Məhkəmə qərarları › İş №e-2(011)-3786/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3786/2024

25.07.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3786/2024 25.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh1 Babək oğluna və qeyrilərinə qarşı mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələbi və iddianın dəlilləri İddiaçı Cavabdeh1 Babək oğlu, X11, Cavabdeh5, Cavabdeh2, Cavabdeh4 qarşı özünün, X9 və X12 Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 7 saylı evin 21 saylı mənzilinə istifadə hüququnun tanınması və həmin mənzilə köçürülmələri tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçı Cavabdeh1 ilə 21 sentyabr 2004-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. El adət-ənənəsinə uyğun toy edib cavabdehin yaşadığı Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi ev 7, 21 saylı mənzilə gəlin köçmüşdür. Onun özü ilə gətirdiyi cehiz-əşyaları, özünə və azyaşlı qızına aid geyim əşyaları, qab-qaşığlar həmin mənzildədir. Mübahisəli evə gəlin köçən zaman ev mərhum qayınanası X1 mülkiyyətində olmuşdur. X6 30 noyabr 2021-ci ildə dünyasını dəyişmişdir. 20 ilə yaxın müddətdir ki, iddiaçı cavabdeh ilə mübahisəli ünvanda yaşayıb birgə təsərrüfat aparmış, övladlarımın təlim-tərbiyəsi ilə məşğul olmuş və şəxsən ataanasının maddi dəstəyi ilə mənzili tam təmir etdirmişdir. X9 mübahisəli evdən hərbi xidmətə getmiş, qızı X16 Bakı şəhəri Xətai rayonu saylı məktəbin 10-cu sinifdə oxuyur. Hər iki övladı Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi ev 7, 21 saylı mənzildə qeydiyyatdadılar. Hazırda mənzil Cavabdeh1 mülkiyyətindədir. 20 dekabr 2023-ci il tarixində cavabdeh ilə iddiaçı arasında yaranmış olan mübahisədən sonra iddiaçı və azyaşlı qızı ilə birlikdə valideyinlərinin yanına getmiş və evə qayıtdıqdan sonra cavabdeh iddiaçını evə buraxmamışdır. O, mənzilin açarını dəyişdirmişdir. Dəfələrlə cavabdeh ilə danışıqlar aparsa da hazırki vaxta qədər müsbət nəticə əldə edilməmiş və cavabdeh iddiaçı və qızını yaşadıqları mənzilə buraxmamışdır. İddiaçı hal-hazırda kirayədə qalır. Tərəflər hal-hazırda rəsmi nikahdadırlar. İddiaçının qayınanası X6 30 noyabr 2021-ci ildə dünyasını dəyişdikdən sonra mübahisəli mənzil Cavabdeh1 Özbəy oğlunun adına qeydiyyatdan keçdiyi andan mübahisəli mənzilə istifadə hüququ yaranmışdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin iddiaya dair mövqeyi: Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə nəzərdə tutulmuş qaydada xəbərdarlılq edilməklə məhkəmə iclasına çağırılmış, lakin heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları: Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 7 saylı evin 21 saylı mənzil Bakı Şəhəri Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 181664 saylı xx.xx.1981-ci il tarixli qərarına əsasən X4 verilmişdir. Daha sonra 2008-ci ildə mənzil onun adına özəlləşdirilmişdir. Mənzil 28 aprel 2011-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”yə əsasən X3 vərəsələri olan X5 1/6 hissədə, X7 1/6 hissədə, Cavabdeh5 1/6 hissədə, Cavabdeh2 1/6 hissədə, Cavabdeh4 1/6 hissədə, Cavabdeh1 Özbəy oğluna 1/6 hissədə mülkiyyət hüququ qeydiyyata alınmışdır. Cavabdeh1 ilə İddiaçı xx.xx.2004-cü il tarixində nikahları bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2004-cü il tarixində 1024 nömrə ilə qeyd edilmişdir. Tərəflərin birgə nikahından xx.xx.2007-ci il təvəllüdlü X16 və xx.xx.2005-ci il təvəllüdlü X19 anadan olmuşdur. Tətbiq edilən hüquq: 8 iyul 1982--ci il tarixli 979—X nömrəli “Azərbaycan SSR Mənzil məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Sovet Sosialist Respubliksının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mənzil Məcəlləsi” Maddə 51.Yaşayış sahəsini icarə müqaviləsi. Yaşayış sahəsini icarə müqaviləsinin bağlanması Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini icarə müqaviləsinə uyğun olaraq istifadə edilir. Yaşayış sahəsini birtipli icarə müqaviləsini, yaşayış sahəsindən istifadə, yaşayış evini və evyanı ərazini saxlamaq qaydalarını Azərbaycan SSR Nazirlər Soveti təsdiq edir. Yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn münasibətlərə müvafiq hallarda SSR İttifaqının və Azərbaycan SSR-in mülki qanunvericiliyi qaydaları da tətbiq edilir. Maddə 53. İcarədarın ailə üzvlərinin hüquq və vəzifələri İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Maddə 54. İcarədarın başqa vətəndaşları ailə üzvləri sifətilə yaşayış sahəsinə köçürmək hüququ İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi Maddə 4. Müdafiə üçün məhkəməyə müraciət etmək hüququ 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmənin mövqeyi: Məhkəmə tərəfin izahatlarını və mülki iş materillarnın araşdıraraq belə qənaətə gəlir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, mübahisəli mənzil order əsasında cavabdehlərin mərhum atası X3 istifadəsinə verilmiş, 2008-ci il tarixində isə onun adına özəlləşdirilmişdir. Daha sonra mənzil X2 miras qalan əmlak olaraq üzərində onun vərəsələri olan X8, X13, Cavabdeh5, Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 Özbəy oğlunun mülkiyyət hüququ müəyyən edilmişdir. İddiaçı isə 2004-cü ildə cavabdehlə ailə qurduqdan sonra həmin mənzilə köçmüş, həmin evdə digər ailə üzvləri ilə birlikdə təsərrüfat aparmış, cavabdehlə münasibətləri pozulanadək qeyd edilən mənzildə yaşamışdır. Qeyd edilən halları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, 08 iyul 1982--ci il tarixli 979—X nömrəli “Azərbaycan SSR Mənzil məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Sovet Sosialist Respubliksının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mənzil Məcəlləsi”nin müvafiq maddəsinə əsasən İddiaçı və o, sözügedən mənzildə doğularaq yaşayan yetkinlik yaşına çatmamış qızı X12 Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 7 saylı evin 21 saylı mənzil sahəsindən istifadə hüququ yaranmışdır. Odur ki, iddia iddiaçının və onun yetkinlik yaşına çatmayan övladının mübahisəli mənzildən istifadə hüququnu tanınması hissəsində təmin edilməlidir. Digər tərəfdən İddiaçı və X12 hal-hazırda başqa yaşayış yeri olmadığı, yetkinlik yaşına çatmayan uşaqların yaşayış yeri isə onların valideynlərinin yaşayış yeri sayıldığına görə, iddiaçı yetkinlik yaşına çatmayan övladı ilə birlikdə mübahisəli mənzilə köçürülməlidir. Məhkəmə iddianın X14 Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 7 saylı evin 21 saylı mənzilə istifadə hüququnun tanınması və köçürülməsi hissəsinə qiymət verərək belə qənaətə gəlir ki, X19 tam fəaliyyət qabiliyyətli, yetkinlik yaşına çatmış şəxsdir və onun qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququ vardır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı X14 qanuni nümayəndəsi və ya etibarnamə üzrə nümayəndəsi olmadığından, onun hazırkı iddianı irəli sürmək üçün subyektiv hüququ da yoxdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, İddiaçı və X12 Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 7 saylı evin 21 saylı mənzilə istifadə hüququ tanınaraq, qeyd edilən mənzilə köçürülməlidirlər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı və X12 Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 7 saylı evin, 21 saylı mənzilinə istifadə hüququ tanınsın. İddiaçı və X16 Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 7 saylı evin, 21 saylı mənzilə köçürülsünlər. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbasova Əminə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar