Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3628/2025 03.03.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Kazımova Aysel Qədir qızının katibliyi, İlkin iddia tələbi üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil, Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh iştirakı ilə, İlkin iddia tələbi üzrə İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin söküntüsünə” ilkin tələbinə dair , Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “qanunsuz hasarın söküntüsü” tələbi barədə qarşılıqlı iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İlkin iddia tələbi: İlkin iddia tələbi üzrə İddiaçı Cavabdeh qarşı – cavabdeh X1 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin arxa tərəfində olan iki pəncərənin və balkonun bağlanması barədə qətnamə qəbul edilməsini xaiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair məhkəməyə ərizə təqdim edərək cavabdeh X1 məxsus fərdi yaşayış evində qanunsuz inşa edilmiş mansard mərtəbəsi və balkonun cavabdehin hesabına sökülməsi, habelə sözügedən iki pəncərənin bağlanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi: Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı - ünvan 2 ünvanının arxa tərəfə baxan iki ədəd pəncərə və mansardın qarşısına birləşdirilmiş, həmin evin hasarına bərkidilmiş dəmir lövhələr İddiaçı tərəfindən sökülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, ünvan 3 ünvanında yerləşən daşınmaz əmlak (reyestr nömrəsi: **********01-10301, qeydiyyat nömrəsi: **********) xx.xx.2022-ci il tarixindən etibarən İddiaçı mülkiyyətindədir. ünvan 1 ünvanında yerləşən qonşu torpaq sahəsi və içərisində inşa edilmiş fərdi yaşayış evi heç bir layihəyə uyğun olmadan tikilmiş və cavabdeh X1 məxsusdur. Cavabdehin layihəsiz və standartlara uyğun olmayan şəkildə inşa etdiyi bu fərdi yaşayış evi iddiaçının mülkiyyət hüquqlarını pozur. Belə ki, onun evinin arxa tərəfində yerləşən iki pəncərə və balkon birbaşa iddiaçının həyətyanı sahəsinə açılır. Bundan əlavə, ikinci mərtəbədə yerləşən pəncərələr iddiaçının həyətinə baxdığından, mənzil toxunulmazlığı hüququna ciddi müdaxilə olunur. Halbuki cavabdehin evinin digər hissələrində də pəncərələr mövcuddur və bu baxımdan, arxa tərəfdə yerləşən və heç bir layihəyə uyğun olmayan pəncərələrin açılması iddiaçının konstitusion hüquqlarımı pozur. Qarşılıqlı iddia tələbinin dəlilləri: Qarşlıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvan xx.xx.2000-ci il tarixli iddiaçının mərhum anasının adına Bakı şəhər, Xətai rayon İcra Hakimiyyətinin Sərancam əsasında 0.015 Ha torpaq sahəsi ayrılmış və fərdi yaşayış ev tikmək üçün tikinti lahiyəsi verilmişdir. İddiaçı müvafiq sərəncama və tikinti üçün verilmiş lahiyyəyə əsaslanaraq həmin torpaq sahəsində iki mərtəbəli ev tikmiş, şəhər, Aşıq Ələskər küçəsi, ev 2 ünvanda qaz, işıq, su qanun əsasında çəkilmişdir. İddiaçı həmin evi tikərkən evin arxa hissəsindən təqribən 10-15 metr aralıda Azərbaycan Respublikası müdafiə Sənayesi Nazirliyinin radio Zavoda məxsus su hovuzu mövcud idi, X7 iddiaçının evinə panaram verdiyi üçün evin ikinci mərtəbəsində pəncərə qoymuşdur. İddiaçı bildirir ki, 2000-ci ildə tikdiyi fərdi yaşayış evinin arxa tərəfində X7 olduğunu nəzərə alaraq həmin hovuza baxan mənzərəli alınsın iki pəncərə qoymuşdur, həmin tikintini 2000-ci ilin axırları yekunlaşdırmışdır, üstündən on beş ilə keçdikdən sonra iddiaçının 2000-ci ildə tikdiyi ünvan 5 ünvanın yaxınlığında olan Su hovuzunun ərazisini hazır ki, cavabdeh alaraq ev tikmiş və həmin hovuzun torpaqla dolduraraq özü üçün bağça salmışdır, hazırda isə iddiaçının su hovuzuna baxan evinin pəncərlərinin qarşısını dəmir profillərlə hasara almışdır və iddiaçının evinin su şırnaqlarını söküb çıxarmışdır, beləliklədə 2000-ci ildə Xətai rayon İcra Hakimiyyətinin Sərəncamı ilə tikdiyi evi yarasız hala salaraq evin mənzərəsini pozmuşdur, evi qaranlığa bürünmüşdür. Tərəflərin izahatları: İlkin iddia tələbi üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında illkin iddia tələbini müdafiə edərək, cavabdeh X1 məxsus fərdi yaşayış evində inşa edilmiş mansard mərtəbəsi və balkonun cavabdehin hesabına sökülməsi və iki pəncərənin bağlanmasını xahiş edirlər, evi yan tərəfdən həyətinə baxır, qarşı tərəfin hasarına quraşdırılan dəmir üzlüklər iddiaçının həyətinin görünməməsi üçün edilmişdir. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh məhkəmə iclasında ilkin iddia tələbinə etiraz edərək, qarşılıqlı iddia tələbini müdafiə etdi və bildirdi ki, o 2000-ci il tarixdə evi tikmişdir, qarşı tərəf isə 2015-ci ildə təxminən. Həmin həyət əvvəllər dövlətə məxsus Radio Zavodun hovuzu olmuşdur sonradan bağladıb həyətə çevirmişlər,əsas istəyi onun hasarına bərkidilmiş dəmir üzlüklərin Orxanın hesabına sökülməsidir, özünə məxsus 50 metr hündürlüyündə hasar tiksin, amma onun hasarına toxunmasın, iddiaçı qeyd etdi ki, hətta onun zirzəmisinin havalandırmasını belə bağlayıblar. Mülki iş üzrə tədqiq edilmiş sübutlar: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 3 üzərində İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan ********** nömrəli , xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, ilkin iddia tələbi verilərkən 100,60 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan ********** nömrəli , xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, qarşılıqlı iddia tələbi verilərkən 100 manat dövlət rüsumu ödənilmişdir. Xətai rayon İcra Hakimiyyəti tərəfindən verilən layihə-smeta vərəqindən görünür ki, Xətai rayonunda Aşıq Ələsgər küçəsi üzrə İsmayılova Y.Ə məxsus olacaq, fərdi yaşayış evi üçün təklif olunan sahənin cizgisi verilmiş, şəkillər əlavə olunmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3628/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə məhkəmə tikinit-texniki ekspertizası təyin olunmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/7202 nömrəli ekspertiza rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Aşıq Ələskər küçəsində cavabdeh tərəfindən inşa olunmuş fərdi yaşayış evinin mülki iş materialına əlavə olunmuş layihədə yaşayış evinin mansard mərtəbəsi və balkon tikilisi nəzərdə tutulmadığından inşa edilmiş fərdi yaşayış evinin (mansard və balkon) tikililərinin inşa olunmasına dair müvafiq icra hakimiyəti orqanlarından icazə sənədləri olmadığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160№-li qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının» 4.1. və 4.2. bəndlərində uyğun inşa olunmadığından tikinti norma və qaydalarına uyğun olunmadığı müəyyən edilir, Bakı şəhəri, Xətai rayonu, Aşıq Ələskər küçəsində cavabdehə məxsus fərdi yaşayış evinin qapısı bağlı olduğundan qərardadın bu sualı üzrə tədqiqat aparılmadı, ünvan 3 ünvanında yerləşən torpaq sahəsinin daxilində dəmir profellərin quraşdırılmadığı müəyyən edilmişdir. Lakin cavabdehə məxsus həyətyanı torpaq sahəsinin daxilində (daş hasara bitişik şəkildə) dəmir profellərin quraşdırıldığı müəyyən edilmişdir, yaşayış evlərinin işıqlandırılması və ya havalandırılması məsələsi tikinti-texniki ekspertin həll etdiyi məsələlər dairəsindən kanar oluğundan qərardadın sualının bu hissəsi üzrə tədqiqat aparılmadı. Mübahisəli hüquq münasibətinə tətbiq edilmiş maddi və prosessual hüquq normaları: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13 (l hissə). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Maddə 18. Mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Maddə 152. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Maddə 171.1. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Maddə 171.2. Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Maddə 101.7.Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir Məhkəmənin mövqeyi: Məhkəmə ilkin iddia tələbi üzrə iddiaçının nümayəndəsi və vəkilinin və qarşılıqlı iddia tələbi üzrə iddiaçının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia tələbi əsassız olduğundan təmin edilməməli, qarşılıqlı iddia tələbi isə təmin edilməlidir. Mülki işin materiallarından görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən ünvan 3 üzərində ilkin İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. Belə ki, ilkin iddia tələbi üzrə İddiaçı cavabdeh X3 məxsus evin mansard və balkonun sökülməsi, habelə iki pəncərənin bağlanması, qarşılıqlı iddiaçı X4 isə cavabdeh İddiaçı qarşı ona məxsus hasar və evinə bərkidilmiş dəmir üzlüklərin sökülməsi barədə qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət etmişdirlər. Məhkəmə ilkin iddia tələbi üzrə qeyd edir ki, iddiaçının tələbi cavabdehin yaşayış sahəsinin konstruktiv elementinin dəyişdirilməsinə yönəlmişdir ki, tələb olunan müdaxilə tədbirlərinin aşağıdakı meyarlar üzrə qiymətləndirmə aparılması zəruridir: - zəruri olub-olmadığı, -məqsədə uyğunluğu, -daha yüngül vasitənin mövcudluğu. Məhkəmə qeyd edir ki, ilkin iddia tələbi üzrə iddiaçı öz həyətinin digər şəxslər tərəfindən görünməsini istəmirsə, evin həyətini kənar gözlərdən qorumaq və daha özəl bir mühit yaratmaq üçün hündürlük qaydalarına riayət etmək şərti ilə süni ot hasarlar, taxta və ya kompozit panel, şüşə və ya polikarbonat lövhə, yaxud digər alternativ vasitələrdən istifadə etmək imkanına malikdirsə, ilkin iddia tələbinin təmin olunması son çarə hesab edilə bilməz. Əksinə həmin mansardın, balkonun sökülməsi və pəncərələrin bağlanması X2 fərdi yaşayış evindən istifadəsi ilə bağlı qanunla qorunun mənafeyinin pozulmasına şərait yaradır. X2 tərəfindən pəncərələrin açılmasının qanuni məqsədi evinin havalanadırılması və işıqlandırılmasından ibarət olmaqla sağlam şəraitdə yaşamaq hüququndan istifadə etməsini ehtiva edir. Həmçinin məhkəmə iclasında müəyyən edilmişdir ki. İddiaçı evi X2 yaşadığı evdən uzun müddət sonra tikilmişdir. X2 yaşadığı həmin ev tikilərkən gələcəkdə zavoda məxsus torpaq ərazisində yan qonşusunun olacağı güman edilməmişdir. Belə ki, həmin pəncərələrin açılmasında X2 mənafeyi vardır və İddiaçı müvafiq iddia tələbi üzrə düzgün nəticəyə gəlinməsi üçün, həmin mənafe ilə İddiaçı mülkiyyət hüququ arasında ədalətli balansın uzlaşıb-uzlaşmadığının müəyyənləşdirilməsi zəruridir. İlkin iddia tələbi üzrə cavabdehin mənafeyi ilə iddiaçının mülkiyyət hüququnun qorunması mənafeyi arasında ədalətli balans mövcuddur və açılmış pəncərələrin iddiaçıya yaratdığı narahatçılıq (diskomfort), onun digər şəxslərlə birgə mühitdə yaşamaq hüququnun pozuntusu kimi qəbul edilə bilməz. Odur ki, ilkin iddia tələbi əsassız olduğundan təmin edilməməli, qarşılıqlı iddia tələbi isə təmin edilməlidir. Məhkəmə tərəfindən xx.xx.2026-cı il tarixdə tərəflərin iştirakı keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir ki, İddiaçı məxsus ev X2 yaşadığı evin arxa yan tərəfində yerləşir. İddiaçı məxsus həyəti iki hissədən ibarətdir. X2 evinin arxa tərəfə baxan pəncərələri İddiaçı məxsus fərdi yaşayış evinin yan həyətinə baxır. İddiaçı tərəfindən X2 evinə onun hasarının üstündən başlayaraq dəmir üzlüklər bərkildilməsi nəticəsində evin arxa pəncərələri və mansardın maneələrlə bağlanması müəyyən edilmişdir. Bu hal isə fərdi yaşayış evinin otaqlarına gün işığının daxil olmasını və qeyd edilən pəncərələr və nəfəslikdən baxdıqda ətrafın ümumi görünüşünü məhdudlaşdırır. Həmçinin müəyyən edilmişdir ki, evin daxilindən balkona və mansarda çıxan pilləkənlərin üstünə dikt taxtalarla tavan hörülmüşdür. Buna görə də evin yuxarı mərtəbəsinə çıxış mümkün olmamışdır. Bundan başqa məhkəmə yuxarıda qeyd edilənlərin davam olaraq bildirir ki, qarşılıqlı iddia tələbləri təmin edilməlidir. Belə ki, Cavabdeh istifadəsində olan fərdi yaşayış evinin üzərinə dəmir panellər iddiaçı tərəfindən vurulmuşdur. Bu isə cavabdehin yaşayış evinin qismən gün işığı və hava almasından məhrum etmişdir. Üstəlik də iddiaçı bu hərəkətləri cavabdehin istifadəsində olan əmlakın üzərinə dəmir panellər yerləşdirərək, etmişdir. Təbii olaraq da, Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən cavabdehə həmin panelləri sökülməsi ilə bağlı iddia qaldırmışdır. Məhkəmə bu hissədə qeyd edir ki, cavabdeh evin mülkiyyətçisi olmasa belə, faktiki şəkildə əmlakın istifadəçisi və onun istifadəsində olan əmlakın təcrid olunmuş şəkildə panellərlə razılığı olmadan bağlanması onun maraqlarına toxunur, habelə istifadə və sağlam mühitdə yaşamaq hüququnu pozur. Həmçinin Mülki Məcəlləsinin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Məhkəmə iclasında izahat verərkən, Cavabdeh bildirmişdir ki, onun fərdi yaşayış evi istisna olmaqla, digər tərəfdə, yəni iddiaçının torpağında onun evinə düşən gün işığının alınmasına baxmayaraq istənilən hündürlükdə taxta, şüşə yaxud digər alternativ vasitə ilə bağlanmasına etiraz etmir. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, ilkin iddia tələbi üzrə İddiaçı ilə Cavabdeh qarşı “cavabdehə məxsus fərdi yaşayış evində qanunsuz inşa edilmiş mansard mərtəbəsi və balkonun cavabdehin hesabına sökülməsi, iki pəncərənin bağlanması” tələbi barədə ilkin iddia tələbi təmin edilməməli və qarşılıqlı iddia tələbi təmin edilərək, ünvan 2 ünvanının arxa tərəfə baxan 2 ədəd pəncərə və mansardın qarşısına birləşdirilmiş iddiaçının evinin hasarına bərkidilmiş dəmir lövhələr İddiaçı tərəfindən sökülməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, işə baxılması ilə əlaqədar məsrəflər də – məhkəmə tərəfindən təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat məbləğində pul vəsaiti də İddiaçı alınaraq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İlkin iddia tələbi üzrə İddiaçı ilə Cavabdeh qarşı “cavabdehə məxsus fərdi yaşayış evində qanunsuz inşa edilmiş mansard mərtəbəsi və balkonun cavabdehin hesabına sökülməsi, iki pəncərənin bağlanması” tələbi barədə ilkin iddia tələbi təmin edilməsin. Qarşlıqlı iddia tələbi təmin edilsin. ünvan 2 ünvanının arxa tərəfə baxan 2 ədəd pəncərə və mansardın qarşısına birləşdirilmiş iddiaçının evinin hasarına bərkidilmiş dəmir lövhələr İddiaçı tərəfindən sökülsün. 100 (yüz) manat məbləğində ekspertiza tədqiqatının dəyəri İddiaçı alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №e-2(011)-3628/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3628/2025
03.03.2026 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver