Məhkəmə qərarları › İş №e-2(011)-3158/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-3158/2024

27.06.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-3158/2024 27.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “mənzillərdən istifadə edilməsinə qadağa qoyulması və boşaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh qarşı “mənzillərdən istifadə edilməsinə qadağa qoyulması və boşaldılması” tələbinə dair iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət edərək,İddiaçı MMC-nin xüsusi mülkiyyətində olan, Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsi, ev 28 A, mənzil 7 (Yeni qaydalarla:AZ 1025, Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsi, 74, M4, m2) və Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsi, ev 28 A, mənzil 12 (Yeni qaydalarla: AZ 1025, ünvan 1 ünvanında yerləşən mənzillərdən Cavabdeh və onun ailə üzvlərinin istifadə etməsinə qadağa qoyulması, həmin mənzillərin onlar tərəfindən boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, tərəflər məhkəmənin baxış iclasının yeri və vaxtı haqqında prosessual qanunvericiliklə nəzərdə tutulduğu kimi lazımi qaydada məlumatlandırılmış, lakin məhkəmə iclaslarında iştirak etməmişlər. Lakin İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh arasında olan mənzil mübahisəsinin öz həllini tapdığını, bu səbəbdən iddiaçının iddiadan imtian etdiyini, mülki iş üzrə iddiaçının cavabdehə qarşı heç bir tələbinin olmadığını bildirmişdir. Məhkəmə işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını və ərizəni araşdıraraq hesab edir ki, tərəf iddia tələbindən imtina etdiyindən iş üzrə icraata xitam verilməlidir. Belə ki, MPM-nin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. MPM-nin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. MPM-nin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü, 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq məhkəmə Q ə r a r a a l d ı: İddiaçı MMC-nin Cavabdeh qarşı “mənzillərdən istifadə edilməsinə qadağa qoyulması və boşaldılması” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, MPM-nin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildiyindən, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar