Məhkəmə qərarları › İş №e-2(011)-3320/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3320/2022

14.07.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3320/2022 14.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, İddiaçıların etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı, İddiaçı1 və İddiaçı2 Cavabdeh2 və qeyrilərinə qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı1 və İddiaçı2 Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 Elmin qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 Xaçmaz şəhəri N.Nərimanov küçəsi, ev 66, 19 saylı mənzilə mülkiyyət hüququnun tanınmasına əsas olan xx.xx.2006-cı il tarixli 231 №-li orderin və orderin əsasında verilmiş 30.01,2007-ci il tarixli ********* qeydiyyat nömrəli **********4-xx/xx-093003 reyestr nömrəli Çıxarışın, Cavabdeh2 tərəfindən həmin mənzili Cavabdeh3 satılmış xx.xx.2010-cu il tarixli 4Ə-01/167 saylı alqı-satqı müqaviləsi və həmin müqavilə əsasında Cavabdeh3 Elmin qızının adına verilmiş xx.xx.2010-cu il tarixli ********** Reyestr nömrəli Çıxarışın, Cavabdeh3 ilə X3, arasında bağlanmış ünvan 1 №-li evin 19 saylı mənzilinin alqı-satqısma dair xx.xx.2020-ci il tarixli 4Ə-1468 Reyestr №-İi müqavilənin, həmin müqavilə əsasında X3 adına verilmiş xx.xx.2020-ci il tarixli ********** Reyestr №-li Çıxarışın etibarsız hesab olunması və İddiaçı2 və İddiaçı1 mənzilə istifadə hüquqlarının olmasını nəzərə almaqla mənzilə köçürülməyi barədə qətnamə və mənzilin saxta sənədlər əsasında alqı-satqısının və çıxarışların əldə olunmasında cinayət əməli törətmiş, fiziki və rəsmi icra hakimiyyəti orqanlarının əməkdaşları barəsində xüsusi qərardad çıxarılaraq prokurorluq orqanına göndərilməsinin xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, həyat yoldaş Nümayəndə 1996-cı ilin noyabr ayında Xaçmaz rayon Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi vəzifəsinə təyin olunmuşdur. Qarabağ müharibəsi veteranı olduğu və yaşayış yeri olmadığı üçün polis rəisinin təqdimatına əsasən Rayon İcra Hakimiyyəti tərəfindən həyat yoldaşına ünvan 1 ünvanında yerləşən 3 otaqlı 19 saylı mənzil verildi. İddiaçılar həmin mənzilə pasport qeydiyyatma alınmışlar. 2002-ci il yanvar ayının 25-də həyat yoldaşı DİN-nin əmri ilə Xaçmaz rayon Polis şöbəsinin İstintaq bölməsinin rəisi vəzifəsinə təyin edilmişdir. 2004-cü ildə Şəmsəddin Xanbabayev adlı şəxs Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir. Xaçmaz rayon Polis şöbəsinin rəisi Cavad Şıxəliyev həyat yoldaşına təklif etmişdir ki, yaşadıqları evi Şəmsəddin Xanbabayevə təhvil verməlidirlər, əks təqdirdə başqa bir rayonda özünə iş axtarsın. Yoldaşı isə buna etiraz edərək, mənzil qanunvericiliyinin tələb və göstərişləri əsasında mənzilin ona və ailəsinə verildiyini bildirmişdir. Bundan sonra Şəmsəddin Xanbabayevin təkid və göstərişi ilə 2006-cı ildə həyat yoldaşı tutduğu vəzifədən azad edilərək, Qusar rayon Polis şöbəsinin Cinayət Axtarış bölməsinə Əməliyyat müvəkkili vəzifəsinə göndərilmişdir. Bu yolla mənzili ələ keçirmək niyyətində olan Xanbabayev onların Bakı şəhərinə köçməyindən istifadə edərək, İcra Hakimiyyətinin nümayəndələrinin vasitəsilə mənzilin açarlarını dəyişdirib, onları mənzildən kənarlaşdırmışdır. Bundan sonra onlar Qusar rayonunda kirayə ev tutaraq oraya köçmüşlər. Həyat yoldaşına qarşı olan haqsızlığa görə o, 2008-ci ilin sentyabr ayında X8 könüllü olaraq xidmətdən xaric olundu. Həmin ildən hal-hazırkı vaxta qədər onlar ailəliklə Bakı şəhərində müxtəlif ünvanlarda kirayələrdə yaşadılar və hal-hazırda ünvan 3zil 3 A-da kirayədə yaşayırlar. 2019-cu ilin oktyabr ayında Azərbaycan Respublikasnın Prezidentinin sərəncamı ilə Şəmsəddin Xanbabayev tutduğu vəzifədən azad edilmişdir. Artıq məsələnin hüquqi və məhkəmə müstəvisində həll olunması qərarına gəldiklərindən müvafiq vəkil sorğuları ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 5 saylı Xaçmaz ərazi İdarəsinə müraciətlər olunmuşdur. İdarənin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki. Xaçmaz şəhəri N.Nərimanov küçəsi, ev 66 ünvanında yerləşən 19 nömrəli mənzil xx.xx.2006-cı il tarixli qeydiyyat nömrəli **********4-05101 -093003 reyestr №-li çıxarışıla Cavabdeh2 adından şəxsin adına qeydə alınmışdır. Daha sonra, həmin mənzil Xaçmaz rayonu 1 Saylı Dövlət Notariat Kontorunun xx.xx.2010-cu il tarixli 4Ə-01/167 reyestr №-li alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3 satılmışdır. Həmin mənzilə dövlət reyestrindən Cavabdeh3 adına xx.xx.2010-cu il tarixli ********* qeydiyyat nömrəli Çıxarış alınmışdır. Cavabdeh3 tərəfindən də mənzil Xaçmaz rayonu 1 Saylı Dövlət Notariat Kontorunun xx.xx.2020-ci il tarixdə Yazgül Mirzali qızına satılmışdır və sonuncunun adına xx.xx.2020-ci il tarixdə ********** reyestr nömrəli Çıxarış alınmışdır. Mənzilin hüquqi vəziyyətinin dəqiqləşdirilməsi ilə yanaşı, digər orqan və idarələrə də müvafiq vəkil sorğuları ilə müraciətlər olunmuşdur. Xaçmaz rayon MKTİ-nin Mənzil istismar sahəsinin rəisi Bəhram Şahverdiyev tərəfindən verilmiş arayışda deyilir ki, Xaçmaz şəhəri N.Nərimanov küçəsi, ev 66 ünvanında yerləşən 5 mərtəbəli yaşayış binasının 19 saylı mənzili əvvəllər xidməti mənzil olmuş və xidməti iş ilə əlaqədar vaxtilə Nümayəndə müvəqqəti yaşamaq üçün rayon İcra Hakimiyyəti tərəfindən verilmişdir. 2007-ci ildə Nümayəndə Qusar rayonuna göndərildiyi üçün adı gedən mənzil boşaltdırılmışdır. Sonradan İcra Başçısının sərəncamına əsasən Cavabdeh2 daimi yaşamaq üçün verilmişdir. Hal-hazırda mənzildə kimlərin qeydiyyatda olması barədə məlumatları yoxdur. Halbuki, İddiaçı2 və oğluİddiaçı1 xx.xx.2004-cü ildən hal-hazırkı vaxta qədər həmin mənzildə pasport qeydiyyatındadır (bu barədə müvafiq arayış iddia ərizəsinə əlavə olunur). Vətəndaş Cavabdeh2 ünvan 4 ünvanında yerləşən məıızilə guya mənzildə heç kim qeydiyyatda yoxdur yazdırıb, saxta Forma № 2 tərtib etdirərək, xx.xx.2006-cı il tarixli 231 №-li Order alaraq, xx.xx.2007-ci il tarixli ********* qeydiyyat nömrəli **********4- 05101-09300 reyestr nömrəli çıxarışla mənzil üzərində mülkiyyət hüquqlarını tanıtmışdır. Cavabdeh2 ünvan 4 ünvanında yerləşən həmin mənzili sonradan Xaçmaz rayonu 1 Saylı Dövlət Notariat Kontorunun xx.xx.2010-cu il tarixli 4Ə-01/167 reyestr №-li alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3 satmış-yəni həmin ünvanda qeydiyyatda olan iddiaçı və oğlu İddiaçı1 razılığı olmadan, yəni 2 №-li Forma arayışını saxta tərtib etmə yolu ilə əldə edərək, həmin mənzili Cavabdeh3 satmışdır. Sonuncu mənzilə xx.xx.2010-cu il tarixli ********* qeydiyyat nömrəli Çıxarış əldə etmişdir. Yuxanda göstərilənlərə əsasən məlum olmuşdur ki, Cavabdeh2, sonradan Cavabdeh3 adına və Cavabdeh3 adından X3 adına alqı-satqı müqaviləsi əsasında keçən Xaçmaz şəhəri N.Nərimanov küç., ev 66,19 saylı mənzilin alqı-satqı müqavilələri və Reyestr Xidmətindən verilmiş Çıxarışlar qeyri-qanuni, iddiaçıların mülkiyyət hüququnun pozulması yolu ilə həyata keçirilmişdir. Məhkəmə iclasında iddiaçıların etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdilər və iddia ərizəsinin məzmununa uyğun izahat verdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdehlər məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçıların nümayəndəsnin izahatını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia rədd olunmalıdır. Mülki iş materiallarında olan Azərbaycan Respublikası Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2022-ci il tarixli, 381 nömrəli məktubun surətindən görünür ki, Xaçmaz MKTl-nin mənzil-istismarı sahəsinin verdiyi məlumata görə, ünvan 6 ünvanda yerləşən mənzil həmin dövrdə xidməti mənzil olmuş və Xaçmaz rayonundakı xidməti işlə əlaqədar Nümayəndə müvəqqəti yaşayış üçün verilmişdir. 2007-ci ildə Nümayəndə iş yeri dəyişilərək Qusar rayonuna işə göndərilməsi ilə əlaqədar mənzil aidiyyəti üzrə təhvil verilmişdir. Sonradan həmin mənzil yaşayış üçün digər şəxsə verilmişdir, araşdırma zamanı məlum olmuşdur ki, həmin mənzilin Nümayəndə müvəqqəti yaşayış üçün verilməsinə dair hər hansı bir sənəd də mövcud deyil. Mülki iş materiallarında olan Azərbaycan Respublikası Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2022-ci il tarixli, 829 nömrəli İddiaçı2 ünvanlanan məktubdan görünür ki, Xaçmaz MKTl-nin mənzil-istismarı sahəsinin məlumatına görə, qeyd olunduğu ünvandakı mənzil xidməti mənzil olmuş və həmin dövrdə Xaçmaz rayonundakı xidməti işi ilə əlaqədar müvəqqəti yaşayış üçün Nümayəndə verilmişdir. Lakin həmin mənzilin Nümayəndə müvəqqəti yaşayış üçün verilməsinə dair, həmçinin həmin mənzilə İddiaçı1 və İddiaçı2 hüquqlarını təsdiq edən hər hansı bir sənəd də müvcud deyil. Sonradan Nümayəndə iş yerinin dəyişdirilərək başqa rayona işə göndərilməsi ilə əlaqədar mənzil aidiyyəti üzrə təhvil verilmişdir. Mülki iş materiallarında olan xx.xx.2010-cu il tarixli, AN-İ seriyalı, ******* nömrəli alqısatqı müqaviləsinə əsasən satıcı Cavabdeh2 ünvan 1 ünvanında yerləşən 3 otaqlı 19 saylı mənzili Cavabdeh3 satmışdır. Mülki iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xaçmaz rayon Polis Şöbəsinin xx.xx.2021-ci il tarixli, 160-13781-1221 nömrəli məktubundan görünür ki, xx.xx.1964-cü il təvəllüdlü İddiaçı2 ünvan 10 ünvanı, xx.xx.1987-ci il təvəllüdlü İddiaçı1 ünvan 11 ünvanında qeydiyyatdadırlar. Mülki iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xaçmaz rayon Polis Şöbəsinin xx.xx.2021-ci il tarixli, 160-17987-1221 nömrəli məktubundan görünür ki, xx.xx.1964-cü il təvəllüdlü İddiaçı2 Xaçmaz şəhəri, N.Nərimanov küç ev-66, mən 19 ünvanında qeydiyyatdadır. Mülki iş materiallarında olan Azərbaycan Respublikası Xaçmaz Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat İdarəsinin xx.xx.2021-ci il tarixli, 42 nömrəli məktubundan görünür ki, ünvan 13 ünvanında yerləşən 5 mərtəbəli yaşayış binasının 19 saylı mənzili əvəllər xidməti mənzil olmuşdur və xidməti işi iiə əlaqədar vaxtıilə Nümayəndə müvəqqəti yaşamaq iiçün rayon İcra Hakimiyyəti tərəfindən verilmişdir. 2007ci ildə Nümayəndə Qusar, rayonuna işə göndərildiyi üçün adı gedən xidməti mənzil boşalmışdır. Boş olan mənzil Xaçmaz rayon İcra Hakimiyyətinin balansında olduğu üçün İcra Hakimiyyəti başçısının sərəncamına əsasən Cavabdeh2 daimi yaşamaq üçün verilmişdir və həmin şəxs tərəfindən özəlləşdirilmişdir. Hal-hazırda həmin mənzildə kimlərin qeydiyyatda olması barədə məlumat yoxdur. Mülki iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 Saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, **********46 nömrəli məktundan görünür ki, xx.xx.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli, **********4-05101-093003 reyestr nömrəli çıxarışla (xx.xx.2006-cı il tarixli, 231 nömrəli orderə əsasən) dövlət reyestrində Cavabdeh2 adına qeydə alınmış ünvan 14 ünvanında yerləşən mənzil sonradan ünvan 15cu il tarixli, 4Ə- 01/167 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3 adına özgəninkiləşdirilmiş və həmin mənzilə dövlət reyestrindən Cavabdeh3 adına xx.xx.2010-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış işlənmişdir. Cavabdeh3 yuxarıda qeyd olunan mənzili Xaçmaz rayonu 1 saylı Dövlət notariat kontorunun xx.xx.2020-ci il tarixli, 4Ə-1468 reyestr nömrəli , alqı-satqı müqaviləsinə əsasən X4 adına özgəninkiləşdirmiş və dövlət reyestrindən X4 adına xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış işlənmişdir. Mülki iş materiallarında olan Azərbaycan Respublikası Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2022-ci il tarixli, 1299 nömrəli məktubundan görünür ki, yaşayış üçün vətəndaşlara verilən mənzillərə dair orderlər vətəndaşlara təqdim olunur. Rayon icra hakimiyyətində mənzillər üçün verilmiş orderlər və yaxud onların sürətləri saxlanılmır. Mülki iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xaçmaz rayon Polis Şöbəsinin xx.xx.2021-ci il tarixli, 160-17987-1221 nömrəli məktubundan görünür ki, xx.xx.1964-cü il təvəllüdlü Cavabdeh2 Bakı şəhəri, Nəsimi rayonu, Novruzov Qar küçəsi, ev 73 A-da, X5 ünvan 16 ünvanında qeydiyyatdadırlar. Mülki iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2002-ci il tarixli Əmrdən Çıxarışdan görünür ki, polis kapitanı Nümayəndə xx.xx.2002-ci il tarixdən Xaçmaz RPŞ-nin istintaq bölməsinin müstəntiqi vəzifəsindən azad edilib, həmin bölmənin rəisi vəzifəsinə təyin edilmişdir. Mülki iş materiallarında olan xx.xx.2020-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X2 şəhəri, N.Nərimanov küçəsi 66 ünvanında yerləşən 3 otaqlı 19 saylı mənzili X1. Hazırkı iddia tələbinin hüquqi əsasını cavabdeh tərəfindən verilmiş order və orderin verilməsinə əsas olan sənədlərin etibarsızlığı təşkil edir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hazırkı iş üzrə mübahisə edilən order xx.xx.2006-cı il tarixdə verilmişdir. Odur ki, hazırkı mübahisəyə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 49-cu maddəsinin 1-ci abzasının tələbinə əsasən, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacları haqqında vətəndaşların həqiqi vəziyyətə uyğun gəlməyən məlumat təqdim etdikləri, orderdə göstərilmiş yaşayış sahəsi üçün başqa vətəndaşların və ya təşkilatların hüquqlarının pozulduğu, yaşayış sahəsi verilməsi məsələsinin həllində vəzifəli şəxslərin hüquqa uyğun olmayan hərəkətlər etdikləri hallarda, habelə yaşayış sahəsi verilməsi qaydasının və şərtlərinin pozulduğu başqa hallarda yaşayış sahəsi orderi məhkəmə qaydasında etibarsız hesab oluna bilər. Həmin Məcəllənin 49-cu maddəsinin 2-ci abzasına əsasən, orderi etibarsız hesab etmək haqqında tələb orerin verildiyi gündən etibarən üç il ərzində irəli sürülə bilər. Maddənin məzmunundan göründüyü kimi ifadə olunmuş müddət iddia müddəti deyil, kəsici müddətdir. Yəni həmin müddət keçdikdən sonra maraqlı şəxs mübahisələndirmək hüququnu itirir. İddia müddətindən fərqli olaraq həmin müddət bərpa olunmur, dayandırılmır və kəsilmir. Bərpa olunmaq, kəsilmə və dayandırılmaq kimi xüsusiyyətlər iddia müddəti üçün xarakterikdir. Yalnız qanunla müəyyən edilmiş halda həmin müddət uzadıla bilər. Eyni zamanda həmin müddətin tətbiq edilməsi üçün mübahisə tərəfinin iddia müddətinin tətbiqi barədə ərizə verməsi tələb olunmur. Kəsici müddətin tətbiq edilməsi isə məhkəmənin səlahiyyətinə aiddir. Göründüyü kimi, mübahisəli mənzilə order xx.xx.2006-cı il tarixdə verilmişdir. Lakin iş üzrə iddia tələbi məhkəməyə orderin özündə göstərilən onun verilməsi tarixindən təxminən 16 il keçdikdən sonra verilmişdir. Eyni zamanda xx.xx.2006-cı il tarixli, 231 nömrəli order məhkəməyə təqdim etməmişdir. Bununla da orderin etibarsızlığı ilə bağlı müəyyən edilmiş müddət ötürülmüşdür. Beləliklə, toplanmış sübutlara məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, İddiaçı1 və İddiaçı2 üç illik mübahisələndirmə müddəti keçirildiyindən iddia tələbi rədd edilməlidir. Məhkəmə iddiaya xx.xx.2006-cı il tarixli 231 №-li orderin əsasında verilmiş xx.xx.2007-ci il tarixli ********* qeydiyyat nömrəli **********4-xx/xx-093003 reyestr nömrəli Çıxarışın etibarsız hesab olunması hissəsində qiymət verərək belə qənaətə gəlir ki, iddia bu hissədə də təmin edilməməlidir. Belə ki, çıxarışın etibarsız hesab edilməsi ilə bağlı tələb, həmin çıxarışın verilməsi üçün əsas olan xx.xx.2006-cı il tarixli 231 №-li orderin etibarsız hesab edilməsi tələbi ilə əlaqəlidir. İddia orderin etibarsız hesab edilməsi hissəsində təmin edilmədiyinə görə məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2007-ci il tarixli ********* qeydiyyat nömrəli **********4-xx/xx-093003 reyestr nömrəli Çıxarışın etibarsızlığı üçün hər hansı əsas mövcud deyil. Məhkəmə iddiaya Cavabdeh2 tərəfindən həmin mənzili Cavabdeh3 satılmış xx.xx.2010-cu il tarixli 4Ə-01/167 saylı alqı-satqı müqaviləsi və həmin müqavilə əsasında Cavabdeh3 Elmin qızının adına verilmiş xx.xx.2010-cu il tarixli ********** Reyestr nömrəli Çıxarışın, Cavabdeh3 ilə X3, arasında bağlanmış ünvan 1 №-li evin 19 saylı mənzilinin alqı-satqısma dair xx.xx.2020-ci il tarixli 4Ə-1468 Reyestr №-İi müqavilənin, həmin müqavilə əsasında X3 adına verilmiş xx.xx.2020-ci il tarixli ********** Reyestr №-li Çıxarışın ləğv edilməsi hissəsində qiymət verərək belə qənaətə gəlir ki, iddia bu hissədə sübuta yetirilmədiyinə görə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu əqd bağlandığı andan etibarsızdır. Göründüyü kimi əqdin etibarsız hesab edilməsi üçün göstərilən şərtlərin olması mütləqdir. Həmin şərtlərə əməl edilməməsi əqdin etibarlılığını şübhə altına alır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, mübahisələndirilən alqı-satqı müqavilələrinin etibarlılığı şübhə altına alan hər hansı bir şərtlərin mövcud olduğu məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından, həmin altı-satqı müqavilələrinin və onların əsasında verilmiş çıxarışların etibarsız hesab edilməsi və ləğv edilməsi barədə iddia əsasız hesab edilərək rədd edilməlidir. Məhkəmə iddiaya İddiaçı2 və İddiaçı1 Xaçmaz şəhəri N.Nərimanov küçəsi, ev 66, 19 saylı mənzilə istifadə hüquqlarının olmasını nəzərə almaqla mənzilə köçürülməyi barədə hissədə qiymət verərək belə qənaətə gəlir ki, iddia qeyd edilən hissədə sübuta yetirilmədiyindən rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, İddiaçı1 və İddiaçı2 Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 Elmin qızına qarşı Cavabdeh2 Xaçmaz şəhəri N.Nərimanov küçəsi, ev 66, 19 saylı mənzilə mülkiyyət hüququnun tanınmasına əsas olan xx.xx.2006-cı il tarixli 231 №-li orderin və orderin əsasında verilmiş 30.01,2007-ci il tarixli ********* qeydiyyat nömrəli **********4-xx/xx- 093003 reyestr nömrəli Çıxarışın, Cavabdeh2 tərəfindən həmin mənzili Cavabdeh3 satılmış xx.xx.2010-cu il tarixli 4Ə-01/167 saylı alqı-satqı müqaviləsi və həmin müqavilə əsasında Cavabdeh3 Elmin qızının adına verilmiş xx.xx.2010-cu il tarixli ********** Reyestr nömrəli Çıxarışın, Cavabdeh3 ilə X3, arasında bağlanmış ünvan 1 №-li evin 19 saylı mənzilinin alqı-satqısına dair xx.xx.2020-ci il tarixli 4Ə-1468 Reyestr №-İi müqavilənin, həmin müqavilə əsasında X3 adına verilmiş xx.xx.2020-ci il tarixli ********** Reyestr №-li Çıxarışın etibarsız hesab olunması və İddiaçı2 və İddiaçı1 mənzilə istifadə hüquqlarının olmasını nəzərə almaqla mənzilə köçürülməyi barədə qətnamə və mənzilin saxta sənədlər əsasında alqı-satqısının və çıxarışların əldə olunmasında cinayət əməli törətmiş, fiziki və rəsmi icra hakimiyyəti orqanlarının əməkdaşları barəsində xüsusi qərardad çıxarılaraq prokurorluq orqanına göndərilməsi barədə iddiası rədd edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Mənzilin saxta sənədlər əsasında alqı-satqısının və çıxarışların əldə olunmasında cinayət əməli törətmiş, fiziki və rəsmi icra hakimiyyəti orqanlarının əməkdaşları barəsində xüsusi qərardad çıxarılaraq prokurorluq orqanına göndərilməsi ilə bağlı məhkəmə bildirir ki, cavabdehlər tərəfindən sübutların saxtalaşdırılması ilə bağlı məsələlər hazırki mübahisənin bilavasitə predmeti deyil və vəsatət kimi qiymətləndirilir, həmçinin xüsusi qərardadın çıxarılmaması cinayət təqibi orqanlarına müraciət imkanını məhdudlaşdırmır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddiaçı1 və İddiaçı2 Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 Elmin qızına qarşı Cavabdeh2 Xaçmaz şəhəri N.Nərimanov küçəsi, ev 66, 19 saylı mənzilə mülkiyyət hüququnun tanınmasına əsas olan xx.xx.2006-cı il tarixli 231 №-li orderin və orderin əsasında verilmiş 30.01,2007-ci il tarixli ********* qeydiyyat nömrəli **********4-xx/xx- 093003 reyestr nömrəli Çıxarışın, Cavabdeh2 tərəfindən həmin mənzili Cavabdeh3 satılmış xx.xx.2010-cu il tarixli 4Ə-01/167 saylı alqı-satqı müqaviləsi və həmin müqavilə əsasında Cavabdeh3 Elmin qızının adına verilmiş xx.xx.2010-cu il tarixli ********** Reyestr nömrəli Çıxarışın, Cavabdeh3 ilə X3, arasında bağlanmış ünvan 1 №-li evin 19 saylı mənzilinin alqı-satqısma dair xx.xx.2020-ci il tarixli 4Ə-1468 Reyestr №-İi müqavilənin, həmin müqavilə əsasında X3 adına verilmiş xx.xx.2020-ci il tarixli ********** Reyestr №-li Çıxarışın etibarsız hesab olunması və İddiaçı2 və İddiaçı1 mənzilə istifadə hüquqlarının olmasını nəzərə almaqla mənzilə köçürülməsi barədə iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar