Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-3177/2022 12.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh2 MMC-yə və Cavabdeh1 qarşı “müqavilənin etibarsız hesab edilməsi, əmlaka hüquqlarının tanınması, sənədlərin təqdim edilməsi və s.” tələbinə dair mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında inşa edilən 2 nömrəli yaşayış binasında, 13-cü mərtəbəsində ümumi tikinti sahəsi 101.5 kv.m-dən ibarət olan 2 otaqlı 51 nömrəli mənzilə sahiblik və istifadə hüququnun tanınması, mənzilin ona təhvil verilməsi, mənzilin dövlət qeydiyyatı üçün tələb olunan sənədlərin ona təqdim edilməsi, mənzilə dair yaradılmış maneələrin cavabdehə qadağa edilməsi, Cavabdeh1 ilə "xxxx" Kompani MMC arasında bağlanmış xx.xx.2009-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişlər. Bununla belə İddiaçı xx.xx.2022-ci il tarixdə elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək, mülki işin 2(011)-7140/2022 nömrəli mülki işə birləşdirilməyi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, ərizəni nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan e-2(011)-3177/2022 nömrəli və 2(011)-7140/2022 nömrəli mülki işlər birləşdirilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 qarşı iddia ərizəsi üzrə hazırki e-2(011)-3177/2022 nömrəli mülki iş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatına 13 aprel 2022-ci il tarixdə daxil olmuşdur, həmçinin Cavabdeh1 Cavabdeh2 MMC-nə qarşı mənzil tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MMC-nin üzərinə 28 yanvar 2009-cu il tarixli 28/A nömrəli müqavilə üzrə öz öhdəliklərini məcburi qaydada icra etməsi və qanunsuz hərəkətlərə son qoyulması və ünvan 2 ünvanında inşa edilmiş, 2 nömrəli yaşayış binasının 13-cü mərtəbəsində ümumi sahəsi 101.5 kv.m. olan 2 otaqlı mənzilin iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göstərilən iddia tələbi əsasında 2(005)-876/2022 nömrəli mülki iş Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin icraatına 10 yanvar 2022-ci il tarixdə daxil olmuş, xx.xx.2022-ci il tarixdə iddia tələbi üzrə qiyabi qətnamə çıxarılmışdır. Ərizəçi İddiaçı (hazırki mülki iş üzrə iddiaçı), xx.xx.2022-ci il tarixdə Nərimanov rayon Məhkəməsinə müraciət edərək, 2(005)-876/2022 saylı, 11 aprel 2022-ci il tarixli qiyabi qətnamənin ləğv edilməsini və həmin işə üçüncü şəxs qismində cəlb edilməsini məhkəmədən xahiş etmiş, Nərimanov rayon Məhkəməsinin 2(005)-876/2022 saylı, 30 avqust 2022-ci il tarixli qərardadı ilə İddiaçı mülki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs qismində cəlb edilməsi qərara alınmışdır, həmçinin qəbul edilmiş qətnamədən hüquq və vəzifələrinə toxunan şəxs İddiaçı nümayəndəsi və vəkili X1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 aprel 2022-ci il tarixli, 2(005)-876/2022 nömrəli qiyabi qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6704/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 aprel 2022-ci il tarixli, 2(005)-876/2022 nömrəli qiyabi qətnaməsi ləğv edilmiş, mülki iş ərazi aidiyyatı üzrə baxılması üçün Bakı şəhər Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Göstərilən mülki iş hazırda Bakı şəhəri Xətai rayon Məhkəməsinin hakimi Lalə Rəhimlinin icraatındadır (mülki iş № 2(011)-7140/2022). Məhkəmə hesab edir ki, hazırkı mülki işlər üzrə iddia tələbləri bir-biri ilə əlaqədar olduğundan və həmin işlər üzrə eyni tərəflər çıxış etdiyindən, Cavabdeh1 Cavabdeh2 MMC-nə qarşı mənzil tələbinə dair iddia ərizəsinin xx.xx.2022-ci il tarixdə Nərimanov rayon Məhkəməsinə daxil olması nəzərə alınmaqla, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi məqsədilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan e-2(011)- 3177/2022 nömrəli və 2(011)-7140/2022 nömrəli mülki işlər birləşdirilməlidir. Belə ki Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 43.1-ci maddəsinə əsasən, əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən, bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169, 263-264-cü və 268-269-cu maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Bakı şəhəri Xətai rayon Məhkəməsinin hakimi Şəhriyar Əliyevin icraatında olan e- 2(011)-3177/2022 nömrəli mülki iş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Lalə Rəhimlinin icraatında olan 2(011)-7140/2022 nömrəli mülki işlə birləşdirilsin. Sədrlik edən Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-3177/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-3177/2022
12.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver