzrə ödənilmiş 30.645 manat, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 248 manat dövlət rüsumu,ümumilikdə 52.612 manat pul vəsaitinin alınaraq ona ödənilməsi dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə iddianın dəqiqləşdirilməsi ərizəsi ilə müraciət edərək məhkəmədən Cavabdeh1 Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsində yerləşən məhəllə 2942Q, ev 49D, mənzil 141 saylı daşınmaz əmlakın kredit müqaviləsi üzrə ödənilmiş 2219 manat, həmin evin təmir bərpa işlərinə çəkilmiş 19500 manat, xx.xx.2015ci il tarixli akt üzrə ödənilmiş 30645 manat, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 248 manat dövlət rüsumu,ümumilikdə 52612 manat pul vəsaitinin alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 “X15” MMC arasında 3411 nömrəli xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsi bağlanılmışdır. Müqavilənin predmetinə əsasən Satıcı (“X13” MMC) Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi 2942 saylı məhəllədə inşa ediləcək yüksək mərtəbəli yaşayış binasının 1-ci bina 2-ci blok 15-ci mərtəbəsində 118 A saylı mənzili alıcıya (Cavabdeh1) satır, Alıcı isə mənzilin dəyərini müqavilə ilə müəyyən edilmiş qaydada satıcıya ödəyir. İddiaçı Cavabdeh1 atası olaraq bildirir ki, uzun illər ərzində öz zəhməti ilə oğlunun maddi təminatını həyata keçirmişdir. Belə ki, o, 2007-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsində yerləşən məhəllə 2942Q, ev 49D, mənzil 141 saylı daşınmaz əmlakı oğlunun adına kredit yolu ilə əldə etmiş və həmin əmlakın alınmasından sonra bütün kredit ödənişlərini öz vəsaiti hesabına ödəyirdi. 26 noyabr 2020-ci il tarixli "xxxx" Kommersiya Bankı ASC-nin Nərimanov filialının arayışından göründüyü kimi, 196AKN/07 saylı kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi xx.xx.2020-ci il tarixində tam olaraq yerinə yetirilmişdir və xx.xx.2020-ci il tarixinə 196AKN/07 saylı kredit müqaviləsi üzrə bank qarşısında borc qalmamışdır. Əlavə olaraq, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş çıxarışa əsasən, onun oğlu Cavabdeh1 həmin mənzilə münasibətdə tam mülkiyyət hüququna malikdir. Öz oğluna tam etibar etdiyinə görə, mənzili birbaşa olaraq onun adına almışdır. Cavabdeh1 və Cəfərova (Sarıyeva) Lalə Qəfər qızı xx.xx.2006-cı il tarixdə rəsmi nikaha daxil olmuş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(011)-2888/2014 saylı qətnaməsinə əsasən, Cavabdeh1 və Cəfərova (Sarıyeva) Lalə Qəfər qızı arasında bağlanılmış nikah pozulmuşdur. Bununla bağlı nikahın pozulması haqqında xx.xx.2015-ci il tarixli, AZ-İ 233189 nömrəli şəhadətnamə verilmişdir. Cəfərova (Sarıyeva) Lalə Qəfər qızı Cavabdeh1 qarşı mənzilə köçürülmə tələbinə dair mülki qaydada Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Xətai Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(011)-4221/14 saylı qətnaməsinə əsasən,Cavabdeh1 birinci nikahdan olan keçmiş arvadının Cəfərova (Sarıyeva) Lalə Qəfər qızı yetkinlik yaşına çatmayan oğlu X2 ilə birlikdə ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməsi qət edilmişdir. Həmin iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli İcra vərəqəsi verilmişdir. Həmin mübahisə ilə bağlı xx.xx.2015-ci il tarixdə Cəfərova (Sarıyeva) Lalə Qəfər qızı və Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi X3 tərəflər arasında əmlak mübahisələrini sülh yolu ilə həll etmək məqsədilə barışıq sazişi (müqavilə) bağlanmışdır. Barışıq sazişinə əsasən, Cəfərov Cavabdeh1 (Sarıyeva) Lalə Qəfər qızına 30645 manat məbləğində pul ödənişi müqabilində onun tərəfindən müvafiq mənzilin boşaldılmasını və evin açarlarının