Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3700/2022 01.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, ərizəçinin nümayindəsi və vəkili Maraqlı şəxs1 iştirakı ilə, Ərizəçi Bakı şəhəri 20 saylı Notariat ofisini maraqlı şəxs qismində gəlb etdiyi “qohumluq və mirasın qəbulu faktının müəyyən edilməsinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi Bakı şəhəri 20 saylı Notariat ofisini maraqlı şəxs qismində gəlb etdiyi “qohumluq faktının müəyyən edilməsinə dair” ərizə ilə müraciət edərək X5 onun bibisi olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Prosesin gedişində Ərizəçi dəqiqləməyə dair ərizə verərək, X5 onunn bibisi olması faktının və ünvan 1 ünvanında yerləşən 0.10 ha torpaq sahəsindən ibarət mirasın (bütün paylar üzrə) onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəini onunla əsaslandırmışdır ki, 08.12.952-ci il tarixdə Bakı şəhərində anadan olmışdur. Atası X3 Cəvahir Məşədi qızının qardaşıdır. X18 ailə həyatı qurmadığına görə onlarla birlikdə əvvəlcə atasına məxsus evdə, sonradan isə onun ailə qurub köçdüyü mənzildə yaşamışdır. Bibisinə 1988-ci ildə ünvan 1 ərazisində 0,10 ha torpaq sahəsi ayrılmışdır. O vaxtdan hənin torpaq sahəsini şifahi olaraq ona bağışlamışdı. Çünki onun övladı yox idi və taktiki olaraq onu övladı kimi qəbul etmişdi Hənin vaxtdan bu günə qədər həmin torpaqda bağ salmış, qulluq eetmiş, mirası tktiki olaraq qəbul etmişdir. Bunu bütün qonşularda təsdiq edə bilər. X2 xx.xx.2015-ci il tarixdə vəfat edib. Mirası faktiki qəbul etdiyi nəzərə alınaraq vərəsəlik şəhadətnaməsinin alınması üçün Bakı şəhəri 20 saylı Notariat ofisinə müraciət etmiş, X9 ilə aralarınında olan qohumluq faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi bildirilmişdir. Maraqlı şəxs vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edərkən həm də ona əsaslanıb ki, müddətin ötürülməsi səbəbindən vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi imkan xaricindədir. Məhkəmə iclasında ərizəçinin nümayindəsi və vəkili Maraqlı şəxs1 ərizənin məzmununa uyğun izahat verib təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs Bakı şəhəri 20 saylı Notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 və X16 ifadələrində göstərdilər ki, ərizəçi onların bacısıdır. X14 ailə qurmamışdır və ona bacıları Ərizəçi baxmışdır. Həmçinin, bibilərinə ayrılmış bağ sahəsinə də bacıları Ərizəçi qulluq etmiş və mirası faktiki olaraq qəbul etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, ərizəçi onun anasıdır. Quliyeva Cəvahir ailə qurmamışdır və ona anası baxmışdır. ünvan 1 ərazisində yerləşən torpaq sahəsi də anasının istifadəsindədir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan İE seriyalı, 921763 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Məmmədova (Quliyeva) Zenfıra Oqtay qızı 08.12.952-ci il tarixdə Bakı şəhərində anadan olmışdur. “Ata” qrafasında X15 qeyd edilmişdir. İş materiallarında olan AZ seriyalı, 037734 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2000-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan AZ-İ seriyalı, 771548 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan ünvan 1 XDS İK-nin protokolundan xx.xx.1988-ci il tarixli çıxarışın surətindən görünür ki, Novxanı üzümçülük sovxozunun müdiriyyətinin həmkarlar komitəsinin birgə qərarına əsasən X1 təsərrüfatına yararsız sahədən 0.6 ha torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsində fərdi mənzil tikintisinə icazə verilmişdir. Bakı şəhəri 20 saylı Notariat ofisinin xx.xx.2022-ci il tarixli 75 saylı məktubundan görünür ki, ərizəçinin xx.xx.2015-ciildə vəfat etmiş bibisi X6 vəfatı ilə əlaqədar mirasın qəbulu ilə bağlı ərizəyə baxılmışdır. Mülki Məcəllənin 1246-1248-ci maddələrinin tələbinə və “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimaf’ın 102 bəndinin 5-ci abzasına əsasən bildirilmişdir ki, qohumluq münasibətlərini təsdiq edən sənədləri təqdim edə bilmədiyi səbəbindən, vərəsələrin dairəsinin müəyyən edilməməsi və müddətin ötürülməsi səbəbindən vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi imkan xaricindədir. Bununla əlaqədar məhkəməyə müraciət etməyiniz tövsiyə olunur. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən sənədlərində 1929-cu ilə dair Bakı şəhəri Lenin (Sabunçu) rayonu Maştağa və Novxanı qəsəbləri üzrə doğum haqqında qeydiyyat kitablarında X11 təvəllüdü haqqında heç bir məlumat aşkarlanmamışdır. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən sənədlərində 1941-ci ilə dair Bakı şəhəri Maştağa qəsəbəsi üzrə doğum haqqında bərpa kitabında 1926-cı ilin İ yarısında doğulan X5 təvəllüdü qeyd olunur. Atası: Məşədi Səfqulu oğlu; Anası: Anaxanım Süleyman qızı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinin tələbinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələlərə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1145-ci maddəsinin tələbinə görə miras fiziki şəxsin ölümü ilə və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1243.2-ci maddəsinin tələbinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikasının MPM-nin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərini, ölümün qeydə edilmə faktını və mirasın qəbul edilməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinin tələbinə görə isə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə baxışı zamanı ərizəçinin izahatı, şahidlərin ifadələri və məhkəməyə təqdim olunmuş sənədlərlə X5 Ərizəçi bibisi olması faktı, xx.xx.2015-ci il tarixdə vəfat etmiş X4 qalmış ünvan 1 ünvanında yerləşən 0.10 ha torpaq sahəsindən ibarət miras əmlakın ərizəçı Ərizəçi tərəfındən faktiki qəbul edilərək idarə edilməsi faktı müəyyən edildiyindən məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.2015-ci il tarixdə vəfat etmiş X5 ərizəçi Məmmədova (Quliyeva) Zenfira Oqtay qızının bibisi olması faktı müəyyən edilsin. Ərizəçı Ərizəçi tərəfindən xx.xx.2015-ci il tarixdə vəfat etmiş X4 qalmış ünvan 1 ünvanında yerləşən 0.10 ha torpaq sahəsindən ibarət miras əmlakın (bütün paylar üzrə) qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №e-2(011)-3700/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3700/2022
01.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver