Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3028/2025 02.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “icarə haqqlarının ödənilməsi” tələbi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, tərəflərin arasında bağlanmış 05 sentyabr 2019-cu il tarixli icarə müqaviləsinə əsasən cavabdehin iddiaçıya ödəmədiyi icarə haqqları görə 1.643 manat məbləğinin və ödənilmiş 36,43 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsinin mülkiyyətçisi İddiaçıdır. İddiaçının VÖEN-ni yoxdur, cavabdehin isə VÖEN-ni var. İddiaçı ilə cavabdeh arasında bağlanmış 05 sentyabr 2019- cu il tarixli notarial qaydada təsdiq edilmiş icarə müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 42 kv.m-lik hissəsi aylıq icarə haqqı 150 manat olmaqla 05 sentyabr 2024-cü il tarixə qədər cavabdehə icarəyə verilmişdir. Beləliklə, cavabdehə icarəyə verilən qeyri-yaşayış sahəsi Bakı şəhəri, Xətai rayonunda yerləşir. Mülki Prossessual Məcəllənin 36.11- ci maddəsinə əsasən icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. Odur ki, 05 sentyabr 2019-cu il tarixli icarə müqavilənin 1-ci bəndinə əsasən həmin müqavilənin icra yeri ünvan 2 ünvanındakı qeyri-yaşayış sahəsi olduğu üçün iddia Bakı şəhəri Xətai rayon Məhkəməsində iddia qaldırmaqda haqlıdır. Qeyri-yaşayış sahəsinin 42 kvm-lik hissəsində cavabdeh ictimai iaşə fəaliyyəti ilə məşğul olmuşdur. Lakin cavabdeh işlərin zəif olduğu və digər müxtəlif bəhanələrlə icarə haqqlarını tam şəkildə ödəməkdən yayınırdı. 23 fevral 2022-ci il tarixdə iddiaçı ilə cavabdeh arasında imzalanaraq təsdiq olunmuş üzləşmə aktına əsasən 05 sentyabr 2019-cu il tarixli icarə müqaviləsi üzrə icarə haqqlarına görə icarəçi Cavabdeh icarəyə verən İddiaçı 1643 manat borcu var. 23 fevral 2022-ci il tarixdən sonra cavabdeh sözügedən qeyri-yaşayış sahəsini tərk etmiş, bundan sonra iddiaçı həmin borcu üzrə cavabdehə heç bir ödəniş etməmiş və mübahisənin məhkəmədən kənar yolla həll edilməsi üçün cavabdehlə aparılan danışıqların heç bir faydası olmamışdır. Beləliklə, 05 sentyabr 2019-cu il tarixli icarə müqaviləsi üzrə icarə haqqlarına görə 1643 manat manat cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahatlar vermişdir və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O bildirmişdir ki, onunla İddiaçı arasında bağlanılmış icarə müqaviləsi üzrə onun borcu yoxdur. O əlavə etmişdir ki, icarə haqqı əslində 150 manat deyil, 350 manat idi. 2021-ci ilin sentyabr ayından həmin sahəni başqa şəxsə icarəyə veriblər. O, həmin sahəni 2020-ci ilin sentyabr ayından 2021-ci ilin avqust ayınadək işlədib. Koronavirus dövründə işləmək olmurdu. Ən azı 11 ay hər ay 350 manat icarə haqqı ödəyib. Bununla bağlı tam məbləğə dair qəbzləri qalmayıb, pulu çox vaxt nağd ödəyib. Üzləşmə aktında yazılan borc yalandır. Onu aldadaraq, kommunal xidmətlə bağlı başqa məsələnin həlli adı ilə ona boş ağ kağıza imza etdiriblər. O, 1.643 manat borcla bağlı heç bir sənəd imzalamayıb. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. İş materiallarında olan İddiaçı (icarəyə verən) ilə Cavabdeh (icarəçi) arasında bağlanılmış xx.xx.2019-cu il tarixli notarial qaydada təsdiq edilmiş icarə müqaviləsinin surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 118.2 kv.m olan qeyri-yaşayış sahəsinin 42 kv.m hissəsi İddiaçı tərəfindən Cavabdeh icarəyə verilmişdir. İcarə müddəti xx.xx.2024-cü il tarixədək müəyyən edilmişdir. İcarə haqqı 150 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan “xx.xx.2019-cu il tarixli icarə müqaviləsi üzrə üzləşmə aktı”nın surətindən görünür ki, Cavabdeh, bundan sonra “İcarəçi” adlandırılan bir tərəfdən və İddiaçı adından nümayəndəsi Nümayəndə, bundan sonra “İcarəyə verən” adlandırılan digər tərəfdən, bu üzləşmə aktınındakı aşağıdakı məlumatları imzalarıyla təsdiqləyirlər: xx.xx.2019-cu il tarixli icarə müqaviləsi üzrə icarə haqqlarına görə 23 fevral 2022-ci il tarixə “İcarəçi”nin “İcarəyə verən”ə 1.643 (min altı yüz qırx üç) manat borcu vardır. İş materiallarında olan 23 fevral 2022-ci il tarixli şəxsi borc üzrə üzləşmə aktının surətindən görünür ki, Cavabdeh, bundan sonra “Borc alan” adlandırılan bir tərəfdən və Nümayəndə, bundan sonra “Borc verən” adlandırılan digər tərəfdən, bu üzləşmə aktındakı aşağıdakı məlumatları imzaları ilə təsdiqləyirlər: 23 fevral 2022-ci il tarixə “Borc alan” ın “Borc verən”ə şəxsi borcu yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdətutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləniəhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.5-ci maddəsinə əsasən borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digərəsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyəverən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2019-cu il tarixli notarial qaydada təsdiq edilmiş icarə müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 118.2 kv.m olan qeyri-yaşayış sahəsinin 42 kv.m hissəsi İddiaçı tərəfindən Cavabdeh icarəyə verilmişdir. İcarə müddəti xx.xx.2024-cü il tarixədək müəyyən edilmişdir. İcarə haqqı 150 manat məbləğində müəyyən edilmişdir. İş materialları ilə müəyyən edilir ki, cavabdehin imzaladığı xx.xx.2022-ci il tarixli üzləşmə aktına əsasən onun xx.xx.2024-cü il tarixli icarə müqaviləsi üzrə İddiaçı 1.643 manat borcu vardır. Cavabdeh həmin borcun yalan olduğunu qeyd etsə də, buna dair mötəbər sübut təqdim etməmişdir. Belə ki, icarə müqaviləsinin məqsədi ondan ibarətdir ki, icarəyə verən əşyanı icarəçinin istifadəsinə verməyi, icarəçi isə bunun üçün icarəyəverənə icarə haqqı ödəməyi öhdəsinə götürür. Sübutetmə vəzifəsinin idə tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Bununla da, iş materialları ilə tərəflərin arasında icarə münasibətlərinin yarandığı və həmin müqavilə üzrə cavabdehin iddiaçıya 1.643 manat borcunun olması təsdiq olunduğundan, iddia tələbləri təmin edilərək, 05 sentyabr 2019-cu il tarixli icarə müqaviləsinə əsasən ödənilməmiş 1.643 manat icarə haqqı məbləği Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbləri təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 36,43 manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 05 sentyabr 2019-cu il tarixli icarə müqaviləsinə əsasən ödənilməmiş 1.643 (bir min altı yüz qırx üç) manat icarə haqqı məbləği və 36,43 (otuz altı manat qırx üç qəpik) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №e-2(011)-3028/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3028/2025
02.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver