Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3008/2025 10.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Novruzova Gülsanə Emin qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və vərəsəlik payının müəyyən edilməsi tələbi barədə iddiasına mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı Bakı şəhəri 36 saylı Notariat Ofisində verilmiş xx.xx.2016-cı il tarixli 2V-11 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında ölmüş X3 vərəsəsi arvadı X7 "xxxx" QSC-nin Xəqani filialının xx.xx.2016-cı il tarixli 131 saylı məktubuna əsasən AZ83ACAB******************** saylı hesabda olan əmanətin verilməsi haqqında qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, Bakı şəhəri 36 saylı Notariat Ofisində verilmiş xx.xx.2016-cı il tarixli 2V-12 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında ölmüş X3 vərəsəsi qızı Cavabdeh "xxxx" QSC-nin Xəqani filialının xx.xx.2016-cı il tarixli 131 saylı məktubuna əsasən AZ83ACAB******************** saylı hesabda olan əmanətin verilməsi haqqında qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməsi, Bakı şəhəri 36 saylı Notariat Ofisində verilmiş xx.xx.2016-cı il tarixli 2V-18 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında ölmüş X3 vərəsəsi arvadı X7 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 48,14 kv/m olan mənzilin ½ hissə pay verilməsi haqqında qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, Bakı şəhəri 36 saylı Notariat Ofisində verilmiş xx.xx.2016-cı il tarixli 2V-20 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında ölmüş X3 vərəsəsi qızı Cavabdeh ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 48,14 kv/m olan mənzilin ½ hissə pay verilməsi haqqında qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, ünvan 3iat Ofisində verilmiş xx.xx.2024-cü il tarixli 2V-136 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında ölmüş X5 vərəsəsi qızı Cavabdeh ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 48,14 kv/m olan mənzilin tam hissədə verilməsi haqqında qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, Bakı şəhəri 36 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli 2V-18 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında X7 verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixli **********65-05101- 093028 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış etibarsız hesab edilsin, ünvan 3iat Ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ əsasında şəhadətnaməsi əsasında X7 verilmiş çıxarışın etibarsız hesab edilməsi, iddiaçının X1na məxsus olmuş ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 48,14 kv/m olan 2 otaqlı mənzilin 1/3 hissədə iddiaçıya payın ayrılması, iddiaçının X1na məxsus olmuş "xxxx" QSC-nin Xəqani filialının xx.xx.2016-cı il tarixli 131 saylı məktubuna əsasən AZ83ACAB******************** saylı hesabda olan əmanətdən 1/3 hissədə iddiaçıya payın ayrılması, iddiaçının anası X7 qanun üzrə vərəsəlik hüququ əsasında ona çatası olan paydan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 48,14 kv/m olan 2 otaqlı mənzilin 1/2 hissədə iddiaçıya payın ayrılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədən Cavabdeh iddiaçının atası Vaqif Rəhimovun ölümündən sonra özünə aid vərəsəlik hissəsindən anası Şəfiqə Rəhimovanın xeyrinə imtina etməsini nəzərə alaraq, Cavabdeh anası X5 ölümündən sonra vərəsəlik işinə qoşulmaqla Şəfiqə Rəhimovaya çatası hissədən vərəsəsi sayılmaqla yuxarıda qeyd edilən qaydada yekunda 5/8 hissəsi İddiaçı verilməsi, X1na məxsus olmuş "xxxx" QSC-nin Xəqani filialının xx.xx.2016-cı il tarixli 131 saylı məktubuna əsasən AZ83ACAB******************** saylı hesabda olan əmanətdən 1/3 hissədə iddiaçıya payın ayrılması, "xxxx" MTK ilə bağlanmış alqı-satqı müqaviləsinə əsasən iddiaçının anasına məxsus Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi 2348-ci məhəllədə yerləşən binanın 37 saylı mənzilin özəllədirildiyi halda bu mənzilə dair vərəsəlik işi üzrə mərhumə X5 varisi kimi İddiaçı ½ hissə payın verilməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: İddiaçı xx.xx.1971-ci ildə Bakıda doğulmuşdur. X1, anası X13 ilə nikahlarını qeyd etdirmişlər. İddiaçının X1 xx.xx.2015-ci ildə vəfat etmişdir. O, vəfat edənə qədər onun adına ünvan 1 ona məxsus olmuşdur. Onun "xxxx" QSC-də hesabı olmuşdur. İddiaçının atası öldükdən sonra onun adına olan ünvan 1 ünvanındakı mənzilin iddiaçının adına keçdiyi, anası öldükdən sonra isə bu mənzilin bacısı Cavabdeh adına keçməsi barədə bu yaxınlarda məlumat əldə etmişdir. xx.xx.2018-ci ildə iddiaçının anası vəfat etmişdir. İddiaçı atası və anasına məxsus əmlakların qeyri qanuni yolla bacısının adına keçməsini bildikdən sonra vərəsəlik işi qaldırmaq üçün bununla əlaqədar vəkil tutmuşdur. Vərəsəlik işlərinin açıldığı ünvan 3iat Ofisinə və Bakı şəhəri 36 saylı Bakı Notariat Ofisinə vəkil sorğuları təqdim edilərək vərəsəlik işlərinin əsli ilə təsdiq edilmiş surətləri tələb olunaraq əldə edilmişdir. İddiaçının X1 vəfat etdikdən sonra Bakı şəhəri 36 saylı Notariat Ofisində ünvan 1 ünvanındakı mənzil və "xxxx" QSC -də olan əmanətlə bağlı vərəsəlik işi açılmışdır. 36 saylı Notariat Ofisində anası X13 ərizə yazaraq ondan başqa yeganə vərəsənin bacım Cavabdeh olmasını göstərməklə Xətai rayonu, Gəncə prospekti, ev 67, mənzil 30 ünvanındakı mənzili və "xxxx" QSC -də olan əmanətlə bağlı qanun üzrə şəhadətnamə verilməsini xahiş etmişdir. Bacım Cavabdeh da ərizə yazaraq ondan başqa yeganə vərəsənin anası X13 olmasını göstərməklə ünvan 1 ünvanındakı mənzil və "xxxx" QSC - də olan əmanətlə bağlı qanun üzrə şəhadətnamə verilməsini xahiş etmişdir. 36 saylı Notariat Ofisindən verilmiş sorğu məktub əsasında "xxxx" QSC -dən alınmış 131 saylı 10 fevral 2016-cı il tarixli məktubda qeyd edilmişdir ki, müştəri X6 məxsus olan AZ83ACAB******************** saylı cari hesabda 3479,19 AZN, AZ57ACAB******************** saylı cari hesabda 0,01 AZN və AZ35ACAB******************** saylı kredit kart hesabda isə 0,00 AZN məbləğində vəsait mövcuddur. xx.xx.2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ölmüş X3 vərəsəsi arvadı X13 əmlakdan ½ hissədə pay almalıdı. Şəhadətnamə verilən miras əmlak "xxxx" QSC-nin Xəqani filialının xx.xx.2016-cı il tarixli 131 saylı məktubuna əsasən AZ83ACAB******************** saylı hesabda olan əmanətdən və ona hesablanmış faizlərdən ibarətdir. xx.xx.2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ölmüş X3 vərəsəsi qızı Cavabdeh əmlakdan ½ hissədə pay almalıdı. Şəhadətnamə verilən miras əmlak "xxxx" QSC-nin Xəqani filialının xx.xx.2016-cı il tarixli 131 saylı məktubuna əsasən AZ83ACAB******************** saylı hesabda olan əmanətdən və ona hesablanmış faizlərdən ibarətdir. xx.xx.2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ölmüş X3 vərəsəsi arvadı X13 əmlakdan ½ hissədə pay almalıdı. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının qeydiyyat idarəsi tərəfindən xx/xx/2003 tarixdə X3 adına verilmiş 30/11632 qeydə alma nömrəsi ilə 710 nömrəli 106651-ci səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 48,14 kv/m olan 2 otaqlı mənzildən ibarətdir. xx.xx.2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ölmüş X3 vərəsəsi qızı Cavabdeh əmlakdan ½ hissədə pay almalıdı. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının qeydiyyat idarəsi tərəfindən xx/xx/2003 tarixdə X3 adına verilmiş 30/11632 qeydə alma nömrəsi ilə 710 nömrəli 106651-ci səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 48,14 kv/m olan 2 otaqlı mənzildən ibarətdir. xx.xx.2018-ci ildə anam X13 vəfat etmişdir. İddiaçının anası vəfat etdikdən sonra ünvan 3iat Ofisindən vərəsəlik işi açılmışdır. 44 saylı Notariat Ofisində iddiaçının bacısı Cavabdeh yanlış məlumatlı aşağıdakı məzmunda ərizə yazmışdır. xx.xx.2015-ci ildə mənim Bakı şəh. Gəncə pr. Ev 67, m.30 ünvanda yaşamış anası - X15 ölmüşdür. Mirasın tərkibi: daşınar və daşınmaz əmlak ondan irs qalmışdır. Ondan başqa vərəsə yoxdur. Mirasın tərkibinə daxil olan əmlaklara dair vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş edir. Həmin müraciət əsasında xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnəməyə görə ƏMDK-nın yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə X7 verilmiş **********65-05101- 093028 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 48,14 kv/m olan mənzildən ibarətdir. ünvan 3iat Ofisində və Bakı şəhəri 36 saylı Notariat Ofisində vərəsəliklə bağlı müraciət olunarkən vərəsəlik barədə rəsmiləşdirmə aparan notarius qanun üzrə bütün vərəsələrin müəyyən olunub çağrılması üçün lazımı tədbirlər görməmişdir. İddiaçı atası və anası ilə həmişə yaxşı ünsiyyətdə və münasibətdə olmuşdur. İddiaçı və anası öldükdən sonra onlara məxsus bəzi əşyaları iddiaçı götürmüşdür. Cavabdehin etirazının dəlilləri: Cavabdeh etirazının dəlilləri ondan ibarət olmuşdur ki, X12 xx.xx.2015-ci tarixdə ölüb. Mərhumun arvadı X13 və qızı Cavabdeh onunla birlikdə ünvan 4 ünvanda yaşamış və pasport qeydiyyatında olmuşdurlar. 14 yanvar 2016-cı il tarixdə onlar Bakı şəhəri 36 saylı notariat ofisinə müraciət edəndən və zəruri olan sənədləri təqdim edəndən sonra, vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdirlər. 36 saylı notariat ofisi vərəsələrin hər birinə ikidəbir hissədə ünvan 5 ünvanda yerləşən mənzilə və Accessbankda olan əmanətə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr vermişdir. Bakı 36 saylı notariat ofisi tərəfindən təqdim olunmuş vərəsəlik işinə nəzər yetirəndə məlum olur ki, Şəfiqə və Cavabdehların notariat ofisinə ünvanladığı ərizələr eyni gündə, yəni xx.xx.2016-cı il tarixdə, çap üsulu ilə hazırlanmış standart blanklarda, bəzi məlumatlar əlyazma ilə doldurulub. Hər iki ərizə eyni xətlə yazılıb və Şəfəqin sözlərinə görə bu xətt nə ona, nə də anasına aiddir. Böyük ehtimalla ərizələri notariat ofisinin əməkdaşı yazıb və vərəsələr imzalayıblar. Ərizələrdə “başqa vərəsə yoxdur” sözləri çap formasında yazılıb. Digər vərəsələrin olub-olmaması barədə onlara heç bir sual verilməyib. X13 xx.xx.2018-ci il tarixdə ölüb. Mərhumun qızı Cavabdeh anasının ölümündən sonra, miras qalmış Bakı şəhəri, Gəncə prospekti ev 67, mənzil 30 