təhvil verilməsini təmin etmək öhdəliyini Cəfərova (Sarıyeva) Lalə Qəfər qızı öz üzərinə götürmüşdür. xx.xx.2015-ci il tarixli aktından görünür ki, İddiaçı 30645 manat pul məbləği X4 ödəmişdir. Daha sonra ikinci dəfə Cavabdeh1 Cavabdeh2 ilə 2015ci il tarixində rəsmi nikaha daxil olmuşdur. Lakin bir müddət sonra onların münasibətləri pozulmuş və həyat baxışlarının müxtəlif olması səbəbindən birgə təsərrüfat aparmamış, ailə münasibətlərini davam etdirmək niyyətində olmamışdılar. Bu məsələ ilə əlaqədar olaraq, 11 avqust 2023-cü il tarixində Cavabdeh2 tərəfindən nikahın pozulması və aliment tələbinə dair mediasiya prosesinin tətbiqi barədə təklif Şəki 1 saylı Mediasiya Təşkilatına göndərilmişdir. Daha sonra tərəflər barışığa nail olmuşdular. O və həyat yoldaşı, oğullarından dəfələrlə xahiş etmişlər ki, onları qeyd olunan mənzildə rəsmi qeydiyyata salsın. Lakin oğulları tərəfindən hər dəfə bu xahişləri rədd edilmişdir. Onlara məlum olmuşdur ki, oğulları həmin mənzili hazırki həyat yoldaşının adına rəsmiləşdirmək istəyir. Onlar uzun müddət - (2007-ci il tarixindən) həmin mənzildə yaşamışlar və bu müddət ərzində oğulları həmin mənzildə qalmamışdır. Onların oğulları ilə söhbət zamanı o dəfələrlə etiraf etmişdir ki, bu mənzil onun vəsait hesabına əldə edilmiş və onlar orada yaşamışdır. Həyat yoldaşı Cavabdeh2 ilə barışıq əldə edildikdən sonra oğullarının məqsədi həmin mənzili satmaq olmuşdur. Tərəfindən həmin mənzil üçün təmir-bərpa işləri aparılmış, materilalar və usta xərcləri də nəzərə alınmaqla 19.500 manat xərci çıxmışdır. Evə həmçinin tərəfindən avadanlıqlar və digər əşyalar alınmışdır. Neçə illər ərzində o sözügedən mənzili əldə etmək üçün zəhmət çəkirdi və valideyn olaraq öhdəliklərini layiqincə yerinə yetirmək məqsədilə mənzili oğlunun adına əldə etmişdir. Buna baxmayaraq, şübhələrinə əsasən, oğulları ikinci həyat yoldaşı Cavabdeh2 təsiri altında hərəkət edərək, həmin mənzili özgəninkiləşdirmək istəyir. Göründüyü kimi, həmin mənzilin əldə edilməsi üçün bütün xərclər onun tərəfindən çəkilmişdir. İşin faktiki hallarından müəyyən olunduğu kimi müqavilələrin ümumi dəyəri 52000 manat təşkil edir ki, Cavabdeh1 həmin dövrdə o qədər vəsait əldə etməsi qeyri-mümkün idi. Çünki o nə əmək fəaliyyəti ilə, nə də ki hər hansı sahibkarlıq fəaliyyəti ilə məşğul olmamışdır. Qeyd edilən əmlakı əldə edən Cavabdeh1 yox onun atası iddiaçı, İddiaçı olmuşdur. 31 İyul 2015-ci il tarixli aktdan göründüyü kimi həmin tarixli barışıq sazişinə əsasən oğlu Cavabdeh1 X4 30645 manat pul ödəməli idi. Həmin məbləğ onun tərəfindən tələbkara ödənmişdir. Belə olan halda tələbkarın tələb hüququ artıq ona keçmişdir, yəni o, tələbi ona güzəşt etmişdir və tələbin güzəşti formasında da Mülki məcəllənin 194-cü maddəsində göstərildiyi kimi tələb güzəşt olunduqda kreditorla (tələb sahibi ilə) 3-cü şəxs arasında bağlanılmış müqavilə ilə müəyyən edilir. 31 İyul 2015-ci il tarixli akt da bu müqavilənin bağlanmasını təsdiq edir və əsas borclunun, Cavabdeh1 razılığı tələb olunmur. Belə halda kreditora pul onun tərəfindən keçdiyi üçün tələb hüququ ona keçmişdir. İşin hallarından və təqdim etdiyi sübutlardan da bir daha aydın olur ki, formal olaraq cavabdehin adına rəsmiləşdirilmiş daşınmaz əmlakın bütün xərcləri və kredit borcları onun tərəfindən ödənildiyinə görə, çəkdiyi xərclərə və ödədiyi kredit borclarına dair pul vəsaitləri ona geri qaytarılmalıdır. Cavabdehin etirazının dəlilləri Cavabdeh məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, iddia əsassızdır. Belə ki, onunla, "xxxx" Kommersiya Bankı ASC-nin Nərimanov filialı arasında, xx.xx.2007-ci il tarixində ünvan 3 ünvanında yerləşən blok 2, mərtəbə 15, sahəsi 92.84 kvm olan, 2 otaqlı, 141 saylı mənzilə məxsus AMS№001300 saylı mənzil sertifikatının alınması üçün 196AKN/07 saylı kredit müqaviləsi bağlamışdır. "xxxx" Kommersiya Bankı ASC-nin Nərimanov filialı tərəfindən verilmiş arayışa əsasən, onun 196AKN/07 saylı kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi xx.xx.2020-ci il tarixində tam olaraq yerinə yetirdiyi və 26 noyabr 2020-ci il tarixinə 196AKN/07 saylı kredit müqaviləsi üzrə bank qarşısında borcu qalmadığı qeyd olunmuşdur. Krediti öz adına almış və bütün ödənişləri özü həyata keçirmişdir. Atası ona köməklik göstərməyi təklif etsə də, o bütün ödənişlərini öz hesabına etmişdir. Atası onun üçün 2014-cü ildə ikinci dəfə ailə qurmadan öncə öz adına rəsmiləşdirərək Ucar rayonu, Ucar şəhərində, Əlisahib Babayev küçəsində fərdi yaşayış evi almışdır. Həmin evdə ikinci dəfə ailə həyatı qurduğu insanla 2024-cü ilə qədər yaşamışlar. Ucarda yaşadıqları dövr ərzində də Bakı şəhərində olan evini əvvəllər kirayə vermişdir. Sonra özü köçüb yaşamışdır. Valideyinləri istəyir ki, ünvan 3 ünvanında yerləşən blok 2, mərtəbə 15, sahəsi 92.84 kvm olan, 2 otaqlı, 141 saylı mənzili bacısına və onun ailəsinə versin. Çünki, valideyinləri rayonda hər kəsə (qohum-qardaşa) deyiblər ki, kürəkənlərinə Bakı şəhərində ev alıblar. Bu səbəbdən də indi valideyni həmin bu evə dəfələrlə iddia qaldırmışdır. O, 2006-cı ildə ilk dəfə ailə qurduqdan sonra ünvan 3 ünvanında yerləşən blok 2, mərtəbə 15, sahəsi 92.84 kvm olan, 2 otaqlı, 141 saylı mənzili 15 illik kredit şərtilə almışdır. Hətta evin borcu tam bağlanıb bitmədən öncə ailə həyatı qurduğu xanımla birgə nikahlarına son vermək qərarı əldə etdikdə ünvan 3 ünvanında yerləşən blok 2, mərtəbə 15, sahəsi 92.84 kvm olan, 2 otaqlı, 141 saylı mənzil birgə Nikah dövründə əldə olunan əmlak olaraq bölgüyə düşmüş və keçmiş həyat yoldaşına kompensasiya olaraq da pul şəkilində ödəniş etmişdir. xx.xx.2015-ci il tarixində X6 ilə onun etibarnamə üzrə nümayəndəsi X3 arasında barışıq sazişi bağlanmış, onun Cəfərova (Sarıyeva) Lalə Qəfər qızına 30645 manat məbləğində pul ödəməyi müqabilində müvafiq mənzilin boşaldılmasını və evin açarlarının təhvil verilməsini təmin etmək öhdəliyini Cəfərova (Sarıyeva) Lalə Qəfər qızı öz üzərinə götürmüşdür. Həmin dövrdə özü məşğul olduğundan, barışıq sazişində nümayəndəsi iştirak etmişdir. Həmçinin qeyd olunan 30645 manat məbləğində pulu da, işləri olduğundan ona vermiş və atası təhvil vermişdir. Ona görə də, aktda atasının adı qeyd olunmuşdur. Lakin pulun tamamı onun tərəfindən atasına verilmişdir. Atası onun verdiyi pulu, X1 təhvil vermişdir. Əgər pul atası tərəfindən ödənilmiş olsaydı, barışıq sazişi də atasının adına olardı. Həmçinin atasının, evin təmir bərpa işlərinə çəkilmiş 19.500 manat pul tələbi də əsassızdır. Atası həmin evə heç bir bərpa və ya təmir pulu ödəməmişdir. İddia ərizəsində qeyd etdikləri tamamilə yalandır. Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsində yerləşən məhəllə 2942Q, ev 49D, mənzil 141 saylı (yeni qaydalarla: ünvan 4 ünvanında yerləşən mənzil, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2022-ci il tarixli, **********47- 05301-093043 saylı reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışla ona məxsusdur. Atasının həmin mənzilin üzərində heç bir haqqı və səlahiyyəti yoxdur. Əgər atası kredit ödənişlərini özü həyata keçirmiş olsaydı, evi öz adına alardı və heç bir sənədləşmə onun adına olmazdı. Həmçinin evin komunnalları da onun adınadır, və kommunalları da özü ödəyir. Həmin mənzillə bağlanan kirayə müqaviləsi belə onun adınadır. Atası bu vaxta kimi onlara məxsus evə rahatlıqla girib çıxıb. Lakin son zamanlar, həyat yoldaşı ilə atası arasında müəyyən narazılıqlar baş vermişdir. Atası həyat yoldaşı ilə yola getmir, onu cavabdeh ilə ayrılması üçün hədələyir. Atasının təzyiqləri səbəbindən ayrılmaq həddinə gəlsələr də, sonradan barışmışlar. Atası bir neçə dəfə iddia ərizəsi ilə müraciət edərək, evini almağa çalışsa da, nəticə verməmişdir. Hazırda, iddiaları heç bir nəticə vermədiyindən, əsassız yerə pul tələbi ilə müraciət etmişdir. İddiaçı bununla dövlət müəssisələrini məşğul edir. Ona görə də iddia tələbi əsassızdır və rədd edilməlidir. Tərəflərin izahatı: İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəklərini bildirmiş, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, onlar heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasını cavabdehlərin nümayəndələrinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İşin halları xx.xx.2015-ci il tarixli Barışıq sazişinə əsasən, X6 Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsində yeləşən ümumi sahəsi 92.81 kv.m. olan 2 otaqlı mənzili əşyalardan boşaltmağı, evin açarlarını təhvil verməyi, mənzil, əşya, pul və s. əmlak xarakterli iddialardan imtina etməyi, Cavabdeh1 ödədiyi 30645 manat pulu qəbul etməyi, Cavabdeh1 isə Lalə Sarıyevanın müqavilədə göstərdiyi öhdəliyi yerinə yetirəcəyi müqabilində ona 30645 manat pulu ödəməyi müvafiq olaraq öz öhdəliklərinə götürmüşlər. xx.xx.2015-ci il tarixli akta əsasən, 30645 manat məbləğində pul İddiaçı tərəfindən X4 təhvil vermişdir. Mülki iş üzrə şahid kimi qindirilmiş X7 bildirmişdir ki, kər iki tərəfi tanıyır. Rayonda 35 ildir ki, təmir işləri ilə məşğuldur. Bu mübahisəli evin təmirinə təxminən 10000 manata yaxın pul almışdır. Suvax yox idi, ağdağ üzlüyü vurmuşdur, malyar işlərin görürdü, divar kağızın vurmuşdu, kafel-metlax işlərin görmüşdür. Ev Əhmədli qəsəbəsində 62 saylı avtobus marşrutun sonuncu dayanacağında idi. 2 otaqlı evdir. Hamam-tualetdə kafel və metlax vurulub. Mal-materialları Fazil müəllim alırdı. Aqşin arada bir gəlib baxırdı. Yadımda deyil heç o vaxt pul şirvan ya manat şəklində idi. O təmir edəndə təxminən 2009-cu il idi. O vaxtlar o Bakıda Biləcəri qəsəbəsində kirayədə qalırdı. "xxxx" Kommersiya Bankı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2007-ci il tarixli, 196AKN/07 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh1 178 ay müddətinə illik 15% faiz ödəmək şərti ilə 50518,83 manat məbləğində kredit götürmüşdür. Kreditin məqsədli təyinatı kimi “X14” MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 2942 Q məhəllə ünvanında inşa etdiyi yaşayış binasının 15 mərtəbəsində, 2 blokunda yerləşən və ümumi sahəsi 92,84 kv.m. olan mənzilə dair “X14” MMC-nin emissiya etdiyi və Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində 3 iyul 2007-ci il tarixdə dövlət qeydiyyatına alınmış AMS seriyalı 00130 nömrəli mənzil sertifikatının alınması göstərilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1274/2025 saylı, xx.xx.2025ci il tarixli qətnaməsinə əsasən, İddiaçı cavabdehlər "xxxx" ASC və Cavabdeh1 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Həmin qətnaməyə əsasən iş materiallarına əlavə edilmiş “X13” MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2007-ci il tarixli N3411 saylı müqavilənin surətindən görünür ki, “Satıcı” Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi 2942-q saylı məhəllədə inşa ediləcək yüksək mərtəbəli yaşayış binasının 1-ci bina, 2-ci blok, 15-ci mərtəbəsində yerləşən 118A saylı mənzili “Alıcı”ya satır, “Alıcı” isə mənzilin dəyərini bu müqavilə ilə müəyyən edilmiş qaydada “Satıcı”ya ödəyir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-8544/2025 saylı məktubuna əsasən, Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, ev 49D, 141 saylı mənzil xx.xx.2022-ci il tarixdə Cavabdeh1 adına ilkin qeydiyyatdan keçmişdir. Lakin 6 saylı Bakı “ASAN Xidmət” mərkəzinin notariusu tərəfindən təstiq edilmiş 4Ə/1928 reyestr nömrəli xx.xx.2024-cü il tarixli bağışlama müqaviləsinə əsasən Cavabdeh2 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: Maddə 431. Öhdəliyin üçüncü şəxs tərəfindən icrası 431.1. Borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. 431.2. Kreditor üçüncü şəxsin təklif etdiyi icranı, əgər borclu bunun əleyhinədirsə, qəbul etməyə bilər. 431.3. Əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Tələb kreditorun zərərinə olaraq keçməməlidir. Maddə 666. Bağışlama müqaviləsi 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 666.2. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. 666.3. Mənəvi və ya əxlaqi borcun icrası bağışlama sayılmır. Maddə 673. Bağışlamaqdan imtina 673.1. Hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: 673.1.1. hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; 673.1.2. hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; 673.1.3. o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə. 673.2. Hədiyyə verən bağışlamaq barəsində verdiyi vədi aşağıdakı hallarda ləğv edə və onun icrasından imtina edə bilər: 673.2.1. bu Məcəllənin 673.1-ci maddəsində nəzərdə tutulan hallarda; 673.2.2. vəd verildikdən sonra hədiyyə verənin əmlak münasibətləri bağışlamanı onun üçün son dərəcə ağır yükə çevirə biləcəyi dərəcədə dəyişdikdə; 673.2.3. vəd verildikdən sonra hədiyyə verənin ailə hüquq münasibətləri üzrə əvvəllər olmamış, yaxud çox cüzi həcmdə olmuş öhdəlikləri yarandıqda. 673.3. İmtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Hədiyyə verənin həmin ilin sonunadək öldüyü halda imtina hüququ qalan müddət üçün onun vərəsələrinə keçir. Əgər hədiyyə alan hədiyyə verəni qəsdən öldürmüşsə və ya bağışlamanı ləğv etməkdə ona mane olmuşsa, hədiyyə verənin vərəsələri bağışlamaqdan imtina edə bilərlər. 673.4. Bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübütetmə vəzifəsi 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119 Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 ilə Cəfərova (Sarıyeva) Lalə Qəfər qızı 2006-cı ildə ailə həyatı qurmuşdurlar. Onlar birgə nikah dövründə olan zaman Cavabdeh1 "xxxx" ASC ilə Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsində yerləşən mənzilə dair alğı-satqı müqaviləsi bağlamışdır. Müqaviləyə əsasən “X13” MMC Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi 2942 saylı məhəllədə inşa ediləcək yüksək mərtəbəli yaşayış binasının 1-ci bina 2-ci blok 15-ci mərtəbəsində 118 A saylı mənzili Cavabdeh1 satılmağı, Cavabdeh1 isə mənzilin dəyərini müqavilə ilə müəyyən edilmiş qaydada “X13” MMC-yə ödəməyi müvafiq olaraq öz öhdələrinə götürmüşlər. Cavabdeh1 müqavilə ilə müəyyən edilmiş mənzilin dəyərini ödəmək məqsədilə "xxxx" Kommersiya Bankı ASC-yə müraciət etmiş və ünvan 3 ünvanında yerləşən mənzilə məxsus AMS№001300 saylı mənzil sertifikatının alınması üçün 196AKN/07 saylı kredit müqaviləsi bağlamışdır. 2014-cü il tarixdə Cavabdeh1 ilə Cəfərova (Sarıyeva) Lalə Qəfər qızı arasında olan nikah rəsmi olaraq pozulmuşdur. ünvan 3 ünvanında yerləşən mənzilə dair Cəfərova (Sarıyeva) Lalə Qəfər qızının istifadə hüququ mövcud olduğundan tərəflər aralarında razılaşma əldə etmiş, sonuncuya istifadə hüququna xitam verilməsi üçün mülki iş materiallarına əlavə edilmiş akta əsasən Cavabdeh1 atası İddiaçı tərəfindən 30645 manat pul X4 təhvil verilmişdir. 2015-ci ildə Cavabdeh1 rəsmi olaraq Cavabdeh2 ilə nikaha daxil olmuş və qeyd edilən ünvanda həmin tarixdən indiyədək yaşamışlar. Mülki iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin məktubuna əsasən ünvan 3 ünvanında yerləşən mənzil xx.xx.2024-cü il tarixli bağışlama müqaviləsinə əsasən Cavabdeh2 adına qeydiyyatdan keçmişdir və hazırda onun mülkiyyətindədir. Hazırda mülki iş üzrə İddiaçı ünvan 3 ünvanında yerləşən mənzilin alınması üçün "xxxx" Kommersiya Bankı ASC-dən Cavabdeh1 tərəfindən götürülən kreditin onun tərəfindən ödənildiyini, cavabdehin birinci nikahdan olan arvadına mənzilə olan payının əvəzinə 30645 manat kompensasiya ödədiyini, habelə qeyd olunan mənzildə təmir-tikinti işlərinin aparılması üçün 19500 manat ödəniş etdiyini bildirmiş və hazırda həmin məbləğlərin Cavabdeh1 geri qaytarılmasını tələb edir. Mülki iş üzrə iddiaçı ünvan 3 ünvanında yerləşən mənzilin alınması üçün "xxxx" Kommersiya Bankı ASC-dən Cavabdeh1 tərəfindən götürülən kredit üzrə 2219 manat ödəniş etdiyini iddia etsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Digər tərəfdən cavabdehin birinci nikahdan olan arvadına mənzilə olan payının əvəzinə 30645 manat kompensasiyanın təhvil verilməsi ilə bağlı məhkəməyə aktın surəti təqdim edilmişdir. Həmin aktda Cavabdeh1 ilə X6 arasında təstiq edilmiş barışıq sazişinin icrası məqsədilə kompensasiya məbləğinin X4 təhvil verildiyi göstərilmişdir. Bu hərəkətlərin icrası zamanı Cavabdeh1 deyil, İddiaçı iştirakı, təhvil verilən pul vəsaitlərinin məhz İddiaçı məxsus olması anlamına gəlmir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsində yerləşən məhəllə 2942Q, ev 49D, mənzil 141 saylı daşınmaz əmlakın kredit müqaviləsi üzrə ödənilmiş 2219 manat və xx.xx.2015-ci il tarixli akt üzrə təhvil verilmiş 30645 manat pul məbləğlərinin Cavabdeh1 tutularaq İddiaçı ödənilməsi tələbləri sübuta yetirilmədiyindən əsassız hesab edilərək təmin edilməməlidir. Belə ki, mülki prosesdə qəbul edilmiş və mülki prosesdə mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə iddiaya ünvan 3 ünvanında yerləşən mənzilin təmir bərpa işlərinə çəkilmiş 19500 manat pulun cavabdehdən tutularaq iddiaçı ödənilməsi hissəsində qiymət verərək hesab edir ki, iddiaçı ilə cavabdeh arasında ailə münasibətləri, yəni ata-oğul olduqları, nəzərə alınaraq həmin təmir tikinti işlərin aparılması üçün ödənilmiş 19500 manat pulun iddiaçı tərəfindən öz oğlu üçün etdiyi hədiyyə kimi qəbul edilməlidir. Belə olduğu halda mülki qanunvericilikdə bağışlamadan imtina üçün əsaslar göstərilmişdir. Lakin hazırki mülki işin materialları araşdırılan zaman həmin əsasların olduğu müəyyən edilməmişdir. Odur ki, iddia bu hissədə də əsassız hesab edilərək təmin edilməməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları və tərəflərin izahatları məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, iddia əsassızdır və rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh1 Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsində yerləşən məhəllə 2942Q, ev 49D, mənzil 141 saylı daşınmaz əmlakın kredit müqaviləsi üzrə ödənilmiş 2219 manat, həmin evin təmir bərpa işlərinə çəkilmiş 19500 manat, xx.xx.2015ci il tarixli akt üzrə ödənilmiş 30645 manat, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 248 manat dövlət rüsumu, ümumilikdə 52612 manat pul vəsaitinin alınaraq İddiaçı ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar