Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-322/2025 13.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, “X3” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixində Əsas Kredit müqaviləsi imzalanmışdır. Kredit müqaviləsinə 1.5-ci bəndinə əsasən, borcalana 15000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi xx.xx.2023-cü il tarixində “X3” Açıq Səhmdar Cəmiyyəti bir tərəfdə (Kreditor), İddiaçı (Zamin) digər tərəfdən və Cavabdeh (Borclu) üçüncü tərəfdə olmaqla Zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinə 1.2-ci bəndinə əsasən, Əsas Kredit və Bank Hesabı müqaviləsinin şərtləri ilə daxil olmaqla bütün mühüm şərtləri ilə tanışdır və onları qəbul edir. Müqavilənin 2.2-ci bəndinə əsasən, Zamin Borclunun Kredit müqavilələri üzrə öhdəliklərini yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində əsas borc məbləğinin, hesablanmış faizlərin və cərimənin (dəbbə pulu), borcun tutulması üzrə məhkəmə xərclərinin və digər zərərin əvəzinin ödənilməsinə görə Kreditor qarşısında Borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmənin diqqətinə çatdırmaq istəyirəm ki, borclu Cavabdeh tərəfindən Kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyinə görə ərizəçi İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə 600 manat; 21.12. 2023-cü il tarixdə 600 manat, xx.xx.2024-cü il tarixdə 600 manat, xx.xx.2024-cü il tarixdə 600 manat, xx.xx.2024-cü il tarixdə 600 manat, xx.xx.2024-cü il tarixdə 600 manat, xx.xx.2024-cü il tarixdə 600 manat, xx.xx.2024-cü il tarixdə 1000 manat, xx.xx.2024-cü il tarixdə 600 manat olmaqla, ümumilikdə 5800 manat məbləğində ödənişlər həyata keçirilmişdir. Bununla bağlı borclu Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində gələcəkdə ərizəçi İddiaçı kredit tarixçəsinin korlanması, həmçinin Kreditor “X3” Açıq Səhmdar Cəmiyyətinə əlavə xərclərin ödənməsi kimi öhdəliklər yaranması deməkdir. Buna görə də, zamin İddiaçı tərəfindən kredit müqaviləsi üzrə 5800 manat məbləğində ödəniş aparılmışdır. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixində Cavabdeh pretenziya məktubu göndərilmişdir. Pretenziya məktubunda yaranmış mübahisənin həlli üçün müvafiq addımların atılması xahiş edilmiş, əks təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəməyə müraciət olunacağı bildirilmişdir. Lakin, cavabdeh tərəfindən heç bir addım atılmamış və iddiaçı tərəfindən ödənilən vəsait qaytarılmamışdır. Problemin həlli üçün İddiaçı ilə Vəkillər Kollegiyasının üzvü, vəkil Nümayəndə arasında xx.xx.2024- cü il tarixində “Hüquqi yardımın göstərilməsi haqqında” müqavilə imzalanmışdır. Müqavilənin 1.1-ci maddəsinə əsasən, vəkil ona həvalə edilən tapşırıq əsasında hüquqi yardım göstərməyi, müraciət edən şəxs isə hüquqi yardıma görə haqq ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh 5800 manat məbləğində pulun, hüquqi yardıma görə ödənilmiş 500 manat xidmət haqqının və məhkəmə üçün ödənilmiş 78 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, qeyd etmişdir ki, İddiaçı tərəfindən iddia ərizəsi verildikdən sonra 20 avqust 2024-cü il tarixdə 600 manat, 23 sentyabr 2024-cü il tarixdə 600 manat, 10 oktyabr 2024-cü il tarixdə 10900 manat olmaqla, cəmi 12100 manat məbləğində kredit ödənişi həyata keçirilmişdir. Elektron məhkəmə sistemində olan dövlət rüsumunun hesablanması kalkulyatoruna əsasən 126,30 manat əlavə dövlət rüsumu ödənilmişdir. Qeyd olunanlara əsasən, Cavabdeh 17900 manat məbləğində pulun, hüquqi yardıma görə ödənilmiş 500 manat xidmət haqqının və məhkəmə üçün ödənilmiş 204,30 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən Cavabdeh iddia tələbinə etiraz edərək, izahatında bildirmişdir ki, o, iddiaçıya kredit məbləğinin qalan hissəsini ödəməməsini bildirməsinə baxmayaraq, iddiaçı məhkəmə gedişatı dövründə həmin məbləği də ödəmişdir. Cavabdeh iddiaçının kartına 3700 manat məbləğində pul vəsaiti köçürmüşdür. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edib sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan “X3” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 21 avqust 2023-cü il tarixli, 696micADJ nömrəli kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh 21 avqust 2023-cı il tarixədək, illik 25% olmaqla, 15000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan “X3” Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış 21 avqust 2023-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, İddiaçı, yəni zamin borcalan Cavabdeh bankla arasında olan müqavilə üzrə öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan qəbzlərdən görünür ki, İddiaçı tərəfindən 696micADJ nömrəli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdə 600 manat, 21.12. 2023-cü il tarixdə 600 manat, xx.xx.2024-cü il tarixdə 600 manat, xx.xx.2024-cü il tarixdə 600 manat, xx.xx.2024cü il tarixdə 600 manat, xx.xx.2024-cü il tarixdə 600 manat, xx.xx.2024-cü il tarixdə 600 manat, xx.xx.2024-cü il tarixdə 1000 manat, xx.xx.2024-cü il tarixdə 600 manat, 20 avqust 2024-cü il tarixdə 600 manat, 23 sentyabr 2024-cü il tarixdə 600 manat və 10 oktyabr 2024-cü il tarixdə 10900 manat olmaqla, ümumilikdə 17900 manat ödəniş etmişdir. İş materiallarında olan “Presedent” Vəkil Bürosunun vəkili Nümayəndə ilə İddiaçı arasında bağlanan Hüquqi yardımın göstərilməsi haqqında 03 iyun 2024-cü il tarixli 0158 nömrəli müqavilənin surətindən görünür ki, vəkil ona həvalə edilən tapşırıq əsasında hüquqi yardım göstərməyi, müraciət edən şəxs isə hüquqi yardıma görə 500 manat müəyyən edilmişdir. İş materiallarında olan 14014 nömrəli 03 iyun 2024-cü il tarixli qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən 0158 nömrəli müqavilə üzrə 500 manat pul vəsaiti ödəmişdir. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış pretenziya məktubundan görünür ki, 21 avqust 2023-cü il tarixli Kredit müqaviləsi üzrə iddiaçı tərəfindən ödənilmiş pul vəsaitinin geri qaytarılmasını 5 gün ərzində təmin edilməsi, əks təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəməyə müraciət olunacağı bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana)n keçirməyi öhdəsinə götürür, digər iştirakçı isə (borc alan) aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin öz öhdəliyini tamami ilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin sussidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 475-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir. 21-ci maddəsi müəyyən edir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir.Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur.Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Beləliklə, mülki iş materialları ilə müəyyən edilir ki, “X3” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 21 avqust 2023-cü il tarixli, 696micADJ nömrəli kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh 21 avqust 2023-cı il tarixədək, illik 25% olmaqla, 15000 manat məbləğində kredit verilmişdir. “X3” Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış 21 avqust 2023-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, İddiaçı, yəni zamin borcalan Cavabdeh bankla arasında olan müqavilə üzrə öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İddiaçı tərəfindən 696micADJ nömrəli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdə 600 manat, 21.12. 2023-cü il tarixdə 600 manat, xx.xx.2024-cü il tarixdə 600 manat, xx.xx.2024-cü il tarixdə 600 manat, xx.xx.2024-cü il tarixdə 600 manat, xx.xx.2024-cü il tarixdə 600 manat, xx.xx.2024-cü il tarixdə 600 manat, xx.xx.2024-cü il tarixdə 1000 manat, xx.xx.2024-cü il tarixdə 600 manat, 20 avqust 2024-cü il tarixdə 600 manat, 23 sentyabr 2024-cü il tarixdə 600 manat və 10 oktyabr 2024-cü il tarixdə 10900 manat olmaqla, ümumilikdə 17900 manat ödəniş etmişdir. İddiaçı tərəfindən Cavabdeh pretenziya məktubu göndərərək, 21 avqust 2023-cü il tarixli Kredit müqaviləsi üzrə ödədiyi pul vəsaitinin geri qaytarılmasını bildirsə də, həmin vəsaiti cavabdeh iddiaçıya geri ödəməmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək, iddiaçıya kart vasitəsilə 3700 manat pul vəsaitinin ödədiyini bildirsə də, cavabdehin məhkəmə təqdim etdiyi hesabdan çıxarış X1 adına olmaqla yanaşı, 3700 manat pul vəsaitinin İddiaçı hesabına ödənilməsini təsdiq etməmişdir. Məhkəmə hesab edir ki, “X3” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 21 avqust 2023-cü il tarixli, 696micADJ nömrəli kredit müqaviləsi üzrə borc öhdəliyi iddiaçı (zamin) İddiaçı tərəfindən icra olunduğundan, iddiaçı tərəfindən ödənildiyi təsdiq edilən 17900 manat pul vəsaiti Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hüquqi yardıma görə ödənilmiş xərc - 500 manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 204,30 manat dövlət rüsumu Cavabdeh tutularaq, İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə xərcləri MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 17900 manat məbləğində borc, hüquqi yardıma görə ödənilmiş 500 manat pul vəsaiti və 204,30 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-322/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-322/2025
13.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver