Məhkəmə qərarları › İş №e-2(011)-3792/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-3792/2024

18.03.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-3792/2024 18.03.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlu İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsini və ona əlavə edilmiş sənədləri məhkəmə iclasından kənar nəzərdən keçirərək müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X3 miras əmlakına dair X1 vərəsəlik hüququnun tanınmasına, mərhum X2 məxsus miras əmlaklar üzrə vərəsəlik işinin açılaraq övladları İddiaçı2 və İddiaçı1 mərhumun vərəsəsi kimi tanınmasına və onlara miras əmlak üzərindəpaylarını müəyyən edən vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən və iş materiallarından görünür ki, iddia ərizəsi “vərəsəlik hüququnun tanınmasına və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi” barədədir, iddiaçılar kimi İddiaçı1 və İddiaçı2, cavabdeh kimi Bakı şəhəri 6 saylı Notariat Ofisinin notariusu X5 göstərilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 olmaqla, onların hər biri müstəqil tərəfdir. Belə olan halda iddia ərizəsinin məhkəməyə verilməsi üçün hər bir iddiaçından 100 manat dövlət rüsumunun ödənilməsi tələb olunur, lakin iş materiallarından ancaq vəkil və nümayəndə tərəfindən dövlət rüsumu qismində 100 manatın ödənilməsi görünsə də, həmin məbləğin hansı iddiaçının adından ödənilməsi və adından dövlət rüsumu ödənilməmiş iddiaçının dövlət rüsumunun ödənilməsindən azad olunmasını təsdiq edən hər hansı bir sənədin olması görünmür. Belə olan halda, məhkəmə hesab edir ki, dövlət rüsumunun müəyyən edilmiş qaydada və məbləğdə ödənilməsi barədə qanunvericiliyin tələblərinə riayət edilmədiyindən iddia ərizəsinin icraata qəbul edilməsi də mümkün deyil. Məhkəmə, həmçinin qeyd edir ki, iddiaçılar hazırki tələb ilə əvvəl də məhkəməyə müraciət etmiş, məhkəmə tərəfindən iddia ərizəsində olan nöqsanlar göstərilməklə, geri qaytarılmışdır. Lakin iddiaçı dövlət rüsumuna münasibətdə qeyd olunan nöqsanları aradan qaldırmadan yenidən məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 150.1.2-ci maddəsinə əsasən, iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi, qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədiyindən ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Bununla belə məhkəmə qeyd edir ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 266-268 maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri 6 saylı Notariat Ofisinin notariusu X4 qarşı “vərəsəlik hüququnun tanınmasına və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar