Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-3653/2023 19.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi Hüseynli Mehriban Qalib qızının katibliyi ilə İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MTK-nın ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi və ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MTK-ya qarşı “icarə hüququnun alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və torpaq sahəsi üzərində icarə hüququnun bərpa edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ:
1. İddiaçı MTK Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Daha sonra ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil2 xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, tərəflər arasında mübahisə ilə bağlı razılıq əldə olunmuşdur.
3. xx.xx.2023-cü il tarixdə ilkin iddia üzrə Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 qarşılıqlı iddia ərizəsi verərək icarə hüququnun alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və torpaq sahəsi üzərində icarə hüququnun bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Daha sonra ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək qarşılıqlı iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq: 5.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): 114.1. ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.5. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa; 114.2. dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. 259.0. məhkəmə aşağıdakı hallarda iddia ərizəsini baxılmamış saxlayır: 259.0.11. iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə.
İşə baxan məhkəmənin mövqeyi:
6. Azərbaycan Respublikası MPM-nin 259-cu maddəsinin tələblərindən də aydın olduğu kimi iddia ərizəsinin qaytarılması barədə ərizə verildiyi təqdirdə yalnız cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etməzsə, iddia ərizəsinin baxılmamış saxlanılması mümkündür. Göründüyü kimi mülki iş üzrə ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili ərizənin baxılmamış saxlanılmasını xahiş etmişdir. Bunlarla yanaşı, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 ərizə ilə məhkəməyə müraciət edərək ilkin iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirmiş və işin mahiyyəti üzrə həllini tapmasını tələb etməmişdir.
7. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 qarşılıqlı iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmiş və eyni qaydada ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MTK-nın nümayəndəsi və vəkili də qarşılıqlı iddia ərizəsinə mahiyyəti üzrə baxılmasını tələb etməmişdir.
8. Odur ki, məhkəmə ilkin iddia ərizəsini, qarşılıqlı iddia ərizəsini və mülki işin sənədlərini araşdırıb, tərəflər arasında qarşılıqlı razılıq əldə edilməsini nəzərə alaraq hesab edir ki, ilkin iddia və qarşılıqlı iddia ərizələri baxılmamış saxlanılmalıdır.
9. Həmçinin ilkin iddia və qarşılıqlı iddia ərizələri baxılmamış saxlanıldığından uyğun olaraq ödənilmiş dövlət rüsumları da AR MPM-nin 114-cü maddəsinin tələblərinə əsasən, geri qaytarılmalıdır.
10. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 259.0.11, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏRARA ALDİ:
1. İlkin iddia ərizəsi baxılmamış saxlanılsın.
2. İlkin iddia verilərkən “Hökumət ödəniş portalı” vasitəsilə xx.xx.2023-cü il tarixdə ödənilmiş ********** qəbz nömrəli 100 manat dövlət rüsumu geri qaytarılsın.
3. Qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılsın.
4. Qarşılıqlı iddia verilərkən “Hökumət ödəniş portalı” vasitəsilə xx.xx.2023-cü il tarixdə ödənilmiş ********** qəbz nömrəli 100 manat dövlət rüsumu geri qaytarılsın.
5. Qərardadın rüsumun qaytarılması hissələrində icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyi Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin.
6. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər.
Sədrlik edən Samirə Eyvazova