mənzili Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1 və 1243.2 maddələrinə əsasən qəbul edib, ona sahiblik və idarə edib. Bu onun miras qalmış əmlakda uzun müddət pasport qeydiyatında olması və faktiki olaraq yaşaması ilə təsdiq olunur. Cavabdeh xx.xx.2024-ci il tarixdə ünvan 3iat ofisinə ərizə verərək, yuxarıda qeyd olunan mənzilə dair vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir və həmin gün buna nail olmuşdur. Ərizə ünvan 3iat ofisində kompyuter vasitəsilə ofisin əməkdaşı tərəfindən tərtib olunmuş və ərizənin məzmununda bir sira texniki səhvlər buraxılıb. Miras qoyanın ölum tarixi səhv göstərilib, onun adının əvəzinə Rəhimov Vaqifin adı göstərilib, qanun üzrə vərəsəlik şəhadətnaməsi əvəzinə vəsiyyət üzrə şəhadətnamə yazılıb. Cavabdeh soruşmadan ərizəyə “məndən başqa vərəsə yoxdur” cümləsi əlavə edilmişdir. Halbuki notariat ofisinə təqdim edilmiş sənədlər tam sürəttə miras qoyan X7 aiddir (əmlaka dair çıxarış, ölüm və qohumluq faktlarını təsdiq edən sənədlər, yüklüyün olub-olmaması barədə arayış və sair.) Cavabdeh notariat ofisinin işçilərinə inanaraq, ərizənin mətnini diqqətlə oxumayıb, imzalayıb. Xüsusilə qeyd edilmişdir ki, qanunvericilikdə vərəsənin notariat ofisinə mirasın qəbul etməsi barədə ərizənin təqdim edilməsi onun subyektiv hüququdur. Heç bir qanunda və ya digər normativ aktlarda vərəsənin başqa vərəsələr haqqında məlumat verməsi öhdəlik kimi onun üzərinə qoyulmayıb. Ən əsası da odur ki, bir vərəsə tərəfindən digər vərəsələr haqqında məlumat verməməsi, notarius üçün zəruri hallarda vərəsələrin axtarılmasına mane olmur. Vərəsəlik hüququna malik olan hər bir şəxs, hər hansı vərəsənin onun haqqında məlumat verməməsi və ya notarius tərəfindən onu axtarmaması, heç də vərəsənin qanunda nəzərdə tutulmuş qaydada və müddətdə öz hüquqlarından istifadə etməsinə mane olmur. İşə əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçi İddiaçı qanunla müəyyən edilmiş müddətdə notariat orqanına mirasın qəbulu haqqında ərizə verməyib, nə də sonradan Mülki Məcəllənin 1248 ci maddəsində göstərilən qaydada müddətin uzadılması ilə bağlı məhkəməyə müraciət etməyib , baxmayaq ki mirasın açılmasından müvafiq olaraq on və yeddi il keçib. Mülki Məcəllənin 1243 maddəsinə əsasən mirasın qəbulu iki üsulla həyata keçir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyi və ya əmlaka idarə etməyi faktiki başlamaqla və bununla da mirası şəksiz nümayiş etdirdikdə, miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. İddiaçı iddia ərizəsində qeyd edir ki, onun atası və anasının ölum faktı ona məlum olub. Valideyinlərin saqlıgında onlarla həmişə yaxşı ünsiyyətdə və münasibətdə olub. Atası və anası öldükdən sonra onlara məxsus bəzi əşyaları o götürüb. Bununla da iddiaçı Mülki Məcəllənin 1243-2 və 1243-3 maddələrinə əsasən, mirası faktiki qəbul etdiyini təsdiqləməyə çalışır. Hesab edirəm ki, iddia ərizəsində göstərilən “bəzi əşyalar” ifadəsi mirasın qəbulu ücun mötəbər sübut ola bilməz, çünki bu əşyaların nədən ibarət olması, miras qoyanlara məxsus olub-olmaması, bu əşyaların hansı məqamda və şəraitdə iddiaçı tərəfdən əldə olunması, ümumiyyətlə bu əşyaların mövcud olub- olmaması barədə iddiaçı heç bir sübut təqdim etmir. Onun iddiası işin faktiki halları ilə uzlaşmır. Halbuki mülki işlərdə sübut etmə yükü iddiaçının üzərinə düşür. Bu baxımdan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının Plenumunun oxşar işdə gəldiyi nəticə maraqlıdır. Məhkəmə Kollegiyası hesab edir ki, miras qoyana məxsus olması və miras əmlak kütləsinə daxil olub-olmaması müəyyən olunmayan əşyaların mirasın qəbul etməsi kimi qiymətləndirilməsi Mülki Məcəllənin 1243.2,1243.3 və 1246ci maddələrin müddəaları ilə uzlaşmır. Beləliklə, İddiaçı, atasının və anasının ölümündən sonra mirası Mülki Məcəllənin 1243 maddəsində nəzərdə tutulmuş qaydada qəbul etməyib, uzun müddət ərzində hərəkətsizlik edib. Buda hər iki halda miras açılan anda qüvvədə olan Mülki Məcəllənin 1273-1 maddəsinə əsasən vərəsənin susması deməkdir. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddiaya etiraz edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında iddiaya etiraz edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. İşin faktiki halları: X12 xx.xx.2015-ci il tarixində vəfat etmişdir. Onun birinci növbəli qanun üzrə vərəsələri arvadı X13, qızı Cavabdeh, oğlu İddiaçı və X22 olmuşdur. X13 xx.xx.2016-cı il tarixində 36 saylı Notariat Kontoruna müraciət edərək məhrum X12 qalmış miras əmlaka dair qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. O, ərizədə özündən başqa Cavabdeh da vərəsə olduğunu qeyd etmişdir. Cavabdeh xx.xx.2016-cı il tarixində 36 saylı Notariat Kontoruna müraciət edərək məhrum X12 qalmış miras əmlaka dair qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. O, ərizədə özündən başqa X5 da vərəsə olduğunu qeyd etmişdir. Bakı şəhəri Xətai Rayonu İcra Hakimiyyəti Xətai Rayonu Mənzil Kommunal İstismar Birliyinin 85 saylı MKİS tərəfinədn verilmiş arayışdan görünür ki, xx.xx.2015-ci il tarixində vəfat etmiş X12 vəfat edən günədək ünvan 6 ünvanında həyat yoldaşı X13 və qızı