Məhkəmə qərarları › İş №e-2(011)-2834/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-2834/2025

28.04.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-2834/2025 28.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əmlak bölgüsünün aparılması” tələbi barədə iddia ərizəsi üzrə mülki işdə Cavabdeh işin aidiyyəti üzrə göndərilməsi barədə vəsatətinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “əmlak bölgüsünün aparılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi ev 23, 22 saylı mənzilə dair İddiaçı 2/3 hissə, Cavabdeh 1/3 hissədə, eyni zamanda, Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsi, ev 76, 32 saylı mənzilə dair İddiaçı 1/2 hissə, Cavabdeh 1/2 hissədə müəyyən olunmuş payları üzərində real bölgünün aparılması, real bölgünün aparılması mümkün olmadıqda, əmlakın açıq hərracdan satılaraq satışdan əldə olunmuş məbləğin paylara mütənasib bölünməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, mülki işin mahiyyəti üzrə baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilməsi barədə qərardadın qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında vəsatətə etiraz etdiyini bildirmişdir. O, bildirmişdir ki, mübahisəyə əmlakın olduğu yer üzrə baxılmalıdır. Məhkəmə mülki işi araşdıraraq hesab edir ki, vəsatət təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Prosessual Məcəllənin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 iyun tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərdən də görünür ki, ərarvadın ümumi əmlakda hər birinin payının müəyyən edilməsi onların mülkiyyət hüquqlarının tanınması hesab edilmədiyi üçün daşınmaz əşyalarla bağlı verilmiş belə tələblərə ümumi aidiyyət qaydasında baxılmalıdır. “Azemis” Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumat əsasən, Cavabdeh ünvanı ünvan 1on məhkəmə informasiya sistemindən görünür ki, onun ünvanı müxtəlif vaxtlarda müvafiq olaraq Xətai rayonu və Gədəbəy rayonu olaraq bir neçə dəfə dəyişikliklərə məruz qalmışdır). Beləliklə, iş üzrə Cavabdeh qeydiyyat ünvanı Bakı şəhəri, Xətai rayonu ərazisində olmadığından, mövcud iddia tələbi Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılmalı olan iddia tələbi deyildir. Buna görə də məhkəmə hesab edir ki, mülki iş baxılması üçün aidiyyəti üzrə Cavabdeh qeydiyyat ünvanı üzrə Gədəbəy Rayon Məhkəməsinə göndərilməlidir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 35, 44-45, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi ev 23, 22 saylı mənzilə dair İddiaçı 2/3 hissə, Cavabdeh 1/3 hissədə, eyni zamanda, Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsi, ev 76, 32 saylı mənzilə dair İddiaçı 1/2 hissə, Cavabdeh 1/2 hissədə müəyyən olunmuş payları üzərində real bölgünün aparılması, real bölgünün aparılması mümkün olmadıqda, əmlakın açıq hərracdan satılaraq satışdan əldə olunmuş məbləğin paylara mütənasib bölünməsi barədə iddia tələbi üzrə mülki iş baxılması üçün aidiyyəti üzrə Gədəbəy Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) şikayət verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar