Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2989/2024 05.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 və onların nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 qızının iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “əqdin etibarsız hesab edilməsi, vərəsəlik və mülkiyyət hüququnun tanınması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, məhkəmədən iddiaçıların xx.xx.2023-cü ildə Bakı şəhəri 52 saylı Notasiat ofisininn xüsusi notariusu Elçin Zeynalov tərəfindən 8İ-11404 və 8İ-11405 reyestr nömrələri ilə qeydə alınmış miras əmlakdan imtina ərizələrinin etibarsız hesab edilməsi, övladları şəhid X2 qalmış miras əmlaklara dair iddiaçıların vərəsəlik və mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıların övladı X4 19-20 sentyabr 2023cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarabağ ərazisində erməni terrorçu dəstələrinə qarşı həyata keçirdiyi lokal xarakterli anti-terror əməliyyatları zamanı şəhid olmuşdur. Ölüm 12 oktyabr 2023-cü ildə Füzuli rayon qeydiyyat şöbəsində 288 № ilə qeydə alınmışdır. X3 şəhid olmasından sonra iddiaçılar X3 arvadı-cavabdeh və övladları şəhid ailə üzvü kimi tanınmışlar. X3 mülkiyyətində atası tərəfindən bağışlanmış yaşayış evi olmuşdur. Bundan başqa dövlət tərəfindən şəhid ailəsi statusuna görə də müvafiq müavinətlərin ödənilmişdir. Bu zaman şəhidin miras əmlakı və digər müavinətlər şəhid ailəsinin üzvlərinə vərəsəlik qaydasında keçir. İddiaçılar şəhid X3 arvadı-cavabdeh Bakı şəhər 52 saylı Notariat ofisinin xüsusi notariusu X1 iştirakı ilə tərəflər şəhidin miras əmlakının və digər müavinətlərin vərəsələrin arasında bərabər payda bölünməsi barədə razılığa gəliblər. Həmçinin tərəflər razılığa gəliblər ki, əmlak və digər müavinətlər vaxt itkisinin qarşısının alınması və məsələnin tez həll edilməsi üçün vərəsələrdən birinin adına keçirilsin sonra vərəsələr arasında faktiki bölünsün. Həmin vaxt ailənin gəlini-cavabdeh ağlayaraq mənzilin ona və uşaqlarına verilməsini xahiş etmiş, qalan digər müavinətləri isə digər vərəsələrə yəni iddiaçılara verəcəyini bildirmişdir. Miras əmlakın və digər müavinətlərin cavabdehin adına keçirilməsi və sonradan müavinətlərin iddiaçılara verilməsi məqsədi ilə iddiaçılar elə həmin notariat ofisində miras əmlakdan və digər müavinətlərdən gəlinləri-cavabdehin xeyrinə imtina edilməsi barədə ərizə yazmışdırlar. Daha sonra isə iddiaçılar sosial müvainətlərin köçürülməsindən xəbərdar olmaqları məqsədi ilə notariat ofisində razılaşdıqları kimi gəlinləri cavabdehdən İddiaçı2 adına etibarnamə verməsini istəyəndə, məlum olmuşdur ki, cavabdeh artıq müavinətləri alıb və bu barədə iddiaçılara heç bir məlumat verməyib. Həmin vaxtdan etibarən iddiaçılara aydın olmuşdur ki, gəlinləri-cavabdeh ona olan etibardan sui-istifadə edərək,aldadılaraq mirasdan imtina barədə ərizə yazıb notariat qaydasında təsdiqlətdirməyə nail olmuşdur. İddiaçılar cavabdehin onları aldatdıqlarını bildikdən sonra mirasdan imtina barədə ərizələrin ləğv edilməsi barədə üçüncü şəxsə ərizə ilə müraciət etmişlər. Üçüncü şəxs tərəfindən №209/2024, xx.xx.2024-cü il tarixli məktubla mirasdan imtina barədə ərizələrin ləğv edilməsindən imtina edilmişdir. Bu səbəbdən də mövcud iddia tələbi irəlisürülmüşdür. Tərəflərin izahatları İddiaçılar İddiaçı1, İddiaçı2 və onların nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddiaya etiraz edərək, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs Bakı şəhəri 52 saylı notariat ofisi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, o məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəməyə məktub ilə müraciət edərək, bildirmişdir ki, X2 irs qalmış əmlakdan imtina ərizələri təsdiq olunan zaman İddiaçı1 və İddiaçı2 onun tərəfindən qəbul edilib, mirasın qəbulu, imtinası və imtinanın geri götürül məməsi barədə onlara izah verilmiş və nəticələri barədə xəbərdarlıq edilmişdir. Onlar tərəfindən mirasdan imtinaya razılıq bildirildikdən sonra ərizələri tərtib edilmiş və imzaları təsdiq edilmişdir. Bununla əlaqədar qanun üzrə vərəsəlik hüququnun tanınması tələbinə dair iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: İş materiallarında olan şəhid ailə üzvü haqqında arayışdan görünür ki, İddiaçı2 Şirazad oğlu şəhid X3 atası, İddiaçı1 isə şəhid X3 anasıdır. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2023cü ildə Füzuli şəhəri, Govşadlı kəndində baş-beynin diffuz travması səbəbindən ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2023-cü ildə 288 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.1987ci ildə anadan olmuş, atası İddiaçı2, anası İddiaçı1dır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli **********404 nömrəli ərizədən görünür ki, İddiaçı2 xx.xx.2023-cü il tarixində vəfat etmiş miras qoyan şəhid oğlu X2 irs qalmış yaşayış ( ev, mənzil və otaq), qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət mirasın ona çatası hissəsindən, oğlunun arvadı Cavabdeh xeyrinə imtina etmişdir. Notariat hərəkətlərinin aparılması barədə onun hüquq və vəzifələri, mirasın qəbulundan imtina etdiyi ərizənin geri götürülməsinin yolverilməzliyi və imtinanın nəticələri barədə ona notarius tərəfindən izah edilmiş və ona aydın olmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli **********405 nömrəli ərizədən görünür ki, İddiaçı1 xx.xx.2023-cü il tarixində vəfat etmiş miras qoyan şəhid oğlu X2 irs qalmış yaşayış ( ev, mənzil və otaq), qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət mirasın ona çatası hissəsindən, oğlunun arvadı Cavabdeh xeyrinə imtina etmişdir. Notariat hərəkətlərinin aparılması barədə onun hüquq və vəzifələri, mirasın qəbulundan imtina etdiyi ərizənin geri götürülməsinin yolverilməzliyi və imtinanın nəticələri barədə ona notarius tərəfindən izah edilmiş və ona aydın olmuşdur. İş materiallarında olan Bakı şəhəri 52 saylı notariat ofisinin notariat hərəkətlərinin aparılmasından imtina barədə xx.xx.2024-cü il tarixli qərarına əsasən iddiaçıların xx.xx.2023-cü il tarixdə şəhid olmuş oğlundan miras qalmış əmlakdan gəlini Cavabdeh xeyrinə imtina etməyi ilə bağlı 8İ-11404 və 8İ-11405 reyestr nömrəli ərizələrinin ləğvindən imtina edilmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş X5 ifadəsində bildirmişdir ki, o, iddiaçıların kürəkənidir, onların qızının yoldaşıdır. Notarius ofisinə getməmişdən əvvəl ailələr arasında razılaşma olmuşdur ki, əlavə vaxt itkisi olmasın deyə mənzil şəhidin yoldaşının adına keçirilsin. Lakin şəhidin onun statusu ilə bağlı veriləcək məbləğ İddiaçı2 nəzarətində olsun. Şəhidlik statusu ilə bağlı 170 000 manatdan çox pul verilib. Cavabdeh onun yanında dəfələrlə notarius ofisində olarkən razılıq verib. Orada olandanda cavabdeh demişdir ki, siz mənə inanmırsız. Notairus ofiisndə cavabdeh ağlamış, bildirmişdir ki, məni və uşaqlarımı evsiz qoyacaqsınız. Hətta dedi ki, istəyirsiz bu dəqiqə sizə müavinətlərin qəbulu ilə bağlı etibarnamə verim. Cavabdeh heç onlara müavinət ilə bağlı məlumat da verməmişdir. Qızın ağlamağı onları mənəvi cəhətdən təsir etmişdir. Onlar da cavabdehə arxayın olmuşdur. Onların mənzili cavabdehin adına keçirməyindən belə məlumatları olmamış, notariat ofisindən sonra elə bil bütün münasibətlər qırılmışdır. Məhkəməyə verilənə kimi onların məlumatı olmayıb ki, mənzil onların adına keçirb, pulu götürüb. Notariat ofisində Xuraman Məmmədov, İddiaçı2, Cavabdeh və o, olmuşdur. Notarius özü onları qəbul otağında qəbul etmiş, ərizə yazılan zaman iddiaçıları xəbərdarlıq edərək, ərizənin nəticələri barədə onlara məlumat verilmişdir. Lakin iddiaçılar cavabdehin səmimiyyətinə inanmış, ona etibar etmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş X7 ifadəsidə bildirmişdir ki, o, şəhidin bibisioğludur. Rasim Məmmədov şəhid olandan sonra onlar bilirdi ki, şəhidlik statusu ilə kompensasiya veriləcəkdir. Onun yanında da ailə çərçivəsində danışılmışdır ki, ev gəlinə və nəvələrə qalacaq, lakin pula nəzarəti İddiaçı2 edəcəkdir. Evdə də notariat ofisində də belə söhbət olmuşdur. Lakin kompensasiya köçürüləndən sonra Nigar Məmmədov dəyişmiş, belə ki, onunla Nigar Məmmədovun binası üzbəüz olmuş, eyni məhlədə qalırmış. O, hiss edirdi ki, Cavabdeh onlara qarşı qarşı soyuq davranır. Vərəsəlikdən imtina etməyi, çox adam etməz. Heç o da iddiaçıların yerində olsa etməz. Lakin iddiaçılar cavabdehə inanmışlar. Hazırda da iddiaçılar oğlullarından miras qalmış mənzilə iddiaları yoxdur. Lakin ailənin ağsaqqalı kimi pul İddiaçı2 olmalıydı. Sonradan onlara məlum oldu ki, pulu cavabdeh götürüb. Bu halı bir çox şəxs də təsdiq edə bilər. O, vərəsəlik işi ilə bağlı iddiaçılarla birlikdə notariat ofisinə getməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159-cu maddəsinə əsasən qanun üzrə vərəsələr: 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 1267-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat orqanına mirası qəbul etməsi və ya vərəsəlik haqqında şəhadətnamə alınması barədə ərizə verdikdən sonra mirasdan imtina edilməsinə yol verilmir. Həmin Məcəlləsinin 1268.1-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı qaydaların təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının 2-ci maddəsindən görünür ki, xidməti vəzifələrin icrası zamanı həlak olmuş "(vəfat etmiş), xəsarət (yaralanma, travma, kontuziya) almış, sağlamlığına digər zərər dəymiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis əməkdaşlarına və ya onun ailəsinə xidmət vəzifələrin icrası ilə əlaqədar polis əməkdaşı həlak olduqda (vəfat etdikdə) ailəsinə, habelə öhdəsində olanlara dövlət büdcəsinin vəsaiti hesabına ərzaq payı əvəzinə pul kompensasiyası istisna olmaqla, onun aylıq təminat xərclərinin yetmiş misli miqdarında birdəfəlik komepensasiya ödənilir, daha sonra bu məbləğ təqsirli şəxslərdən tutulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 73 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli əlavədəngörünür ki, xidməti vəzifələrinin icrası zamanı həlak olmuş, (vəfat etmiş), xəsarət (yaralanma, travma, kontuziya) almış, sağlamlığına digər zərər dəymiş polis əməkdaşına və onun ailəsinə birdəfəlik kompensasiyanın müəyyən edilməsi üçün tələb olunan sənədlər 1. Polis əməkdaşı həlak olduqda, vəfat etdikdə: ölüm haqqında şəhadətnamə; əməkdaşın ölümünün bilavasitə xidməti vəzifəsinin icrası ilə bağlı olduğu haqqında Daxili İşlər Nazirliyi tərəfindən müəyyən olunmuş müvafiq xidmətin rəyi; ailə üzvlüyünü təsdiq edən arayış; vərəsəlik hüququna malik ailə üzvünün ərizəsi. “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanunun 4.1-ci maddəsindən görünür ki, sığortaolunan 5 illik əməkhaqqı məbləğində sığorta edilir. Həmin Qanunun 4.2-ci maddəsinə əsasən sığorta haqqı bu Qanunun 4.1-ci maddəsində nəzərdə tutulan sığorta məbləğinin 1 faizi miqdarında müəyyən edilir. Həmin Qanun 5-ci maddəsinə əsasən sığortaolunanların xidməti vəzifələrinin icrası ilə bağlı həlak olması (vəfat etməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması və (və ya) əlilliyin müəyyən edilməsi sığorta hadisələri hesab edilir. Sığorta hadisələri baş verdikdə bu Qanunun 4.1-ci maddəsində nəzərdə tutulan sığorta məbləğindən faizlə aşağıdakı sığorta ödənişləri verilir; a) sığortaolunan məhkəmə və ya hüquq mühafizə orqanlarında xidmətdə olduğu zaman həlak olduqda (vəfat etdikdə) - 100 faiz; Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyərək, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia tələbi rədd edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıların övladı olmuş Azərbaycan Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının çavuşu olan Məmmədov Rasim Oktay oğlu Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19 sentaybr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal xarakterli antiterror əməliyyatları zamanı şəhid olmuşdur. Onun ölümündən sonra Bakı şəhəri 52 saylı notaiat ofisində vərəsəlik işi açılmış, iddiaçılar X8 və İddiaçı1 oğlundan irs qalmış yaşayış ( ev, mənzil və otaq), qeyriyaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət mirasın onlara çatası hissəsindən, oğlunun arvadı Cavabdeh xeyrinə imtina etmişlər. Məhkəmə iclaslarında iştirak edən iddiaçılar oğlundan miras qalmış mənzilin gəlinləri Cavabdeh tərəfindən qəbul edilməsini mübahisələndirməmiş, hazırkı mübahisənin əsası isə imtina barədə ərizə yazdıqdan sonra müavinətlərin gəlini ilə birlikdə aralarında bərabər şəkildə bölünməsi barədə aralarındakı razılığa cavabdeh tərəfindən əməl olunmayaraq, cavabdehin müavinətləri alması, bu barədə iddiaçılara heç bir məlumat verməməsi, həmçinin əldə etdiyi müavinətləri iddiaçıları ilə bölüşməməsi ilə bağlı olmuşdur. Məhkəmə qeyd edir ki, mirası qəbul etmək hüququn məzmunu mümkün olan iki alternativ imkandan birini seçməkdən ibarətdir: mirası qəbul etmək imkanı; mirasdan imtina etmək imkanı. Mirasdan imtina xüsusi olaraq vərəsəlik hüququnun xitam olunması məqsədilə həyata keçirilən aktdır. Buna görə də həmin akt mülki-hüquqi əqddir. Özü də bu əqd yalnız bir tərəfin - mirasdan imtina edən vərəsənin iradəsini ifadə edir. Hüquqi nəticənin yaranması - vərəsəlik hüququna xitam verilməsi üçün təkcə, ancaq həmin vərəsənin öz iradəsini bildirməsi kifayət edir. Hüquqi nəticənin əmələ gəlməsi üçün hər hansı şəxsin cavab, qarşılıqlı iradə ifadəsi tələb olunmur. Buna görə də mirasdan imtina birtərəfli əqddir. Mirasdan imtina eyni miras üzrə vərəsəliyə çağırılan digər vərəsələrin razılığını da tələb etmir. O, həmin vərəsələrin iradə ifadəsindən asılı deyildir. Məhz bu baxımdan da mirasdan imtina birtərəfli aktdır. Bunun nəticəsində vərəsənin həmişəlik olaraq vərəsəliyinə (vərəsəlik hüququna) xitam verilir. Mirasdan imtina aktı vərəsənin miras əmlakı qəbul etməmək niyyətini ifadə edir. Mirasdan imtina dedikdə, birtərəfli elə mülkihüquqi əqd başa düşülür ki, bunun nəticəsində müəyyən mirası qəbul etməyə çağırılmış vərəsənin həmin miras üzrə vərəsəlik hüququ həmişəlik olaraq xitam edilir. Bundan başqa mirasdan imtina dönməz xarakterə malikdir. Bu o deməkdir ki, vərəsə mirasdan qəti və həmişəlik olaraq imtina edir. Mirasdan imtinanın dönməzliyi (qətiliyi) onu ifadə edir ki, əgər vərəsə artıq mirasdan imtina etmişsə, onu qəbul etmək olmaz. Məhkəmə araşdırması zamanı məhkəmə qeyd edir ki, iş üzrə əqdin etibarsız hesab edilməsi üçün Mülki Məcəllənin 337.1 və 339-cu maddələrində göstərilən hallar müəyyən edilmir. Halbuki həmin halların mövcudluğunu sübut etmək yükü iddiaçıların üzərində olmuşdur. Hazırda iddiaçıların iddia tələblərini istinad etdiyi hal onların cavabdeh tərəfindən onlara müavinətlərin verilməsi ilə bağlı aldadılaraq mirasdan imtina barədə ərizə yazmaları ilə bağlı olmuşdur. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçılar övladlarının şəhid olması ilə bağlı oğlunun ailə üzvlərinə müavinət verilməsindən məlumatlı olmuşdur. Məhkəmə şəhid X3 ölümü ilə bağlı verilməli olan müavinətlərə münasibət olaraq qeyd edir ki, miras əmlak anlayışı vəfat hadisəsi baş verdiyi anadək mövcud olan və ölən şəxsə mənsub olan əmlakı ifadə edir. Məhz bu adi məntiq və həqiqətə görə də Mülki Məcəllənin 1151.1-ci maddəsində göstərilir ki, Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Vərəsə isə, miras qalan bu əmlakı varislik qaydasında əldə etməyə haqqı olan şəxsi ifadə edir (Mülki Məcəllənin 1133.1-ci maddəsi). Belə ki, sığorta ödənişi və birdəfəlik kompensasiya məbləğinin mirasın aktivinə daxil edilməsi həmin ödənişlər mirasqoyanın öldüyü məqama kimi sahib olmadığı üçün yolverilməzdir. Çünki ölmüş şəxsin vərəsələrinə yalnız o mülki hüquq və vəzifələr keçə bilər ki, onlar əmlak xarakterli olmaqla, miras qoyanın öldüyü məqamda mövcud olsun. Öz məzmununa görə mülki (əmlak) xarakterə malik olmayan hüquq və vəzifələr - o cümlədən əmək, sosial təminat və s. hüquq münasibətlərindən irəli gələn hüquq və vəzifələr vərəsəlik əsasında keçməsi mümkünsüzdür. Bu baxımdan, şəhid ailələrinə maddi-mənəvi dəstək məqsədilə çıxarılan qanunvericilik aktlarının adlarından da bariz şəkildə məlum olur ki, bunların hamısının məqsədi ailə üzvünün itkisi səbəbilə şəhid ailələrinin məruz qaldıqları maddi-mənəvi zərəri mümkün qədər azaltmaqdır. Başqa sözlə, şəhid ailələrinə olan birdəfəlik ödəniş, müavinət və s. kimi imtiyaz və yardımlarla bağlı qanunvericilik aktlarının adlarından da göründüyü kimi bu qanunvericilik aktlarının məqsədi şəhidin ailə üzvlərinə maddi-mənəvi dəstəyi təmin etməkdir. Təsadüfi deyildir ki, bu məqsədlə çıxarılan Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli Fərmanının adı xüsusi olaraq “...ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər” şəklində ifadə olunmuşdur. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” 3 sentyabr 1993-cü il tarixli AR Qanununda da bu çox bariz şəkildə öz əksini tapmaqdadır. Şəhid ailələri üçün nəzərdə tutulan müavinət, imtiyaz və birdəfəlik ödənişlər öz mahiyyət və hüquqi təyinatları etibarı ilə bir tərəfdən vərəsələri deyil, şəhidin ailəsinə şəhidin ölməzdən əvvəlki maddi dəstəyindən və ya gələcəkdə ailəsi baxımından gözlənilən dəstəyindən məhrum qalmalarının qismən aradan qaldırılması üçün dövlət tərəfindən verilir. Bu imtiyaz və ödənişlər ilə bağlı haqların (hüquqların) heç biri şəxs şəhid olmazdan əvvəlki dövrdə ona mənsub olmayıb ki, o da şəhid olduqda onun əmlakında olsun və miras əmlak kimi onun vərəsələrinə qalsın. Nəhayət, onu da nəzərə almaq lazımdır ki, şəhidin ailə üzvlərindən hər hansı birinin miras əmlakdan imtina etməsi, imtina edən şəxsin şəhid ailəsi üzvlüyündən imtina etməsi və ya onun şəhid ailəsi üzvü hesab olunmaması üçün bir əsas ola bilməz. Məhkəmə iddianın X2 qalmış miras əmlaklara dair iddiaçıların vərəsəlik və mülkiyyət hüququnun tanınması barədə hissəsinə münasibət olaraq bildirir ki, iddiaçılar tərəfindən mirasdan imtina barədə ərizənin cavabdeh tərəfindən onları aldatma nəticəsində imzalanması öz təsdiqini tapmadığından, eyni zamanda iddiaçılar oğullarından qalan mənzilin cavabdeh tərəfindən qəbul edilməsini mübahisələndirmədiyindən və şəhidlik statusu ilə bağlı verilmiş müavinətlər isə miras əmlaka (miras kütləsinə) aid edilmədiyindən iddia təmin edilə bilməz. Məhkəmə şahid ifadələrinə münasibət olaraq bildirir ki, şahidlər iddiaçılar ilə qohumluq münasibətində olduğundan onların ifadələri məhkəmə tərəfindən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “əqdin etibarsız hesab edilməsi, vərəsəlik və mülkiyyət hüququnun tanınması” tələbi barədə iddiası rədd edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasıya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №e-2(011)-2989/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2989/2024
05.04.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver