Məhkəmə qərarları › İş №e-2(011)-3203/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-3203/2022

09.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-3203/2022 09.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi və digər” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlərdən iddiaçının xeyrinə xx.xx.2020-ci il tarixli, nzaz 12440 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 11276,19 manat, faiz borcuna görə 916,70 manat, cərimə borcuna görə 1492,42 manat borcun cəmi məbləği 13685,31 manat, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 135 manat rüsumunun və dövlət rüsumu kimi ödənilmiş 131.06 manat məbləğində, cəmi 266,06 manat pulun tutulması, tələbin Cavabdeh1 məxsus Bakı şəhəri, Xətai rayonu, General Melımandarov küçəsi, ev 8, 116 saylı mənzilə (bundan sonra – Mənzil) yönəldilməsi, əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehlərin xx.xx.2020-ci il tarixli, nzaz 12440 saylı kredit müqaviləsi üzrə cəmi məbləği 13685,31 manat və dövlət rüsumu kimi ödənilmiş cəmi 266,06 manat məbləğində pulun iddiaçıya ödənilməsi, ipoteka predmeti olan Cavabdeh1 məxsus Mənzilə yönəldikdən və Mənzil satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh1, Cavabdeh2, xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X1 Mənzildən çıxarılması və mənzilin boşaldılması, Mənzilin ilkin satış qiymətinin müəyyəııləşdirilməsi, ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsaitin qeyd olunan xx.xx.2020-ci il tarixli, nzaz 12440 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğin cavabdehlərdən tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, iddia ərizəsinin baxılmamış saxlanılmasını və iddia ərizəsinə əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanır. Məhkəmə ərizəni araşdıraraq hesab edir ki, iddiaçı mülki işin baxılmamış saxlanılmaqla sənədlərinin geri qaytarılmasını xahiş etdiyindən və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, mülki iş baxılmamış saxlanıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarıldığından onun tərəfindən ödənilmiş 131,06 manat məbləğində dövlət rüsumu da iddiaçıya qaytarılmalıdır. Mülki-Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi və digər” barədə iddia ərizəsi baxılmamış saxlansın. İddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya qaytarılsın. İddiaçı tərəfindən ödənilmiş 131,06 manat məbləğində dövlət rüsumu İddiaçı ASCyə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar