Məhkəmə qərarları › İş №e-2(011)-3253/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3253/2023

04.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3253/2023 04.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı cavabdehdən 750 manat borcun və 200 manat vurulmuş ziyanın, cəmi 950 manat məbləğin, həmçinin 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, təximən iki ilə yaxındır ki, iddiaçı pul tələbi ilə bağlı mübahisəsi olmuşdur. İddiaçı bildirir ki, ticarətçi olduğundan öz işlərinin aparılmasını vəkil kimi tanıdığı Cavabdeh həvalə etmişdir. Bu məqsədlə cavabdehə işlərinin idarə edilməsi üçün əvvəl 350 manat, sonra isə 400 manat məbləğ ödəniş etmişdir. Ödəniş edərkən iddiaçı vəkil Cavabdeh bildirmişdir ki, əgər işini görə bilməsə ödədiyi məbləği geri alacaq. O da iddiaçı ilə razılaşmışdır. Lakin Cavabdeh buna baxmayaraq iddiaçının heç bir mülki işinə çıxmamış və işini aparmamışdır və iddiaçı ona arxayın olduğu halda işi uduzmuşdur. İddiaçının Ağdaş rayon Məhkəməsində “borcun məcburi alınması” tələbinə dair mülki işi olmuşdur. Cavabdeh notarius vasitəsi ilə işin aparılması üçün etibarnamə vermiş, ona arxayın olmuşdur ki, iddiaçının işini axıra kimi aparacaq. Cavabdeh iddiaçıdan işin aparılması üçün 350 manat məbləğində pul istəmiş, iddiaçı ona istədiyi məbləği vermişdir. Amma Ağdaşda işinə baxılmamış, Mehman müəllim iddiaçıya bildirmiş ki, cavabdeh Mingəçevirdə qeydiyyatda olduğu üçün işi ora verilməlidir. İddiaçı onunla razılaşmış və bundan sonra mülki işi Mingəçevir şəhər Məhkəməsinə verilmişdir. Mingəçevir şəhər Məhkəməsində mülki iş gedən zaman iddiaçının səhhətində ciddi problemlər olduğundan İrana getmiş və heç işlə maraqlana bilməmişdir. İrandan qayıdandan sonra poçtalyon iddiaçıya verdiyi məktubundan görmüşdür ki, Mingəçevir şəhər məhkəməsində mülki işin məhkəmə baxışı iclası keçiriləcəyi barədə məlumat var, lakin artıq gec idi məhkəmə baxış iclası keçirilmiş və iddia təmin edilmiş, qətnamə çıxarılmışdı. İddiaçı qeyd edir ki, məktubu götürüb Mehman müəllimə yaxınlaşaraq niyə işə belə səthi yanaşdığını, məhkəmə iclasına getmədiyini və haqlı olduğu halda onların xeyrinə təmin olunduğunu soruşduqda Mehman ona yenə pul gətirsə, işə baxmağa davam edəcəyini və iddiaçıya qaytaracaq pulun olmadığını bildirmişdir. Həmçinin iddiaçıya pul versə işinin arxası ilə gedəcəyini yoxsa onu narahat etməməsini, heç kimdən qorxmadığını demiş, iddiaçı isə cavabdehə verdiyi 750 manat pula heç bir iş görməmiş, pulunu qaytarmasını və pul verməyəcəyini bildirmişdir. Vəkil işi görmədiyi halda pulu sahibinə geri verməlidir. İddiaçı qeyd edir ki, uzun müddətdir Mehman müəllimdən pulu ala bilmir. Bunun üçün də Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına üz tutmuş, pulunun Cavabdeh geri alınıb iddiaçıya verilməsini xahiş etmişdir. Cavabdeh həmin məbləği geri qaytaracağına söz versə də, hələ də bu günə kimi ödəməmişdir. Tərəflərin izahatları: İddiaçı iclasında iddianı müdafiə edərək, izahatında bildirdi ki, vəkil Cavabdeh ilə məhkəmədə onu müdafiə etməsi üçün aralarında müqavilə bağlamışdır.Onunla müqavilə bağlayarkən cavabdehi vəkil kimi bilmiş və ona etibar etmişdir. Cavabdehə işlərinin idarə edilməsi üçün əvvəl 350 manat, sonra isə 400 manat məbləğ ödəniş etmişdir. Ödəniş edərkən iddiaçı vəkil Cavabdeh bildirmişdir ki, əgər işini görə bilməsə ödədiyi məbləği geri alacaq. O da iddiaçı ilə razılaşmışdır. Mingəçevir şəhər məhkəməsində 3 dəfə cavabdehlə birlikdə məhkəmə iclasında iştirak etmişlər. Lakin cavabdeh məhkəmədə iddiaçını müdafiə etməmiş sakitcə oturmuş, hətta qarşı tərəfin vəkilinə pul verərək işi öz aralarında həll etmişdirlər. Bu səbəbdən iddia tələbi qismən təmin olmuşdur. Bundan sonra başqa vəkil ilə müqavilə bağlayaraq həmin qətnamədən apellyasiya şikayət vermiş, lakin şikayət təmin edilməmiş və qətnamə dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, İddiaçı ilə aralarında bağlanmış xx.xx.2018-ci il tarixli 40 saylı müqavilə əsasında eyni tarixli 000741 saylı vəkil orderi əsasında Mingəçevir şəhər məhkəməsinə “Borcun məcburi qaydada alınması tələbinə dair” iddia ərizəsi tərtib edib, sorğular əsasında əlavə materiallar əldə etmiş, iddia üzrə şəxsə hüquqi yardım göstərmiş, 09 oktyabr, 31 oktyabr və 15 noyabr 2018-ci il tarixlərdə öz şəxsi maşını ilə Mingəçevir şəhər məhkəməsinin inzibati binasının məhkəmə zalında X. Kifayət xanımın şəxsən özü ilə birlikdə 3 dəfə məhkəmə iclaslarında iştirak etmiş, işin bütün halları araşdırılmış, cavabdehlərin hər birinin izahatları alınmış, cavabdehlərdən Aysu adlı şəxs Kifayətin atasının veteran pulunu düzəltmək adı ilə ona verdiyini iddia etdiyi 1500 manatı alıb mənimsədiyini qəti şəkildə rədd etmişdir. İddia tələbinin Aysu adlı cavabdeh tərəfindən 1500 manat pulun alınıb mənimsənilməsinə dair hissəsini müvafiq sübutlarla təsdiq etmək mümkün olmadığından ərizə əsasında iş baxılmamış saxlanmış, mənimsəmə məsələsi üzrə Ağdaş RPŞ-nin TQ tərəfindən cinayət işinin başlanması haqqında xx.xx.2018- ci il tarixli qərardan rayon prokuroruna Cavabdeh tərəfindən şikayət tərtib edilmiş, sonuncu qərar ləğv edilərək yenidən araşdırma üçün PŞnin TQ-na göndərilmiş, sonradan da X.Kifayətin 1500 manatının Aysu tərəfindən mənimsənilməsi fakt öz təsdiqini tapmamış qalmışdır. Bundan sonra cavabdeh bildirir ki, Mingəçevir şəhər məhkəməsində olan işin icraatının təzələnməsinə dair ərizə ilə müraciət etmiş, məhkəmə iclası barədə hakim ona deyil, yalnız vəkili olduğu şəxsə bildiriş göndərmiş, 3 məhkəmə baxışı iclasları zamanı işin hallarının hərtərəfli araşdırıldığını, əlavə sübutların təqdim olunmadığını, o cümlədən də iddia tələbinin 1500 manata dair hissəsinin sübut edilməsinə dair yeni sübutların təqdim edilmədiyi ilə kifayətlənərək iddianın qismən təmin edilməsinə dair qətnamə çıxarmışdır. Qətnamədən narazı qalması ilə əlaqədar tərəfindən apellyasiya şikayəti tərtib olunaraq məhkəməyə verilmişdir. Cavabdeh qeyd edir ki, İddiaçı dediklərinin əksinə olaraq onunla apellyasiya instansiyası ilə bağlı heç bir müqavilə və ya “vədləri” olmamışdır və ola da bilməzdi. Sonrakı məhkəmə instansiyalarında X.Kifayət başqa şəxslərin hüquqi xidmətindən istifadə etmiş, Mingəçevir şəhər məhkəməsinin həmin iş üzrə qətnaməsi qanunu və əsaslı hesab edilmiş və dəyişdirilmədən saxlanmışdır. İddiaçı ilə yalnız və yalnız həmin işə dair müqaviləsi olmasına və cəmi 700 (yeddi) yüz manat vəkillik haqqı ödəməsinə baxmayaraq, həmin işlə paralel olaraq ən azı 1 il ərzində onun Aysu adlı qadın tərəfindən pulunun mənimsənilməsinə dair Ağdaş rayon PŞ TQ-dakı material üzrə, keçmişdə işlədiyi kolxozdakı staj faktı ilə əlaqədar Ağdaş rayon məhkəməsində, daha sonra isə X10 Məhkəməsindəki işlərində tam təmənnasız və əvəzsiz olaraq ərizələr, iddialar, etirazlar, izahatlar, sorğular yazmaqla köməklik göstərmişdir. K.Xəliovanın bircə işi üzrə müqavilə olmasına baxmayaraq onun üçün gördüyü işlərin siyahısına dair AR VK-nın İntizam Komissiyasına yazdığı xx.xx.2020-ci il tarixli izahatı əlavə edir. Məhkəmədən ən azı bircə faktı nəzərə alınmasını və qiymətləndirilməsini xüsusi olaraq xahiş edərək, Mingəçevir şəhər məhkəməsinə “Borcun məcburi qaydada alınması tələbinə dair” iddia ərizəsi tərtib etmiş, iş üzrə 09 oktyabr, 31 oktyabr və 15 noyabr 2018-ci il tarixlərdə Mingəçevir şəhər məhkəməsinin inzibati binasının məhkəmə zalında öz şəxsi maşınında cavabdehlə getmiş X. Kifayət xanımın şəxsən özü ilə birlikdə 3 dəfə məhkəmə iclaslarında iştirak etmişdir.İddiaçı 2019-cu ildən barəsində dəfələrlə oxşar şikayətlə AR VK-nə şikayət etmiş, ərizəsindəki bütün xüsusatlar özünün və iddiaçının iştirakı ilə geniş öyrənilmiş, araşdırılmış və məsələyə VK İK-da baxılmış, cavabdehin hər hansı pozuntulara yol vermədiyi öz təsdiqini tapmışdır.İzahatına əlavə etdiyi, ötən 5 ilə yaxın müddətdən yalnız saxlanmış sənədlərlə iddianın tam əsassız olduğu, vəkil vəzifəsini layiqincə yerinə yetirdiyi, əksinə heç bir təmənna güdmədən X.Kifayətə xeyli başqa işlərində də əvəzsiz hüquqi yardım göstərdiyi öz təsdiqini tapır. X.Kifayət iddiasının ilk cümləsində “təxminən iki ilə yaxındır pul tələbi ilə əlaqədar probleminin” olduğunu iddia edir, halbuki RPŞ-nə ərizə ilə xx.xx.2018-ci ildə, məhkəməyə də iddia ilə 2018-ci ildə müraciət etmişdir. Bu iddiaçının nə qədər həqiqəti sevdiyi və düzgün danışdığının bariz nümunəsidir. Qeyd olunanları nəzərə alaraq məhkəmədən İddiaçı iddiasını tam əsassız olduğu üçün rədd edilməsini, iddia tələbi üzrə AR Vəkillər Kollegiyasının 3-cü şəxs qismində işdə tərəf ola bilməməsi səbəbindən AR VK-nın işdə iştirakına xitam verilməsini və Mingəçevir şəhər məhkəməsinin həmin iş üzrə çıxardığı xx.xx.2019-cu il tarixli, 2(051)-825/2019 saylı qətnaməsini işə əlavə olunması üçün iddiaçıdan tələb edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: İş materiallarında olan Şəki Äpellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)- 1951/2019 saylı xx.xx.2019 tarixli qətnaməsindən görünür ki, Mingəçevir şəhər məhkəməsində İddiaçı cavabdehlər X7, X5, X8 və X3 qarşı iddia tələbi Mingəçevir Şəhər Məhkəməsinin 26 fevral 2019-cu il tarixli, 2(051 )-825/2019 saylı qətnaməsi ilə qismən təmin edilmiş, X7, X6, X8 və X2 1075 manat pul və 30 manat dövlət rüsumu alınıb İddiaçı verilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Şəki Äpellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)- 1951/2019 saylı xx.xx.2019 tarixli qətnaməsindən görünür ki, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Mingəçevir Şəhər Məhkəməsinin 26 fevral 2019-cu il tarixli, 2(051)-825/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Resspublikası Vəkillər X4 xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş xx.xx.2020-ci il tarixli 18 saylı iclas protokolun çıxarışından görünür ki, fərdi qaydada fəaliyyət göstərən vəkil Cavabdeh barəsində vəkillərin intizam komissiyasının rəyinin nəzərə alınması və vəkil Cavabdeh barəsində qeyd edilən məlumatlara hüquqi qiymət verilməsinin Rəyasət Heyətinin səlahiyyətinə aid olmaması barədə İddiaçı cavab verilməsi qərara alınmışdır. İş materiallarında olan vəkil Cavabdeh Azərbaycan Respublikası Vəkillər X1 sədri X15 ünvanladığı izahatından görünür ki, Ağdaş şəhər sakini İddiaçı barəsində yazdığı təkrar şikayət ərizəsi ilə əlaqədar olaraq bildirmişdir ki, İddiaçı ilə aralarında bağlanmış xx.xx.2018-ci il tarixli 40 saylı müqavilə əsasında eyni tarixli 000741 saylı vəkil orderi əsasında Mingəçevir şəhər məhkəməsinə “Borcun məcburi qaydada alınması tələbinə dair” iddia ərizəsi üzrə işdə şəxsə hüquqi yardım göstərmiş, 09 oktyabr, 31 oktyabr və 15 noyabr 2018-ci il tarixlərdə X.Kifayət xanımın şəxsən özü ilə birlikdə məhkəmə iclaslarında iştirak etdiyini, həmin müqavilə üzrə işlərlə paralel olaraq onun bir qadın tərəfindən pulunun mənimsənilməsinə dair Ağdaş rayon Polis şöbəsində və rayon prokurorluğunda olan .şikayəti üzrə, həmçinin də keçmişdə işlədiyi kolxozda staj faktı ilə əlaqədar Ağdaş rayon məhkəməsində və X10 Məhkəməsindəki işlərində əvəzsiz olaraq ərizələr, iddialar, etirazlar, izahatlar, sorğular yazmaqla köməklik göstərdiyini, İddiaçı həmin mülki iş üzrə apellyasiya və kassassiya məhkəmələrində başqa vəkilin xidmətindən istifadə etmiş, 1-ci instansiya tərəfindən qismən təmin edilmiş iddia sonralar da dəyişdirilmədən qaldığını və daha sonra İddiaçı 2019-cu ildə onun barəsində oxşar şikayətlə AR VK-nə şikayət etmiş, ərizəsindəki bütün xüsusatlar İddiaçı və özünün iştirakı ilə geniş öyrənilmiş, araşdırılmış və məsələyə VK İK-da baxılmışıdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ********** №-li mədaxil qəbzindən görünür ki, məhkəməyə ərizə verilərkən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Məhkəmə tərəflər arasında yaranmış münasibətlərə hüquqi qiymət verərək, belə qanaətə gəlir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilə hüquqi təbiətinə görə tapşırıq müqaviləsinin əlamətlərini ehtiva etdiyindən hazırki iddianın həlli üçün mülki qanunvericiliyin tapşırıq müqaviləsi ilə bağlı normalar tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 385.2-ci maddəsinə əsasən öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Həmin Məcəllənin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Qeyd edilən məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin məcəllənin 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. Göstərilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının izahatını dinləyərək, cavabdehin etiraz ərizəsini, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassızdır. Buna görə də iddia rədd edilməlidir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında hüquqi xidmət haqqında müqavilə bağlanmış və iddiaçı tərəfindən həmin xidmətlərin göstərilməsi üçün 700 manat məbləğində pul cavabdehə ödənilmişdir. Tərəflərin izahatları və iş materialları ilə öz təsdiqi tapan hal odur ki, cavabdeh “Borcun məcburi qaydada alınması tələbinə dair” iddia ərizəsini tərtib etmiş, sorğular əsasında əlavə materiallar əldə etmiş, iddiaçıya hüquqi yardım göstərərək, iddiaçı ilə birlikdə 3 dəfə məhkəmə iclaslarında iştirak etmiş və Mingəçevir Şəhər Məhkəməsinin 26 fevral 2019-cu il tarixli, 2(051)-825/2019 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər X7, X5, X8 və X3 qarşı iddia tələbi qismən təmin edilmişdir. Məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən müqavilə öhdəliklərinin lazımınca icra edilməməsi və ya qüsurlu icra edilməsi halı müəyyən edilməmişdir. Belə ki, iddiaçının “Borcun məcburi qaydada alınması tələbinə dair” iddia tələbi üzrə Mingəçevir Şəhər Məhkəməsi tərəfindən iddianın qismən edilməsinin əsası cavabdeh tərəfindən ona göstərilmiş hüquqi yardımın keyfiyyəti ilə bağlı deyil, məhz iddiaçı tərəfindən istintaq orqanlarına və məhkəməyə təqdim etdiyi sübutların mötəbərliyindən asılı olmuşdur. Hətta iddiaçı tərəfindən digər vəkilin köməyindən istifadə edərək tərtib etdiyi apellyasiya şikayəti də təmin edilməmiş, Şəki Äpellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)- 1951/2019 saylı xx.xx.2019 tarixli qətnaməsi ilə Mingəçevir Şəhər Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə həmçinin iddia tələbinin iddiaçıya vurulmuş 200 manat məbləğində ziyanın alınması ilə bağlı tələbə münasibət bildirirək qeyd edir ki, iddia tələbi həmin hissədə də əsassızdır. Belə ki, iddiaçı iddiasını təsdiq edəcək mötəbər sübut təqdim etməmişdir. Qanunvericiliyin mənasına görə həqiqətin müəyyən edilməsi məhkəmə prosesinin əsas fundamental məqsədlərindən biri hesab olunur. Həmin prosesin ətrafında bir sıra nəzərə alınmalı amillər mövcuddur ki, onlara sübutetmə ilə bağlı problemləri və sübutetmə vəzifəsinin bölüşdürülməsini də aid etmək olar. Mülki proses özü özlüyündə iştlrakçıların iradə sərbəstliyi əsasında formalaşdığından sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə qoyulur. “Sübutların üstünlüyü” (ehtimallar balansı) standartının izahına gəldikdə isə təqdim edilmiş sübutlar əsasında faktın böyük ehtimalla (mümkünlüklə) baş verdiyi və baş vermədiyi dedikdə, onda sübutetmə vəzifəsi yerinə yetirilmiş hesab olunur. Sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Beləliklə, qeyd olunanlar əsasən, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddiaçı tərəfindən müqavilə üzrə ödənilmiş 750 manat borcun və 200 manat ona vurulmuş ziyanın, cəmi 950 manat məbləğin, həmçinin 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə iddia tələbi əsassız olduğundan, iddia rədd edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, iddia təmin edilmədiyindən iddiaçı tərəfindən məhkəmənin hesabına ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı – Cavabdeh 750 manat borcun və 200 manat İddiaçı vurulmuş ziyanın, cəmi 950 manat məbləğin, həmçinin 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi barədə iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar