Məhkəmə qərarları › İş №e-2(011)-3568/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3568/2023

28.08.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3568/2023 28.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İlkin iddia tələbi üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil Oqtay oğlunun, İlkin iddia tələbi üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 iştirakları ilə, İlkin iddia tələbi üzrə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “mənzildən çıxarılma, mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair ilkin iddiası, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “alqı-satqı müqaviləsinin etibarsızlığı və çıxarışın ləğvi” tələbinə dair qarşılıqlı iddiası üzrə "xxxx" ASC və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üçüncü şəxs qismində cəlb edildiyi mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İlkin iddia tələbi üzrə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “mənzildən çıxarılma, mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, iddiaçı "xxxx" ASC Cavabdeh3, Cavabdeh1 və qeyrilərinə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, borcun ipotek predmetinə yönləndirilməsi, mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Xətai Rayon Məhkəməsinin 29 sentyabr 2017-ci il tarixli 2(011)-147/2017 saylı qətnaməsi ilə iddia ərizəsi təmin edilərək, Cavabdeh1 32322 ABŞ dolları məbləğində əsas borc, 4420,36 ABŞ dolları məbləğində faiz borcu, 100 ABŞ dolları məbləğində cərimə, cəmi 36842,36 ABŞ dolları, 30 manat ödənilmiş dövlət rüsumu, həmçinin ipoteka predmetinə tutma haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat tutularaq iddiaçı "xxxx" ASCyə ödənilməsi, tələbin xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan ipoteka predmeti- Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 17 saylı evin 30 saylı mənzilinə yönəldilərək, ilkin satış qiymətinin 90000 manat olmaqla açıq hərracda satılması müəyyənləşdirilmişdir. Bundan başqa həmin yaşayış sahəsinə tutma yönəldikdə və mənzil satıldıqdan sonra, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh6 tərəfindən 1 ay ərzində tərk etmədikdə, həmin yaşayış sahəsindən çıxarılması qətnamə ilə müəyyənləşdirilmişdir. Sözügedən qətnamə əsasında icra vərəqəsi verilmiş və icra vərəqəsi əsasında tutma ipoteka predmetinə yönəldilmiş, Cavabdeh1 xüsusi mülkiyyətində olan daşınmaz əmlak açıq hərraca çıxarılmış və yekunda əmlak "xxxx" ASC-nin mülkiyyətinə verilmişdir. 16 dekabr 2022-ci il tarixli "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış alqı-satqı müqaviləsi ilə Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi (hazırda Lütfi Zadə küçəsi), 17 saylı evin 30 saylı mənzili 90900 manata satılmışdır. Alq-satqı müqaviləsi əsasında İddiaçı daşınmaz əmlak üzərindəki hüquqları qeydiyyata alınaraq xx.xx.2022-ci tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Mülkiyyətçi İddiaçı mülkiyyətində olan daşınmaz əmlaka köçmək istəyən zaman orada keçmiş mülkiyyətçi və borcluların orada yaşadığının şahidi olmuşdur. Bu səbəbdən 29 sentyabr 2017-ci il tarixli 2(011)-147/2017 saylı icra sənədinin icra edilməsi üçün dəfələrlə Xətai Rayon İcra Şöbəsinə müraciət etmişdir. Bu müraciətlərin və sənədin icrası tələblərindən sonra xx.xx.2023-ü il tarixli xx/xx- 162351/20 saylı məktubu ilə İddiaçı icra vərəqəsi üzrə tələbkar olmaması səbəbi ilə mənzilin boşaldılaraq təhvil verilə bilməyəcəyi qeyd olunmuşdur. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, ünvan 1 ünvanında yerləşən mənzilin boşaldılması və cavabdehlər Cavabdeh6, Cavabdeh4, Cavabdeh1, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 həmin mənzildən çıxarılmaları və mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız sayılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin (hakim Novruzova Aytən Nazim qızının sədrliyi ilə) 2(005)-4332/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçılar Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh6 cavabdehlər "xxxx" MMC-yə və “Bank VTB (Azərbaycan)” ASC-yə qarşı “hərracın yekunları barədə protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ipotekaya xitam verilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamə qüvvəyə minmiş və icraya yönəldilmişdir. Bundan sonra “Bank VTB (Azərbaycan)” ASC onun mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinin cavabdeh İddiaçı “daşınmaz əmlakın alqı-satqısına dair AN-1 № 1116100, 16 dekabr 2022-ci il tarixli müqavilə” bağlanmışdır. Evin ekspertiza tərəfindən qiyməti 90000 manat müəyyən edilmişdir. Hazırda yaşadığı evin ekspertiza tərəfindən qiymətləndirilməsi xx.xx.2017-ci il tarixdə olmuş və bugünkü günə qədər 6 il vaxt keçmişdir. Müraciəti üzrə keçirilmiş “Müstəqil Məhkəmə Ekspertiza” mərkəzinin xx.xx.2023-cü il tarixli 253 saylı rəyi ilə müəyyən olunmuşdur ki, hazırda yaşadığı evin hazırki orta bazar qiyməti 150000 manatdır. Belə olan halda o, “Bank VTB (Azərbaycan)” ASC ilə cavabdeh İddiaçı arasında “daşınmaz əmlakın alqı-satqısına dair AN-1 № 1116100, 16 dekabr 2022-ci il tarixli müqavilə” və xx.xx.2017-ci il tarixdə keçirilmiş ekspertizanın rəyi ilə razı deyildir. “Bank VTB (Azərbaycan)” ASC ilə cavabdeh İddiaçı arasında daşınmaz əmlakın alqı-satqısına dair AN-1 № 1116100, 16 dekabr 2022-ci il tarixli müqavilə əsassız varlanma məqsədini güdmüşdür. Belə ki, mübahisələndirilən yaşayış sahəsi real bazar qiymətindən aşağı qiymətə dəyərləndirilmiş və nəticədə onun mülkiyyət hüquqları pozulmuşdur. Yuxarıda göstərilənlərə əsasən də hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh1 göstərilənləri nəzərə alaraq, ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinin alqı-satqısına dair “Bank VTB (Azərbaycan)” ASC ilə cavabdeh İddiaçı arasında “daşınmaz əmlakın alqı-satqına dair bağlanmış AN-1 № 1116100, 16 dekabr 2022-ci il tarixli müqavilənin” etibarsız sayılması və onun adına verilmiş çıxarışın ləvğ edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3568/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh6, Cavabdeh4, Cavabdeh1, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzildən çıxarılma və mənzilin boşaldılması” tələbinə dair 2(011)-3568/2023 saylı mülki iş və iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin də üçüncü şəxs qismində cəlb olunduğu “daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız sayılması” tələbinə dair 2(011)-2614/2023 saylı mülki işlər bir icraatda birləşdirilmişdir. Məhkəmə iclasında ilkin iddia tələbi üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil Oqtay oğlu ilkin iddia tələbini müdafiə etməklə, məhkəmədən ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 hər biri ayrı-ayrılıqda onlara qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, iddia tələbinin təmin edilməməsini, qarşılıqlı iddia tələbi müdafiə edərək, qarşılıqlı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişlər. İş üzrə digər cavabdehlər Cavabdeh2, Cavabdeh6 və üçüncü şəxslərə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişlər. MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə digər cavabdehlərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, ilkin iddia tələbi təmin, qarşılıqlı iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-147/2017 saylı 29 sentyabr 2017-ci il tarixli qətnaməsinə əsasən, iddiaçı “Bank VTB (Azərbaycan)” ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 və Cavabdeh6 qarşı “girovlu istehlak müqaviləsi üzrə pul” tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh1 32322 ABŞ dolları məbləğində əsas, 4420,36 ABŞ dolları məbləğində faiz borcu, 100 ABŞ dolları məbləğində cərimə, cəmi 36842,36 ABŞ dolları ödəniş gününə qüvvədə olan məzənnədə Azərbaycan Respublikası Manatı ilə, iddiaçı tərəfində iddia ərizəsini verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu, həmçinin ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildiriş qeydə alınması üçün ödənilmiş 30 manatın tutularaq iddiaçı “Bank VTB (Azərbaycan)” ASC-yə ödənilməsi, tələbin xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan ipoteka predmeti Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 17 saylı evin 30 saylı mənzilinə yönəldilməsi,mənzilin ilkin satış qiymətinin 90000 manat olmaqla açıq hərracda satılması, həmin yaşayış sahəsinə tutma yönəldikdə və mənzil satıldıqdan sonra cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 oğlu, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh6 tərəfindən bir ay müddətində tərk edilmədikdə, həmin yaşayış sahələrindən çıxarılması, ipoteka predmetinin satışından əldə olunan vəsait hesabına Cavabdeh1 iddiaçı “Bank VTB (Azərbaycan)” ASC-yə olan borcunun ödənilməsi qət edilmişdir. İş materiallarında olan satıcı “Bank VTB (Azərbaycan)” ASC ilə alıcı İddiaçı arasında bağlanılmış AN-İ seriyalı ******* nömrəli 16 dekabr 2022-ci il tarixli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 75.23 kv/m olan mənzili 90900 manat məbləğinə alıcı İddiaçı satmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən məlum olur ki, Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsi, ev 17, 30 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 20 dekabr 2022-ci il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan İddiaçı nümayəndəsi X1 tərəfindən Xətai rayon icra şöbəsinə ünvanlanmış ərizənin surətindən görünür ki, ünvan 5ş adı ilə Telnov küçəsi), ev 17, mənzil 30 ünvanına Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X4 şəxsində aparılmış xx.xx.2022-ci il tarixli qeydiyyatla mülkiyyət (bununla da mülki qanunvericiliyə əsasən sahiblik, istifadə və sərəncam hüququ) əldə etmişdir. Lakin evin köhnə sahibləri hələ də həmin ünvanda yaşamaqdadırlar. Bununla da, Azərbaycan Respublikasının Konstitusiyasından irəli gələn mülkiyyət hüququndan məhrum olmuşdur. Hal-hazırda Xətai rayon icra şöbəsində ünvan 5ş adı ilə Telnov küçəsi), 17 saylı evin, 30 nömrəli mənzilində qanunsuz olaraq yaşamaqda davam edən borcluların həmin mənzildən çıxarılmaları ilə icra işi davam etməkdədir. Odur ki, ərizənin nəzərə alınaraq həmin şəxslərin onun mülkiyyətində olan mənzildən çıxarılmalarına dair müvafiq tədbirlərin görülməsi üçün müvafiq əməkdaşlara göstəriş verilməsi Xətai rayon icra şöbəsindən xahiş edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon icra şöbəsinin 21 fevral 2023-cü il tarixli xx/xx-162351/20 nömrəli məktubundan görünür ki, Xətai rayon İcra şöbəsinin icraatında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-147/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinin icrası ilə bağlı keçirilmiş hərrac zamanı sözügedən mənzil tələbkar “Bank VTB (Azərbaycan)” ASC-yə təklif olunmuş və Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinin 12/02-1 saylı, xx.xx.2020-ci il tarixli protokoluna əsasən həmin mənzil "xxxx" ASC-nin nümayəndəsi X2 tərəfindən irəli sürülmüşdür. Bundan sonra sözügedən mənzil İddiaçı tərəfindən alqı-satqı müqaviləsi ilə əldə edilmiş və mənzilin boşaldılması Şahmar Xanlar oğlu tərəfindən irəli sürülmüşdür. Sözügedən məhkəmə qətnaməsində İddiaçı tələbkar olmadığı üçün mənzilin boşaldılıb ona təhvil verilməsi mümkün deyildir. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4332/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddiaçılar Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh6 cavabdehlər "xxxx" MMC-yə və “Bank VTB (Azərbaycan)” ASC-yə qarşı “hərracın yekunları barədə protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ipotekaya xitam verilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsində yerləşən 17 saylı evin 30 saylı mənzili ilə bağlı keçirilən hərracda qanunvericiliyin tələbləri pozulmamış, iddiaçının iddia ərizəsində göstərdiyi dəlillər, o cümlədən hərracın ondan xəbərsiz keçirilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Təqdim edilmiş poçt qəbzlərinə əsasən cavabdeh "xxxx" MMC tərəfindən iddiaçıya pasport qeydiyyatı üzrə ünvana hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, habelə özündə qanunvericiliklə müəyyən edilmiş digər məlumatları əks etdirən bildirişlər göndərilmişdir. Məhkəmə araşdırılması zamanı iddiaçı tərəfindən həracın keçirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması hallarına yol verilməsi ilə bağlı hər hansı sübut təqdim edilməmiş (iddiaçı yalnız hərracın ondan xəbərsiz keçirilməsini və hərrac barədə məlumatlı olmadığını bildirir), məhkəmə tərəfindən də hər hansı hal müəyyən edilməmişdir. Eyni zamanda həmin qətnamədən müəyyən edilir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2018-ci il tarixli qətnaməsi ilə cavabdehlərin apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Xətai Rayon Məhkəməsinin 29 sentyabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(102)-4261/2018 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2018-ci il tarixli qətnaməsindən Cavabdeh1 və qeyrilərinin kassasiya şikayəti təmin edilməmiş, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Müstəqil Məhkəmə Ekspertizası tərəfindən Cavabdeh1 ünvanlanmış 16 fevral 2023-cü il tarixli 253 №-li ekspert rəyindən görünür ki, Cavabdeh1 mülkiyyətində oln Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi Lütfi Zadə küçəsi, ev 17, mənzil 30, yığma beton konstruksiyadan inşa edilmiş doqquz mərtəbəli binanın altıncı mərtəbəsində yerləşməklə dörd yaşayış otağından və əlverişli yardımçı sahələrdən ibarət olan normal (əla səviyyədən nisbətən aşağı keyfiyyətli) səviyyəli təmirli fərdi evin hazırkı orta bazar qiyməti 150000 manat müəyyən edilmişdir. İş materiallarında olan Bakı şəhəri 34 saylı notariat kontorunda təsdiq edilmiş Cavabdeh2 20 fevral 2015-ci il tarixli ərizənin surətindən görünür ki, o, qeydiyyatda olduğu və Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, ev 17 ünvanında yerləşən 30 saylı mənzilin “VTB” banka ipotekaya qoyulmasına etiraz etmir, gələcəkdə hər hansı bir səbəbdən mənzilə tutma yönəldilərsə mənzili qeyri-şərtsiz tərk etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Bakı şəhəri 34 saylı notariat kontorunda təsdiq edilmiş Cavabdeh3 20 fevral 2015-ci il tarixli ərizənin surətindən görünür ki, o, qeydiyyatda olduğu və Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, ev 17 ünvanında yerləşən 30 saylı mənzilin “VTB” banka ipotekaya qoyulmasına etiraz etmir, gələcəkdə hər hansı bir səbəbdən mənzilə tutma yönəldilərsə mənzili qeyri-şərtsiz tərk etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Bakı şəhəri 34 saylı notariat kontorunda təsdiq edilmiş Cavabdeh5 20 fevral 2015-ci il tarixli ərizənin surətindən görünür ki, o, qeydiyyatda olduğu və Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, ev 17 ünvanında yerləşən 30 saylı mənzilin “VTB” banka ipotekaya qoyulmasına etiraz etmir, gələcəkdə hər hansı bir səbəbdən mənzilə tutma yönəldilərsə mənzili qeyri-şərtsiz tərk etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Bakı şəhəri 34 saylı notariat kontorunda təsdiq edilmiş Cavabdeh4 20 fevral 2015-ci il tarixli ərizənin surətindən görünür ki, o, qeydiyyatda olduğu və Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, ev 17 ünvanında yerləşən 30 saylı mənzilin “VTB” banka ipotekaya qoyulmasına etiraz etmir, gələcəkdə hər hansı bir səbəbdən mənzilə tutma yönəldilərsə mənzili qeyri-şərtsiz tərk etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Bakı şəhəri 34 saylı notariat kontorunda təsdiq edilmiş Cavabdeh6 20 fevral 2015-ci il tarixli ərizənin surətindən görünür ki, o, qeydiyyatda olduğu və Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, ev 17 ünvanında yerləşən 30 saylı mənzilin “VTB” banka ipotekaya qoyulmasına etiraz etmir, gələcəkdə hər hansı bir səbəbdən mənzilə tutma yönəldilərsə mənzili qeyri-şərtsiz tərk etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 03 mart 2020-ci il tarixli 12/02-1 nömrəli Hərracın yekunları barədə protokolun surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-147/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinə və Xətai rayon İcra və Probasiya Şöbəsinin xx/xx-8151/15 saylı, xx.xx.2019-cu il tarixli sifariş məktubunun və "xxxx" ASC-nin müvafiq məktubunun icrasına əsasən ilkin hərrac qiyməti 90000 manat və təkrar hərracdakı ilkin satış qiyməti 76500 manat olan Cavabdeh1 məxsus Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsində yerləşən 17 saylı evin 30 saylı mənzili 57375 manata ipoteka saxlayan “Bank VTB (Azərbaycan)” ASC-nin nümayəndəsi X3 əldə etmişdir. İş materiallarında olan Cavabdeh1 "xxxx"-nin sədrinə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizəsinin surətindən görünür ki, o, müalicə alan valideynləri və övladları ilə birlikdə yaşadığı yeganə evinin ona satılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəs mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən taninan və qorunan hüququdur. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinin tələbinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyalar götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər.Bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1 - ci maddəsinə əsasən, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. Mülkiyyət hüququ Azərbaycan Respublikasında mülkiyyətçinin hüquqi baxımdan təsbit olunmuş geniş səlahiyyətləri (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək) olması ilə yanaşı, həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi (bundan sonra Mülki Məcəllənin maddələrinə istinad ediləcək) müəyyən edir ki, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.( 389.1-ci maddəsi) Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. (390-cı maddə). Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. (390.5.-ci maddə). Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır.(405-ci maddə) Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Mülki işdə olan sübutlarla təsdiq edilir ki, “Bank VTB (Azərbaycan)” ASC-nin Cavabdeh1 və qeyrilərinə qarşı “girovlu istehlak müqaviləsi üzrə pul” tələbinə dair iddiası Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-147/2017 saylı 29 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, Cavabdeh1 32322 ABŞ dolları məbləğində əsas, 4420,36 ABŞ dolları məbləğində faiz borcu, 100 ABŞ dolları məbləğində cərimə, cəmi 36842,36 ABŞ dolları ödəniş gününə qüvvədə olan məzənnədə Azərbaycan Respublikası manatı ilə, iddiaçı tərəfində iddia ərizəsini verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu, həmçinin ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildiriş qeydə alınması üçün ödənilmiş 30 manatın tutularaq iddiaçı “Bank VTB (Azərbaycan)” ASC-yə ödənilməsi, tələbin xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan ipoteka predmeti Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 17 saylı evin 30 saylı mənzilinə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 90000 manat olmaqla açıq hərracda satılması, həmin yaşayış sahəsinə tutma yönəldikdə və mənzil satıldıqdan sonra cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 oğlu, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh6 tərəfindən bir ay müddətində tərk edilmədikdə, həmin yaşayış sahələrindən çıxarılması, ipoteka predmetinin satışından əldə olunan vəsait hesabına Cavabdeh1 iddiaçı “Bank VTB (Azərbaycan)” ASC-yə olan borcunun ödənilməsi qət edilmişdir. Həmin qətnamə yuxarı instansiya məhkələrində qüvvədə saxlanılmışdır. Sözügedən qətnamənin icra edilməsi məqsədilə 03 mart 2020-ci il tarixdə hərrac təşkil edilmiş, ilkin hərrac qiyməti 90000 manat və təkrar hərracdakı ilkin satış qiyməti 76500 manat olan Cavabdeh1 məxsus Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsində yerləşən 17 saylı evin 30 saylı mənzili 57375 manata ipoteka saxlayan “Bank VTB (Azərbaycan)” ASC-nin nümayəndəsi X3 əldə etmişdir. 16 dekabr 2022-ci il tarixli "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış alqı-satqı müqaviləsi ilə Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi (hazırda Lütfi Zadə küçəsi), 17 saylı evin 30 saylı mənzili 90900 manata satılmışdır. Alqı-satqı müqaviləsi əsasında İddiaçı daşınmaz əmlak üzərindəki hüquqları qeydiyyata alınaraq xx.xx.2022-ci tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Məhkəmə Cavabdeh1 "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi tələbinə münasibətdə hesab edir ki, qarşılıqlı iddiaçının hazırkı alqı-satqı müqaviləsini mübahisələndirmək üçün subyektiv hüququ olmadığından, qarşılıqlı iddia tələbi təmin edilə bilməz. Belə ki, Cavabdeh1 iddia tələbini mübahisəli mənzilin hazırkı orta bazar qiymətinin 150000 manat olması ilə əsaslandırır. Lakin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh1 və digər cavabdehlərin mübahisəli mənzilə dair heç bir iddialarının olmayacağını göstərən notarial qaydada təsdiq olunmuş ərizələri mövcuddur. Digər tərəfdən qarşılıqlı iddia tələbi üzrə iddiaçı “hərracın yekunları barədə protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ipotekaya xitam verilməsi” tələbinə dair iddia tələbi irəli sürmüş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4332/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddia təmin edilməmişdir. Bununla yanaşı təsdiq edilir ki, "xxxx" ASC ilə İddiaçı arasında mübahisəli mənzilə dair alqı-satqı müqaviləsi bağlanarkən "xxxx" ASC həmin mənzilin tam hüquqlu mülkiyyətçisi olmuş, Cavabdeh1 həmin mənzilə dair hər hansı hüquqları mövcud olmamışdır. Qeyd edilənlərə əsaslanaraq məhkəmə belə qənaətə gəlir ki, ilkin iddia tələbi üzrə cavabdehlər iddiaçıya məxsus mənzildə heç bir qanuni əsas və hüquq olmadan yaşadıqları və bununla da iddiaçının sahiblik və istifadə hüquqlarını pozduğu, mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneə törətdiyi üçün ilkin iddia tələbi təmin edilərək, cavabdehlər Cavabdeh6, Cavabdeh4, Cavabdeh1, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsində yerləşən 17 saylı evin 30 saylı mənzildən çıxarılmalı, həmin mənzil boşaldılaraq İddiaçı təvhil verilməli, qarşılıqlı iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İlkin iddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh6, Cavabdeh4, Cavabdeh1, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsində yerləşən 17 saylı evin 30 saylı mənzildən çıxarılsınlar, həmin mənzil boşaldılsın və ilkin iddia tələbi üzrə İddiaçır oğluna təhvil verilsin. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “alqı-satqı müqaviləsinin etibarsızlığı və çıxarışın ləğvi” tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar