Məhkəmə qərarları › İş №e-2(011)-2983/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2983/2022

12.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2983/2022 12.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh və onun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi tələbinə dair” mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında 27.11.2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən 129 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, 27.11.2021-ci il tarixdə Cavabdeh ilə nikaha daxil olmuşdur. Kağız üzərində nikaha daxil olunsa belə, toy olmamışdır. Cavabdeh ilə nikah rəsmiləşdirildiyi vaxtdan bir neçə ay öncə tanış olmuşlar. Cavabdehdən xoşu gəldiyi, onunla evlənmək istədiyi üçün onun atası Akif Bayramovla görüşmüş və qızı ilə ailə qurmaq niyyətini ona bildirmişdir. Akif Bayramov evliliyə razılıq bildirmiş, bir müddət sonra cavabdehlə qeydiyyat şöbəsinə nikahın rəsmi qeydiyyata alınması üçün müraciət edilmişdir. Müraciət edərkən cavabdeh buna etiraz etməmiş, iddiaçı ilə evlənməyə narazılıq bildirməmişdir. Daha sonra nişan və toy məclislərinin tezləşdirilməsini cavabdehin ailəsindən xahiş etmiş, buna səbəb yaşamaq üçün ailəsi ilə birlikdə xaricə köçməsi olmuşdur. Lakin nikahın rəsmi qeydiyyata alınmasına baxmayaraq, nişan, daha sonra isə toy etmək istəyini cavabdehə bildirəndə o, nikaha daxil olmaq üçün təzyiq altında razılıq verdiyini, əsasən də yaşlı valideynlərini tərk edib xaricə gedə bilməyəcəyini, onunla ailə qurmaq, birgə yaşamaq, birgə təsərrüfat sürmək niyyətinin olmadığını bildirmişdir. Hərəkətindən peşmandır və gələcəyini onunla birgə görmür. Ailə qurmaq niyyəti olmadan evliliyə nə üçün razılıq verdiyini soruşanda atasının yaşlı olmasını, atasını çox sevdiyini, bu səbəbdən də atasının xətrinə dəyməməsi üçün bunu etdiyini söyləmişdir. Cavabdehin atası ilə bu barədə söhbət aparılsa da, atası qızının fikrini dəyişdirə bilmədiyini ona bildirmişdir. Cavabdehlə heç zaman birgə yaşamamış, birgə təsərrüfat sürməmiş, aralarında ər-arvad arasında olan intim əlaqə olmamışdır. Yuxarıda sadalanan səbəblərdən nikahın pozulması üçün deyil, qeyd olunan nikah saxta olduğu səbəbindən nikahın etibarsız sayılması üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Hazırda Azərbaycan yenidən nikaha daxil olmaq niyyətindədir, xaricə tək deyil, həyatını onunla birgə yaşayacaq xanımla birgə getmək istəyir və Cavabdehkif qızı ilə olduğu bu saxta nikah onun konstitusion hüquqlarını həyata keçirməyə mane olur, onun adına xələl gətirir, bu nikahın müvafiq icra hakimiyyəti orqanında və ya məhkəmə qaydasında pozulması onun hüquqlarının həyata keçirilməsində ciddi problemlər yaradacaq, gələcəkda ailə quracağı şəxsdə artıq evli olduğu təəssüratı yaradacaq, bu isə bir sıra anlaşılmamazlıqlara, istədiyi şəxslə nikaha daxil olmağını çətinləşdirəcək və ya mümkünsüz edəcəkdir. Nikahın etibarsız hesab olunması ilə bağlı Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsinə müraciət etmiş, nikahın etibarsız sayılmasının məhkəmənin səlahiyyətində olmasına dair məktub vermişdir. Bununla bağlı Mediasiya təşkilatına müraciət edilmiş, lakin tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək istəməmişlər. Cavabdeh iddianın etiraf edilməsinə dair notarial qaydada təsdiq edilmiş ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı ona qarşı iddia irəli sürməkdə haqlı olmuş, iddia ərizəsində qeyd edilən məlumatlar həqiqətdir. Belə ki, kağız üzərində nikaha daxil olsalar belə, nişan və toy olmamışdır. İddiaçı ilə nikah rəsmiləşdirildiyi vaxtdan bir neçə ay öncə tanış olmuşdur, iddiaçı ondan xoşu gəldiyi, onunla evlənmək istədiyi üçün atası ilə görüşmüş, ailə qurmaq niyyətini ona bildirmişdir. Atası evliliyə razılıq bildirmiş, bir müddət sonra iddiaçı ilə qeydiyyat şöbəsinə nikahın rəsmi qeydiyyata alınması üçün müraciət etmişdirlər. Daha sonra İddiaçı nişan və toy məclislərinin tezləşdirilməsini onun ailəsindən xahiş etmiş, buna səbəb iddiaçının yaşamaq üçün onunla birlikdə xaricə köçməsi olmuşdur. Lakin nikahın rəsmi qeydiyyata alınmasına baxmayaraq, iddiaçı nişan, daha sonra isə toy etmək istəyini ona bildirəndə, iddiaçı ilə nikaha daxil olmaq üçun razılığını təzyiq alt/nda verdiyini, əsasən də yaşlı valideynlərini tərk edib xaricə gedə bilməyəcəyini, onunla ailə qurmaq, birgə yaşamaq, birgə təsərrüfat sürmək niyyətinin olmadığını, bildirmiş, onunla atasının sözünün yerə salınmaması üçün evlənməyə razılıq verdiyini, lakin hərəkətindən peşman olduğunu və gələcəyini onunla birgə görmədiyini demişdir. Ailə qurmaq niyyəti olmadan evliliyə nə üçün razılıq verdiyini soruşanda atasının yaşlı olmasını, atasını çox sevdiyini, bu səbəbdən də onun xətrinə dəyməməsı üçün bunu etdiyini söyləmişdir. Ailə qurmasının atasının ən böyük arzusu olduğunu bildiyindən bütün bunları onu incitməmək üçün etmişdir. Lakin sonradan dərk etmişdir ki, sevmədiyi bir şəxslə, xüsusi ilə də vətənindən kənarda, valideynlərindən, dostlarından uzaqda yaşaya bilməz. Etiraf edir ki, sənəd üzərində nikaha daxil olmasın baxmayaraq, nişan və toy məclisi olmamışdır. İddiaçı ilə heç zaman birgə yaşamamış, birgə təsərrüfat sürməmiş, aralarında ər-arvad arasında olan intim əlaqə olmamışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq, nikahın etibarsız sayılmasına dair qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh və onun nümayəndəsi X2 iddia tələbini qəbul edilməsinə dair ərizədə göstərilənləri təsdiq edərək, iddianın təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehiin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlını dinləyib, iş materiallarını nəzərdən keçirərək, toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh arasında nikah 27.11.2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən 129 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. 16.03.2022-ci il tarixli, MŞB/5-001132 saylı ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış iddia ərizəsinə əlavə olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 7-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25.1-ci maddəsinə əsasən bu məcəllənin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında etibarsız sayılır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, həm iddia ərizəsindən, həmdə iddia tələbinin etiraf edilməsi barədə ərizədən İddiaçı ilə Cavabdeh 27.11.2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsində nikahlarını rəsmiləşdirməkdə niyyətləri ailə qurmaq olmuşdur. Hazırda etibarsız hesab olunması üçün iddiaçının həmin nikahın etibarsız hesab olunması barədə irəli sürdüyü əsaslar məhkəmədə sübuta yetirilmir. İddiaçı tərəf nikahın formal bağlanıldığını qeyd etməsinə, cavabdeh tərəf isə nikahın formal bağlanıldığını etiraf etməsinə baxmayaraq, bunu məhkəmədə sübuta yetirə bilməmişdirlər. Halbuki, mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, iddia tələbi əsassız hesab edilməli və rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi tələbinə dair” iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar