Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-2861/2025 30.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Novruzova Gülsanə İlham qızının katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi X3, Cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsi 70/10z saylı evdən əşyaları ilə birlikdə çıxarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixli barışıq sazişini təqdim edərək, təsdiq edilməsini və mülki işlə bağlı iddia tələbi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında xx.xx.2025-ci il tarixli barışıq sazişinin təsdiq edilməsini və mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, barışıq sazişi təsdiq edilməlidir. Barışıq sazişindən müəyyən olunur ki, tərəflər razılığa gəlmişlər ki, tərəflər barışıq sazişini aşağıdakı şərtlərlə bağladılar:
1. İddiaçı Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Mungəçevir küçəsi 70/10 “z” saylı fərdi yaşayış evini könüllü olaraq əşyaları ilə birlikdə boşaltmaqla cavabdehə təhvil verməsi, həmçinin birgə nikah müddətində əldə olunmuş və adına olan “Toyota Camry” markalı ** TL *** dövlət qeydiyyat nişanlı minik avtomobildən ona çatası ½hissə paydan xeyrinə imtina etməsi, gələcəkdə həmin avtomobil və fərdi yaşayış evi ilə bağlı iddiaçıya qarşı hər hansı bir iddia tələbi irəli sürməmək barədə öhdəlik götürməsi müqabilində ona 30.000 (otuz min manat) vermişdir.
2. Cavabdeh İddiaçı 30.000 (otuz min) manat məbləğində pul alır, bunun müqabilində birgə nikah müddətində əldə olunmuş və X2 adına olan “Toyota Camry” markalı ** TL *** dövlət qeydiyyat nişanlı minik avtomobildən ona çatası ½ hissə paydan onun xeyrinə imtina edir, gələcəkdə həmin avtomobillə bağlı ona qarşı hər hansı bir iddia tələbi irəli sürməmək şərti ilə iddianı qəbul edir, iddiaçı X2 adına olan Bakı şəhəri, Xətai rayonu, Mungəçevir küçəsi 70/10, “z” saylı fərdi yaşayış evini əşyalarıyla birlikdə könüllü olaraq boşaltmaqla İddiaçı təhvil vermək barədə öz üzərinə öhdəlik götürür.
3. Razılaşmanın şərtlərinin bir tərəfin kobud surətdə pozması nəticəsində digər tərəfə razılaşmadan imtina etmək üçün mülki mühakimə icraatı qaydasında mübahisə açmağa hüquq verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə mülki iş materiallarını tədqiq edib hesab edir ki, tərəflərin tərtib etdikləri barışıq sazişi qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq edilərək mülki iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə barədə iddiasına dair mülki iş üzrə tərəflər arasında xx.xx.2025-ci il tarixdə imzalanmış barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin:
1. İddiaçı Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Mungəçevir küçəsi 70/10 “z” saylı fərdi yaşayış evini könüllü olaraq əşyaları ilə birlikdə boşaltmaqla cavabdehə təhvil verməsi, həmçinin birgə nikah müddətində əldə olunmuş və adına olan “Toyota Camry” markalı ** TL *** dövlət qeydiyyat nişanlı minik avtomobildən ona çatası ½hissə paydan xeyrinə imtina etməsi, gələcəkdə həmin avtomobil və fərdi yaşayış evi ilə bağlı iddiaçıya qarşı hər hansı bir iddia tələbi irəli sürməmək barədə öhdəlik götürməsi müqabilində ona 30.000 (otuz min manat) vermişdir.
2. Cavabdeh İddiaçı 30.000 (otuz min) manat məbləğində pul alır, bunun müqabilində birgə nikah müddətində əldə olunmuş və X2 adına olan “Toyota Camry” markalı ** TL *** dövlət qeydiyyat nişanlı minik avtomobildən ona çatası ½ hissə paydan onun xeyrinə imtina edir, gələcəkdə həmin avtomobillə bağlı ona qarşı hər hansı bir iddia tələbi irəli sürməmək şərti ilə iddianı qəbul edir, iddiaçı X2 adına olan Bakı şəhəri, Xətai rayonu, Mungəçevir küçəsi 70/10, “z” saylı fərdi yaşayış evini əşyalarıyla birlikdə könüllü olaraq boşaltmaqla İddiaçı təhvil vermək barədə öz üzərinə öhdəlik götürür.
3. Razılaşmanın şərtlərinin bir tərəfin kobud surətdə pozması nəticəsində digər tərəfə razılaşmadan imtina etmək üçün mülki mühakimə icraatı qaydasında mübahisə açmağa hüquq verir. Mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, barışıq sazişinin təsdiq edilməsi ilə mülki iş üzrə icraata xitam verilir, beləliklə eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Əminə Abbasova