X16 ilə birgə qeydiyyatda olmuşdur. xx.xx.2016-cı il tarixli Qanun üzrə vərəsəlik haqqında şəhadətnamədən görünür ki, xx.xx.2015-ci il tarixində ölmüş X3 vərəsəsi Cavabdehdır və o, "xxxx" QSC-nin Xaqani filialının xx.xx.2016-cı il tarixli 131 saylı məktubuna əsasən AZ83ACAB******************** saylı hesabda olan əmanətdən və ona hesablanmış faizlərdən ibarət miras əmlakdan ½ hissədə pay almalıdır. xx.xx.2016-cı il tarixli Qanun üzrə vərəsəlik haqqında şəhadətnamədən görünür ki, xx.xx.2015-ci il tarixində ölmüş X3 vərəsəsi X8r və o, "xxxx" QSC-nin Xaqani filialının xx.xx.2016-cı il tarixli 131 saylı məktubuna əsasən AZ83ACAB******************** saylı hesabda olan əmanətdən və ona hesablanmış faizlərdən ibarət miras əmlakdan ½ hissədə pay almalıdır. xx.xx.2016-cı il tarixli Qanun üzrə vərəsəlik haqqında şəhadətnamədən görünür ki, xx.xx.2015-ci il tarixində ölmüş X3 vərəsəsi X8r və o, ünvan 6 ünvanında yerləşən mənzildən ibarət miras əmlakdan ½ hissədə pay almalıdır. xx.xx.2016-cı il tarixli Qanun üzrə vərəsəlik haqqında şəhadətnamədən görünür ki, xx.xx.2015-ci il tarixində ölmüş X3 vərəsəsi Cavabdehdır və o, ünvan 6 ünvanında yerləşən mənzildən ibarət miras əmlakdan ½ hissədə pay almalıdır. ünvan 6 ünvanında yerləşən mənzilə dair mülkiyyət hüququ tam payla xx.xx.2016-cı il tarixində X5 adına qeydiyyata alınmışdır. X13 xx.xx.2018-ci il tarixində vəfat etmişdir. Onun birinci növbəli qanun üzrə vərəsələri qızı Cavabdeh, oğlu İddiaçı və X22 olmuşdur. Bakı şəhəri Xətai Rayonu İcra Hakimiyyəti Xətai Rayonu Mənzil Kommunal İstismar Birliyinin 85 saylı MKİS tərəfindın verilmiş arayışdan görünür ki, xx.xx.2018-ci il tarixində vəfat etmiş X13 vəfat edən günədək ünvan 6 ünvanında həyat yoldaşı X12 və qızı X16 ilə birgə qeydiyyatda olmuşdur. xx.xx.2024-cü il tarixli Qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən xx.xx.2018-ci il tarixində vəfat etmiş X5 vərəsəsi Cavabdehdır və o, ünvan 6 ünvanında yerləşən mənzildən ibarət miras əmlakdan tam hissədə pay almalıdır. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 67, 30 saylı mənzilin 1/2 hissəsi X5 və Bakı şəhəri 36 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2016-cı il tarixli 2V- 20 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhatnaməyə əsasən 1/2 hissəsi Cavabdeh adlarına xx.xx.2016-cı il tarixdə qeydiyyatdan keçmişdir. Bakı şəhəri 36 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2016-cı il tarixli 4Ə- 56 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən xx.xx.2016-cı il tarixdə X5 adına qeydiyyatdan keçmişdir. ünvan 3iat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli 2V-136 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2024-cü il tarixdə Cavabdeh adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 bildirmişdir ki, İddiaçı tanıyır. Qardaşının oğludur. Cavabdeh, Rəhimov Raufu da tanıyır. Böyükləri Raufdur. Qardaşının Neftçilər metrosunun yanında 3 otaqlı evi var idi. Onu satdı 18 minə. Bir az borcları var idi, onları verdi. Sonra qalanını böldü 4 yerə. 3-nü özləri götürdülər, 1-ni də verdi Zaura. O biri evi də Dostuxanım adlı nənəsi var idi. Rəhmətə gedəndə evi vermişdi nəvəsi Raufa. Raufun da şəxsiyyəti yox idi. Evi anasının adına aldılar. Evdən onun payı verilib. Qardaşı 2015-ci ilin aprelində rəhmətə gedib. Qardaşı rəhmətə gedəndə Gəncə prospektindəki evdə qızı, böyük oğlu, bir də yoldaşı qalırdılar. Rəhmətə gedəndə ev qızına qalıb. O bu əşyaların heç birini görməyib. Qardaşı müəllim olub, arada balığa gedirmiş. Qızıl üzüyü də görməyib. Yas mərasimini o, qardaşı Hüseyn, bir də qonşular idarə ediblər. Zaur haqqhesabda iştirak etməyib. Anasının yasında da eyni şəkildə. Anasının yasında adam az olub. Haqq-hesabda Zaur iştirak etməyib. Amma oğul kimi gəlib orda oturub. O qardaşının heç nəyini götürməyib. Son günlərdə Zaur ona zəng edib. O telefona götürməyib, çünki evdə olmayıb. O bilmir, qardaşı balıqçılığa kimlə gedirdi. 3-4 ay qabaq Zaur ona zəng etib ki, atasının onda nə əşyası var, o da deyib ki, onda heç nə yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 bildirmişdir ki, İddiaçı, Cavabdeh, Rəhimov Raufu tanıyır. Qardaşının övladlarıdır. Onların vərəsəliyindən onun heç bir məlumatı yoxdur. Qardaşının ailəsi qapalı bir ailə idi. Onlarla şəxsən yaxın münasibəti yox idi. Qardaşı hər şeyə qarşı soyuq idi. Qardaşının dəfn mərasimini o yerinə yetirib. Qızı Şəfəq atasının, anasının baş daşını qoyub. Qardaşı rəhmətə getməmişdən oğlu Rauf, qızı Şəfəq, həyat yoldaşı Şəfiqə ilə bir yerdə yaşayırdılar. Zaur öz ailəsi ilə yaşayırdı. Münasibətləri çox soyuq idi. Zaurla atasının əlaqəsi, münasibətləri çox soyuq idi. Anası gedib-gəlirdi, amma atası gedib-gəlmirdi. Qardaşı balıqçılıq həvəskarı idi. Onun tilovları var idi. Rəhmətə gedib dəfn ediləndən sonra yoldaşı təklif etdi ki, kim əşyalarından hədiyyə götürmək istəyər. Böyük qardaşı 1 dənə köynəyini götürdü hədiyyə olaraq. O da onun bir dənə balıq tilovunu götürdü. Qardaşının evi yox idi. Neftçilərdə qayınanasının evində qalırdılar. Orda ailəlikcə hamısı bir yerdə qalırdılar. Sonra qardaşı Neftçilər metrosunun yanında ev aldı. Bir müddətdən sonra evi satdı. Öz dediklərinə əsasən, 18 minə satıb. 6 min borcu var idi, onu verib. Qalan 12 mini də 4 yerə bölüb. Zaurun 3 min manat payını verib. Yerdə qalan 9 minə də ev alıblar. Həmin evdə də bu dəqiqə də yaşayırlar. Özü, oğlu, qızı və yoldaşı qalırdılar. Özləri dünyalarını dəyişiblər. Hal-hazırda Gəncə prospektindəki evdə Raufla Şəfəq yaşayırlar. Heç bir əmanətdən məlumatı yoxdur. Başqa heç kimin nə götürməsindən xəbəri yoxdur. O və qardaşı götürəndən sonra dedilər ki, qalanlarını aparıb məscidə verəcəklər. Zaur gələnlərin qarşılanmasında, haqq-hesabda iştirak etməyib. Üzükdən onun xəbəri yoxdur, görməyib. Əvvəldən Zaurun öz evi var idi. Ona 3 min pul verdi. Gedib öz ailəsi ilə hardasa yaşaydı. Qayınanası ilə, ya qayınatası ilə kimlə yaşadı, bilmir. Şəfiqə xanım Zaura bir dənə tilov verdi. Bir tilov Zaur götürdü, 1 tilov da o götürüb. Zaur zəng edib deyib ki, atasının onda əşyası varmı. O da bir tilov götürüb. 5 il onda qalandan sonra hədiyyə olaraq kürəkəninə verib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 bildirmişdir ki, İddiaçı tanıyır. Rəhmətlik Vaqif müəllimin - qonşuları Şəfəq xanımın atasının yasında görüb. Ondan qabaq görməyib. Şəfəq xanımı tanıyır. 20-25 ildir, qonşudurlar. O Zauru ancaq yasda görüb. Ancaq rəhmətə gedəndə onun yuyulması, qəbrin, çadırın danışılmasını o etmişdir. Qəbrini, baş daşını danışan, hamısını yola verən o olmuşdur. Şəfəqdən soruşub ki, kimdir bu, o da deyib ki, qardaşıdır. Yasdan sonra Şəfiqə xanım rəhmətə gedənə kimi onu görməyib, gəlib-getməyib. Anasının da yasında hamısını o edib. Oğlu kimi onu orda görməyib. Deyir ki, o gedib maşınla bazarlıq edib. Olmayıb helə şey. Çünki Şəfəq xanımın əmiləri ilə o bazarlığa gedib. Gəncə prospekti 67 ünvanından qonşudurlar. O 29-cu mənzildə, Şəfəq xanım 30-cu mənzildə qalır. Orda atası, anası, qardaşı və özü qalıblar. Birinci atası rəhmətə gedib. Sonra anası rəhmətə gedib. Atası öləndən anası ölənə kimi o gəlməyib qapıya. Anası rəhmətə gedəndə gəlib, sonra çıxıb gedib. Heç bir köməkliyi olmayıb o insanın. Çünki hamısını o Şəfəq ilə biryerdə edib. Atasıyla anası rəhmətə gedəndən sonra evdə Şəfəq xanım özü yaşayıb. Digər qardaşı da olub orda. Hal-hazırda orda Şəfəq xanım yaşayır. Yas mərasimləri məhlədə keçirilirdi. Mənzilin içində də olub. Evə daxil olması yadında deyil. O işləmir, alverçidir, səhərdən axşama evdə olur. Elə olur, 1 saatlıq çıxıb gəlir. O uşaqlıqdan qonşudur. Zaur o evə gəlib-getməyib. Vaqif müəllim tarix müəllimi idi, bir də balıqçılıqla məşğul idi. Tilovları var idi, həvəskar idi, düzəldirdi. Kimlə gedib-gəlməsini bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 bildirmişdir ki, İddiaçı tanımır. Cavabdeh 25 ildir tanıyır. O ora köçəndən onları tanıyır. Başqa yerdə olurdu. 25 ildir, onların binasına gəncə prospekti 67 ünvanına köçüb. Zauru ancaq Vaqif müəllim rəhmətə gedəndə mərasimdə görüb. Onda da Şəfəqdən soruşub ki, bu kişi kimdi, o da deyib qardaşıdı. Gediş-gəlişləri də olub rəhmətlik Vaqif müəllimlə. Münasibətləri yaxşı olub. Yəni qapalı ailə olmayıb. Hər ikisinin yasında iştirak edib. O Zauru dəfn olunan gün görüb. Evə qalxıb-qalxmadığını görməyib. Vaqif kişi müəllim idi. Özü də balıq tutma həvəskarı idi. O 5ci mərtəbədədir, Vaqif kişi 6-cı mərtəbədə. Hal-hazırda evdə Şəfəq qardaşı Raufla yaşayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 bildirmişdir ki, Zaurla onlar sinif yoldaşı olublar. Bülbül adına orta ixtisas musiqi məktəbində və konservatoriyada biryerdə oxuyublar. Bu günə kimi də dostluqları davam edir. Cavabdeh bacısı kimi tanıyır. Xeyirşərdə bir yerdə olublar. Məsələn, onun anası rəhmətə gedəndə onlar birinci çatmışdılar. Eləcə də onlar. Onlar gedib çatdılar xəstəxanaya. Zaurun qardaşı, bacısı da orda idi. Ordan çıxıb anası rəhmətə gedəndə gəliblər kənd Əhmədliyə. Qış ayları idi, dekabryanvar, soyuq idi, çiskin yağırdı. Kənd Əhmədlidə aparıblar yuyulma yerinə. Gözləyiblər, yuyulub orda. Sonra bir xanım çıxdı ki, dərman vurulmalıdır, sabaha qalsın. Onun da maddi cəhətdən çətin vaxtları olub. Həmişə dostlarla köməkləşirlər. Onlar həll etmişdirlər ki, o iynə vurulsun. Sonra gətirmişdirlər. Tabutu yuxarı mərtəbəyə qaldıranda onun çiyni də əzildi. Miras əmlak ilə bağlı bildirmişdir ki, ya 3-7 idi, ya 40 idi. Yadında deyil. Solğun yaşıl rəngdə nəsə gətirmişdir. Zaurun “Mercedes”-i var idi. Onlar aşağıda idilər, düşmüşlər. Çadır çöldə idi. Kimsə soruşmuşdur ki, bu nədir. Onlar bilirlər ki, Zaurun atası professional balıqçıdır. Tilovlar düzəldirdi, hətta verirdi, satırdılar. Zaur dedi ki, atasından yadigardır. Onu görmüşdür. İçini açıb baxmamışdır. Aparıb maşının baqajına qoydu. İçində nə var idi bilmir. Amma bilinirdi ki, balıq tutandır. O özü də bir az həvəskardır. Sonra xırda üzük var idi. Zaur hərdən uşaqların toyunda taxırdı. Dedi, ya anasından, ya atasından yadigardır. Başqa heç bir mirasdan xəbəri yoxdur. Bilir ki, evləri var. Bacısıgil yaşayır. Hətta bilmirdi ki, evlidir, yoxsa yox. Qardaşı bir az özünə qapanmış oğlandır. Bilir ki, onlar yaşayırdılar. Zaurun atası xasiyyətcə tünd idi. Polis orqanında işləmişdi, özü ərizə yazıb çıxmışdı. Tarix müəllimi işləyirdi. Sakitçiliyi sevirdi. Əsəbləri gərgin insan idi. Zaur qayınanasıgillə yaşayırdı. Evlə, bank hesablarındakı pul vəsaiti ilə bağlı ona heç nə deməmişdi. Qayınanasıgilin evinə gedib-gəliblər. Qardaşı da gəlirdi görürdü. Amma belə bir məlumatı yoxdur. Atası məktəbə gedib-gəlmirdi. O anası ilə məktəbə gəlib-gedirdi. Sinif rəhbərləri yanına gəlmişdi. Onlar onda biliblər ki, Zaurun bacısına hamilədir. Uşaq idilər onda. 4-5-də oxuyardılar. Uşaqlıqdan bilirdilər ki, balıqçılıqla maraqlanır. Hətta o da maraqlanırdı. Əksəriyyəti də bilirdi bunu. Hərdən olurdu, zəng edirdilər ki, görüşək. Deyirdi ki, sabah atası ilə balığa gedəcək. Köhnə “Moskvich”-i var idi. Onla gedib-gəlirdilər. Hətta bir dəfə gəlib məktəbdən götürüb apardı Zauru. Amma artıq 7-8-də oxuyardı Zaur. Şahid hər iki mərasimdə iştirak edib. Deyəsən, 3-7 mərasimində gətirdi qutunu. Yuxarıdan düşdü. Tək bloklu binadır. Solda, həyətdə mətbəx idi mərasim evinin. Düz qarşısında da çadır idi. Maşın kənarda idi. Ehsan yeyənlər çox oturmurlar da. Gedib-gələnlər olur deyə. Onlar çıxdılar. Həm də yığışırdılar ki, getsinlər. Zaur düşdü. Maşın çadırdan 10-15 metr arxada idi. Onlar soruşdular. Tilovdur, dedi. Onu bilir ki, ölüm günü deyildi. Üzüyü gətirmədi. Üzüyü xeyir işlərdə əlində görmüşdür. Qızıl nazik üzük idi. Sonradan görmüşdü. 2-3 millimetr olardı. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 bildirmişdir ki, İddiaçı 1985-ci ildən, o “Bülbül”-ə gedəndən tanıyır. Zaur orda oxuyurdu. O sonradan – 1985-ci ildə daxil olmuşdur. Bir yerdə oxuyublar. Universitetdə də biryerdə oxuyublar. Cavabdeh bilir ki, bacısıdır. Amma şəxsən tanımır. Bildiyinə görə ev mübahisəsi gedir. Zaura ordan pay çatmayıb bildiyinə görə. Ailə məsələlərinin xırdalıqlarını bilmir. Amma Zaurgilin köhnə evlərində olub. Neftçilərdə metrodan çıxan kimi 9 mərtəbədə idi. Əsasən məktəbdə oxuyan vaxtları, bir də ki, 1990-cı illərin əvvəlləri idi. Nişanı idi. Onda gediblər. Sonra o ev bildiyi qədəri ilə satılıb. Niyə satıldığını bilmir. Zaur evlənəndən sonra bir ara kirayə qalırdı. Sonra yoldaşı ilə biryerdə qalırdı. Evin satışından Zaura pay verilməsini bilmir. Zaur qayınanasının evində yaşayırdı. O bilən öz evlərində anası, qardaşı və bacısı qalırdı. O evlə bağlı pul bölüşdürmək, nəsə tələb etmək fikrinin olub-olmamasını deyə bilməz. Onu Zaur bilərdi. Zaurun atasını, anasını görüb. Bildiyi qədəri ilə ailəsi ilə əlaqə saxlayırdı. Evlənəndən sonra da gedib-gəlirdi. Atası bildiyi qədəri ilə müəllim idi. Balıqçılıqla da məşğul olurdu. Biryerdə gedib balıq tutmaqlarında da danışırdı uşaqlıqdan. Hətta deyirdi, elə olub, qalıblar deyəsən. Atasının çoxlu tilovu var idi. O gördüyü 3-7 məclisi idi, ya nə vaxt idisə, evin qabağında çadır qurulmuşdu. Onda Zaur əlində nəsə çanta kimi gətirdi. Maşına qoyurdu. Onlar da soruşublar, nə məsələdir. Deyib, balıq tutmaq üçün vasitələrdir. 1 və ya 2 dənə çanta idi. Ya 3, ya 7 məclisi idi, ya da ikisi bir yerdə idi. Amma çadır qurulmuşdu. Onlar orda iştirak ediblər. Yas məclisi idi. Bir dəfə üzük məsələsindən danışıb Zaur. Sözün düzü, onu görməyib. Zaurun qızına verilmişdi, amma görməyib özü. Zaurun anasından qalıb. O eşitdiyinə görə anası sağ olanda nəvəsi üçün deyib, yəqin adı nəvəsinə verildiyinə görə. Yəqin rəhmətə gedəndən sonra götürüb İddianın hüquqi əsası: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 1133. Vərəsəlik anlayışı 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1145. Mirasın açılması Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1146. Mirasın açıldığı vaxt Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1151. Miras əmlak 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Maddə 1243. Mirasın qəbul edilməsi 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Maddə 1246. Mirasın qəbul edildiyi müddət Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Maddə 1248. Mirasın qəbul edilməsi vaxtının uzadılması 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. 1248.2. bu Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulan halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir. Maddə 1255. Mirasa mülkiyyətin əmələ gəlməsi Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Maddə 1273. Mirasın qəbulunun hüquqi nəticələrinin baş verməsi vaxtı Mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. Maddə 1321. Vərəsəlik şəhadətnaməsi anlayışı 1321.1. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. 1321.2. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. 1321.3. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Maddə 1322. Vərəsəlik şəhadətnaməsinin verildiyi müddət Vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir.. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsində müəyyən edilmiş altı aylıq müddət mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddətdir. Həmin müddətin ötürülməsindən sonra mirasın qəbulu məsələsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məhkəmə qaydasında həll edilə bilər.
2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1268.2-ci maddəsinə uyğun olaraq fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli vərəsənin miras əmlakdan imtinası ilə bağlı məhkəməyə müraciət edilməsinə həmin Məcəllənin 1256-cı maddəsində nəzərdə tutulmuş imtina müddəti şamil edilir.
3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin.
2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.
3. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin.
4. Qərar dərc olunduğu gündən qüvvəyə minir.
Məhkəmənin mövqeyi:
Məhkəmə tərəflərin izahatlarını və mülki iş üzrə təqdim edilmiş sübutları nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia aşağıda göstərilən hallara görə əsassızdır və rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının X1 xx.xx.2015-ci il tarixində, iddiaçının anası X13 isə xx.xx.2018-ci il tarixində vəfat etmişdirlər. İddiaçı hər iki valideynin ölümündən məlumatlı olmuş, onların yas mərasimlərində iştirak etmişdir. Bu hal ona dəlalət edir ki, iddiaçı mirasın açıldığından məlumatlı olmuşdur. Buna baxmayaraq iddiaçı nə qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada mirasın qəbulu ilə bağlı notariat ofisinə müraciət etmiş, nə də ki, mirasa sahiblik və istifadə etməklə mirası faktiki qəbul etmişdir. Belə ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasa faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Yəni, mirasın qəbulu vərəsənin-iradəsini ifadə edir. Bu zaman edilmiş hərəkətlərin kökündə mirasın qəbuluna yönəlmiş iradə ifadəsi dayanmalıdır. Beləliklə, vərəsə bir növ atdığı addımların mirası qəbul etmək üçün həyata keçirildiyini şüurlu şəkildə dərk etməli və gördüyü tədbirlərin mirasın qəbulundan qaynaqlanmasını aşkar etməlidir. Məhkəmə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına istinadən qeyd edir ki, Mülki Məcəllənin 1243-cü maddəsinə uyğun olaraq, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. İşin halları bu aspektən araşdırılan zaman müəyyən edilir ki, iddiaçı valideynlərindən qalmış miras əmlakı q+əbul edilməsinə yönələn hər hansı hərəkətlər etməmişdir. Belə ki, məhkəmə araşdırması zamanı tərəflərin izahatları əsasında mübahisəsiz qaydada müəyyən edilmişdir ki, iddiaçının X1 vəfat etdikdən sonra, o, miras qalmış miras əmlaka dair vərəsəlik şəhadətnaməsinin əldə edilməsi məqsədi ilə mirasın açıldığı yer üzrə notariat ofisinə müraciət etməmişdir. O, mərhumdan miras qalmış ünvan 6 ünvanında yerləşən mənzildə heç vaxt yaşamamış, mənzilə sahiblik etməmiş, onu idarə etməmişdir. İddiaçı atasından miras qalmış əmlakı qəbul etdiyini təsdiq etmək üçün onu dəlil gətirmişdir ki, o, atasından miras qalmış bir ədəd tilovu qəbul etmiş, həmin əşya indi də onun sahibliyindədir. İddiaçı bu faktı təsdiq etmək üçün məhkəməyə bir ədəd tilovu və balıqçılıqla bağlı digər əşyaları da təqdim etmişdir. Lakin, o, məhkəmə iclasında həmçinin onu da bildirmişdir k, tilov ona atasının yas mərasimində anası tərəfindən yadigar olaraq təqdim edilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçının istinad etdiyi bu hal, iddiaçının atasından qalmış miras əmlakın faktiki qəbul edilməsi kimi qiymətləndirilə bilməz. Digər tərəfdən iddiaçı anası X5 vəfatından sonra da, ondan miras qalmış əmlaka dair vərəsəlik şəhadətnaməsinin qəbul edilməsi üçün müvafiq notariat ofisinə müraciət etməmiş, miras əmlaka sahiblik etməmiş və onun idarə etməmişdir. İddiaçı anasından ona miras qaldığını iddia edərək məhkəməyə bir ədəd üzük təqdim etmişdir ki, həmin üzüyün həqiqətən mərhum X7 məxsus olduğunu məhkəmə araşdırması zamanı nə cavabdeh, nə də məhkəmədə ifadə verən şahidlər təsdiq etməmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, miras qoyana məxsus olması və miras əmlak kütləsinə daxil olub-olmaması müəyyən olunmayan əşyalara sahiblik mirasın qəbul etməsi kimi qiymətləndirilməsi yol verilməzdir. Göründüyü kimi, miras qoyan X12 xx.xx.2015-ci il tarixində, miras qoyan X13 isə xx.xx.2018-ci il tarixində vəfat etmişdirlər. X2 qalmış mirasın açıldığı vaxtdan 10 il, miras qoyan X4 qalmış mirasın açıldığı vaxtdan 7 il keçmişdir. İddiaçı valideynlərindən qalmış miras əmlakı nə faktiki qəbul etməmiş, nə də qanunvericiliklə müəyyən edilmiş müddət ərzində miras əmlaka dair vərəsəlik şəhadətnaməsinin əldə edilməsi üçün mirasın açıldığı yer üzrə notariat ofisinə müraciət etməmiş, mirasın qəbul edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmuş müddətin bərpası ilə bağlı da müraciət etməmişdir. Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsində vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən tələblər qüvvədən düşsə də, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından həmin qərarlar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və məsələnin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatında olduğu dövrdə məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilmişdir. Hazırkı mülki iş üzrə isə vərəsəlik münasibətləri isə yuxarıda istinad edilən qərarlar qəbul edildiyi tarixdən daha əvvəl yarandığına görə, həmin qərarlarla müəyyən edilmiş hüquqi mövqe hazırkı mülki iş üzrə tətbiq edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı Bakı şəhəri 36 saylı Notariat Ofisində verilmiş xx.xx.2016-cı il tarixli 2V-11 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında ölmüş X3 vərəsəsi arvadı X7 "xxxx" QSC-nin Xəqani filialının xx.xx.2016-cı il tarixli 131 saylı məktubuna əsasən AZ83ACAB******************** saylı hesabda olan əmanətin verilməsi haqqında qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, Bakı şəhəri 36 saylı Notariat Ofisində verilmiş xx.xx.2016-cı il tarixli 2V-12 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında ölmüş X3 vərəsəsi qızı Cavabdeh "xxxx" QSCnin Xəqani filialının xx.xx.2016-cı il tarixli 131 saylı məktubuna əsasən AZ83ACAB******************** saylı hesabda olan əmanətin verilməsi haqqında qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməsi, Bakı şəhəri 36 saylı Notariat Ofisində verilmiş xx.xx.2016-cı il tarixli 2V-18 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında ölmüş X3 vərəsəsi arvadı X7 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 48,14 kv/m olan mənzilin ½ hissə pay verilməsi haqqında qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, Bakı şəhəri 36 saylı Notariat Ofisində verilmiş xx.xx.2016-cı il tarixli 2V-20 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında ölmüş X3 vərəsəsi qızı Cavabdeh ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 48,14 kv/m olan mənzilin ½ hissə pay verilməsi haqqında qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, ünvan 3iat Ofisində verilmiş xx.xx.2024-cü il tarixli 2V-136 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında ölmüş X5 vərəsəsi qızı Cavabdeh ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 48,14 kv/m olan mənzilin tam hissədə verilməsi haqqında qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, Bakı şəhəri 36 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli 2V-18 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında X7 verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixli **********65-05101- 093028 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış etibarsız hesab edilsin, ünvan 3iat Ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ əsasında şəhadətnaməsi əsasında X7 verilmiş çıxarışın etibarsız hesab edilməsi, iddiaçının X1na məxsus olmuş ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 48,14 kv/m olan 2 otaqlı mənzilin 5/8 hissədə iddiaçıya payın ayrılması, iddiaçının X1na məxsus olmuş "xxxx" QSC-nin Xəqani filialının xx.xx.2016-cı il tarixli 131 saylı məktubuna əsasən AZ83ACAB******************** saylı hesabda olan əmanətdən 1/3 hissədə iddiaçıya payın ayrılması, "xxxx" MTK ilə bağlanmış alqı-satqı müqaviləsinə əsasən iddiaçının anasına məxsus Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi 2348-ci məhəllədə yerləşən binanın 37 saylı mənzilin özəllədirildiyi halda bu mənzilə dair vərəsəlik işi üzrə mərhumə X5 varisi kimi İddiaçı ½ hissə payın verilməsi tələbinə dair iddiası əsassız hesab edilərək rədd edilməlidir. Məhkəmə mülki iş üzrə təqdim edilmiş sübutlara və tərəflərin izahatlarına məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
qət etdi:
İddiaçı Cavabdeh qarşı Bakı şəhəri 36 saylı Notariat Ofisində verilmiş xx.xx.2016-cı il tarixli 2V-11 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında ölmüş X3 vərəsəsi arvadı X7 "xxxx" QSC-nin Xəqani filialının xx.xx.2016-cı il tarixli 131 saylı məktubuna əsasən AZ83ACAB******************** saylı hesabda olan əmanətin verilməsi haqqında qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, Bakı şəhəri 36 saylı Notariat Ofisində verilmiş xx.xx.2016-cı il tarixli 2V-12 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında ölmüş X3 vərəsəsi qızı Cavabdeh "xxxx" QSC-nin Xəqani filialının xx.xx.2016-cı il tarixli 131 saylı məktubuna əsasən AZ83ACAB******************** saylı hesabda olan əmanətin verilməsi haqqında qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməsi, Bakı şəhəri 36 saylı Notariat Ofisində verilmiş xx.xx.2016-cı il tarixli 2V-18 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında ölmüş X3 vərəsəsi arvadı X7 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 48,14 kv/m olan mənzilin ½ hissə pay verilməsi haqqında qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, Bakı şəhəri 36 saylı Notariat Ofisində verilmiş xx.xx.2016-cı il tarixli 2V-20 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında ölmüş X3 vərəsəsi qızı Cavabdeh ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 48,14 kv/m olan mənzilin ½ hissə pay verilməsi haqqında qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, ünvan 3iat Ofisində verilmiş xx.xx.2024-cü il tarixli 2V-136 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında ölmüş X5 vərəsəsi qızı Cavabdeh ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 48,14 kv/m olan mənzilin tam hissədə verilməsi haqqında qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, Bakı şəhəri 36 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli 2V-18 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında X7 verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixli **********65-05101- 093028 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış etibarsız hesab edilsin, ünvan 3iat Ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ əsasında şəhadətnaməsi əsasında X7 verilmiş çıxarışın etibarsız hesab edilməsi, iddiaçının X1na məxsus olmuş ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 48,14 kv/m olan 2 otaqlı mənzilin 5/8 hissədə iddiaçıya payın ayrılması, iddiaçının X1na məxsus olmuş "xxxx" QSC-nin Xəqani filialının xx.xx.2016-cı il tarixli 131 saylı məktubuna əsasən AZ83ACAB******************** saylı hesabda olan əmanətdən 1/3 hissədə iddiaçıya payın ayrılması, "xxxx" MTK ilə bağlanmış alqı-satqı müqaviləsinə əsasən iddiaçının anasına məxsus Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi 2348-ci məhəllədə yerləşən binanın 37 saylı mənzilin özəllədirildiyi halda bu mənzilə dair vərəsəlik işi üzrə mərhumə X5 varisi kimi İddiaçı ½ hissə payın verilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Əminə Abbasova