Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-2866/2025 26.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Fərhadzadə Mehri Polad qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış 08 iyul 2021-ci il tarixli “Barışıq Sazişi” nin 4-cü bəndinə əsasən öhdəsinə götürdüyü ünvan 1 ünvanda yerləşən 6 mərtəbəli yaşayış binasında bütün tamamlanmayan işləri, yəni, "xxxx" MMC tərəfindən verilmiş iddia ərizəsinə əlavə edilmiş xx.xx.2025-ci il tarixli lokal smetada göstərilmiş işləri qanunvericiliklə müəyyən olunmuş inşaat normalarına uyğun olaraq cavabdehin öz hesabına həyata keçirilməsi öhdəliyini onun üzərinə qoyulması və ya cavabdehin həmin işləri icra etmədiyi təqdirdə yuxarıda qeyd olunan həmin işlərin görülməsi üçün sərf olunacaq ümumi məbləğin, yəni 99969 manat məbləğində pulun və dövlət rüsumu kimi ödənilən 389 manat məbləğində pulun iddiaçının xeyrinə cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə hər biri ayrıayrılıqda iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı izahatında bildirmişdir ki, cavabdehlə aralarında əvvəllər məhkəmə mübahisəsi olmuş, aralarında notarial qaydada təsdiq olunmuş barışıq sazişi bağlanmış və o, iddiadan imtina etmiş, iş üzrə icraata xitam verilmişdir. Lakin barışıq sazişində razılaşdırılmış şərtlər tam olaraq cavabdeh tərəfindən icra edilməmişdir, ona görə də məhkəmədə iddia qaldırmağa məcbur olmuşdur. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və onun nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduğundan hazırkı iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş 08 iyul 2021-ci il tarixli barışıq sazişinin surətindən görünür ki, tərəflər razılaşmışlar ki, İddiaçı Cavabdeh ilə birgə vəsait hesabına inşa etdikləri, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski 37K ünvanında yerləşən yaşayış binasında satılmamış olan 1-ci mərtəbədə iki otaqdan ibarət 1 saylı mənzil və 6-cı mərtəbədə üç otaqdan ibarət 3 saylı mənzil İddiaçı mülkiyyətinə keçir və İddiaçı həmin mənzillərə dair öz adından və öz mənafeləri üçün bütün əqdləri, o cümlədən alqı-satqı, bağışlama, kirayə, ipoteka və digər əqdləri bağlamaq səlahiyyətləri verilir, İddiaçı bütün digər mənzillərə dair öz adından bağladığı müqavilələri Cavabdeh bu müqaviləni imzalamaqla təsdiq edir və onların bağlanması, icra edilməsi və nəticələrinə dair razılıq verir. Tərəflər razılaşmışlar ki, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski 37K ünvanında yerləşən yaşayış binasında Həbibov X2 Həsən Hüseyn oğlu tərəfindən satılmış mənzilləri alıcıların adlarına qanuna müvafiq qaydada rəsmiləşdirməyi (notariat, vergi, qeydiyyat xərcləri alıcıların hesabına həyata keçirilməsi şərti ilə) öhdəsinə götürür. Tərəflər razılaşmışlar ki, Cavabdeh İddiaçı ilə birgə vəsait hesabına inşa etdikləri Bakı şəhəri, Xətai rayonu, General Şıxslinski 37K ünvanında yerləşən yaşayış binasındakı Cavabdeh tərəfindən satılmış mənzillərə görə alıcıların qalıq borcu olan 350000 manat pul məbləğini qəbul etmək hüququ, eləcə də həmin binanın 6-cı mərtəbəsində yerləşən 1 ədəd üç otaqlı 4 saylı mənzilə və binanın zirzəmisinə dair mülkiyyət hüququ Cavabdeh keçir. Tərəflər razılaşmışlar ki, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski 37K ünvanında yerləşən yaşayış binasındakı bütün tamamlanmayan işləri, qanunvericiliklə müəyyən olunmuş inşaat normalarına uyğun olaraq, Cavabdeh öz hesabına həyata keçirməyi öhdəsinə götürür. Tərəflər bu müqavilə ilə müəyyən edilmiş öhdəlikləri yerinə yetirməkə, Xətai Rayon Məhkəməsinin icraatında olan e-2(011)-3258/2021 saylı mülki iş üzrə bir-birlərinə qarşı əmlak tələblərinə dair iddialarından imtina edirlər və həmin əmlak tələbləri ilə bağlı iddia qaldırmamağı öhdələrinə götürürlər. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3258/2021 saylı 23 avqust 2021-ci il tarixli qərardadının surətindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı “pulun tutulması, birgə fəaliyyət nəticəsində əldə olunmuş gəlirin bölüşdürülməsi” tələbinə dair 2(011)- 3258/2021 saylı mülki iş üzrə icraata xitam verilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli 2(011)-3258/2021 saylı iddianı təmin etmək haqqında qərardadı ləğv edilmiş, cavabdeh İddiaçı adına olan ünvan 4 ünvanında yerləşən yaşayış binasının ümumi sahəsi 99.4 kv.m. olan 3 otaqlı 1 nömrəli mənzilin (mərtəbə 6), ümumi sahəsi 99.4 kv.m. olan 3 otaqlı 6 nömrəli mənzilin (mərtəbə 6), ümumi sahəsi 44.2 kv.m. olan 1 otaqlı 5 saylı mənzilin (mərtəbə 3), ümumi sahəsi 84.8 kv.m. olan 2 otaqlı 4 nömrəli mənzilin (mərtəbə 1), ümumi sahəsi 44.2 kv.m. olan 1 otaqlı 5 nömrəli mənzilin (mərtəbə 4), ümumi sahəsi 99.4 kv.m. olan 3 otaqlı 1 nömrəli mənzilin (mərtəbə 3), ümumi sahəsi 74.8 kv.m. olan 2 otaqlı 3 nömrəli mənzilin (mərtəbə 3), ümumi sahəsi 74.8 kv.m. olan 2 otaqlı 3 nömrəli mənzilin (mərtəbə 4), ümumi sahəsi 44.2 kv.m. olan 1 otaqlı 5 nömrəli mənzilin (mərtəbə 1) özgəninkiləşdirilməsi ilə bağlı cavabdeh və digər şəxslərin üzərinə qoyulmuş qadağa götürülmüş, qərardadla tərəflərə eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmədiyi izah edilmişdir. Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. MPM-nin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. MPM-nin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Beləliklə, iş materiallarından görünür ki, tərəflər arasında məhkəmə mübahisəsi olmuş, həmin məhkəmənin gedişatında tərəflər barışmış, 08 iyul 2021-ci il tarixdə notarial qaydada təsdiq edilmiş barışıq sazişi bağlamış, həmin saziş notarial qaydada təsdiq edilmiş və iddiaçı bundan sonra iddiasından imtina etdiyi üçün mülki iş üzrə icraata xitam verilmişdir. Hazırda iddiaçı həmin barışıq sazişinin şərtlərinin icra edilməməsinə görə “müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi” tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında barışıq sazişi, eyni zamanda mülki iş üzrə icraata xitam verilməsi barədə qanuni qüvvəyə minmiş qərardad mövcud olduğundan hazırkı iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü, 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı “müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-2866/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-2866/2025
26.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver