Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-29/2025 15.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynova Nuranə Rafiq qızının katibliyi, Cavabdeh1 nümayəndəsi (vəkili) Əliyev Eynar Arif oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1na qarşı (Azərbycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 5 saylı Xaçmaz Ərazi İdarəsini mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs qismində cəlb etdiyi) alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğvi və mənzildən çıxarılma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddia ərizəsində qeyd edilən işin halları:
1. Pula ehtiyacı olduğu üçün onun borc pul axtarmış və tanışı Rəşad adlı şəxs ona bildirmişdir ki, onun tanıdığı Cavidin faizə borc pul verən dindar bir dostu vardır. O və Rəşad qərara almışlar ki, Cavidlə görüşüb həmin şəxsdən faizə pul alsınlar və bu məqsədlə də Cavid onları Cavabdeh2 Oqtay oğlu ilə tanış etmiş və o iddiaçıya bildirmişdir ki,onlara lazım olan 17500 manat pulu aylıq 15 faizlə verə bilər, lakin bunun üçün notariat qaydada ona əmlak girov qoymalılar ki, o da vermiş olduğu pula görə narahat olmasın. İddiaçı mülkiyyətində olan Xaçmaz şəhəri, Ləcət kəndində 0,05 ha torpaq sahəsi üzərində yerləşən evini həmin vaxt 60000 manata satışa çıxarmışdır. Cavabdehə bildirmişdir ki, narahat olma, ona pul 1 aylığa lazımdır, bu 1 ay ərzində evinə alıcı tapıb satacaq və aldığı pulu aylıq 15 faizlə birlikdə ona verəcəkdir. Lakin cavabdeh bunu bildikdə ona demişdir ki, o bu şərtlə pulu verəcəkdir ki, notariat qaydada iddiaçı həmin evi notariusda girov qoyub, bunun üçün o iddiaçını və Rəşadı özünün tanıdığı Bakı şəhəri Nərimanov rayonunda yerləşən 9 saylı Notariat Ofisinə aparmış və orada notariusla danışdıqdan sonra onlara yaxınlaşaraq bildirmişdir ki, «notarius borc pul ilə bağlı sənədləri hazırlayır, bunun üçün o həmin sənədləri imzalamalıdır və evinin çıxarışını da notariusa verməlidir,pul qaytarılana qədər nə o,nə də iddiaçı bu evi sata bilməyəcəkdir. Evə alıcı tapanda həmin alıcını bu notariusa gətirib orada alıcı ilk növbədə ondan aldığı pulları ona ödədikdən sonra qalan pulu ona ödəyər, o da evi həmin şəxsin adına rəsmiləşdirəcəkdir». İddiaçı onun bu şərti ilə razılaşaraq notariat ofisində ona təqdim olunan sənədlərə imza atmış və notarius evinə dair çıxarışı ondan alaraq stolunun siyirməsinə qoymuş və bildirmişdir ki, «narahat olmasın, nə o Cavabdeh2 Oqtay oğlunun, nə də o iddiaçının razılığı olmadan bu evi sata bilməyəcəkdir, buna görə də etibarnamənin altına «bilməz» sözü yazılmışdır» demişdir. O bundan sonra Cavabdeh2 Oqtay oğlundan 2 dəfəyə 17500 manat pulu almış və bu müddət ərzində evə alıcı axtarışı ilə məşğul olimuşdur. Nəhayət ki, o bu evə alıcı tapmış və ondan 1000 manat beh alaraq evi onun adına alqı-satqı etmək üçün Bakı şəhər 9 saylı Notariat Ofisinə gəlmiş və xx.xx.2023-cü ildə orada ona məlum olmuşdur ki, artıq bu ev onun adından çıxmışdır, cavabdehdən pulu aldıqdan sonra 2 gün ərzində o evi başqa bir şəxsə satmış və onunla alqı-satqı müqaviləsi bağlanmışdır. Mənzil üzərində mülkiyyət hüquqları başqa bir şəxsin adına keçmişdir. Notariat ofisində mən notariusa evinə dair sənədin onda olduğunu və bu müqaviləni nə üçün bağladığını soruşduqda o onun etibarnamə əsasında 1 ay müddətinə cavabdehə bu səlahiyyəti verdiyini bildirmişdir. O Cavabdeh2 Oqtay oğlu tərəfindən aldıdıldığı və ona borc olaraq verdiyi 17500 manat müqabilində 60000 manat dəyərində olan evini sataraq ona qarşı dələduzluq etdiyini başa düşüb onun barəsində AR DİN-nin 102 xidmətinə şikayət etmiş və özü ilə əlaqə saxlamış,evini tələb etmişəm, lakin bu dəfə onun iddiaçıya sözü bu oldu ki, «əgər ona 45000 manat verərəmsə o bu evimənə qaytara bilər». Bu şəxslə mənim aramda borc danışığının olması və onun iddiaçıya 1 aylıq borc kimi 17500 manat məbləğində borc pul verməsi ilə bağlı danışıqları kamera ilə qeydə alınmışdır. Bundan başqa iddiaçının bu şəxsdən borc pul aldığını təsdiqləyən şahidlərim və telefon, votsap danışıqları da mövcuddur. Evini satmaq üçün cavabdeh Bakı şəhər 9 saylı Notariat Ofisinin rəhbəri ilə əlbir olaraq onun barəsində sistem çıxarışları (nikahımın pozulması barədə arayış,qeydiyyat yerim üzrə arayışı) əldə etmiş,evin yerləşdiyi ərazinin bələdiyyəsindən arayış almışdır. Hətta xx.xx.2023-cü il tarixdə həmin evin çıxarışını əldə etdikdən sonra dərhal həmin evi satmaq üçün yenidən həmin bələdiyyədən arayış almaq üçün müraciəət etdiyi də iddiaçıya məlum olmuşdur. Cavabdeh2 Oqtay oğlu xx.xx.2023-cü ildə özünün «əqidə» dostu olan Cavabdeh3 adlı şəxslə həmin notariat ofisində alqı-satqı müqaviləsi bağlamaqla iddiaçının evini öz aralarında 15000 manat dəyərində qiymətləndirmişlər. Həmin alqı-satqı müqaviləsi etibarsız hesab olunmalı və Cavabdeh3 adına AR DƏDRX 5 saylv Xaçmaz ərazi İdarəsi tərəfindən verilmiş çıxarış ləğv olunmalıdır.
İddiaçının tələbi:
2. Cavabdeh2 Oqtay oğlu ilə Cavabdeh3 arasında ünvan 1ində 0,05 ha torpaq sahəsi üzərində yerləşən sahəsi 75,6 kv.m. olan fərdi yaşayış evinə dair Bakı şəhər 9 saylı Notariat Ofisində rəsmiləşdirilmiş AN-1 №1153126 xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab olunması və həmin evə dair sonuncunun adına verilmiş çıxarışın ləğvi barədə qətnamə qət edilməsini xahiş etmişdir.
3. İddiaçı iddia tələbinin artırılması barədə ərizə verərək Cavabdeh4 və Bakı şəhəri 9 saylı notariat ofisini cavabdeh qismində məhkəmə prosesinə cəlb edilməsini və Cavabdeh3 ilə Cavabdeh4 arasında xx.xx.2023-cü il tarixdə Bakı Şəhəri 18 saylı notariat ofisində bağlanmış AN-İ №1124902 saylı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh4 ailə üzvləri ilə birlikdə həmin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. xx.xx.2025-ci il tarixdə İddiaçı Rafiq qızının nümayəndəsi (vəkili) Vəkil1 iddia tələbini dəqiqləşdirərək, qeyd olunanları nəzərə alaraq Cavabdeh2 Oqtay oğlu ilə Cavabdeh3 arasında ünvan 1ində 0,05 ha torpaq sahəsi üzərində yerləşən sahəsi 75,6 kv.m olan fərdi yaşayış evinə dair Bakı şəhər 9 saylı Notariat Ofisində rəsmiləşdirilmiş AN- 1 №1153126 xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, həmin evə dair sonuncunun adına verilmiş çıxarışın ləğvi, Cavabdeh3 ilə Cavabdeh4 arasında xx.xx.2023-cü il tarixdə Bakı şəhər 18 saylı Notariat Ofisində bağlanmış AN-1 № ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab olunması və Cavabdeh4 ailə üzvləri ilə birlikdə həmin mənzildən çıxarılması, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun və 1000 manat ekspertiza xərcinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Cavabdehin iddiaya münasibəti:
5. xx.xx.2023-cü il tarixdə Cavabdeh3 iddia tələbinə etiraz ünvanlayaraq İddiaçı- İddiaçı, cavabdehlər- Tahirov oğlundan və Cavabdeh2 Oqtay oğlundan aralarında ünvan 1ində 0,05 ha torpaq sahəsi üzərində yerləşən, sahəsi 75, 6 kv. m. olan fərdi yaşayış evinə dair Bakı şəhəri, 9 saylı Notariat Ofisində rəsmiləşdirilmiş AN-1 N ******* nömrəli, xx.xx.2023-cü cü il tarixli alqı-satqı müqaviləsinin etibarsiz hesab olunması və həmin evə dair sonuncunun adına dair verilmiş çıxarışın ləğv edilməsi və eyni zamanda iddiaçı- İddiaçı cavabdehlər-Cavabdeh3 ilə Cavabdeh4 arasında 17.06. 2023-cü il tarixdə Bakı şəhəri 18 saylı Notariat Ofisində bağlanmış AN-İ N ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab olunması və Cavabdeh4 ailə üzvüləri ilə birlikdə həmin mənzildən çıxarılmaları barədə iddia tələbləri əsassız və qanunsuz olduğundan təmin edilməməsini xahiş etmişdir.
6. Cavabdeh3 nümayəndəsi (vəkili) Vəkil2 iddia tələbinə etiraz ünvanlayaraq etirazını aşağıda qeyd edilən hallarla əsaslandırmışdır: 1. İddiaçı hazırki iddiadan əvvəl aidiyyatı üzrə hüquq mühafizə orqanlarına şikayətlər etməklə həm də güya ona qarşı qanunsuzluqlar, xüsusən də əmlakının talanmasını bildirmiş, lakin əməldə cinayət tərfkibi olmadığı üçün "cinayət işinin rədd edilməsi barədə" qərar qəbul edilmişdir. Yəni şikayətdə göstərilən halların heç biri öz təsdiqini tapmamışdır. 2. müqavilə üzrə tərəflər əmlakın qiymətini razılaşdırmış və bununla bağlı notarial qaydada müqavilə imzalamışlar. İqtisadi baxımından əmlakın qiymətinin hanslı məbləğdə olmaaından asılı olmayaraq tərəflər müqavilənin ilkin şərtlərindən olan onun qiymətini razılaşdırmışdırlar. 3. Cavabdeh4 vicdanlı əldən edən olmaqla hazırki mübahisəyə idiyyatı yoxdur. 4. Həmçinin nəzərə alınmalıdır ki, xx.xx.2023-cü ildən (mülki işin məhkəmənin icraatına qəbul edilməsi tarixindən) bu vaxta kimi icraatın zəruri dayandırlmması və təzələnməsi də nəzərə alınmaqla istənilən proseesual müddətlər ötürülmüşdür. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İşdə iştirak edən şəxslərin izahatları:
7. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən İddiaçı Rafiq qızının nümayəndəsi (vəkili) Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etmiş və məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
8. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh3 nümayəndəsi (vəkili) Vəkil2 iddia tələbinə etiraz edərək, iddia tələbi əsassız olduğundan iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
9. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.
10. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Azərbycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 5 saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.
İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:
11. xx.xx.2023-cü il tarixli, AR-İİ № 917017 saylı etubarnaməyə əsasən İddiaçı Cavabdeh2 Oqtay oğluna Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci ildə verilmiş çıxarışa əsasən Xaçmaz rayonu, Ləcət kəndi ünvanında yerləşən 0.05 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən 75.6 kv.m olan fərdi yaşayış evinə dair bütün dövlət orqanlarda, o cümlədən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin istənilən idarələrində, MKİS-də, Notariat İdarələrində,Banklarda, İcra Hakimiyyətində və daşınmaz əmlakın dövlət qeydiyyatını aparan digər İcra Hakimiyyəti orqanlarında onu təmsil etməyi, forma 1, forma 2 və s. arayışları almaqla sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka qoymağı, pulunu almağı,buna dair müqavilələri imzalamağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar olan bütün hərəkətləri etməyi etibar etmişdir.
12. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz ənlakın dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı Rafiq qızının adına qeydiyyata alınmışdır.
13. Cavabdeh3 tərəfindən Bakı Şəhəri 9 Saylı Notariat Ofisində verilmiş, xx.xx.2023-cü il tarixli, 8İ-5323 saylı notarial ərizəyə əsasən xx.xx.2023-ci il tarixdə, 4Ə- 625 reyestr nömrəli alqı-satqı müqaviləsi onun adına rəsmiləşdirilmişdir və həmin mənzilə elektron çıxarışın və texniki pasportun 15 gün müddətinə alınması üçün DƏDRX-nin müvafiq ərazı idarəsina elektron formada ötürülməsini xahiş etmişdir.
14. xx.xx.2023-cü il tarixdə İddiaçı Rafiq qızı tərəfindən Bakı Şəhəri 9 Saylı Notariat Ofisində verilmiş ərizəyə əsasən İddiaçı məxsus olan ünvan 2ünvanında yerləşən fərdi yaşayış evinin (1/1 hissə,0.05 ha) ünvan 3vanında yerləşən fərdi yaşayış evinin (1/1 hissə,75.6 kv/m), ünvan 4nvanında yerləşən torpaq sahəsinin (1/1 hissə,0.05 ha) ünvan 5da yerləşən torpaq sahəsinin (1/1 hisse,75.6 kv/m) 15000 manat 00 qəpik (on beş min manat sıfır qəpik) qiymətə satılması barədə İddiaçı Rafiq qızı ilə Cavabdeh3 razılığa gəlmişlər. Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiqi notariat qaydasında təsdiqlənməsi, həmçinin bununla bağlı bank xərclərinin ödənilməsini "Alıcı" öz üzərinə götürmüşdür.
15. xx.xx.2023-cü il tarixli, AN-İ №1153126 saylı “Daşınmaz Əmlakın Alq-Satqı Müqaviləsi”nə əsasən İddiaçı Xaçmaz rayonu, Ləcət kəndi ünvanında yerləşən fərdi yaşayış evini Cavabdeh3 satmışdır.
16. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 6 saylı Şöbəsinin xx.xx.2023-cü il tarixli, X- 2253 saylı məktubuna əsasən İddiaçı məxsus olan ünvan 3vanında yerləşən fərdi yaşayış evinin (1/1 hissə,0.05 ha) ünvan 6nvanında yerləşən fərdi yaşayış evinin (1/1 hissə,75.6 kv/m), ünvan 4nvanında yerləşən torpaq sahəsinin (1/1 hissə,0.05 ha) ünvan 3vanında yerləşən torpaq sahəsinin (1/1 hisse,75.6 kv/m) 15000 manat 00 qəpik (on beş min manat sıfır qəpik) qiymətə satılması barədə razılığa gəlmişlər. Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiqi notariat qaydasında təsdiqlənməsi, həmçinin bununla bağlı bank xərclərinin ödənilməsini "Alıcı" öz üzərinə götürür. "Alıcı" bu barədə müqavilənin notariat qaydasında təsdiq edilməsi üçün qeyd olunan məbləğin depozit hesabınıza qəbul olunmasını xahiş etmişdir. "Satıcı" həmin məbləğin müvafiq müqavilə tərəfinizdən təsdiq edildikdən sonra Sizin depozit hesabınız vasitəsilə ödəniləcəyi barədə qanunvericiliyin tələblərinin mənə izah olunmasını xahiş etmişdir.
17. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz ənlakın dövlət reyestrindən verilmiş xx.xx.2023-cü il tarixli çıxarışa əsasən ünvan 8i ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh3 adına qeydiyyata alınmışdır.
18. xx.xx.2023-cü il tarixli, AN-İ №1124902 saylı “Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi”nə əsasən Cavabdeh3 Xaçmaz rayonu, Ləcət kəndi ünvanında yerləşən fərdi yaşayış evini Cavabdeh4 satmışdır.
19. Xaçmaz Rayon Polis X5 Bölməsinin cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarı.
20. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilmiş hesabata əsasən Xaçmaz rayonu, Ləcət kəndi ünvanında yerləşən 0,05 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərindəki fərdi yaşayış evinin 24 iyul 2023-cü il tarixinə bazar dəyəri 55,900 manat təşkil edir.
21. Xaçmaz Rayon İcra Hakimiyyətinin Başçısının Ləcət kənd İƏD üzrə arayışa əsasən Xaçmaz rayonu, Ləcət kəndində Cavabdeh3 məxsus 1 mərtəbəli 4 otaqdan ibarət yaşayış evi vardır və fərdi yaşayış evində heç kəs qeydiyyatda yoxdur.
22. BB № 832591 saylı Daşınmaz Əmlakın İcbari Sığortası Şəhadətnaməsi.
23. Xaçmaz Rayon Prokurorunun xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarın ləğv olunması haqqında qərarı.
24. X2 Mərkəzi tərəfindən təqdim edilmiş mütəxəssis rəyinə əsasən Xaçmaz rayonu, Ləcət kəndində 0.005 ha torpaq sahəsinin və onun üzərində inşa edilmiş 1 mərtəbəli, 2otaqlı 75.60 kv.m sahədən ibarət fərdi yaşayış evinin qiymətləndirmə tarixinə bazar dəyəri 31.090 AZN (otuz bir min doxsan manat) təşkil etməsi müəyyən edilmişdir.
25. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli, №200/200/0922/2023 saylı arayışa əsasən Hacıyeva X1 Sumqayıt filialına ev Təminatlı nağd istehlak krediti üçün may ayında müraciət etmişdir, lakin qaydalara uyğun olaraq rəsmi iş yeri olmadığı üçün şifahi şəkildə imtina edilmişdir.
26. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş ekspert rəyinə əsasən Xaçmaz rayonu, Ləcət kəndində 0.05 ha torpaq sahəsi üzərində yerləşən 75.60 kv.m olan fərdi yaşayış evinin bazar dəyəri 37100 (otuz yeddi min yüz) manat, likvid dəyəri 33400 (otuz üç min dörd yüz) manat təşkil edir. ünvan 1ində 0.05 ha torpaq sahəsi üzərində yerləşən 75.60 kv.m olan fərdi yaşayış evinin həyətində əkilmiş fındıq ağaclarının (faktiki 32 ağac) illik ortalama məhsul dəyəri və ağaclara baxım xərcləri çıxıldıqdan sonra mövcud olan illik xalis gəlir məbləği 830,00 (səkkiz yüz otuz) manat təşkil edir. ünvan 1ində 0.05 ha torpaq sahəsi üzərində yerləşən 75.60 kv.m olan fərdi yaşayış evində olan əşyaların bazar dəyəri 4 310,00 (dörd min üç yüz on) manat təşkil edir. ünvan 1ində 0.05 ha torpaq sahəsi üzərində yerləşən 75.60 kv.m olan fərdi yaşayış evinin bazar (likvid) qiyməti yerləşdiyi torpaq sahəsi, qiymətləndirilən əşyalar və əkilmiş ağaclarla birlikdə bazar dəyəri 37 100,00 + 830,00 +4 310,00 = 42 240,00 (qırx iki min iki yüz qırx) manat təşkil edir.
27. xx.xx.2025-ci il tarixli, № 317310 saylı kassa mədaxil orderinin qəbzinə əsasən İddiaçı Rafiq qızı qiymətləndirmə xidməti üzrə 1000 (bir min) manat ödəniş etmişdir.
28. Mülki iş materiallarına əlavə edilmiş digər sənədlər.
Tətbiq edilən hüquq:
29. Azərbaycan Respublikasının Konstitusiyası: 13.İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
29. İ. Hər kəsin mülkiyyət hüququ vardır.
29. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
29. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
29. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
60. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın.
30. «İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokol:
1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
31. Azərbaycan Respublikasının Mülki Məcəlləsi (MM): 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.1. mülki hüquq subyektlərinin bərabərliyi; 6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi; 6.1.5. müqavilələr azadlığı; 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. 362.2. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər 366.2. Etibarnamə verilmiş şəxsin etibarnaməyə xitam verildiyini bildiyi və ya bilməli olduğu vaxtadək yerinə yetirdiyi hərəkətlər nəticəsində əmələ gələn hüquq və vəzifələr etibarnaməni vermiş şəxs və onun hüquq varisləri üçün üçüncü şəxslər barəsində qüvvəsini saxlayır. Əgər üçüncü şəxs etibarnamənin qüvvəsinə xitam verildiyini bilirdisə və ya bilməli idisə, bu qayda tətbiq edilmir. 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 430.1. Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir.
32. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89.1. Yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 89.3. Lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli Qərarı.
34. Q.İbadovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 iyul 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 7 mart 2016-cı il Qərarı.
35. 09.12.19 B.Qasımovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 9 dekabr 2019-cu il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı.
36. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il Qərarı.
37. T.Qasımovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 1 dekabr 2020ci il Qərarı.
38. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il Qərarı.
39. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali MəhkəməsininPlenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarı.
Məhkəmənin mövqeyi:
40. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəflərin izahını, əlavə edilmiş sənədləri nəzərdən keçirib təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir.
41. İddiaçının tələbi Cavabdeh2 Oqtay oğlu ilə Cavabdeh3 arasında ünvan 1ində 0,05 ha torpaq sahəsi üzərində yerləşən sahəsi 75,6 kv.m olan fərdi yaşayış evinə dair Bakı şəhər 9 saylı Notariat Ofisində rəsmiləşdirilmiş AN-1 №1153126 xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, həmin evə dair sonuncunun adına verilmiş çıxarışın ləğvi, Cavabdeh3 ilə Cavabdeh4 arasında xx.xx.2023-cü il tarixdə Bakı şəhər 18 saylı Notariat Ofisində bağlanmış AN-1 № ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab olunması və Cavabdeh4 ailə üzvləri ilə birlikdə həmin mənzildən çıxarılması ilə bağlıdır. Göründüyü kimi iddia tələbi bir-biri ilə əlaqəli əsas və törəmə tələblərdən ibarətdir. Əsas tələbin təmin və ya rədd edilməsi digər tələblərin də hüquqi həllini müəyyənləşdirir.
42. İddiaçının əsas tələbi Cavabdeh2 Oqtay oğlu ilə Cavabdeh3 arasında ünvan 1ində 0,05 ha torpaq sahəsi üzərində yerləşən sahəsi 75,6 kv.m olan fərdi yaşayış evinə dair Bakı şəhər 9 saylı Notariat Ofisində rəsmiləşdirilmiş AN-1 №1153126 xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab olunmasıdır. Göründüyü kimi iddia tələbi mülkiyyət hüququnun keçməsi ilə bağlı müqavilənin etibarsızlığı ilə bağlıdır.
43. Belə ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Mülki qanunvericiliyin prinsiplərini müəyyən edən Mülki Məcəllənin 6-cı maddəsində nəzərdə tutulmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirdirlər. Qanunun bu müddəasından çıxış edən şəxs hər şeydən əvvəl öz iradəsinə müvafiq olaraq bağlayacağı müqavilədə özü üçün münasib tərəfdaş seçir, sonra şəxs öz iradəsinə müvafiq olaraq hazırladığı bağlanacaq müqavilənin mühüm şərtlərini nəzərdə tutan təklifini verir və tərəflər sərbəst olaraq müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Yəni şəxsin müqavilə bağlamaq haqqında iradəsi yarandığı andan gerçəkləşənədək ancaq onun sərbəst iradəsinə əsasən həyata keçirilir və öz seçdiyi tərəflə məzmununu sərbəst olaraq müəyyənləşdirdikləri qanuna zidd olmayan istənilən müqaviləni azad surətdə bağlaya bilər ki, bu da müqavilə azadlığıdır. (§37)
44. Məhkəmə qeyd edir ki, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən, müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Bu baxımdan mülki dövriyyənin sabitliyinin və davamlılığının təmin edilməsi üçün məhkəmələr tərəfindən mövcud sübutlar əsasında müqavilə üzrə tərəflərin gerçək hüquqi niyyətlərinin və iradə ifadələrinin müəyyən edilməsi, qanunvericiliyə uyğun olaraq onlara hüquqi qüvvə verilməsi, vicdanlılıq prinsipinə əsasən borclunun vəzifələrinin icrasının təmin edilməsi, pozulmuş öhdəliklərə görə məsuliyyətin müəyyən edilməsi hüquqi nəticə əldə edilməsi üçün vacibdir . (§37)
45. Hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdlər iradə ifadələri nəticəsində əmələ gəldiklərinə görə bir əqdin etibarlı olması üçün onu əmələ gətirən iradə ifadəsinin də sağlam olması, başqa sözlə iradə və onun bildirilməsi arasında vahidliyin mövcudluğu lazımdır. Bu vahidlik həm iradənin formalaşmasında, həm də onun bildirilməsi anında mövcud olmalıdır. Belə ki, iradə formalaşdığı anda sağlam olmalı və buna uyğun olaraq bildirilməlidir. Bu uyğunluğun (vahidliyin) olmadığı hallarda iradə ifadəsinin zədələnmiş olduğunu demək olar. İradə ifadəsinin sağlamlığına təsir edən, daha doğrusu onu (iradə ifadəsini) zədələyən ümumi hallar bunlardır: 1. vacib əhəmiyyətli yanılma, 2. aldatma, 3. təhdid edilmə (hədələnmə).
46. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
47. Aldatma dedikdə, digər tərəfi əqdi bağlamağa sövq etmək məqsədilə müəyyən faktlara dair bilə-bilə yalan məlumatlar verməklə və ya barəsində məlumat verilməli olan məsələlər barədə susmaqla onda əqd barəsində yanlış təəssürat yaratmaq və həmin təəssürat üzrə iradə ifadə etməyə məcbur etmək nəzərdə tutulur. Aldatma nəticəsində digər əqd iştirakçısında əqd və onun elementləri, onun bağlanması üçün mühüm əhəmiyyəti olan hallar və faktlar barəsində yanlış təsəvvür yaranır. Aldatma iki formada həyata keçirilir: fəal hərəkət formasında (əqd iştirakçısına yalan, saxta məlumatların verilməsi) və passiv hərəkət formasında (əqd iştirakçısının hərəkətsizliyi - əqdin bağlanmasına mane ola biləcək hallar və faktlar barəsində qəsdən susmaqla). (§37)
48. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1. Aldadan tərəf müqavilənin bağlanılması və xüsusilə də müqavilənin bağlanmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; 2. Aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni müəyyən bir müqavilənin bağlanmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formalaşdırılmış olmalıdır; 3. Müqavilə məhz aldatma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanmış olmalıdır. Belə ki, aldatma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı.
49. Məhkəmə qeyd edir ki, yazılı və notariat qaydada bağlanmış əqdlərə münasibətdə prezumpsiya ondan ibarətdir ki, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi məhz əqdin özündə yazılı formada göstərilən qaydada olmuşdur. Belə ki, tərəflər yazılı müqaviləni imzalamaqla orada göstərilən şərtlərin özlərinin iradə ifadələrini əks etdirdiyini qəbul edirlər, eləcə də, əgər müqavilə notariat orqanında bağlanmışdırsa, notarius müqaviləni təsdiq etmədən əvvəl onun məzmununu tərəflərə izah edir. Odur ki, notariat qaydasında bağlanılmış əqdin aldatma nəticəsində bağlanıldığı nəticəsinə gələ bilmək iş üzrə həmin halları təsdiq edən çox ciddi və təkzibolunmaz mötəbər sübutlar mövcud olmalıdır.
50. Məhkəmə qeyd edir ki, əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur.
51. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir.
52. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə səbəb olmur. Onlar qanunda nəzərdə tutulan mənfi nəticələrin yaranmasına səbəb olur. Etibarsız əqdlər hüquqazidd, qeyri-hüquqi hərəkətdir. Etibarsız əqdlər elə hüquqazidd hərəkətlərdir ki, bu hərəkətlər əqdin etibarlı olması şərtlərindən, heç olmazsa, birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticəyə səbəb olmur. Bu cür əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitam olunması ilə nəticələnmir.
53. Göründüyü kimi müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanmasının zəruri şərtidir. Eyni zamanda hər hansı əqdin, o cümlədən bağışlama müqaviləsinin etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərinin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.
54. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.
55. Göründüyü kimi məhkəmə araşdırması zamanı iddiaçının cavabdehlər tərəfindən aldadılması halı öz əksini tapmamışdır. İddiaçı bunun əksini, yəni qeyd olunan maddələrin dispozisiya şərtlərinin mövcudluğunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş, yalnız formal mülahizələrlə çıxış edərək aldadıldığına istinad etmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.
56. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsi).
57. Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
58. Məhkəmə qeyd edir ki, iddiaçı tərəf Cavabdeh2 Oqtay oğluna etibarnamə vermiş, etibarnamədə açıq şəkildə məhz mübahisə predmeti barədə mülkiyyət hüquqlarının cavabdehə həvalə edilməsi qeyd edilmiş, hətta etibarnamə verilən zaman iddiaçının verdiyi izaha əsasən mübahisə prdmeti olan evin çıxarışı da təhvil verilmişdir. Məhkəmə qeyd edir ki, AR Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, təmsilçiliklə bağlanan əqdlər zamanı ilk növbədə, aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdləri bağlamasına yönələn iradə ifadəsi olması nəzərə alınmalıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir. (§34) İddiaçının Cavabdeh2 Oqtay oğluna verdiyi etibarnamədə bu məsələlərin açıq şəkildə əks olunduğu görünür. (§11)
59. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçı tərəf həmin əmlakın əvvəlcədən də özgəninkləşdirilməsi ilə bağlı niyyətinin olduğunu bəyan etmiş, lakin hazırda qiyməti ilə bağlı razılaşmadığını qeyd etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi ilə bağlı tələbi əsassızdır. Lakin məhkəmə araşdırması zamanı ilk alqı-satqı müqaviləsi (§16) ilə daşınmaz əmlakın dəyərindən aşağı satılması halının mövcudluğu mütəxəssis rəyləri (§20, §26) ilə sübuta yetirildiyindən iddiaçı tərəf vurulmuş ziyanı Cavabdeh2 Oqtay oğlundan tələb edə bilər.
60. Məhkəmə qeyd edilənlərə, işin hallarına, qanunvericiliyin sadalanan normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi Cavabdeh2 Oqtay oğlu ilə Cavabdeh3 arasında ünvan 1ində 0,05 ha torpaq sahəsi üzərində yerləşən sahəsi 75,6 kv.m olan fərdi yaşayış evinə dair Bakı şəhər 9 saylı Notariat Ofisində rəsmiləşdirilmiş AN-1 №1153126 xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsızlığı hissəsində əsassızdır, bu səbəddən də iddia tələbi törəmə tələblər hissəsində də rədd edilməlidir.
Məhkəmə xərcləri:
61. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
62. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 358-360 və 362-ci maddələrini rəhbər tutaraq,
QƏT ETDİ:
1. İddia rədd edilsin.
2. İddia verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin.
3. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Samirə Eyvazova